C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə207/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   199   200   201   202   203   204   205   206   207

421 

 

toksoplazmozun payına düşür. Ensefalitlə birlikdə prosesdə ağ ciyərlər, ürək, qaraciyər, mədəaltı 



vəzi  və  s.  zədələnə  bilər.  Bəzən  xəstələrdə  xorioretinit  inkişaf edir.  Onurğa  beyni  mayesinin 

müayinəsində  mononukulear  pleositoz,  zülalların  miqdarının  artması  müəyyən  edilir. 

Senirifuqadaıı keçirdikdən sonra hazırlanmış yaxmada isə trofozoitləri aşkar etmək olur. Onu da 

göstərmək  lazımdır ki,  qanda  antitellər  aşkar  edilmədiyi  halda,  onları  onurğa  beyni  mayesində 

aşkar  etmək  mümkündür.  Bu  da  müəyyən  diaqnostik  əhəmiyyətə  malikdir. Kompüter 

tomoqrafiyada beyin toxumalarında nekroz sahələr, diffuz ensefalit 

əlamətləri  aşkar  edilir.  İİV  infeksiyası  zamanı  ensefalitlərin  mənşəyini  müəyyən  etmək  üçün 

laborator  tədqiqatlar  aparılmalıdır.  Bu  halda  beyindən  götürülmüş  materialda  trofozoit  və 

sistaların,  digər  bioptatlarda  və  onurğa  beyni  mayesində  PZR-mn  köməyi  ilə  toksoplazma 

antigeninin  aşkar  edilməsi  diaqnos-tik  əhəmiyyətə  malikdir.  Eyni  zamanda  primetamin  və 

sulfadimezinlə  aparılan sınaq  müalicəsinin  effektli  olması  da,  ensefalitin  toksoplazmoz 

etiologiyalı olmasına dəlalət edir. 



Proqnozu. Xroniki  toksoplazmozda  proqnoz  xoşdur.  Kəskin  tokso-plazmozda, 

xüsusən anadangəlmə toksoplazmozun həm kəskin, həm də xroniki formalarında proqnoz ciddidir. 



Diaqnozu. Toksoplazmozun  diaqnozu  klinik-laborator  müayinələrə  əsaslanaraq 

qoyulmalıdır.  Kəskin  toksoplazmoz  zamanı  xəstələrdə  polilimfa-denit,  xüsusən  mezadenitlə, 

hepatolienal sindromla, artralgiya, mialgiya, göz sinirlərinin zədələnməsi və miokarditin inkişafı 

ilə  müşayiət  olunan  neyroin-feksiya  əlamətlərinin  olmasına  diqqət  yetirmək  lazımdır. 

Anadangəlmə  toksoplazmozda  isə  neyroinfeksiya  əlamətləri  ilə  yanaşı  ekzantemalarla,  baş 

beyində kirəcləşmiş  ocaqların,  xorioretinitlərin  olması  ilə  gedən  parazitar  sepsisin  olması 

araşdırılmalıdır.  Eyni  zamanda  epidemioloji  anamnezə  də  diqqət  yetirilməlidir.  Belə  ki,  evdə 

pişiklərin olması, çiy və yaxşı bişməmiş ət məhsullarının istifadəsi, dadına baxılması kimi halların 

olması və s. nəzərə alınmalıdır. 

Laborator müayinələrdən bioloji materiallarda, xüsusən onurğa maye- 



p    • 

sində toksoplazmoz əleyhinə IgM antitellərinin aşkar edilməsi, qanda və onurğa beyni mayesində 

trofozoitlərin  tapılması,  müxtəlif  bioloji  məhlullar  və  biop-siya  materiallarında  PZR  üsulu  ilə 

toksoplazmoz antigenlərinin müəyyən edilməsi diaqnoz qoyulmasına əsas verir. 

Xroniki  toksoplazmozun  diaqnozu  yalnız  xəstələrdə  digər  xəstəliklər  inkar 

edildikdən sonra qoyula bilər. Bu zaman tosoplazminlə dəri-allergik sınaqdan istifadə edilir. Belə 

ki, 0,1 ml toksoplazmin götürülüb dəri daxilində yeridilir. Əgər əmələ gələn hiperemiya və infıltrat 

10 mnı-dən böyük olarsa və 48 saatdan sonra ölçüləri kiçilməzsə, müsbət hesab edilir. İnfeksion 

prosesin fəallığını müəyyənləşdirmək üçün toksoplazminin fizioloji məhlulda müxtəlif nisbətlərdə 

1:10, 1:100, 1:1000, 1:10000, 1:100000 həll edilmiş məhlulları tətbiq edir. Bu məhlullardan 0,1 

ml götürülərək dəri daxili sınaq qoyulur. Fəal proses olduqda 1:100000 və daha yüksək nisbətdə 

qarışdırılmış toksoplazmin  məhlulu ilə sınaq müsbət  olur.  Bu sınaqdan xəstəliyin müalicəsində 

toksoplazminin dozasını seçmək üçün də istifadə edilir. 

Seroloji və allergik reaksiyaları qiymətləndirərkən nəzərə almaq lazımdır ki, bu 

reaksiyalar  30%-dək  sağlam  şəxslərdə  və  bəzi  digər  xəstəliklər  zamanı  da müsbət  ola  bilər. 

Seroloji  reaksiyaların,  xüsusən  də  toksoplazminlə  sınağın mənfi  olması  xroniki  toksoplazmozu 

downloaded from KitabYurdu.org



422 

 

tam inkar etməyə əsas verir. Kliniki əlamətlər olmadıqda bu reaksiyaların müsbət olması yalnız 



yoluxmanı  göstərir. Yalnız  klinik  əlamətlər  fonunda  müsbət  olmasının  diaqnostilc  əhəmiyyəti 

vardır. 


Latent toksoplazmoz diaqnozu əlamətlər olmadığına görə seroioji reaksiyalarla 

İgG-nin təyini və toksoplazmin sınağının köməyi ilə qoyula bilər. Kliniki. əlamətlər olmadan İgM 

aşkar edilməsi keçən 13 ay müddətində ilkin yoluxmanı göstərir. 

A.'X'k 

I -r' V 


Hamilə qadınlarda toksoplazmozun diaqnozunun qoyulmasının və anadangəlmə 

toksoplazmoz  ehtimalı  olmasının  müəyyənləşdirilməsinin  böyük  əhəmiyyəti  vardır.  Hamiləlik 

zamanı  seroloji  reaksiyaların  müsbət  olması  yoluxmanı  göstərir.  2-3  həftəlik  fasilə  ilə  aparılan 

seroloji reaksiyalarda İgG anti-tellərinin titrinin dinamikada 2 dəfə və daha çox artması, müvafiq 

epidemio-loji  anamnez  fonunda  təzə  yoluxma  olması  haqqında  fikirləşməyə  əsas  verir. Bioloji 

məhlullarda trofozoitlərin tapılması və onurğa beyni mayesində tokso-plazma DNT-nin PZR-nin 

köməyi  ilə  aşkar  edilməsi  bunu  təsdiq  edir.  Dəri-allergik  reaksiyanın  mənfi  olub,  seroloji 

reaksiyaların müsbət olması təzə yoluxmanı göstərir, İgM sinfindən olan antitellərin aşkar edilməsi 

kəskin tok-soplazmoza dəlalət edir. KBR-nin mənfi olması, seroloji reaksiyaların və dəri-allergik 

sınağın  müsbət  olması  latent  və  ya  xəstəliyin  xroniki  formasını  göstərir.  Bütün  seroloji 

reaksiyaların  mənfi  olub,  yalnız  toksoplazminlə  sınağı müsbət  olması  keçmişdə  toksoplazmoz 

keçirilməsini və ya davam edən xroniki prosesi göstərir. 

Qeyd  etmək  lazımdır  ki,  hazırda  tosoplazmozun  laborator  diaqnostikasında 

spesifik  İgM  və  İgG  antitellərini  təyin  etməyə  imkan  verən  İFM  və  PZR  molekulyar-bioloji 

üsulundan geniş istifadə edilir. Qanda və onurğa beyni mayesində trofozoitlərin aşkar edilməsi də 

bir  diaqnostik  üsul  kimi  tez-tez  tətbiq edilir.  Əvvəllər  istifadə  edilən  KBR,  presiptasiya, 

immunoflürossensiya, Do-HAR, Sebin-Feldman reaksiyası və toksoplazminlə dəri-allergik sınaq 

az istifadə edilir. 

Göstərildiyi  kimi  toksoplazmozun  diaqnozunda  parazitoloji  üsul  daha  çox 

əhəmiyyət kəsb edir. Bu zaman törədicini qanda, onurğa beyin mayesində, limfa düyünlərində, 

badamcıqlardan  götürülmüş  materiallarda,  patoloqana-tomik  müayinələrdə  daxili  üzvlərdən 

götürülmüş histoloji kəsiklərdə aşkar etmək olur. Hamiləliyin pozulması zamanı cift, dölyanı qişa 

və maye tədqiq edilir. 

Toksoplazmozun  diaqnozunu  qoymaq  məqsədilə  patoloji  materiallar  laborator 

heyvanlara  yoluxdurub,  7-10  gündən  sonra  onların  peritoneal  mayesinin  müayinə  edilib, 

öyrənilməsi də diaqnoz qoymağa əsas verə bilər. 



Diferensial 

diaqnozu. Kəskin 

toksoplazmozu 

digər 

mənşəli 


meninqoensefolitlərdən 

fərqləndirmək 

lazımdır. 

Bu 


zaman 

toksoplazmozun kliniki 

polimorfiziminə,  ağır,  getdikcə  proqressivləşən  gedişinə  və  adi  müalicə vasitələrinin  nəticə 

verməməsinə diqqət  yetirmək lazımdır. Törədicilərin tapılması və seroloji reaksiyaların müsbət 

olması  həlledici  rol  oynayır.  Tosoplaz-moz  əleyhinə  aparılan  sınaq  müalicəsi  də  diferensial 

diaqnostik əhəmiyyətə malikdir. 

downloaded from KitabYurdu.org



423 

 

Xroniki toksoplazmozu birləşdirici toxumanın sistem xəstəliklərindən, bəzi qan 



xəstəliklərindən, vərəmdən, kəskin tonzillitdən, appendisitdən, xroniki xolisisto-xolangitdən, İİV-

infeksiyasının erkən əlamətlərindən, gözün, sinir sisteminin digər etiologiyalı xəstəliklərindən və 

s. diferensasiya etmək lazımdır. 

Müalicəsi. Toksoplazmozun  müalicəsi  kompleks  aparılmalıdır.  Kəskin 

formaların müalicəsində əsas diqqət etioirop preparatlara yönəldilir. Etiotrop müalicə məqsədi ilə 

iki  və  ya  üç  antiparazitar  preparatın  tətbiqi  məqsədəuyğun  hesab  edilir.  Belə  ki,  xloridin, 

sulfadiazin  və  ya  sulfadimczin  və  tet-rasiklinin  birlikdə  kombinasiyası  təklif  edilir.  Xloridin 

(tindurin,  primetamin, daraprim)  iki  gün  müddətində,  gündəlik  doza  100-200  mq  olmaqla  təyin 

edilir. Gündəlik doza 2 dəfəyə qəbul edilməlidir. Sonrakı günlər gündəlik doza 75 mq-a endirilir. 

Sulfadimezin 2,0 q, tetrasiklin isə 1,2 q təyin  edilməlidir. Eyni zamanda qlükokortikosteroidlər 

(prednizonol 20-40 mq, 12-15 gün), dezintok-sikasiya edicilər təyin edilməlidir. Müalicə normal 

temperaturun 10-cu gününədək aparılmalıdır. Hər 10-14 gündən bir preparatların biri və ya ikisi 

digəri ilə əvəz edilməlidir. Belə ki, xloridinin əvəzinə delaqil 0,250 x 3, trixopol 0,25 x 3 təyin 

edilə bilər. Göstərilən preparatlar qan yaranmaya təsir etdiyinə görə müalicə periferik qana nəzarət 

etməklə aparılmalıdır və eyni zamanda xəstələrə 6-10 mq fol turşusu (və ya Ca-folinat) təyin edilir. 

Bəzi  müəlliflər  etiotrop  müalicəni  2  preparat,  xloridin  və  sulfadimezinlə 

aparılmasını təklif edirlər. Bu zaman müalicə 3-4 həftə müddətində aparılır və xloridin bir gün 75-

100 mq, II gündən başlayaraq isə gündə 25 mq, sulfadimezin isə 4 q-dan təyin edilir. 

Uşaqların müalicəsində isə xloridin hər kq çəkidə 1 mq, eyni zamanda baktrim 

120 hər kq çəkiyə 1/2 həb təyin edilir. Gündəlik doza iki dəfəyə verilməlidir. Paralel olaraq hər kq 

çəkiyə  1,5  mq  prednizolon  və  gündə  2  mq  olmaqla  Ca-folinat  qəbul  edilməlidir.  Müalicənin 

müddəti  böyüklərdə  olduğu kimidir.  Bununla  bərabər  etiotrop  preparatların  onurğa  beyin 

mayesində  zülalın  miqdarının  lq/1  düşənədək  verilməsi  lazımdır.  Müalicə  məqsədilə 

delagil, aminoxinol, metranidozol, sulfadimezin, tetrasiklin qrupundan olan antibiotiklərdə işlədilə 

bilər. 


İİV infeksiyası zamanı müşahidə edilən toksoplazmozda da eyni preparatlar 

təyin  edilir.  Yalnız  sulfadimezinin  dozası  2  dəfə  artırılır.  Ca-folinat  isə  50  mq-a  çatdırılır. 

Prednizolon verilmir. Müalicə 3-6 həftə çəkir. Vəziyyət sabitləşdikdən sonra belə insanlar bütün 

həyatları boyu hər gün 50 mq xloridin, 2 q sulfadimezin, 10 mq Ca-folinat qəbul etməlidir. 

Xroniki toksoplazmozun müalicəsi 2 mərhələdə aparılmalıdır. I mərhələdə 7-10 

gün  müddətində  trofozitlərin  məhv  edilməsi  üçün  etitrop  preparatlar  təyin  edilir.  Vitaminlər, 

antihistamin  preparatlar,  zəif  dozada  kortikosteroidlər verilir.  II  mərhələdə  toksoplazminlə 

spesifik müalicə aparıla bilər. Toksoplaz-minin istifadə ediləcək məhlulunun qatılığı hər bir xəstə 

üçün  fərdi  olaraq müəyyən  edilir.  Belə  ki,  ayrı-ayrı  qatlıqda  hazırlanmış  (1:10,  1:100, 

1:1000, 1:10000,  1:100000  və  s.)  məhlullardan  dəri  daxili  sınaq  qoyulur.  Dəri  üzərində əmələ 

gələn  hiperemiya  və  infiltratm  diametri  10  mm-dən  artıq  olmayan  ən yüksək  konsentrasiyalı 

məhlul seçilir. Seçilmiş məhluldan I gün 0,1 ml-dən 3 yerə, II gün 0,1 ml-dən 4 inyeksiya, sonrakı 

günlər isə hər dəfə iııyeksiyalar artırılaraq, VIII günə 10 inyeksiyaya çatdırılır. İnyeksiyalar dəri 

daxili vurulur. Müalicə vaxtı lıər güıı ümumi ultrabənövşəyi şüalanma aparılır. Şüalanma 1/4 doza 

ilə başlayıb, tədricən artırılaraq 1 dozaya çatdırılmalıdır. Onu da göstərmək lazımdır ki, xroniki 

downloaded from KitabYurdu.org




424 

 

toksoplazmozun müalicəsində yanaşı  gedən xəstəliklərin və digər xroniki iııfeksiya ocaqlarının 



saııasiyası da aparılan müalicənin effektliyinə müsbət təsir göstərir. 

Xroniki  toksoplazmozda  antiparazitar  preparatların  10  gündən  artıq  verilməsi 

məsləhət deyildir. Belə ki, törədicilər hüceyrə daxili yerləşməklə bərabər, sistaların qişaları da bu 

preparatları daxilə buraxılmadıqlarından heç bir təsir göstərmirlər. 

Hazırda xroniki toksoplazmozun müalicəsində immun sistemin fəallaş-masına 

xüsusən T-limfositlərə və mononuklear-faqositar sistemə yönələn müasir immunostimulyatorların 

tətbiqinə üstünlük verilir. Tosoplazminlə müalicə məqsədyönlü hesab edilmir. 

Hamilə qadınların müalicəsi xüsusi praktik əhəmiyyətə malikdir. Əgər yoluxma 

hamiləliyə  qədər  baş  vermişsə  və  heç  bir  klinik  əlamət  yoxdursa  müalicə  aparılmasına  ehtiyac 

yoxdur.  Əgər  müəyyən  əlamətlər  qeyd  edilərsə  (xroniki  toksoplazmoz)  bu  halda 

immunreaktivliyin  yüksəldilməsinə  yönələn  müalicə  tədbirləri  aparılması  kifayət  edir. 

İnfeksiyalaşma  hamiləliyin  erkən  dövrlərində,  1-3  aylıqda  baş  vermişsə,  mənfi  seroloji 

reaksiyaların müsbət olması, toksoplazmoz əleyhinə İgM antitellərin meydana çıxması və titrinin 

artması müəyyən  edilirsə,  bu  halda  anadangəlmə,  özü  də  ağır  formada  toksoplazmoz ehtimalı 

artmış olur. Belə hallarda teratogen təsiri olmayan spiramisin (ravo-misin) təyin edilir. Müalicə 

hamiləliyin 18-ci həftəsindən başlayaraq 4-6 həftə müddətində aparılır. Gündəlik doza 3-6 mil. 

təsir  vahidi  təyin  edilir.  Müalicənin  eubiotiklər  fonunda  aparılması  vacibdir.  Əgər  invaziya 

hamiləliyin II və III üç aylığında baş vermişsə bu halda da spiramisin verilməsi məsləhətdir. Bu 

cür yoluxmalar  zamanı  digər  preparatlar  da  (xloridin,  trixopol,  sulfadimezin,  tet-rasiklin  və  s.) 

tətbiq edilə bilər. 

Hamilələrdə  kəskin  toksoplazmoz  inkişaf  edərsə,  müalicə  kəskin 

toksoplazmozda olduğu kimi aparılır və müalicədən sonra hamiləlik pozulur. 

Anadangəlmə  toksoplazmozun  müalicəsi  uzun müddətli  olub,  bəzən  körpənin 

həyatının I ili boyu aparılır. Gündəlik doza hər kq çəkiyə 1 mq xloridin, 50-100 mq sulfadimezin 

olmaqla,  3-4  həftə  təyin  edilir.  Sonra  hər  kq  çəkiyə  10  mq  olmaqla  spiramisin  verilir  və  4-6 

həftədən sonra yenidən xloridin-sulfadimezinə keçilir və gündə 3 dəfə 5-10 mq fol turşusu təyin 

edilir. 

Profilaktikası. Pişiklərlə,  xüsusən  infeksiyalaşmış  pişiklərlə  təmasda  olmaq 

məhdudlaşdırılmalıdır. Şəxsi gigiyena qaydalarına ciddi əməl edilməlidir. Çiy və yaxşı bişməmiş 

ət  məhsullarının  dadına  baxılması,  yaxşı bişməmiş  ət  məhsullarının  istifadə  edilinəsi  yol 

verilməzdir. 

MÜNDƏRİCAT 

Səh. 


Qısaldılmış ifadələr......................................................... 3

 

Ön söz............................................... 5



 

I.    ÜMUMİ HİSSƏ........................................................... 7

 

İnfeksion proses və infeksion xəstəlik................................. 7



 

İnfeksion xəstəliklərin diaqnozu....................................... 13

 

İnfeksion xəstəliklərdə labarotor müayinə üsulları................. 20



 

İnfeksion xəstəliklərin diaqnozunun əsas mərhələləri............. 22

 

downloaded from KitabYurdu.org




425 

 

İnfeksion xəstəliklərin təsnifatı.................................................. 25



 

İnfeksion xəstəliklərin əsas müalicə prinsipləri.......................... 27

 

II.    BAĞIRSAQ İNFEKSİYALARI....................................... 33



 

Qarın yatalağı. Paratif A və B......................................... 33

 

Dizenteriya................................................................................ 56



 

Vəba........................................................................................... 77

 

Salmonelloz................................................................................ 91



 

Eşerixioz.................................................................................... 104

 

Botulizm.................................................................................... 111



 

Qidatoksikoinfeksiyaları............................................................ 121

 

Amöbiaz.................................................................................... 129



 

Virus diareyaları:........................................................................ 142

 

Rotavirus xəstəliyi............................................................... 142



 

Parvovirus infeksiyası......................................................... 147

 

Pikarnoviruslar.................................................................. 148



 

Enteroviruslar.................................................................... 150

 

III    BAKTERİAL ZOONOZLAR................................................. 158



 

Bruselloz................................................................................... 158

 

Qara yara................................................................................. 177



 

Leptospiroz............................................................................... 184

 

Taun......................................................................................... 194



 

Tulyaremiya.............................................................................. 207

 

İersinioz..................................................................................... 213



 

IV.    DİGƏR BAKTERİAL İNFEKSİYALAR.................................. 121

 

Difteriya.................................................................................... 121



 

Meninqokokk infeksiyası.......................................................... 239

 

Güzaz........................................................................................ 255



 

Qızı İy el...................................................................................... 264

 

V.    VİRUS HEPATİTLƏRİ............................................................ 271



 

VI.    RİKKETSİOZLAR................................................................... 315

 

Epidemik səpgili yatalaq........................................................... 317



 

VII.    HELMİNTOZLAR.................................................................. 325

 

VIII.    VİRUS İNFEKSİYALARI....................................................... 336



 

Qrip......................................................................................... 336

 

Quş qripi................................................................................... 346



 

Kəskin respiratorvirus infeksiyalan:.......................................... 350

 

Paraqrip infeksiyası....'........................................................ 350



 

Adenovirus infeksiyası...................................................... 353

 

Respirator sinsitial infeksiya.............................................. 356



 

Rinovirus infeksiyası......................................................... 35S

 

Koronovirus infeksiyası..................................................... 360



 

downloaded from KitabYurdu.org




426 

 

Herpes virus infeksiyaları:........................................................ 362



 

Sadə herpes........................................................................ 363

 

Su çiçəyi............................................................................. 374



 

Kəmərləyici dəmrov........................................................... 380

 

Infeksion mononukleoz..................................................... 384



 

Sitomeqalovirus infeksiyası................................................ 391

 

Quduzluq................................................................................... 397



 

IX. İBTİDAİLƏRİN TÖRƏTDİYİ XƏSTƏLİKLƏR.................... 403

 

Malyariya................................................................................... 403



 

Leyşmanioz:............................................................................... 420

 

Visseral leyşmanioz............................................................ 421



 

Dəri leyşmaniozu................................................................ 425

 

Antroponoz dəri leyşmaniozu............................................. 425



 

Zoonoz dəri leyşmaniozu.................................................... 426

 

Yeni dünya dəri leyşmaniozu.............................................. 427



 

Toksoplazmoz............................................................................ 430

 

 

CƏLAL PAŞA oğlu İSAYEV 



İNFEKSİON 

XƏSTƏLİKLƏR 

Yığılmağa verilib: 02.02.09. Çapa imzalanıb: 27.02.09. 

Format 70x100 '/,

6

. F.ç.v. 27,75. Sifariş JVa 24. Kağız ola növ. Tiraj 500 nüsxo. Qiymoti 



müqavilə ilə 

“Tİ-MEDİA ” şirkətinin mətbəəsi 

 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə