C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə199/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   195   196   197   198   199   200   201   202   ...   207

405 

 

-    L.d.infantum - Aralıq dənizi - Orta Asiya variantı. 



-    L.d.arcfıibaldi - Şərqi Afrika variantı. 

-    L.d.chagasi - Cənubi Amerika variantı. 

Morfoloji xüsusiyyətlərinə görə heç bir fərq olmasa da, antigen və bio-kimyəvi 

xüsusiyyətlərində  müəyyən  fərqlər  mövcuddur.  Epidemioloji  fərqləri  də  vardır.  Aralıq  dənizi  - 

Orta Asiya variantı zoonoz olub, endemik ocaqlarda əsasən 5 yaşadək uşaqlar xəstələnir. Kliniki-

epidemioloji  cəhətdən  bu  varianta Cənubi  Amerika  variantı  yaxındır.  Hindistan  visseral 

leyşmaniozu antrapo-nozdur. Şərqi Afrika variantı zoonoz olsa da, antroponoz xəstəlik kimi də 

yayıla bilər. 

Keçmiş  SSRİ  məkanında,  o  cümlədən  respublikamızda  Aralıq  dənizi  -Orta 

Asiya visseral leyşmaniozu təsadüf edilir. Onun yayılma arealı 45° şimal en dairəsi və 15°cənub 

en  dairəsində,  əsasən  Aralıq  dənizi  sahili  ölkələrində,  Şimali-Qərbi  Çində,  Yaxın  Şərqdə,  Orta 

Asiyada, Cənubi Qafqazda təsadüf edilir. 



E pi demi ol o giy ası. Aralıq dənizi - Orta Asiya visseral leyşmaniozu zoonoz, 

ocaqlı yayılmağa meyilli olan xəstəlikdir. Üç tip ocağı müəyyən edilir: 

a)     təbbi  ocaqları -  əsasən  vəhşi  heyvanlar  -  çaqqalar,  tülkülər, 

porsuq, sünbülqıran və digər gəmiricilər arasında dövr edir. 

b)     kənd  ocaqları -  törədicinin  əsas  mənbəyi  itlər  və  bəzən  də  yuxarıda qeyd 

edilən vəhşi heyvanlardır. 

c)    şəhər ocaqları - infeksiya mənbəyi itlərdir. Bir sıra hallarda siçovullarda ola 

bilər. 


Xəstəliyin  epidemiologiyasında  itlər  əhəmiyyətli  rol  oynayırlar.  Yoluxma 

mexanizmi transmissiv olub, keçiriciləri Phlebolomus cinsindən olan hünülər-dir. Yoluxma latent 

infeksiya olan donorlardan qan götürüb köçürürlərsə və vertikal yolla da mümkündür. Əsasən 1-5 

yaş  arasında  olan  uşaqlar  xəstələnir. Böyüklər  də  xəstələnə  bilər.  Xüsusən  qeyri-endemik 

bölgələrdən gələnlər arasında müşahidə edilir. 

Patogenezi- 

Patoloji 

anatomiyası. Makıofaqlar 

tərəfindən 

tutulan 

promastiqotlar  onlarda  amastiqotlara  çevriiib  çoxalırlar.  Pro-mastiqotların  daxil  olduğu  yerdə 

içərisində  törədicilər  olan  makrofoqlardan,  retikulyar,  epiteloia  və  s.  hüceyrələrdən  ibarət  ilkin 

affekt - qranuloma formalaşır. İlkin affekt dəri forması üçün xarakterikdir. Visseral leyşmaniozda 

bu büruzə vermir və ya zəif nəzərə çarpır. 

Sonradan  leyşmaniyalar  regionar  limfa  düyünlərinə  keçib  qaraciyərə,  dalağa, 

sümük iliyinə və digər üzvlərə yayıla bilər. Bir sox hallarda orqanizmin 

immun cavab reaksiyası nəticəsində (yavaş tipli hiperhəssaslıq) invaziyalaşmış hüceyrələr dağılır. 

Proses subklinik və ya latent xarakter alır. 

Müxtəlif  faktorların  (kortikosteroidlərlə  müalicə  və  s.)  təsiri  ilə  əlaqədar 

orqanizmin immun reaktivliyinin zəifləməsi leyşmaniyaların sürətlə artıb çoxalmasına səbəb olur. 

Parenximatoz  orqanların  böyüməsi,  onların  funksional pozğunluqları,  orqanizmin  ümmui 

intoksikasiyası  inkişaf  edir. Qaraciyərdə ulduza  bənzər epiteliositlərinin,  Kupfer hüceyrələrinin 

hiperplaziyası, prolifera-siyası hepatositlərin sıxışdırılmasına, atrofıyasına səbəb olur. Qaraciyər 

toxumasının  interlobulyar  fıbrozu  inkişaf  edir.  Sümük  iliyində  qan  yaranma  pozulur.  Dalaqda, 

downloaded from KitabYurdu.org




406 

 

limfa düyünlərində atrofiya baş verir. Qanyaradıcı üzvlərin zədə-lənməsi hipoxrom anemiyaya, 



leykoneniyaya səbəb olur. 

Mononuklear-faqositar 

sistem 

elementlərinin 



hiperplaziyası 

hüceyrə 


immunitetinin zəifləməsi ilə müşayiət olunur, qeyri-spesifik antitellərin (əsasən auto antitellərin) 

sintezi  sürətlənir. Bu özünü hiperqammaqlobulinemiya ilə göstərir.  Bu  cür müdafiə  əhəmiyyəti 

olmayan hiperimmunoqlobulinemiya bəzən immunpatoloji proseslərin inkişafına şərait yaradır. II-

li infeksiyanın, böyrək amiloidozunun inkişafı mümkündür. 

Daxili  üzvlərdə  hipoxrom  anemiya  üçün  xarakterik  olan  dəyişikliklər  qeyd 

edilir.  Müvafiq  müalicə  nəticəsində  müşahidə  edilən  spesifik  dəyişiklər geriyə  inkişaf  edir. 

Xəstəlikdən sonra davamlı homoloji immunitet yaranır. 

Klin i k a s ı. İnkubasion dövr 20 gündən - 1 ilədək, orta hesabla 3-6 ay çəkir. 

Nadir  hallarda  2-3  ilədək  uzana  bilər.  Xəstəliyin  başlanğıc  dövrü  bir sıra  hallarda  nəzərə 

çarpmadan  keçir  və  xəstələr  yalnız  kliniki  əlamətlər  kəskin büruzə  verdikdən  sonra  həkimə 

müraciət edirlər. Xəstəliyin ümumi  əlamətləri meydana çıxmamışdan xeyli  əvvəl  1-1,5  yaşında 

uşaqlar,  bəzən  isə  daha  yuxarı yaşlarda  və  böyüklərdə  törədicinin  daxil  olduğu  yerdə,  dəridə 

diıyüncük şəklində yerli dəyişikliklər meydana çıxır. Bu diqqətdən kənarda qalmamalıdır. Bu cür 

ilkin affektlər əsasən Şərqi Afrika visseral leyşmaniozunda qeyd edilir. Xəstəliyin gedişində 3 dövr 

ayırd edilir: başlanğıc, qızğın və terminal mərhələlər. 

Tədricən başlayır. Xəstələr ümumi zəiflik, yorğunluq, iştahanın pis olmasından 

şikayətlənirlər.  Başlanğıc  dövrün  əsas  əlaməti  qızdırmadır.  Temperatur  39-40°-dək  yüksəlir. 

Dalğavari xarakter daşıyır, 2 həftədən 2 ayadək davam edir. Apireksiya dövrləri ilə növbələşir. 

Apireksiyanın müddəti də müxtəlif olur. 1 neçə gündən 1-2 ayadək uzana bilər. Qızdırma dövründə 

temperaturda gündəlik sıçramalar da mümkündür. Belə ki, gün ərzində temperaturun 2-3 dəfə on 

yüksək rəqəmlərədək yüksəlməsi - sıçraması qeyd edilir. 

Visseral  leyşmaniozda  daimi  əlamətlərdən  biri  də  qaraciyər  və  dalağın 

böyüməsi,  konsistensiyasının  bərk  olmasıdır.  Xüsusən  dalaq  daha  çox  böyüyür və  qarın 

boşluğunun  çox  hissəsini  əhatə  edir.  Qaraciyər  böyüyərək  göbək  xəttinə  çatırsa,  dalağın  aşağı 

kənarı  kiçik  çanaq  boşluğuna,  yuxarı  kənarı  VI-VIT qabırğa  səviyyəsinə  çata  bilər.  Dalağın 

infarktı mümkündür. Palpasiyada həm qaraciyər, həm də dalaq bərk, səthi hamar, ağrısız olur. Ağrı 

perispienit və pc-rihepatit inkişaf edərsə qeyd edilir. 

Aralıq dənizi - Orta Asiya visseral leyşmaniozunda limfa düyünləri də prosesə 

cəlb  olunur.  Periferik,  mezenterial,  peribronxial  və  digər  qrup  limfa düyünləri  zədələnərək 

polilimfadenit, mezadenit, bronxoadenit inkişaf edir. 

Bronxadenit nəticəsində öskürək tutmaları olur. II-li bakterial infeksiyanın qoşulması ilə əlaqədar 

tez-tez pnevmoniya müşahidə edilir. Böyümüş periferik ümfa düyünləri palpasiyada bərk, ağrısız 

olur. Hindistan variantı üçün limfa-denopafıya xarakterik deyildir. 

Müalicə aparılmadıqda xəstənin vəziyyəti pisləşir. Onlar ayrıqlayır, ka-xeksiya 

belə ola bilər. Hipersplcnizm  inkişaf edir. Anemiya proqressivləşir.  Anemiya ilə  əlaqədar  rəng 

avazıyır. Hindistan visseral leyşmaniozunda dərinin rənginin tundləşməsi baş verir. Bu böyrəküstü 

vəzin zədələnməsi və onun hipo-funksiyası ilə əlaqədar meydana çıxır. 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə