C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə201/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   197   198   199   200   201   202   203   204   ...   207

409 

 

Profilaktikası. Profilaktika tədbirləri xəstələrin vaxtında aşkara çıxarılıb təcrid 

edilməsi və müalicəsinə yönəldilməlidir. Leyşmaniozla yoluxmuş itlər tələf edilməlidir. Xəstəlyin 

törədiciləri ilə - hünülərlə mübarizə tədbirləri işlənib hazırlanmalıdır. 

DƏRİ LEYŞMANİOZU 

LEİSHMANİOSİS CUTANEA ) 

Dəri leyşmaniozu əsasən tropik, subtopik iqlim qurşaqlarında rast gəlinir. Dəridə 

sonradan  çapıqlaşma  ilə  nəticələnən  xoraların  əmələ  gəlməsi  ilə  xarakterizə  olunur.  Aşağıdakı 

kliniki formaları vardır. 

I.    Köhnə dünya dəri deyşmaniozu 

a)    Antropanoz - şəhər tip dəri leyşmaniozu - gec sağalan forma 

b)    Zoonoz - çöl-kənd tip dəri deyşmaniozu - kəskin nekrozlaşan forma 

II.    Yeni dünya dəri leyşmaniozu. Amerika qitəsində yayılmışdır. 

Dəri  leyşmaniozunun  leyşmaniyaların  müxtəlif  növləri  tərəfindən  törədilən 

kliniki variantları vardır. 

A NTROPONOZ DƏRİ LEYŞMONİOZU 

Antroponoz dəri leyşmoniozu - ADL - başqa adlarla da adlandırılır: il yarası, 

Aşqabad xorası, I tip Borovski xəstəliyi, Şərq xorası və s. 

Törədicisi Leishmania  tropica  minor, infeksiya  mənbəyi  xəstə  insanlar, 

keçiriciləri  hünülərdir: Ph.papatasii,  Ph.sergenti,  Ph.caucasieus. Bütün  il  boyu rast  gəlinir. 

Əsasən  Aralıq  dənizi,  Yaxın  və  Orta  Şərq  ölkələrində,  Hindistan yarımadasında  yayılmışdır. 

Keçmiş SSRİ məkanından Orta Asiya respublikalarında və Zaqafqaziya qeyd edilir. O cümlədən 

Azərbaycanda da təsadüf edilən xəstəliklərdəndir. 

Zədələnmiş  dəridə  histiositlər,  plazmatik  hüceyrələr  və  qismən  də  neytro-

fillərdən ibarət qanulomatoz infiltirat əmələ gəlir. Endotel qişanın şişkinləşmə-si, proliferasiyası, 

həmçinin damar divarının infiltrasiyası ilə əlaqədar damarların daralması qeyd edilir. 

ADL uzun sürən inkubasion dövrdən sonra inkişaf edir. Bu 2-4 aydan 1-2 ilədək 

çəkir, bəzən 4-5 ilədək uzana bilər, iləm antroponoz, həm də zoonoz dəri leyşmaniozda aşağıdakı 

kliniki formalar müşahidə edilir. 

1)     İlkin  leyşmanioma: a)  qabarcıq  mərhələsi,  b)  xoralaşma  mərhələsi, 

c) çapıqlaşma mərhələsi; 



2)    Ardıcıl baş verən leyşmanioma 

3)    Diffuz injiltratlaşmış leyşmanioma 

4)    Tuberkuloid dəri leyşmaniozu 

Törədicinin  daxil  olduğu  yerdə  bir  elə  də  nəzərə  çarpmayan  2-3  mnı  dia-

metrində  qabarcıq  meydana  çıxır.  Dəri  üzərindən  hiss  olunmaz  dərəcədə  yüksələn  qabarcıqda 

gözlə  görünən  iltihab  dəyişikliklər  olmadığından  uzun  müddət  xəstələrin  diqqətindən  kənarda 

qalır.  Bununla  belə  qabarcıq  qonura  çalan  rəngdə  olub,  diqqətlə  müayinə  etdikdə  -  lupa  ilə 

baxdıqda  onun  mərkəzi  hissəsində  tıxacı  xatırladan  pulcuqlarla  dolu  çökəklik  müəyyən  edilir. 

Qabarcıq tədricən, 3-6 ay müddətində iriləşərək diametri 5-10 mm-ə çatır. Qırmızı-qonur rəng alır, 

pulcuqlu qartmaqla örtülür. 6-10 aydan sonra qartmaq düşür yerində bərk infiltratlaşmış zona ilə 

əhatə  olunmuş,  kənarları  girintili-çıxıntılı  vulkan  kraterini  xatırladan,  dibi  irinlə  örtülmüş  xora 

downloaded from KitabYurdu.org




410 

 

əmələ gəlir. Xoradan çoxlu seroz-irinli ifrazat olur. Ətrafındakı infiltratlaşmış sahənin dağılması 



hesabına xoranın sahəsi tədricən böyüyür, 4-6 sm-ə çatır. Əmələ gələn xora dərin olmayıb, dərialtı 

toxumaya  keçmir.  Sonradan  xora  tədricən  çapıqlaşmağa  başlayır.  Xəstəliyin  başlanmasından, 

qabarcıqdan  çapıqlaşma  formalaşana  qədər orta  hesabla  lil  keçir.  Xəstəliyin  adının 

sinonimlərindən biri - il yarası da buradan götürülmüşdür. Bəzən, bu müddət uzun, 1,5-2 il və daha 

artıq davam edir. Xora yerində əmələ gələn çapıq əvvəl çəhrayı, sonra solğun atrofik olur. Xoralar 

adətən bədənin açıq yerlərində üzdə, əllərdə rast gəlinir. Sayı 1-3, bəzən isə 8-10-na çata bilər. 

Göstərmək lazımdır ki, xoraların inkişafı zamanı orqanizmin ümumi vəziyyəti 

demək olar ki, dəyişmir və ya bu dəyişikliklər çox zəif olur. 

Bəzi  hallarda  ilkin  leyşmaniomalarla  paralel  -  ardıcıl  olaraq  ilkin  leyşma-

niomalaıia eyni olan leyşmaniomalar inkişaf edir. Daha gec inkişaf edən bu cür leyşmaniomalar 

immunitetin  inkişafı  ilə  əlaqədar  abortiv  keçərək  xoralaş-ma  vermir.  Yaşlı  və  zəif  xəstələrdə 

leyşmaniyaların limfogen yolla yayılaraq diffuz - infiltrativ leyşmaniomalar verməsi mümkündür. 

Bu  zaman  daha  böyük  sahələrə  yayılmış  infiltratlaşmış  ocaqlar  meydana  çıxır.  Dəri  qızarmış, 

hamar və ya bir qədər kələ-kötür olur, nazikləşir. Qabıqlanma verir. Xoralaşma-ğa meyilli olmur. 

Bəzi hallarda isə ümumi infiltratlaşmış fonda bir neçə yerdə kiçik ölçülü səthi xoralar müşahidə 

edilir ki, onlar da özlərindən sonra güclə nəzərə çarpan çapıqlaşmalar qoyur. Digər hallarda isə 

infiltratlar heç bir iz qoymadan tədricən 5-7 ay müddətində sorulurlar. 

Tuberkuloid forma tək-tək hallarda rast gəlinir. Əsasən uşaqlarda və gənclərdə 

olur.  Vərəm  qurdeşənəyini  xatırladır  və  illərlə  davam  edir.  Çapıqların  ətrafında  və  ya  çapıqlar 

üzərində  xırda  çox  saylı  xoralaşmayan  sarı-qonur rəngli  qabarcıqlar  meydana  çıxır.  Bəzən 

qabarcıqlar  böyüyərək  bir-biri  ilə  birləşirlər.  Proses  5-20  il  davam  edir  və  çapıq  verməklə 

sağalırlar. 

ZoöNk)L, 

D

Ə

K



İ

 

LEYŞMANİOZU 



Sinonimləri: II tip Borovski xəstəliyi, pendin xorası, kəskin nekrozlaşan forma, 

kənd-çöl leyşmaniozu və s. 

Törədicisi  antigen  və  bioloji  xüsusiyyətləri  ilə  ADL  törədicisindən 

fərqlənən L.iropika mayordur. İnfeksiya mənbəyi gəmiricilər - siçovullar, siçanlar, sünbülqıranlar, 

qum  siçanları,  gəlincik  və  s.  ola  bilər.  Keçiriciləri  hünülərdir  -əsasən  Ph.papatasii.  Hünülər 

gəmiricilərdən  qan  sorduqdan  6-8  gün  sonra  yo-luxdurucu  olurlar.  Əsasən  yay  aylarında  qeyd 

edilir  və  kənd  yerlərində  rast  gəlinir.  Endenıik  zonalarda  əsasən  uşaqlar  və  ora  təzə  gələnlər 

xəstələnirlər.  Belə ki,  yerli  əhalidə  immunitet  formalaşmış  olur.  Xəstəlik  Afrika  ölkələrində, 

Hindistanda, Ərəbistan yarımadasında, Yaxın Şərqdə yayılmışdır. Türkmənistanda, Özbəkistanda, 

Gürcüstanda, Ermənistanda da qeyd edilir. 

İnkubasion dövr nisbətən qısa olur, 1 həftədən 1-1,5 ayadək çəkir. Orta hesabla 

10-20 gündür. ADL-nun klinik formaları zoonoz dəri leyşmaniozunda da - ZDL - qeyd edilir. 

Leyşmaniyalar daxil olduqları yerdə, makrofaqlarda çoxalaraq produk-tiv iltihab 

verirlər. Makrofaqlardan, epitelial  və plazmatik  hüceyrələrdən,  Iim-fositlərdən, fıbroblastlardan 

ibarət spesifik qranulomalar əmələ gəlir. Belə ki, törədici daxil olan yerdə 2-4 mm diametrində 

konusa oxşar, çəhrayı rəngdə qa-barcıq meydana çıxır. Bir neçə gündən sonra ölçüləri böyüyərək 

1-1,5  snı-ə  çatır.  Bəzən  ətraf  toxumaların  iltihabı  və  limfanqaitlərlə  gedən  furunkulu  xatırladır. 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə