C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə203/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   199   200   201   202   203   204   205   206   207

413 

 

Proqnoz a. Etiotrop müalicə aparılmadıqda visseral leyşmaniozlarda olduğu kimi 

L.braziliensis  tərəfindən  törədilən dəri-selikli qişa leyşmaniozunda da proqnoz ciddidir. Ölümlə 

nəticələnə bilir. Digər dəri leyşmaniozların proqnozu isə xoşdur. Yalnız dəridə kosmetik qüsurlar 

(üzün eybəcərləşməsi) qala bilər. 

Profilaktikası. Gəmiricilər  və  hünülərə  qarşı  mübarizə  tədbirləri  həyata 

keçirilməlidir.  Zoonoz  leyşmanioz  zamanı  L.mayor-un  canlı  kulturası ilə  vaksina  işlənilib 

hazırlanmışdır. Peyvənd dərinin örtülü yerlərində aparılmalıdır, çünki yerində çapıqlaşma qalır. 

Vaksina  ömürlük  immunitetə  səbəb olur.  Epidemik  bölgələrə  getməmişdən  3  ay  əvvələ 

aparılmalıdır. 

 

Toksoplazmoz  - Toxoplazma  gondi tərəfindən  törədilən,  fekal-oral  yoluxma 



mexanizminə malik, təbii ocaqlı, zoonoz xəstəlikdir. Əsasən sinir sisteminin, skelet əzələlərinin, 

miokardm,  gözlərin  zədələnməsi,  limfadenopatiya,  qaraciyərin,  dalağın  böyüməsi  və  xroniki 

gedişə meyilliyi ilə xarakterizə olunur. 

Tarixi  məlumat. Toksoplazmozun  törədicisi  ilk  dəfə  1908-ci  ildə  italyan  alimi 

Splendore  tərəfindən  tapılmışdır.  Elə  həmin  il  Tunisdə  elmi  tədqiqatlar  aparan  Ş.Nikol  və 

əməkdaşları  gəmiricilərin  daxili  üzvlərində  təkhücey-rəli  parazitlər  aşkar  etmişlər. 

Onları Toxoplazma gondi adlandıraraq, sərbəst bir növ kimi ayırmışlar. 

Toksoplazmalarm  insan  üçün  patogen  olmasını  ilk  dəfə  Kastellani  müəyyən 

etmişdir.  O,  1914-cü  ildə  Seylonda  həlak  olmuş  əsgərin  daxili  üzvlərində  patoloji-anatomik 

müayinələr  zamanı  toksoplazmaları  aşkar  etmişdir. 1923-cü  ildə  isə  çex  oftalmoloqu  Yanki 

anadangəlmə toksoplazmoz haqqında ətraflı məlumat vermişdir. 

Həm  insanlarda,  həm  də  heyvanlar  arasında  toksoplazmozu  ətraflı  sürətdə 

öyrənən Amerika virusoloqu Sebin və əməkdaşları (1937-55-ci illərdə) olmuşdur. Onlar xəstəliyin 

seroloji diaqnostikasını işləyib hazırlamış və bu məqsədlə KBR təklif etmişlər. 

Etiologiy  ası. Toksoplazmozun  törədicisi Protoza  tipinə,  Sporoza  yarımtipinə, 

Telosporea  sinfinə,  Coccidea  yanmsinfınə,  Eucoccideia  dəstəsinə, Eimeviina  yarımdəstəsinə, 

toxoplazma cinsinə aid olan parazitləridir. 

Parazitin  üç  forması  müəyyən  edilir: trofozoitlər,  sistalar  və  oosistalar. İnkişaf 

dövrü  iki  mərhələdə  keçir  - cinsi və qeyri-cinsi çoxalma  mərhələləri. Cinsi  çoxalma əsas 

sahibin - pişikkimiləri fasiləsindən olan heyvanların (pişik, pələng, bəbir, şir və s.) bağırsaqlarının 

epitel  hüceyrələrində  gedir.  Qeyri-cinsi çoxalma  isə aralıq  sahibin -  müxtəlif  heyvanların  - 

məməlilərin,  quşların  və  insanın  orqanizmində  baş  verir. Trofozoitlər  (endozoitlər) 4-7  mkm 

uzunluğunda, 2-4 mkm enində olub, formaca ayparanı, tağı xatırladır. Törədicilərin adı da buradan 

götürülmüşdür. «Toxoplazma» - tağ, qövs deməkdir. Sitoplazması homogendir, xırda dənəvərlik 

qeyd  edilir.  Nüvəsi  dairəvi  olub,  diametri  1,5-2 mkm-ə  bərabərdir.  Parazit  xaricdən  iki  qat 

pellikula ilə örtülüdür. Kiprikciklə-ri, qamçıları  olmur. Sürüşərək hərəkət edirlər. Romanovski-

Gimza  üsulu  ilə  si-toplazması  mavi,  nüvə  isə  qırmızı-yaqut  rəngdə  boyanır.  Trofozoitlər 

adətən aralıq  sahibin  bədənində  formalaşır.  Hüceyrədaxili  çoxalırlar. Çoxalma  qeyri-cinsi olub, 

uzununa bölünmə və ya tumurcuqlanma yolu ilə gedir. Nüvəsi olmayan hüceyrələr - eritrositlər - 

istisna olmaqla, bütün hüceyrələrdə çoxala bilirlər. Parazitlər çoxalaraq bütün hüceyrəni tutur. Bu 

downloaded from KitabYurdu.org




414 

 

cür  hüceyrələr psevdo-sistalar adlanır.  Psevdosistalar  dağılır,  onlardan  xaric  oian  trofozoitlər 



sağlam hüceyrələrə  daxil  olaraq,  yeni  -  yeni  psevdosistalar  əmələ  gətirirlər.  Trofozoitlər  xarici 

mühit  təsirlərinə  davamsızdır.  Quruduqda,  istinin  və  dezinfeksiyacdi-cilərin,  müxtəlif  kimyəvi 

preparatların (xloridin, sulfadimezin və s.) təsirindən tezliklə tələf olurlar. Məsələn: +56°Cdə 10 

dəqiqəyə, 50%-li spirtdə, 1%-İi fenolda, 1%-li duz turşusunda, 2%-li xloramində 5-10 dəqiqəyə 

inaktivləşirlər. Bununla belə xəstə heyvanların südündə 7-8 gün, toyuq yumurtasında 15-30 

gün,  konservləşdirilmiş  qanda  50-60  gün  qala  bilirlər.  Qaynatma  parazitin  bütün  formalarına 

məhvedici təsir göstərir. 

Sista formalar - 100 mkm ölçüdə, daxilində 3000-5000 və daha artıq spo-rozoit 

olur.  Xaricdən  çox  möhkəm  qişa  ilə  örtülüdürlər  və  bu  qişa  daxilə  nə  antitel,  nə  do  kimyəvi 

preparatları  (dərmanları)  buraxmır.  Xarici  mühitə  çox davamlı  olub,  10  illərlə  qalırlar.  Sistalar 

aralıq sahibin, o  cümlədən insanın bədənində xroniki toksoplazmoz zamanı  formalaşır. Əsasən 

skelet  əzələlərində, miokardda,  mərkəzi  sinir  sistemində  qeyd  edilir.  Müxtəlif  faktorların 

təsirindən orqanizmin zəifləməsi nəticəsində bu sistaların bir qismi dağılaraq parazit-lərin xaric 

olmasına  və  prosesin  kəskinləşməsinə,  xəstəliyin  residivlərinə  səbəb ola  bilər.  Bəzi  hallarda 

sistalar nekrozlaşaraq kirəcləşirlər. 



Oosistalar parazitin  əsas  sahibi,  pişik  və  pişikkimiləri  fasiləsindən  olan  vəhşi 

heyvan larin bağırsağının epitel hüceyrəsində cinsi yolla çoxalma nəticəsində əmələ gəlir. Pişik və 

pişikkimilər  parazitin  aralıq  sahiblərini  ovlayıb  yeyərkən  yoluxur  və  onların  bağırsağına  düşən 

sistalar dağılır. Xaric olan para-zitlər bağırsaq epitel hüceyrələrinə daxil olaraq, müxtəlif daxili 

üzvlərə yayılırlar. Orada qeyri-cinsi yolla çoxalır, yenidən bağırsağa gətirilərək qametogen-ləşmə 

baş  verir.  Makro-  və  mikroqamctalar  əmələ  gəlir.  Mayalanaraq  ziqo-taya,  nəhayət  oosistaya 

çevrilir.  Oosistalar  oval  formada  olub,  diametri  10-12 mkm-ə  çatır.  Pişiklərin  nəcisində 

oosistalann meydana çıxması müddəti müxtəlif olur. Ətraf mühitin temperaturundan asılı olaraq 3 

gündən  24  günədək  çata  bilər.  Ətraf  mühitin  temperaturu  +4°-dən  aşağı  və  37°C-dən  yuxarı 

olarsa oosistalar formalaşmır və onların ifrazı baş vermir. Oosista ifraz etmə 7-20 gün davam edir. 

Oosista ifraz etmənin qısa müddətli olmasının səbəbi ilkin yoluxmadan sonra heyvanlarda, onları 

təkrari yoluxmadan qoruyan immunitetin inkişaf etməsidir. Gün ərzində lOmil.-dək oosista ifraz 

edilə  bilər.  Oosistalar  xarici  mühit  təsirlərinə  qarşı  kifayət  qədər  davamlıdırlar.  Onlar  əlverişli 

mühitdə 1  ilədək  qala  bilir  və  infeksiyanm  saxlanılmasında,  ötürülməsində  əsas  rol  oynayırlar. 

Əlverişli  temperaturda  (+25°C),  nəmlik  və  oksigenin  daxil  olması mümkün  olan  şəraitdə  hər 

oosistadan  bir  neçə  gün  (2-5gün)  ərzində  4  sporo-zoiti  olan  2  sporosista  formalaşır.  Bu  cür 

oosistalar invaziyalaşdırmaq qabiliyyətinə malik olurlar. 

Toksoplazmalar antigenlərinə görə fərqlənən müxtəlif ştamlara malikdirlər. Bu 

ştamlar  virulentliklərinə  görə  də  fərqlənirlər.  Bəzi  ştamlar  yüksək  vi-rulentliyə  malik  olurlar. 

Məsələn,  RH  ştammı  laborator  heyvanlarının  tezliklə  tələf  olmasına  səbəb  olur.  T.gondi 

patogenliyi,  virulentliyi  zəif  olan  parazitlər-dəndir.  Bu  isə  əsasən  kliniki  olaraq  heç  bir  əlamət 

büruzə verməyən latent formaların meydana çıxmasına səbəb olur. Bununla belə onlar hamilələrin 

yoluxması zamanı çox təhlükəli ola bilərlər. Belə ki, hamiləlik dövründə yoluxma 40% hallarda 

parazitin vertikal yolla dölə verilməsinə və anadangəlmə tokso-plazmozun inkişafına səbəb olar 

ki, bu da ağır nəticələrə gətirib çıxarır. 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə