C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə206/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   199   200   201   202   203   204   205   206   207

419 

 

zaman  qannda  köplük, göynədici  ağrılar,  mədə  bulanması,  qəbzlik  olur.  Bu  isə  bəzi  hallarda 



səhvən xroniki appendisit, adneksit, vərəm mezadeniti diaqnozu qoyulmasına səbəb olur. 

 

 



Tez-tez  müşahidə  edilən  əlamətlərdən  biri  do əzələ  və  oynaqlarda 

ağrıların olmasıdır.  Bu  zaman  oynaqlarda  heç  bir  iltihab  əlaməti  olmaya  da  bilər.  Müayinədə 

miozitlər  (xüsusən  baldır  əzələlərində)  qeyd  edilir.  Bəzən  əzələlərdə kirəcləşmələr  olur. Bunu 

rentgen müayinəsində və palpasiyda ağrılı bərkləşmo-lər şəklində müəyyən etmək mümkündür. 

Rentgen müayinəsində xırda oynaqlarda (barmaqlarda) distrofik dəyişikliklər də aşkar edilə bilər. 



Ürək-damar  sistemi tərəfindən  dəyişikliklər  özüııü  ürək  döyünmə,  ürək 

nahiyyəsində  küt  ağrılar,  ritm  pozğunluqları  şəklində  göstərir.  Müayinə  zama-m  taxikardiya, 

bəzən  ekstrasistoliya,  arterial  təzyiqin  düşməsi,  ürək  tonlarının karlaşması,  sərhədlərinin 

genişlənməsi  müəyyən  edilir.  EKQ-da  ocaqlı  və  ya diffuz  miokardit  əlamətləri,  keçiriciliyin 

pozulması, ritm pozğunluqları aşkar edilir. 

Tənəffüs  sistemində dəyişikliklər  olmur.  Nadir  hallarda  pnevmosistozu 

xatırladan dəyişikliklər ola bilər. 



Mədə-bağırsaq sistemi tərəfindən də bir sıra əlamətlər meydana çıxır. Xəstələr 

mədə nahiyyəsində küt ağrılardan, qarında köpdən, iştahasızlıqdan, mədə bulanmasından, ağızda 

quruluqdan,  qəbizlikdən  şikayət  edirlər.  Mədə turşuluğu  və  şirə  ifrazı  aşağı  düşür.  Rentgen 

müayinəsində spastik kolit əlamətləri aşkar edilir. Bəzi hallarda xəstələr arıqlayır. 

Xəstələrin əksəriyyətində - 65%-də qaraciyər böyüyür. Lakin bu xroniki hepatitə 

və  ya  sirroza  gətirib  çıxarmır. Dalağın  böyüməsi tək-tək  olsa  da, öd yollarının zədələnmə 

əlamətləri xəstələrin yarısından çoxunda qeyd edilir. 

Xəstəliyin tez-tez rast  gələn əlamətlərindən biri də gözün zədələnməsidir. Belə 

ki,  xəstələrdə  xorioretinit,  uveit,  proqressivləşən  yaxından  görmə  baş  verir.  Xəstəliyin  uzun 

müddət  davam  etməsi endokrin  pozğunluqlarıninkişafına da  səbəb  olur.  Bu  menstruasiyanm 

pozulması,  impotensiya,  böyrəküstü  vəz çatmamazlıqları  və  qalxanvari  vəzidə  olan 

pozğunluqlarla özünü büruzə verə bilər. 

Vegetativ  sinir  sisteminin  zədələnməsi  akrosianoz,  dərinin  parlaq,  məx-

mərəbənzər  olması,  hiperhidroz,  orto-  və  klinostatik  sınaqlarda  dəyişikliklər

periferik  sinir 



sistemində pleksit və s. və özünü göstərir. 

Periferik  qanın  müayinəsində  çox  vaxt  normositoz  olur.  Bəzən  mülayim 

leykopeniya, neytropeniya, nisbi limfositoz, eozinofiliyaya meyillik qeyd edilir. EÇS normal olur. 

Qanın  biokimyəvi  müayinəsidə  elə  bir  dəyişiklik  olmur.  Bəzi  xəstələrdə  zülal 

fraksiyalarında müəyyən dəyişikliklər - qamma-qlobulin fraksiyasının artması ola bilər. 

Xroniki  toksoplazmozun  gedişində  adətən,  kəskinləşmələr  qısa  müddətli 

remissiyalarla  növbələşir.  Renıissiya  dövründə  əlamətlər  çəkilir.  Xəstələrin  iş qabiliyyəti  bərpa 

olunur, bununla belə xəstələr özlərini tam sağlam hiss etmirlər. 



Latent  toksoplazmoz -  I-li  latent  toksoplazmozda  qeyd  etdiyimiz  kimi  heç  bir 

klinik əlamət olmur. Diaqnozu yalnız seroloji reaksiyaların və tokso-plazminlə dəri daxili sınağın 

köməyi  ilə  qoymaq  olur.  II-li  latent  toksoplazmoz isə  toksoplazmozun  manifest  formalarından 

downloaded from KitabYurdu.org




420 

 

sonra  formalaşır.  Belə  xəstələrdə adətən  rezidual  əlamətlər  aşkar  edilir.  Kirəcləşmələr, 



sklerozlaşmış  limfa  düyünləri,  xorioretinitə  xas  olan  köhnə  ocaqlar  qeyd  edilir.  I-li  latent 

formadan fərqli  olaraq  II-li  latent  formada  orqanizmin  immun  reaktivliyinin  zəifləməsinə səbəb 

olan bir sıra faktorlar tez-tez prosesin kəskinləşmələrinə səbəb ola bilər. I-li latent toksoplazmozda 

isə  kəskinləşmələr  çox  nadir,  immunitetin  son  dərəcə  zəiflədiyi  hallarda  qeyd  edilir  və  hətta 

xəstəliyin kəskin formasının inkişafına səbəb ola bilər. 

Anadangəlmə toksoplazmoz - rast gəlmə tezliyi regionlardan asılı oiaraq • ■ 

müxtəlifdir.  Ümumiyyətlə,  hər  doğulan  1000-3500  körpəyə  bir  xəstələnmə  hadisəsi  düşür. 

Anadangəlmə  toksoplazmozun  kliniki  olaraq  büruzə  verməsi  əsa-son  ananın  hamiləliyin  hansı 

dövründə yoluxmasından asılı olaraq baş verir -kəskin, xroniki, latent, rezidual ola bilər. Kəskin 

forma əsasən hamiləliyin erkən dövrlərində (I üç aylığında) yoluxmalar zamanı formalaşır, ağır 

generalizə  olunmuş  toksoplazmoz  kimi  keçir.  Kəskin  nəzərə  çarpan  intoksikasiya  əlamətləri, 

qızdırma,  qaraciyərin,  dalağın  böyüməsi  qeyd  edilir.  Körpələrdə  sarılıq, makulo-papulyoz 

səpgilər, ensefalit və gözlərin zədələnmosi əlamətləri medana çıxır. 

Dəridə olan səpgilər yayılmış, efczantemal xəstəliyin aparıcı əlamətlərindəndir. 

Dəri  üzərindən  bir  qədər  yüksələn,  çox  böyük  olmayan  rozeoleoz  və  ya  makulo-papulyoz 

elementlər  şəklində  büruzə  verir.  Bir  neçə  gündən  iki  həftəyədək  qalır,  daha  çox  ətraflarda  və 

qarnın  aşağı  hissələrində  müşahidə  edilir. Qaraciyərin  zədələnməsi  onun  böyüməsi  və  dəri 

örtüyünün saralması ilə büruzə verir. Dalaq, periferik limfa düyünləri də böyüyür. 

Kəskin forma generalizə olunmuş infeksiya əlamətləri olmadan, yalnız MSS-nin 

ayrıca zədələnməsi - ensefalit əlamətləri ilə də keçə bilər. Bu zaman letargiya, opistotonus, klonik, 

tonik  qıcolmalar,  ətraflarda  parez  və  ifliclər, kəllə  sinirlərinin  zədələnməsi  əlamətləri  meydana 

çıxır. Onurğa beyni mayesinin müayinəsində də dəyişikliklər qeyd edilir. Təzyiqi yüksəlir, şəffaf, 

ksanto-xrom olur, zülalın miqdarı artır, mülayim limfositar sitoz (1 mkl-də 100-120) aşkar edilir. 

Ümumiyyətlə,  anadangəlmə  kəskin  toksoplazmoz  ağır  gedişə  malik  olub, 

proqnozu ciddidir. Xəstəlik proqressivləşərək ölümlə belə nəticələnir. Bir sıra hallarda isə patoloji 

proseslər getdikcə zəifləyərək sönür və II-li latent formaya keçir. Bu halda xəstələrdə ensefalitin 

nəticələri qalır. Hidrosefaliya, oliqofreniya, simplomatik və ya Cekson tipli epilepsiya müşahidə 

edilir.  Bununla  bərabər  görmə  pozğunluqları,  hətta  mikıo-,  anoftalmiya  da  qeyd  edilə bilər. 

Göstərmək  lazımdır  ki,  bu  əlamətlər  ilk  gündən  intoksikasiya  əlamətləri, subfebril  hərarət, 

limfadenopatiya  fonunda  gedirsə  də,  sonralar  qeyd  edilən əlamətlər  getdikcə  aradan  qalxır  və 

yalnız ensefalitə xas olan əlamətlər qalır. Bu isə anadangəlmə toksoplazmozun rezidual forması 

kimi qiymətləndirilir. 

Yeni doğulmuşların bir qismində toksoplazmozun latent forması ola bilər. Belə 

körpələrdə  toksoplazmoza  xas  olan  heç  bir  əlamət  qeyd  edilmir,  yalnız  xarakterik  seroloji 

reaksiyalar müsbət olur. 



İmmunçatmamazlıq  zamanı  toksoplazmoz. İmmunitetin  kəskin  zəifləməsinə 

səbəb  olan  bir  sıra  faktorların  (İİV  infeksiyası  və  s.)  təsiri  nəticəsində  toksoplazmozun  ağır 

formaları inkişaf edir. Xəstəlik çox vaxt MSS-nin zədələnməsi (ensefalit, meninqoensefalit) ilə 

büruzə verir. Qeyd etmək lazımdır ki, toksoplazmoz İİV-infeksiyası zamanı xəstələrin ölümünün 

əsas  səbəblərindən biridir.  QİÇS  zamanı  inkişaf  edən  ensefalitlərin  əksəriyyəti,  25-80%-i 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə