C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə14/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   10   11   12   13   14   15   16   17   ...   207

29 

 

Məlum olduğu kimi infeksion xəstəliklərin patogenezində hipotalamo-hipofiz - 



böyrəküstii vəzilər sistemi fəal iştirak edir. Yüksək intoksikasiya böy-rəküstü vəzilərin fəaliyyət 

pozğunluqlarına  -  hipofunksiyasına  səbəb  olur.  Bu  baxımdan  ağır  gedişli  xəstəliklərin 

müalicəsində qlükokortikosteroid  hormonların  (QKSII) tətbiqinin  əsası  vardır.  QKSH  əsas 

etibarilə xəstəliyin ağır və ildırımsürətli gedişləri zamanı, bəzən isə xroniki formalarında (xroniki 

VH-də) tətbiq  olunur.  Bir  sıra  ağırlaşmalarda  (İTŞ,  virus  hepatitinin  prekomatoz  və koma 

dövründə) QKSH həyati göstəriş kimi (inolicatio vitalis) təyin olunur. QKSH təsiri ilə ağır iltihabi 

proseslərin, allergik reaksiyaların qarşısını almaq olur. QKSH müalicə aparılarkən bu preparatların 

(deksazon, deksametazon

hidrokortizon, predizon, prednizolon və s.) mənfi təsirlərini də nəzərə almaq və son dərəcə ehtiyatlı 

olmaq lazımdır. 

Orqanizmin  immunreaktivliyinin  yüksəldilməsinə  yönələn  müalicə  vasitələri  - 

bütün  vitaminlər,  polivitamin  kompleksləri,  bioloji  fəal  maddələr,  qan,  plazma  köçürülməsi, 

oksigenotcrapiya,  eubiotiklər  (koli-,  lakto-,  bifıdumbak-terin  və  s.),  o  cümlədən  yuxarıda  qeyd 

etdiyimiz kimi pəhriz, rejim və s. vasitələr - patogenetik müalicə tədbirlərinə aid edilirlər. 



Simptomatik müalicə - xəstələrin vəziyyətini  yaxşılaşdırmaq məqsədi  ilə  onları 

narahat edən ayrı-ayrı simptomların aradan qaldırılmasına  yönələn müalicə tədbiridir. Xəstənin 

vəziyyətini  yüngülləşdirməklə  xəstəliyin  inkişaf prosesini  müsbət  yönümdə  istiqamətləndirir. 

Qarında  spastik  ağrıların  kəsilməsi  (salmonelloz,  dizenteriya),  hipertermiyanın  (qrip)  aradan 

qaldırılması və s. simptomatik müalicə tədbirlərinə aiddir. 

II. BAĞIRSAQ İNFEKSİYALARI 

QARIN YATALAĞI. PARATİF A və B 

(TYPHUS ABDOMİNALİS. PARATYPHYA et B) 

Qarın yatalağı, paratif A və B fekal - oral yoluxma mexanizminə malik, nazik 

bağırsağın  limfa  aparatının  zədələnməsi,  bakteriemiya,  intoksikasiya  əlamətləri,  qızdırma, 

qaraciyərin  və  dalağın  böyüməsi,  dəridə  rozeoleoz  səpgilərin olması  ilə  xarakterizə  olunan 

xəstəliklərdir. 

Tarixi  məluma  t. Qarın  yatalağı  çox  qədimdən  məlumdur.  Onun  haqqında  ilk 

məlumatı  hələ  bizim  eradan  əvvəl,  460-377-ci  illərdə  Hippokrat vermişdir.  Xəstəliyin  adı  da 

Hippokrat tərəfindən qoyulmuşdur. "Typhos" -yunan sözü olub duman, tüstü mənası verir. XIX 

əsrin  əvvəllərinədək  bu  ad altında  huşun  itməsi,  alaqaranlıqlaşması  ilə  gedən  bütün  qızdırmalı 

vəziyyətlər nəzərdə  tutulurdu.  Xəstəliyin  kliniki  təsvirini  ilk  dəfə  1820-ci  ildə  fransız  həkimi 

Bretano vermişdir. O, müşahidə edilən uzun müddətli qızdırmanı və huşun alaqaranlıqlaşmasını 

bağırsaq  limfa  aparatının  zədələnməsi  ilə  əlaqələndirmişdir.  1829-cu  ildə  Şarl  Lui  qarın 

yatalağında  meydana  çıxan  patanatomik  dəyişikliklər  haqqında  ətraflı  məlumat  verərək 

xəstəliyə "typhus abdominalis" adı verilməsini təklif etmişdir. 1880-ci ildə K.Ebert bu xəstəlikdən 

ölmüş şəxslərin dalaq və mezenterial limfa düyünlərində iöpədiciləri aşkar etmişdir. Bakteriya-

ların  təmiz  kulturasını  1884-cü  ildə  Q.Qaffiki  almışdır.  A.İ.Vilçur  1887-ci  ildə onu  xəstənin 

qanından ayırmışdır. 1896-cı ildə Şotmuller qarın yatalağının diaqnozunda həlledici rol oynayan 

hemokultura üsulunu təklif etmişdir. Elə həmin il M.Qruber xəstəlik keçirmiş şəxslərin qanının 

downloaded from KitabYurdu.org




30 

 

qarın  yatalağı  bakteriyalarım  aqlutinasiya  etməsi  qabiliyyətini  müəyyənləşdirmiş  və  buna 



əsaslanan F.Vidal aqlutinasiya diaqnostika üsulunu işləmişdir. 

Etiologiyası. Qarın yatalağının törədicisi Salmonella typhy, A və B paratiflərinin 

isə Sal. 



paratyphi A 

et 


adlanan 


bakteriyalardır. 

Onlar Entero-



bakteriaseae ailəsinə, Salmonella cinsinə, Sal. enterica növünə, enterica ser ovar typhi, paratyphi 

A et B yarım növünə aiddirlər. Morfoloji cəhətdən digər sal-monellalardan fərqlənməyən qram-

mənfi, fakültativ aerob, peritrixial yerləşən qamçıların köməyi ilə hərəkət edən, spor, kapsul əmələ 

gətirməyən,  0,5-0,8  x 1,5-3,0  mkm  ölçüdə,  çubuq  şəklində  bakteriyalardır.  Adi  qidalı 

mühitlərdə yaxşı inkişaf etsələr də, əlverişli mühit ödlü mühit hesab olunur. Bjokimyəvi cəhətdən 

fermentativ  fəallığa  görə  digər  salmonellalardan  xeyli  fəaldırlar. Xüsusən  paratif  bakteriy  alan. 

Ekzotoksin əmələ gətirmirlər, lakin mikrob hüceyrəsi dağıldıqda azad olan endotoksinləri vardır. 

S.typhi  bakteriyaları  somatik  termostabil O-antigenə, qamçılarda  yerləşən 

tcrmoləbil H-antigenə və somatik, lakin daha səthi yerləşən Vi-antigenə malikdirlər (Paratif A və 



B  bakteriyalarıncla  Vi-antigen  olmur). O-antıgeııin spesifikliyi  onu  formalaşdıran  polisaxarid 

zəncirinin axırında polizid-tive-lozanın (3-o-didezoksi-D-mannoza) olması ilə əsaslandırılır. 

Qarın  yatalağı  bakteriyaları  süzgəcdən  keçən L-formalar əmələ  gətirə  bilirlər. 

Bu onların immun orqanizmdə saxlanmasına imkan verir. Törədicilərin Vi-faqlarla lizisə uğramaq 

qabiliyyətlərinə  görə 100-dən  artıq  faqotipivardır. Faqotiplər  latın  hərfləri  ilə  işarə  edilir. 

Faqotiplərə  mənsubluq  möhkəm  dayanıqlığa  malikdir  və  heç  vaxt  dəyişmir.  Ona  görə  də 

epidemioloji  praktikada infeksiya  mənbəyini  müəyyənləşdirmək  və  xəstələnmələr  arasında 

əlaqəni aşkar etmək, kulturanın identifıkasiyası məqsədi ilə istifadə edilir. 

Xarici  mühit  şəraitinə  xeyli  davamlıdırlar.  Aşağı  temperaturda  daha  yaxşı 

qalırlar. Torpaq və suda bir neçə gündən 1-5 ayadək, ifrazatda 25 gün; yataq ağlarında, paltarda 2 

həftə; ərzaq məhsullarında - ət, yağ, pendir, çörəkdə 1-3 ay; meyvə-tərəvəzdə 5-10 gün qalırlar. 

Ərzaq  məhsullarında,  xüsusən süd,  qaymaq,  kəsmik,  ət  qiyməsində,  tərəvəzdən  hazırlanmış 

salatda +18°C-dən  yuxarı temperaturda nəinki uzun müddət qalır, hətta artıb çoxalırlar. Yüksək 

temperatura dözümsüzdür. +56°C-də 45-60 dəqiqədən, 60°C-də 30 dəqiqədən, qaynatdıqda isə bir 

neçə  saniyədən  sonra  tələf  olurlar.  Dezinfeksiya edicilərin  adi  qatılıqlı  məhlullarında  bir  neçə 

dəqiqə dözürlər. Fəal xlorun suda 0,5-1,0 mq/1 miqdarında olması tam zərərsizləşdirməni təmin 

edir. Paratif bak-teriyaları Sal.typhi bakteriyalarına nisbətən daha davamlıdırlar. 

Epidemiologiyası. Qarın  yatalağı,  paratif  A  və  B antroponozdur. Xəstəlik 

mənbəyi xəstə insanlar və bakteriyagəzdirənlərdir. Paratif B-də isə bəzən heyvanlar - iri buynuzlu 



mal-qara, donuzlar, ev quşları belə ola bilər. 

Törədicilər  əsasən nəcis,  sidik  və  ağız  suyu ilə  ifraz  olunurlar.  Epidemioloji 

cəhətdən sidiklə ifrazı daha təhlükəli hesab olunur. Bu zaman xaric edilən bakteriyaların sayı 30 

milyarddan artıq ola bilər. Bakteriyaların külli miqdarda ifrazı əsasən xəstəliyin 7-ci  günündən 

etibarən  başlayır,  qızğın  dövrdə  maksimuma  çatır.  Rekonvalessensiya  dövründə  isə 

azalır. Xəstəlikdən  sonra  bakte-riyagəzdirənlik  əksər  hallarda  3  ayadək  davam  edir. Bəzən 

xroniki,  hətta  ömrü boyu  davam  edən  bakteriyagəzdirənlik  müşahidə  edilir.  Qarın 

yatalağında bakteriyagəzdirənlər, xüsusən xroniki formada gəzdirənlik infeksiyanın əsas mənbəyi 

hesab edilir. Xroniki bakteriyagəzdirənlik xəstəlikdən sağalanların 3-5%-də formalaşır. Hazırda 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə