C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə10/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   6   7   8   9   10   11   12   13   ...   207

21 

 

mərhələlərindən, klinik formalarından asılı olaraq dəyişə bilər. Məsələn, VH-də sarılıq önü dövrdə 



dispeptik, kataral, astenovegetativ, artralgik sindromlar; sarılıq meydana çıxdıqdan sonra isə sarılq 

və xolestaz sindromu diaqnostik hesab edilir. Patogenetik diaqnozda olan dəyişikliklər müalicədə 

də düzəliş aparmağı tələb edir. Məsələn, salmonellozun mədə-bağırsaq forması salmonella sepsisi 

ilə  ağırlaşarsa  rehidratasion  tədbirlərdən  dezintoksikasiya-edici  və  etiotrop  müalicəyə  keçmək 

lazımdır. 

Son  diaqnoz -  orqanizmin  fərdi  xüsusiyyətləri  (yaş,  cins,  qidalanma),  yanaşı 

gedən xəstəliklər, xəstəliyin dövrləri, ağırlaşmaları və s. nəzərə alınaraq qoyulur. Bununla belə 

xəstəliyin  gedişində  meydana  çıxan,  diaqnozu  təsdiq  və ya  inkar  edən  yeni  kliniki-laborator 

əlamətlər mütləq nəzərə alınmalıdır. 



Sağalmanın - sanogenezin  diaqnozu  - infeksion  xəstəliklərin  nəticəsini, 

ağırlaşmaları,  orqanizmin  kompensasiya  vəziyyətini,  sağalmanın  tam  və  ya natamam  olmasını 

özündə  əks  etdirir.  Bu  diaqnozun  müəyyən  edilməsi  xəstəliyin  uzaq  nəticələrinə  nəzarət  və 

epidemioloji  nöqteyi-nəzərdən  vacibdir.  Kli-nik-morfoloji  sağalma  ilə  yanaşı,  törədicilərin 

orqanizmdən təmizlənməsi -eleminasiyası diqqət mərkəzində olmalıdır. 

laqda tetrasiklin) diaqnoz təsdiq olunmuş hesab edilir. Oxşar kliniki gedişə malik xəstəlikləri bir-

birindən fərqləndirməklə diaqnozun müəyyən edilməsi -diaqnosis dijferentialis; bir neçə xəstəliyi 

bir-bir inkar edib, birini saxlamaq isə -diaqnosis per exclusionem adlanır. 

Kompleks müayinələr əsasında diaqnozu qoyulan infeksion xəstəliklərin 

müxtəlif klinik formalarını müəyyən etmək olur: 

 

 

Bəzən  mövcud  laborator  müayinələrlə  xəstəliyin  törədicisini  tapmaq,  aşkar 



etmək mümkün olmur. Belə hallarda aparılan effektli etiotrop müalicə ilə diaqnoz qoymağa cəhd 

edilir  - diaqnosis  ex  juvantibus. Etiotrop  müalicə  müsbət  nəticə  verərsə  (məsələn,  amöbiazda 

antiparazitar preparatlar, səpgili yata 

Manifest və ya büruzə verən forma - xarakterik klinik-laborator dəyişikliklərin 

meydana çıxması ilə özünü göstərir. Müddətinə görə: kəskin və xroniki; ağırlığına görə: yüngül, 



orta  ağır  və  ağır  formalara bölünür.  Meydana  çıxan klinik  əlamətlərin  xarakterinə  görə 

xəstəliyin tipik - xarakter əlamətlərlə; atipik - abortiv, silinmiş və ildınmsürətli formaları da ayırd 

edilir. İldırım sür əlli forma qısa müddət davam edən (1-neçə saatdan, 1-neçə günədək) ağır gedişi 

ilə seçilir. Letallıq çox yüksək olur. 



Kəskin  forma -  kəskin  başlaması  və  əlamətlərin  kəskin  büruzə  verməsi  ilə 

xarakterizə olunur. Törədici orqanizmdə qısa müddət qalsa da ətraf mühitə külli miqdarda xaric 

olduğundan xəstənin yanındakıları yoluxdurma ehtimalı yüksək olur. Lakin xəstə yatağa düşüb, 

ətrafdakılardan təcrid olunduğundan elə bir epidemioloji təhlükə təşkil etmir. 



Xroniki  forma -  uzun  müddət  davam  edir.  Residiv,  kəskinləşmə  və  remis-

siyalarm bir-birini əvəz etməsi ilə gedir. 



Kəskinləşmə -  əlamətlərinin  sönmə  dövründə  yenidən  şiddətlənməsidir. 

Məsələn,  VH-də  sarılığın  azalaraq  yenidən  artması,  qarın  yatalağında  daimi qızdırmanın  təkrar 

olunması və s. 

downloaded from KitabYurdu.org




22 

 

Residiv -  xəstəliyə  xas  əlamətlərin  tam  çəkildikdən  sonra  yenidən  meydana 

çıxmasıdır. Residivlər arası dövr remissiya (remissio - azalma, zəifləmə) dövrü adlanır. 

Kəskinləşmə  və  residiv  zamanı  klinik-labarator  və  epidemioloji  göstəricilər 

yenidən  meydana  çıxır,  xəstəlik  uzanır,  xəstə  infeksiya  mənbəyi  kimi  təhlükəli  olur.  Xroniki 

formada xəstələrdə ağırlaşmaların baş verməsi, qalıq əlamətlərlə sağalma istisna olunmur. 

Tam  sağaldıqdan  sonra  həmin  xəstəliyə  yenidən  yoluxma reinfeksiya, əgər 

xəstəlikdən  tam  sağalmamış,  törədicilər  orqanizmdən  təmizlənməmiş  həmin  xəstəliyə  yenidən 

yoluxma olarsa sup er infeksiya adlanır. 

Makroorqanizm  ilə  mikroorqanizmin  qarşılıqlı  təsirindən  infeksion  prosesin 

manifest  formaları  ilə  bərabər  bir  sıra  xəstəliklər  zamanı  (salmonelloz,  qarın  yatalağı  və 

s.) gəzdiricilik  də  (bakteriya-,  virus-,  p  ar  azitgəzdir  ənlik)  formalaşır. Bu  zaman  orqanizmdə 

həmin xəstəliyə qarşı müvafiq immunoloji, morfoloji, fuksional dəyişikliklər getsə də infeksion 

proses  büruzə  vermir,  əla-mətlərsiz  -  subklinik  səviyyədə  keçir.  Kəskin  və  xroniki  ola  bilər. 

Xroniki  bak-teriyagəzdirmə  orqanizmin  immunoloji  sisteminin  zəif  reaksiyası  ilə  izah  olunur. 

Gəzdirənlik epidemioloji nöqteyi-nəzərdən ətrafdakılar üçün xüsusilə təhlükəlidir. 

infeksion  xəstəliklərin subklinik  forması ancaq  labarotor  -  bakterioloji  və 

seroloji  müayinələrə  əsasən  müəyyən  edilir.  Bu  halda  da  orqanizmdə  immunoloji,  morfoloji 

dəyişikliklər  getməsinə  baxmayaraq  xəstəliyə  məxsus  heç  bir  klinik  əlamət  olmur.  Xəstəlik 

mənbəyi  kimi  belə  şəxslər  ətrafdakıları  yoluxdurmaqla  yanaşı,  bəzən  əhali  arasında  bir  sıra 

xəstəliklərə  (mcninqokokk,  diftc-riya,  poliomielit,  VHA)  qarşı  sox  sayda  insanları  əhatə  edən 

immunlaşmış qruplar yaranır və beləliklə xəstəliyin yayılmasının qarşısı almır. 



Latent  infeksiya -  mikro-  və  makroorqanizmin  qarşılıqlı  münasibətindən  irəli 

gələn  infeksion  prosesin  xüsusi  bir  formasıdır.  Bu  əsasən  törədicinin  pato-genüyinin  azalması, 

onun «qüsurlu» formaları (məsələn, viruslarda «qüsurlu» subvirus hissəcikləri, bakteriyalarda L-

forma, sferoplastlar) ilə əlaqədar olur. 

Bu zaman törədici orqanizmdə hüceyrə daxilində qalaraq xarici mühitə ifraz olunmur, yalnız bəzi 

faktorların (stress, travma və orqanizmin reaktivliyinin zəifləməsinə səbəb olan digər faktorlar) 

təsirindən  orqanizmin  zəifləməsi  nəticəsində  fəallaşır  və  infeksion  xəstəliyin  kəskin  forması 

inkişaf edir. Məsələn: bruselloz, herpes, sitomeqalovirus və s. 



Ləng  (slow)  infeksiya -  infeksion  prosesin  daha  bir  nadir  forması  olub  adətən 

patoloji  proses  müəyyən  bir  üzv,  toxuma  və  ya  sistemdə  (əsasən  sinir sistemində)  inkişaf  edir. 

İnkubasion  dövrün  uzanması  -  aylarla  davam  etməsi, xəstəliyin  gedişində  müəyyən 

qanunauyğunluğun  olmaması,  prosesin  ləng,  ancaq  inadlı  olaraq  proqressivləşib  ölümlə 

nəticələnməsi  ilə  foqlənir.  Ləng  infek-siyalara  bir  sıra  virionların  törətdiyi  xəstəliklər  -  İİV-

infeksiya,  proqressivləşən anadangəlmə  məxmərək,  sklcrozlaşan  yarımkəskin  qızılca 

panensefaliti,  prion xəstəlikləri  -  Kuru,  Kreytsfeld-Yakob  xəstəliyi  və  s.  aid  edilir.  Hazırda 

təbabətə 30-dan artıq ləng infeksiya məlumdur. 



Ekzogen  infeksiyalar -  infeksion  xəstəliklər  törədicinin  xarici  mühitdən 

orqanizmə düşməsilə əlaqədar olaraq baş verir. Məlum olan əksər infeksiyalar ekzogen xarakter 

daşıyır. 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə