C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə8/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   4   5   6   7   8   9   10   11   ...   207

17 

 

məlumdur (ənsə əzələlərinin rigidliyi, Kemiq, Brudzinski və s.). Müxtəlif mənşəli meningitlərdə 



təsadüf edilir. 

Kolil  sindromu -  yoğun  bağırsağın  iltihabı  nəticəsində  inkişaf  edir  və  özünü 

əsasən qarında - sol qalça çuxurunda ağrı; selikli, bəzən qanlı ishal; tenezmlərin meydana çıxması 

ilə  göstərir.  Bakterial  dizenteriya  üçün  xarakterikdir.  Amöbiaz,  balantidiaz  və  salmonellozun 

mədə-bağırsaq fatmasında da təsadüf edilə bilər. 



Hepatolienal  sindrom -  dalaq  və  qaraciyərin  böyüməsi.  Əksər  infeksion 

xəstəliklər zamanı qeyd edilsə də botulizm, güzaz, quduzluq, qripdə olmur; taun, tulyaremiyada 

isə az rast gəlinir. 

Sardıq  və  xolestaz  sindromu  - bilirubinin  əmələ  gəlməsi  və  ekskresiyasımn 

pozulması  ilə  əlaqədar  baş  verir.  Dəri-selikli  qişaların  saralması,  sidiyin  tünd-ləşməsi,  nəcisin 

ağarması,  qaraciyərin  funksional  sınaqlarında  dəyişikliklər  və s.  meydana  çıxır.  VH-ləri, 

leptospiroz və digər xəstəliklərdə ola bilər. 

Müasir  təbabətdə  5000-dən  artıq  xəstəlik,  1500-ə  yaxın  sindrom  bəllidir.  Ola 

bilsin ki, bir sindrom həm infeksion həm də qeyri-infeksion xəstəliklərin klinikasında diaqnostik 

əhəmiyyət daşısın. Ona görədə hətta sindromlar da bəzən infeksion xəstəliyin diaqnozunu təyin 

etməyə  imkan  vermir.  Məsələn: hemorragik  sindrom  eyni  zamanda  Şenleyn-Henox,  C 

avitaminozu, hemofiliya və digər qan xəstəliklərində də (kəskin leykoz, şüa xəstəliyi) aşkar edilə 

bilər. Sarılıq sindromu və xolestaz - eritrositləri hemolizi, onkoloji (pankreaduodc-nal zonada şiş), 

cərrahi (öd daşı xəstəliyi) xəstəliklər zamanı da təsadüf edilir. Digər tərəfdən bir sindrom ayrı-ayrı, 

bir neçə infeksion xəstəliyin  klinikasında meydana çıxa bilər. Ona görədə diaqnozun inandırıcı 

olması  üçün  xəstəliyə  xas iki  və  daha  çox  sindrom  aşkar  etmək  lazım  gəlir.  Məsələn,  VH-nin 

klinikasında xolestaz və sarılıqla yanaşı intoksikasiya sindromu da əsas yer tutur. Yaxud xəstəliyin 

sarılıqsız forması intoksikasiya və hepatolienal sindrom əsas götürülməklə təyin edilir. Buna görə 

də 


hər 

bir 


xəstəlik 

üçün 


daha 

xarakter olan sindromların 



cəmindən 



simptomokompleksdən istifadə  etmək  daha  məqsədə  uyğundur.  Simtomokompleks  patogcnetik 

olaraq eyni simptom və sindromları özündə birləşdirir və diaqnozu əsaslandırmağa imkan verir. 

Lakin xəstəliyin dövründən asılı olaraq simptomokompleks öz tərkibini dəyişə bilər. 

Məsələn,  VH-nin  başlanğıc  dövrü  intoksikasiya,  artralgik,  dispeptik,  kataral,  astenovegctativ 

sindromlarla; sarılıq dövrü isə sarılıq, hepatolienal sindromlarla gedir. 

INFEKSION XƏSTƏLİKLƏRDƏ LABORATOR 

MÜAYİNƏ ÜSULLARI 

Infeksion xəstəliklərin diaqnozunda klinik-epidemioloji məlumatlarla yanaşı bir 

sıra laborator müayinə üsulları ilə əldə edilən məlumatlardan da istifadə olunur. Xüsusən xəstəliyin 

sporadik  təsadüflərində  diaqnozun  laborator təsdiqi  vacibdir.  İlk  növbədə  törədici  amilin  aşkar 

edilməsinə yönəlmiş spesifik 

-     bakterioloji,  virusoloji,  mikroskopik,  parazitoloji,  seroloji,  immunoloji  -müayinə  üsulları 

həlledici  rol  oynayır.  Bu  məqsədlə  hansı  xəstəlik  olmasından, onların  kliniki  formalarından, 

inkişaf  mərhələlərindən  asılı  olaraq  patoloji  material  götürülür.  Bu  qan,  onurğa  beyni  mayesi, 

bəlğəm, sidik, nəcis, 12b. bağırsaq möhtəviyyatı, qusuntu kütləsi və s. ola bilər. 

downloaded from KitabYurdu.org




18 

 

Bakterioloji  müayinədə patoloji  material  qidalı  mühitlərə  əkilib,  törədicinin 

təmiz kulturası alınaraq identifıkasiya edilir. Əsasən xəstəliyin başlanğıcında, etiotrop preparatlar 

verilməmişdən əvvəl aparılır. Bəzən bu müayinənin təkrar  - bir neçə dəfə aparılmasına ehtiyac 

yaranır. Xəstənin qanı - hemokultu-ra, nəcisi - koprokultura, sidiyi - urinokultura, sümük iliyi - 

mielokultura, ödü 

-    bilikultura’ limfa düyünü punktatı, onurğa beyni mayesi və s. götürülüb əkilə bilər. Bakterioloji 

müayinə nəticəsində törədicinin növünün təyin edilməsi di-aqnostik əhəmiyyət daşımaqla yanaşı, 

infeksiya mənbəyini və onun xəstələrlə əlaqəsini müəyyən etmək, əks-epidemik tədbirlər sistemi 

işlənilib  hazırlanması üçün  də  mühüm  əhəmiyyət  kəsb  edir.  Eyni  zamanda  aşkar  edilmiş 

törədicilərin antibakterial 

preparatlara 

həssaslığını 

müəyyən 


etməklə 

daha 


təsirli 

etiotrop preparatları seçmək mümkündür. 

Viruslar  daha  mürəkkəb  bioloji  xüsusiyyətlərə  (hüceyrədaxili  parazitlik,  işıq 

mikroskopunda  təyin  edilməməsi  və  s.)  malik  olduqlarına  görə  onların kulturasını  almaq  - 

virusoloji  müayinə  aparmaq  üçün  xüsusi  qidalı  mühit (toyuq  embrionu,  toxuma  kulturası), 

mükəmməl  elmi-tədqiqat  laboratoriyaları tələb  olunur.  Odur  ki,  əsasən  elmi-tədqiqat 

laboratoryalarında və iri diaqnostika mərkəzlərində aparılır. 

Mikroslcopiya  üsulu xəstəliyin  erkən  diaqnostikası  və  müalicəsi  üçün  böyük 

əhəmiyyətə malik olub, müxtəlif patoloji materiallarda (sidik, nəcis, qan və s.) törədicinin aşkar 

olunmasına  əsaslanır.  Götürülmüş  materialdan  yaxma hazırlanır,  təbii  -  nativ  şəkildə  və  ya 

rənglədikdən  sonra  mikroskopiya  olunur. Əsasən  parazitar  xəstəliklərin  (malyariya,  leşmanioz, 

ləmblioz, helmintozlar və s.) və bir sıra bakterial infeksiyalarm (leptospiroz və s.) diaqnostikasında 

tətbiq olunur. 



Seroloji  reaksiyalar -  antigen  və  antitellərin  qarşılıqlı  təsir  reaksiyasına 

əsaslanır. Adətən qan zərdabı ilə qoyulur. Xəstəlk zamanı və peyvənd edilmiş-iərdə orqanizmdə 

müxtəlif  immunoqlobuiin  fraksiyalarından  ibarət  (IgM, İgG,  İgA)  xüsusi  antitellər  əmələ  gəlir. 

Törədicilərdən hazırlanmış antigeni xəstədən götürülmüş qan zərdabına əlavə etdikdə antigen və 

antitellərin birləşməsi baş verir. Antitelləri aşkar etmək üçün aqlutinasiya, presipitasiya, hemaqlu- 

tinasiya,  komplementin  birləşməsi,  neytrallaşma,  aqlutinasiya-lizisi  reaksiyaları,  radio 

immıınmüayinə  (RİM)  İFM,  QİEF,  və  s.  tətbiq  olunur.  Adətən  se-roloji  reaksiyalar  xəstəliyin 

ikinci  həftəsindən  başlayaraq  müsbət  olur  və  dinamikada  (7-14  gündən  sonra)  titrini  artması 

diaqnozu  təsdiq  edir.  Bəzən  antibiotiklərin  erkən  və  yüksək  dozada  işlədilməsi  bakteriyaların 

orqanizmdən tez təmizlənməsi ilə nəticələnir. Antigen qıcığın kifayət qədər olmamasından anti-

tellərin meydana çıxması ləngiyir. Bu halda hətta törədicinin aşkar edilməsinə baxmayaraq qanda 

antitellərin titri az olduğundan seroloji reaksiyaların nəticəsi mənfi olur. Digər halda eyni antigen 

qrupuna aid olan bakteriyalarla (məsələn: salmonellalar, şigellalar) qoyulan seroloji müayinələr 

bəzən çarpaz reaksiyalar (aqlutinasiya, para aqlutinasiya) verə bilər. Bu zaman eyni qrupdan olan 

bakteriyaların hamısı ilə seroloji reaksiya qoyulur, hansının titri yüksəkdirsə diaqnoz üçün əsas 

götürülür. 

Praktiki  təbabətdə  tezləşdirilmiş  -  erkən  və  ekspres  diaqnostika  üsullarının 

mühüm  əhəmiyyəti  vardır.  Bu  qəbildən  olan  üsullardan  biri  də immuno-flüoressensiya 



reaksiyası - Kuns  üsuludur Patoloji  material  xüsusi  immunoflü-oressent  zərdabla  işlənilir  və 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə