C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə5/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   2   3   4   5   6   7   8   9   ...   207

11 

 

Sağalma - rekonvalessensiya dövrü - müddəti xəstəliyin kliniki formalarından, 

ağırlığından, aparılan müalicənin effektliyindən və s. səbəblərdən asılı olaraq geniş diapazonda 

dəyişir.  Bu dövrdə orqanizmin fiziloji  funksiyaları  bərpa olur, xəstə sağalır, immunitet  yaranır. 

Sağalma xəstəliyə xas bütün klinik- laborator əlamətlərin çəkilməsi ilə - tam sağalma və müəyyən 

qalıq  əlamətlərlə  (bruselloz, toksoplazmoz),  törədicilərin  orqanizmdən  tam  təmizlənməməsi 

(bakteriya-, virus-gəzdirənlik və s.) ilə - natamam sağalma ola bilər. 

İNFEKSİON XƏSTƏLİKLƏRİN DİAQNOZU 

Müasir  dövrdə  infeksion  xəstəliklərin  kliniki  gedişində  bir  sıra  dəyişikliklər 

müşahidə  edilir.  Belə  ki,  xəstəliyin  silinmiş,  atipik formaları  daha  tez-tez  təsadüf  edilir.  Ağır 

gedişlərin,  uzun  sürən  formaların  xüsusi  çəkisi  artmışdır.  Ona  görədə  yoluxucu 

xəstəliklərə vaxtında  erkən  və  dəqiq  diaqnoz  qoyulması  mühüm  əhəmiyyət  kəsb edir.  Effektli 

müalicəsinin aparılmasında və xəstəliyə qarşı əks epi-demik tədbirlərin işlənilib hazırlanmasında 

da  erkən  və  dəqiq  diaqnozun  qoyulması  vacib  şərtdir.  Diaqnoz  xəstənin  hər  tərəfli, 

sistemli müayinəsinə  əsaslanmalıdır.  Ətraflı  klinik-anamnestik  məlumatlar toplanılıb,  müasir 

laborator-instrumental müayinələrin aparılması önəmli rol oynayır və alınan nəticələrdən istifadə 

edərək diaqnoz əsaslandırılır. 

İlk  növbədə klinik  müayinə aparılır.  Ətraflı  soruşulmaqla  xəstənin  şikayəti, 

xəstəliyin anamnezi, xəstənin həyat anamnezi toplanılır. Bu və ya digər üzv və sistemlərdə olan 

dəyişikliklər müayinə edilərək öyrənilir. Xəstəliyin başlaması, (kəskin, tədricən), üşütmə-titrəmə

qızdırma, temperaturun xarakteri, müxtəlif xarakterli ağrılar, onların lokalizasiyası və s. araşdırılır, 

Əlamətlərin ardıcıllığı, inkişafı izlənilir. Bu zaman xəstənin əsas şikayətləri, patoqnomik simptom 

və sindromların meydana çıxması, inkişafı; qəbul etdiyi dərmanlar, onların effektliyi araşdırılır. 



Epidemioloji  anamnez -  yoluxucu  xəstəliklərin  diaqnozunda  əhəmiyyətli  rol 

oynayır. Xəstənin harada, nə vaxt, hansı şəraitdə yoluxması, təmasda olduğu şəxslər və xəstəlik 

ocağı təyin edilir. Eyni zamanda xəstəliyin ətrafdakılara yoluxma yolları, ehtimalı araşdırılıb əks-

epidemik  tədbirlər  işləyib  hazırlamaq  üçün  məlumatlar  toplanılır. Bəzi  xəstəliklərin  (botulizm, 

quduzluq, giızaz, malyariya, VH-ləri və s.) diaqnozunda bu müayinənin mühüm əhəmiyyəti vardır. 

Epidemioloji anamnez toplayarkən aşağıdakılara diqqət yetirilməlidir: 

-     ailədə,  iş  yerində  və  digər  yerlərdə  infeksion  xəstələrlə  təmas və  ya  onun 

istifadə etdiyi əşyalardan istifadə etmək, endemik və en-zootik ocaqda olma 

-     xəstənin  vərdişləri,  şəxsi  gigiyena  qaydalarına  əməl  etməsi;  qidalanması  - 

evdə, ümumi yeməkxanada; ərzağın keyfiyyəti, təzə və ya konservləşdirilmiş ərzaqdan istifadə və 

s. 

-     istifadə  edilən  su  mənbələri  -  açıq  (quyu  suyu.  çay),  mərkəzləşdirilmiş, 



texniki. Çiy suyun içilməsi. 

-    mənzil-məişət şəraiti - ayrı, fərdi mənzil, kommunal mənzil, yataqxana və ya 

ümumi həyət evində yaşama; mənzilin ümumi sahəsi, işıqlanması, ailə üzvlərinin sayı və s. 

-peşə, sənət - məsələn, heyvandarlarda zoonoz xəstəliklərə (bruselloz, qara yara), 

cərrah  və  stomatoloqlarda  parenteral  virus  he-patitlərinə  yoluxma  ehtimalı.  Ev  heyvanları 

saxlamaq, heyvani məhsullarından (ət, süd, yun, dəri) istifadə edilməsi 

downloaded from KitabYurdu.org



12 

 

-əvvəllər  keçirilmiş  infeksion  xəstəliklər,  profilaktik  peyvəndlər  haqqında 



məlumat 

Bu  məlumatları  daha  da  genişləndirmək  olar.  Bütün  hallarda  epidemioloji 

anamnez fərdi xarakter daşımalı, hər bir xəstəliyin epidemiologivasına müvafiq olaraq toplanmalı 

və diaqnozu dəqiqləşdirməyə yönəlməlidir. 



Klinik müayinə - müəyyən ardıcıllığa əməl edilməklə xəstələr diqqətlə - “başdan-

ayağa” yoxlanmalıdır. Xəstəni xarici görnüşünə -habitusuna, huşuna, psixikasının vəziyyətinə  - 

oyanıqlıq, eyforiya və ya tormozlanma, hərəkətlərin məqsədyönlü olmasına fikir vermək lazımdır. 

Xəstənin fiziki vəziyyəti - fəallığı (qarın yatalağında adina-miya, quduzluqda fobiyalar, tctanusda 

opistotonus və s.) nəzərə alınmalıdır. 

Bəzi  infeksion xəstəliklərdə xəstənin xarakterik  xarici  görnlişü  olur. Məsələn: 

səpgili yatalaqda - üzün hiperemiyası, dovşan gözlü-li'ık; güzazda sardoik gülüş. 

Dəri,  selikli  qişalar  çox  diqqətlə  yoxlanılmalıdır.  Bu  gündüz,  gün  işığında 

aparılmalıdır.  Dərinin  elastikliyinə  -  turqoruna,  rənginə (hiperemiyalı.  subikterik,  solğun), 

nəmliyinə,  isti-soyuqluğuna,  der-moqrafizmin  xarakterinə  (solğun  ya  qırmızı)  fikir  vermək 

lazımdır. Dəri və selikli qişalarda səpgilərin - ekzaııtema və enantemaların aşkar edilməsi bir sıra 

xəstəliklərin  diaqnozunun  qoyulmasında  əhəmiyyətli  rol  oynayır.  Səpginin  lokallaşdığı  yer, 

xarakteri  (rozeola,  pe-texiya,  papula),  xəstəliyin  neçənci  günü  meydana  çıxması, 

inkişaf mərhələləri,  səpgidən  sonra  yerində  ləkənin,  çapığın  qalması,  qabıq-lanma  olıuası  və  s. 

diqqətlə araşdırılmalıdır. Qızılca, epidemik səpgili yatalaq, su çiçəyi və s. bu kimi xəstəliklərdə 

meydana çıxan səpgilərin öyrənilməsi diaqnoz üçün əhəmiyyətli məlumatlar verə bilər. 

Dəri  səpgiləri  törədici  və  onun  toksininin  təsirindən,  bəzən  isə  sinir-reflektor 

proseslərlə  əlaqədar  meydana  çıxan  yerli  dəyişikliklərdir.  Onlar  çox  vaxt  dəridə  iltihab,  bəzən 

ancaq kapilyarların genişlənməsi və keçirici 1 iy inin artması ilə əlaqədar, digər hallarda isə dərinin 

trofik dəyişiklikləri, infiltrasiyası, qranulyasiyası və s. nətcəsin-də inkişaf edir, ya allergik xarakter 

daşıyir. Xəstəliyin ağırlıq dərəcəsindən, dövrlərindən asılı oiaraq büruzə veririər. 

İfeksion xəstəliklər zamanı rast gəlinən aşağıdakı səpgiləri göstərmək olar: 



Rozeola - kapillyarların genişlənməsindən əmələ gələn, solğun-çəhrayı, qırmızı, 

bəzən tünd-qırmızı rəngdə, 1-5 mm ölçüdə, girdə, kənarları hamar səpgilərdir. Basdıqda, dərini 

dartdıqda  itir,  buraxdıqda  yenidən  meydana  çıxır.  Bəzən  dəri  səthindən  yuxarı  qalxır  - rozeola 

elevata. Diametri  1  mm-dək  olan  rozeolalar nöqtəvari  səpgilər adlanır.  Rozeola  adətən  qarın 

yatalağında, paratiflərdə, səpgili yatalaqda; nöqtəvari səpgilər isə skarlatinada, yalançı vərəmdə 

rast gəlinir. 

Ləkə - macula - 5-20 mm ölçüdə, kapillyarların genişlənməsindən əmələ gələn, 

çəhrayı və ya qırmızı rəngdə, rozeolaya oxşar səpgilərdir. Təzyiq etdikdə itir, buraxdıqda yenidən 

əmələ gəlir. Kiçik ləkəli - 5-10 mm ölçüdə (qızılcaya bənzər səpgi), iri ləkəli - 10-20 mm (qızılca, 

Rozenberq infeksion eriteması) ola bilər. 



Eritema - erythema - 20 mm-dən böyük olan və birləşməyə meyilli qırmızı  ya 

tünd-qırmızı səpgilər eritema hesab edilir. Qızılcada və Rozenberq eri-temasmda rast gəlinir. 



Hemorragiya - hemorrhagia -  müxtəlif  ölçü  və  formaya  malik  olub,  dəriyə 

qansızma nəticəsində əmələ gəlir. Qırmızı və ya al-qırmızı olur, getdikcə sarımtıl-yaşıl və sarı rəng 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə