C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə6/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   2   3   4   5   6   7   8   9   ...   207

13 

 

alır. Nöqtəvari qansızmalar - petexiya, nisbətən iri (2-5 mm) və girdə - purpura, 5 mm-dən böyük, 



düz olmayan formalı qansızma isə ekximoz adlanır. Petexiya çox vaxt epidemik səpgili yatalaqda, 

purpura  və  ek-ximoz  meninqokokkemiyada,  hemorragik  qızdırmalarda  rast  gəlinir.  Bir 

sıra xəstəliklərdə ağır gedişlər zamanı petexiya başqa növ səpgilərdən (rozeola, pa-pula, ləkədən) 

sonra inkişaf edir və II-li petexiya adlanır. 



Papula - papula -  damarların  genişlənməsi  ilə  yanaşı,  dərinin  səthi  qatının 

infıltrasiyası  nəticəsində  əmələ  gələn,  dəri  səthində  hündürə  qalxmış,  kənarları  hamar,  girdə, 

çəhrayı ya qırmızı rəngə çalan səpgilərdir. Bəzən papu-lanı rozeola və ləkədən ayırmaq çətin olur. 

Belə olduqda papula ölçüsünə görə rozeola-papula (1-5 mm) və makulo-papula (5-20 mm) adlanır. 

Rozeoleoz-papulyoz  səpgi  çox  vaxt  qarın  yatalağında,  paratiflərdə;  makulo-papulyoz  səpgi  isə 

qızılcada, siçovul səpgili yatalağında və s. rast gəlir. 



Düyüncük - tuberculum - papulaya oxşar, bərk infıltrat şəklində əllənən səpgidir. 

Meydana çıxdığından sonra nekrozlaşır, yerində sonradan çapıqlaşan və ya atrofıləşən xora əmələ 

gəlir. Bəzi dərin mikozlarda, leyşmaniozun dəri formasında rast gəlinir. 

Düyün - nodus -  dərinin  və  dərialtı  qişanın  hüceyrə  infiltrasiyası  nəticəsində 

məhdud xarakterli bərkləşməsidir. 



Suluq - urtica - bir neçə millimetrdən, 15-20 sm-dək ölçüdə dərinin mə-məcikli 

qatının  kiçik  sahədə  ödəmləşməsi  nəticəsində  qəflətən  meydana  çıxan,  çox  vaxt  qaşınma  ilə 

müşayiət  olunan  solğun-çəhrayı  və  ya  açıq-qırmızı  rəngli səpgilərdir.  Tez,  izsiz  itir.  Əsasən 

allergik reaksiyalarda, zərdab xəstəliyində müşahidə edilir. 



Qabarcıq - vesicula -  1-5  mm  ölçüdə,  içərisi  şəffaf  ya  qanlı  maye  ilə  dolu 

səpgidir. Deşildikdə yerində eroziya zonası görünür, quruduqda isə üzərində qartmaq əmələ gəlir. 

A.dətən heç bir iz qoymadan sağalır. II-li infeksiya keçərsə irinciyə - pusiulaya çevrilir və çox vaxt 

çapıqlaşma 

verir. 

Lokal 


iltihabı’ dəri 

nahiyyəsində 

topa-topa 

meydana 


çıxan 

qabarcıqlar herpes adlanır. Qa-barcıqlar əsasən təbii çiçəkdə, su çiçəyində, herpes infeksiyasıııda 

müşahidə edilir. 

Qcıbar - bulla -  nisbətən  böyük  ölçüdə  olub  (5  mm-dən  10-15  sm-ə  qədər), 

qabarcığa oxşayır. Əsasən polimorf eksudativ eritemada rast gəlir. 



Pulcuq - squama - səpgilər çəkildikdən sonra yerində buynuz qişanın qopması 

(deskvamasiyası)  ilə  əlaqədar  meydana  çıxır.  Ölçüsündən  asılı  olaraq müxtəlif  formada 

qabıqlanmalar qeyd edilir: 

-    kəpəyəbənzər - dərinin üzəri çoxlu pulcuqla örtülür - un səpilmiş kimi 

-    lövhəşəkilli - pulcuğun ölçüsü 1-5 mnı 

-    yarpaqşəkilli - pulcuqlarm ölçüsü 5 mm-dən böyük olur. 

Kəpəyəbənzər qabıqlanma qızılcada, lövhə və yarpaqşəkilli isə skaıiati- 

nada qeyd edilir. Pulcuqlar ovucun içində və ayağın altında daha iri olur. 



Piqmentləşmə - piqmentalio  - I-li  səpgi  elementlərinin  (papula,  pustula, 

düyüncük) yerində dəri piqmentinin ya hemoqlobinin toplanması nəticəsində əmələ gəlir, adətən 

qonur rəngdə olur. 

Qabıqcıq - crusta - pustula və xora möhtəviyyatmın quruması nəticəsində əmələ 

gəlir. 


downloaded from KitabYurdu.org


14 

 

Xora - ulcus -  dərinin  dərin  qatlarını  əhatə  edən  zədələnmədir,  özündən  sonra 

çapıqlaşma verir. 

Çapıq - cicatrix -  dərinin  zədələnmiş  yerində  birləşdirici  toxumanın  inkişaf 

etməsi nəticəsində əmələ gəlir. 

İnfeksion  xəstəliklərdə  qeyd  edilən  səpgi  elementləri  I-li  və  II-li  ola  bilər.  Dəyişməmiş  dəri 

üzərində əmələ gələnlər I-li, I-li səpgilərdən sonra meydana çıxanlar isə II-li səpgi elementləridir. 

Məsələn: rozeola, ləkə, eritema, hemor-ragiya, papula, düyüncük, düyün, suluq, qabarcıq, qabar - 

I-li;  pulcuq,  piqmentləşmə,  xora,  çapıq  -  II-li  səpgilərə  aiddir.  Bəzən  səpgiləri  I-li  və  II-li 

olaraq bölmək çətin olur. 

Müayinə apararkən selikli qişalarda baş verən dəyişikliklərə də diqqət yetirmək lazımdır. Bir sıra 

yoluxucu xəstəliklərdə əsnək, ağız boşluğu, konyuk-tiva, cinsiyyət üzvlərinin selikli qişalarmda 

hiperemiya, səpgi, eroziya, qansız-ma, ərp və s. diaqnostik əhəmiyyət daşıyan dəyişikliklər aşkar 

edilə bilər. Məsələn: qızılcada - yanağın selikli qişasında Filatov-Koplik ləkələri; epidemik səpgili 

yatalaqda - Rozenberq simptomu - yumşaq damaqda nöqtə şəkilli səpgilər, Kiari-Avsın simptomu 

- konyuktivanın selikli qişasında göy-bənövşəyi rəngli ləkələr; difteriyada - əsnəkdə, badamcıqlar 

üzərində ərpin olması. 

Bəzi infeksion xəstəliliklərdə - qara yarada, taun, tulyaremiyada və digərlərində - törədicinin daxil 

olduğu yerdə (adətən bədənin açıq yerlərində) diaqnostik əhəmiyyət daşıyan dəyişikliklər - ilkin 

affekt əmələ gəlir. Sayı 1-2, nadir hallarda isə çox olur. 

Regionar  (periferik)  limfa  vəzilərində olan  dəyişikliklər  də  bəzi  infeksion 

xəstəliklərin  diaqnozunda  əhəmiyyətli  olduğuna  görə  diqqətlə  müayinə  edilməlidir.  Limfa 

düyünlərinin böyüməsi, ölçüləri, konsistensiyası, ağrılı, hərəkətli və ya hərəkətsiz olması, həmin 

nahiyyədə dərinin rəngi nəzərə alınmalıdır. Ola bilsin ki, bir və ya bir neçə və çox sayda limfa 

düyünləri böyüsün. Məsələn, bruselloz, infeksion mononukieoz, məxmərək zamanı böyümüş çox 

sayda bərk və kiçik ölçülü (buğda, noxud boyda), palpasiyada ağnsız limfa düyünləri aşkar edilir. 

Taunda, tulyaremiyada isə prosesə cəlb olunan limfa düyünlərinin 

sayı  az  (bir  və  ya  bir  neçə)  olur,  böyük  ölçülərə  (qoz,  yumurta  boyda)  çatır.  Tulyaremiyada 

zədələnən  limfa  düyünü  -  bubon  hərəkətli  və  az  ağrılı  olursa da,  taunda  kəskin  ağrılı  olub, 

periadenit inkişaf etdiyindən ölçülərini təyin etmək mümkün olmur. Əksər hallarda böyümüş limfa 

vəziləri tədricən sorulur, bəzən isə (vərəm, tulyaremiya, taun) irinləyir və fistula əmələ gəlir. 

Daxili  orqanların  müayinəsi  müəyyən  ardıcıllıqla  aparılmalıdır.  Ürək-damar, 

tənəffüs,  həzm,  sinir,  sidik-cinsiyyət  sistemləri;  dayaq-hərəkət  aparatı,  immun  sistem,  qan, 

endokrin sistem diqqətlə müayinə edilməlidir. 

İnfeksion xəstəliklərin diaqnozunda bədən temperaturunda olan dəyişikliklərin 

dinamik müşahidəsi olduqca vacibdir. Qızdırmanın səviyyəsi, gün ərzində dəyişməsi, davam etmə 

müddəti (temperatur əyrisi); onu müşayiət edən üşütmə-titrəmə, tərləmə, təngnəfəslik, taxi- və ya 

bradikardiyanm  və  s.  bu  kimi əlamətlərin  olması  araşdırılmalıdır.  Temperaturun  səviyyəsinə 

görə: subfebril (38°-yə 

qədər), möhtədil (38-39°), yüksək (39-41°) 

və çox 

yüksək -

hiperpirelik (41°-42°-dən 

çox) 


qızdırmalar 

müəyyən 


edilir. 

Ayrı-ayrı 

infeksion 

xəstəliklər müxtəlif xarakterli  qızdırma  ilə  gedə  bilər.  Eyni  bir  infeksion  xəstəliyin  orqanizmin 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə