C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə190/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   186   187   188   189   190   191   192   193   ...   207

387 

 

heyvanın  xəstə  -  quduz  olması  bəllidirsə  və  ya  dişləyən  heyvan  naməlumdursa,  cnda 



peyvənd şərtsiz aparılır. Əgər dişləyən heyvan məlumdursa və onu 10 gün müddətində müşahidə 

etmək (veterinar  karantin)  mümkündürsə,  eyni  zamanda  heyvanda  heç  bir  quduzluq əlaməti 

yoxdursa, aparılan peyvənd şərti olur. Şərti peyvənd zamanı 10 gün müddətində dişləmiş heyvan 

ölməzsə peyvənd aparılması dayandırılır. Şərtsiz zamanı isə peyvənd axıra kimi aparılmalıdır. 

Vaksinanın dozası və müddəti fərdi, dişləmənin yerləşdiyi nahiyyədən, zədənin 

genişliyindən, dərinliyindən və zədələnmənin müddətindən asılı olaraq müəyyən edilir (2-5ml). 

Vaksina hər gün dəri altına yeridilməklə aparılır. Orta hesabla 20-25 gün çəkir. Sonra 10 gün fasilə 

ilə 2-3 revaksinasiya aparılır. An-titellər peyvənddən 12-14 gün sonra meydana çıxır və 30 günə 

maksimuma çatır. Əgər inkubasion dövrün müddətinin qısa olmasına şübhə olarsa (dişləmə üzdə-

başda  olarsa,  yara  geniş,  dərin  olarsa  və  s.  hallarda),  peyvəndə  gec  başlanarsa,  onda  antirabik 

immunoqlobulin vurulması vacibdir. Bu vaksinasiyadan əvvəl şərtsiz peyvənd zamanı 0,5 mq/kq, 

şərtidə 0,25 mq/kq dozada Bezredko üsulu ilə yeridilməlidir. 

Respublikamızda  UST-nm  təklif  etdiyi  vaksinasiya  sxemi  tətbiq  edilir. 

Dişləmənin 0,3,7,14,30-cu günləri və 90-cı gün revaksinasiya, vaksina 1 ml olmaqla dəri altına 

yeridilir. 

Vaksinasiyadan  sonra  immunitet  1  ii  saxlanılır.  Xəstəliyin  baş  verməsinin 

qarşısını 96-99% hallarda alır. Vaksinasiya zamanı əlavə təsirlər 0,02-0,03 % hallarda olur. 

IX. İBTİDAİLƏRİN TÖRƏTDİYİ XƏSTƏLİKLƏR 

MALYARİYA (MALARİA) 

Sin: növbələşən qızdırma, bataqlıq qızdırması 

Malyariya kəskin transmissiv infeksiya olub, ibtidailər - malyariya plaz-modiləri 

tərəfindən  törədilir.  Əsasən  mononuklear-faqositar  sistemin  və  eritro-sitlərin  zədələnməsi, 

qızdırma  tutmaları,  hemolitik  anemiya,  hepatosplenome-qaliya  və  residivləşən  gedişi  ilə 

xarakterizə olunur. 



Tarixi  məlumat.  Malyariya  ən  qədim  dövrlərdən  bəri  məlum  olan 

xəstəliklərdəndir.  Kliniki  gedişi  malyariyanı  xatırladan  xəstəliklər  haqqında  məlumatlara  hələ 

qədim Çin yazılarında, Misir papiruslarında rast gəlmək olar. Qədim yunan həkimi Hipokrat isə 

fasiləli  qızdırma  ilə  gedən  xəstəliklərin  klinik  təsvirini  verərək  onları  digər  xəstəliklərdən 

ayırmışdır. 

1696-cı  ildə  Cenevrəli  həkim  Morton  xəstəliyi  ayrıca  nozoloji  forma  kimi 

ayırmış  və  müalicə  məqsədi  ilə  kinə  ağacının  qabığından  istifadə  etməyi  məsləhət  görmüşdür. 

Qızdırmalı  xəstələrin  müalicəsində  kinə  ağacının  qabığından hindular  çox  qədim  dövrlərdən 

istifadə edirdilər. Bunu Peruda müşahidə etmiş Xuan del Veqo hələ 1640-cı ildə bu haqda məlumat 

vermişdir. Malyariya adını isə ilk dəfə 1717-ci ildə Lançini işlədərək, xəstəliyin bataqlıq yerlərlə 

əlaqəsini əsaslandırmağa çalışmışdır. Malyariya sözü italyanca "mala - aria” - üfunətli, çürüntülü 

hava deməkdir. 

Malyariyanın  törədicilərini  insanlarda  1880-ci  ildə  fransız  həkimi  A.La-veran 

Əlcəzairdə  işləyərkən  aşkar  etmişdir.  E.Marchiafava  və  A.Celli  1885-ci  ildə Plazmodium adını 

təklif  etmiş,  1890-cı  ildə  isə  tropik  malyariyanın  törədicisini  tapmışlar.  İ.Meçnikov  (1890) 

törədiciləri ibtidailər - Prolozoa tipinə Sporozoa sinfinə aid etmişdir. Hindistanda işləyən ingilis 

downloaded from KitabYurdu.org



388 

 

hərbi  həkimi  R.Ross isə  malyariyanın  yayılmasında Anopheles cinsindən  olan  ağcaqanadların 



rolunu eksperimental yolla sübut etmişdir. 

1922-ci  ildə  Afrikada  C.Stefens  plazmoidlərin  yeni  növünü  -  Pİ.  ovale-nin 

təsvirini vermişdir. 

1816-cı ildə F.İ.Gize kinə ağacının qabığından kristallik kinə almışdır. XX əsrin 

ortalarına yaxın malyariyaya qarşı effektli sintetik preparatlar işlənilib hazırlanmışdır. Bu dövrdə 

malyariya keçiricilərinə qarşı da effektli insekti-sidlər aşkar edilmişdir. Bütün bunlar malyariya 

əleyhinə  aparılan  tədbirlər strategiyasında  əhəmiyyətli  rol  oynadı  və  1955-ci  ildə  ÜST 

malyariyanın  ləğv edilməsi  haqqında  qlobal  plan  işləyib  hazırladı.  Bu  planın  həyata 

keçirilməsi nəticəsində malyariya ilə xəstələnmə və ölüm hadisələrinin sayının xeyli azaldılmasına 

nail  olundu.  Bununla  bərabər  malyariya  dünyada,  xüsusən  tropik ölkələrdə  bir  problem  kimi 

qalmaqdadır. 

Etiologiyası

Malyariyanın 

törədicisi Protozoa tipinə, Sporozoa sinifinə, Plazmodidae ailəsinə, Plazmodium cinsinə 

aid 


edilir. Plazmodilərin 60-dan artıq növü məlum olsa da, insanlarda 4 növü xəstəlik törədir: 

1) Plazmodium  vixax -  üç  güniük  malyariyanın  törədicisi  Asiya,  Mərkəzi və 

Cənubi Amerika ölkələrində, Okeaniyada çox geniş yayılmışdır. O cümlədən bizim respublikada 

- Azərbaycanda da təsadüf edilən əsas növdür. 

2)     Plazmodium  ovale -  ovale  malyariyanın  (üç  günlük  malyariyaya  bon-zər) 

törədicisi.  Məhdud  şəkildə  ekvatorial  Afrikada,  tək-tək  hallarda  Okeaniyada,  Taylandda  qeyd 

edilir. 

3)    Plazmodium falciparum - tropik malyariyanın törədicisi. Ağır kliniki gedişi 

ilə  fərqlənir.  Əsasən  ekvatorial  Afrikada,  bəzi  Asiya,  Mərkəzi  və  Cənubi Amerika,  Okeaniya 

ölkələrində yayılmışdır. 

4)     Plazmodium  malana -  dörd  günlük  malyariyanın  törədicisi.  Nisbətən az 

yayılmış  növdür.  Hindistanda,  İndoneziyada,  Mərkəzi,  Cənubi  Amerikada, o  cümlədən 

Azərbaycanda və Orta Asiya respublikalarında müşahidə edilir. 

Qeyd etmək lazımdır ki, nadir hallarda insan plazmodilərin zoonoz növləri ilə 

(meymunların plazmodiləri ilə) də yoluxa bilər. 

Plazmodi  növlərinin  ayrı-ayrı  coğrafi  bölgələrdə  yayılmasına  görə  müxtəlif 

ştamları  vardır.  Bu  ştamlar  bir  sıra  immunbioloji  xüsusiyyətləri,  virulent-likləri  və  dərman 

preparatlarına  həssaslıqları  ilə  bir-birilərindən  fərqlənirlər.  Məsələn,  Pİ.  falciparumun  Afrika 

ştammının  törətdiyi  xəstəlik  Hindistan şta-mına nisbətən ağır keçir. Malaziyada  geniş  yayılmış 

ştamda isə xlorxinə, xini-nə, primetaminə, amodioxinə qarşı davamlılıq müəyyən edilmişdir. 

Malyariya  plazmodiumları  Romanovski-Qimza  üsulu  ilə  yaxşı  boyanırlar. 

Mikroskop altında parazitin qişasını, mavi sitoplazmasmı, qırmızı-yaqutu rəngdə nüvəsini, həzm 

vakuollarmı,  inkişafının  müəyyən  dövrlərində  isə  he-moqlobinin  metaboliti  olan  qırmızı-qonur 

boyanmış piqmenti ayırmaq olur. Parazitin ölçüləri inkişaf dövrlərindən asılı olaraq 1-1,5 mkm-

dən 40-60 mkm-dək olur. 

Malyariya parazitinin inkişafı mürəkkəb olub iki mərhələdə keçir: 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə