C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə186/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   182   183   184   185   186   187   188   189   ...   207

379 

 

Uşaq doğulduğu ilk gündən xəstəliyin əlamətləri müşahidə edilirsə, bu pe-rinatal 



yoluxmanı  göstərir.  Əlamətlərin  sonrakı  dövrdə  meydana  çıxması  qazanılmış  sitomeqaliyanı 

göstərir. Körpənin  yoluxması doğuş yollarında və əmizdirərkən ana südü ilə mümkündür.  Yeni 

doğulmuşlarda yoluxmanın 40-60% ana südü ilə olur. Bu hallarda əlamətlər tədricən inkişaf edir. 

Anemiya, limfositoz, qaraciyərin böyüməsi meydana çıxır. Uşaqlarda interstisial pnevmoniyaya 

meyllik olur, fiziki inkişafı - çəki artımı ləng gedir. 

Anadangəlmə  kəskin  SMV  infeksiyası  üçün  sarılığın  olması,  qaraciyərin 

böyüməsi,  trombhemorragik  sindrom  xarakterikdir.  Sarılıq  eritrositlərin  hemolizi,  öd  yollarının 

atreziyası, qaraciyərin zədələnməsi ilə əlaqədar ola bilər. Sarılığın intensivliyi 2 həftə müddətində 

artır. Sonra 2-6 ay müddətində tədricən, bəzən dalğavari olaraq azalır. Sarılıqla bərabər qaraciyər 

böyüyür,  biokimyəvi  göstəriciləri  -  ALT, AST,  qələvi-fosfotaza  artır,  bioplatlarda  sitomeqalik 

hüceyrələr aşkar edilir. 

Hemorragik  sindrom  əsasən  özünü  dəridə  hemorragik  səpgi  şəklində  göstərir. 

Bəzən selikli qişalara qaıısızmalar, göbək ciyəsindəıı qan axma, qanlı qusma, nəcisdə qan olur. 

Nadir  hallarda  beyinə  və  daxili  üzvlərə  qansızmalar  baş  verir. Trombosilopeniya  qeyd  edilir. 

Qaraciyər,  xüsusən  dalaq  böyüyür  və  bu  bir  ilədək saxlanılır.  Trombhemorragik  sindrom  2-3 

həftəyə çəkilir. 

Urək-damar  sistemində  dəyişikliklər  az  hallarda  olur.  Tüpürcək  vəzilərinin  zədələnməsi  qeyd 

edilsə də, qazanılmış formada olduğu kimi ayrıca, lokal olaraq tüpürcək vəziləri zədələnmir. 

Anadangəlmə SMV infeksiyası zamanı çox vaxt ensefalit inkişaf edir. Ense-falit 

ocaqları böyük beyin yarımkürələrinin perivaskulyar nahiyyələrində yerləşir. Həmin nahiyyələrdə 

sonradan  kirəcləşən  nekroz  sahələri  meydana  çıxır.  Anadangəlmə  ensefalit  mikrosefaliya, 

hidrosefaliya  və  s.  ilə  nəticələnə  bilər.  MSS-də  olan dəyişikliklərə  bir  sıra  hallarda  gözlərin 

zədələnməsi  də  qoşulur.  Xorioretinit,  kata-rakta,  görmə  sinirinin  atrofıyası,  uveit,  büllurun  və 

şüşəyəbənzər  cismin  bulanması və  s.  inkişaf  edir.  Bütün  bunlar  korluğa  gətirib  çıxarır.  Bəzi 

müəlliflər qeyd etdiyimiz bu dəyişiklikləri anadangəlmə xroniki SMV kimi qiymətləndirirlər. Bu 

zaman daxili 

orqanlarda  fıbroz  toxuma  inkişaf  edərək  hidosefaliya,  mikrosefaliya 

verir. Düşüncənin zəifləməsi, hərəki pozğunluqlar müşahidə edilir. 

Anadangəlmə kəskin SMV infeksiyasmda digər üzv və sistemlərin: ağ ciyərlərin 

(interstisial  pnevmoniya),  mədə-bağırsaq  sisteminin  (enterit,  kolit,  mədəaltı  vəzin  fıbrozu, 

polikistozu), böyrəklərin (nefrit) zədələnməsi də tez-tez qeyd edilir. 

 

 



Onu da qeyd etmək lazımdır ki, kəskin forma adətən yayılmış xarakter daşıyır, 

ağır keçir, II-li infeksiya ilə ağırlaşır və 

HOX

 vaxt  doğuşdan  sonra  bir  həftə  müddətində  ölümlə 



nəticələnir. 

SMV infeksiyası QİÇS-lə xəstələrdə əsas patogenetik faktorlardan hesab edilir. 

Bu zaman sitomeqaliya prosesi yayılmış xarakter alır. Qida borusunda, mədədə, yoğun və nazik 

bağırsaqlarda xoralara səbəb olur. Qaraciyər, böyrəklər, böy-rəküstü vəzilər, ağ ciyərlər zədələnir. 

Eıısefalitlər, hər iki gözdə korluqla nəticələnən xorioretinit inkişaf edir. Prosesin inkişafı xəstənin 

downloaded from KitabYurdu.org




380 

 

tələf  olması  ilə  nəticələnir. Kapoşi  sarkoması  hüceyrələrində  SMV  genomunun  aşkar  edilməsi 



onun onkoge-nezdə rol oynaması gümanını verir. 

QİÇS-dən başqa immun reaktivliyin zəifləməsinə səbəb digər hallarda da (orqan 

köçürmədə və s.) SMV infeksiyasınm ağır gedişli yayılmış formalarının inkişafı istisna edilmir. 

DiaqnozuDiffernsial  diaqnozu* Kliniki  polimorfızmi  ilə  əlaqədar  xəstəliyin 

kliniki diaqnozu çox çətinlik törədir. Oxşar kliniki gediş bir çox xəstəliklər, o cümlədən hemolitik 

xəstəlik, toksoplazmoz, listerioz, sifilis, sepsis və s. xəstəliklər zamanı müşahidə edilə bilər. Ona 

görə də SMV infeksiyasına yalnız laborator müayinələrə əsaslanaraq diaqnoz qoyulur. Daha asan, 

rahat  üsul  sidiyin, ağız  suyunun  sitoskopik  müayinəsidir.  Sitomeqalik  hüceyrələrin  aşkar 

edilməsi diaqnoz qoymağa imkan verir. Bu məqsədlə biopsiya və autopsiya materialının histoloji 

müayinəsi də aparıla bilər. 

SMV  əleyhinə  əmələ  gəlmiş  antitellərin  titrinin  dinamikada  4  dəfədən  artıq 

artmasını  təyin  etməklə  də  diaqnozu  qoymaq  mümkündür.  Antitelləri  aşkar  etmək məqsədi  ilə 

KBR, İFM, QDHAR, immunoflüoressensiya reaksiyası, immunlbot üsul və s. istifadə edilə bilər. 

İgM antitellərinin təyini ilkin yoluxma və ya infek-siyanm kəskinləşməsini göstərir. Qeyd etmək 

lazımdır ki, infeksiyanın kəskinləşməsi zamanı IgM ilə yanaşı İgG antitelləri də aşkar edilməlidir. 

Nəzərə almaq lazımdır ki, anadangəlmə SMV infeksiyası zamanı ilk günlər yüksək titrdə aşkar 

edilən İgM antitelləri getdikcə azalır, ikinci ildən hətta təyin edilməyə də bilər. 

Molekulyar hibridləşdirmə, polimeraza zəncirvari reaksiyası (PZR) çox dəqiq 

müayinə  üsulu  olub,  öyrənilən  materialda  virus  DNT-ni  aşkara  çıxarmaqla  diaqnoz  qoymağa 

imkan verir. 

Bütün  bunlarla  bərabər  göstərilən  müayinə  üsulları  o  vaxt  əhəmiyyətlidir  ki, 

virusu aşkar etməklə yanaşı onun xəstəliyin klinikasında etioloji rolu və bununla da virus əleyhinə 

müalicəyə ehtiyac olduğu siibul olunsun. 

Qeyd  etdiyimiz  kimi  oxşar  klinika  verdiyinə  görə  SMV  infeksiyası  bir  sıra 

xəstəliklərdən  differensasiya  olunmalıdır.  Anadangəlmə  SMV  infeksiyası  digər embrio-  və 

fetopatiya  verən  məxmərək,  listorioz,  toksoplazmoz,  herpes  infeksiyası, sifilis  və  s.  kimi 

infeksiyalardan; 

hemolitik 

xəstəliklərdən, 

doğuş 

travmalarından, irsi 



sindromlardan 

fərqləndirilməlidir.  Bu  zaman  anamnestik  məlumatlar,  instrumental  və  laborator  müayinələr 

əhəmiyyətli  rol  oynayır.  Ciftin,  göbək  ciyəsinin, döl  qişalarının  patomorfoloji  müayinəsi 

aparılmalıdır.  İnfeksion  xəstəliklər  zamanı isə  spesifik  laborator  müayinələr  -  lıistoloji, 

bakterioloji, virusoloji - aparılmalıdır. 

Müalicəsi. SMV infeksiyasının müalicəsi spesifik virus əleyhinə preparatlarla və 

immunomodulyatorlarla  aparılmalıdır.  Hazırda  digər  herpetik  in-feksiyalarda  müvəffəqiyyətlə 

tətbiq edilən antivirus preparatlar SMV-lərə təsir etmir. Cymeven (qansiklovir) adlanan preparatın 

müsbət  təsiri  haqqında  məlumatlar vardır.  Belə  ki,  SMV  retiniti  zamanı  xəstəliyin  gedişini 

ləngidir.  Digər  üzv  və sistemlərin  -  mədə-bağırsaq  traktının,  ağ  ciyərlərin,  beynin  və  s. 

zədələnmələri zamanı isə heç bir nəticə vermir. Bununla bərabər preparatın yanaşı təsirləri də  - 

qra-nulositopeniya  və  s.  verməsi  də  nəzərə  alınmalıdır.  Virus  əleyhinə  preparat  -  fos-karnetin 

tətbiqinin effektli olacağı güman edilir. 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə