383
sübut olunmuşdur ki, siçanlar, siçovullar və quşlar arasında abortiv və simptomlarsız keçən
formaların inkişafı mümkündür. Quduzluğa qarşı həssaslıq hamıda eyni deyildir və dişləmənin
lokallaşdığı - yoluxma baş verdiyi nahiyyədən asılıdır. Belə ki, xəstə heyvanın dişləməsi üz
nahiyyəsindən olarsa yoluxma 90% hallarda; yuxarı ətraflarda, əldə olarsa 63 %; aşağı ətraflarda,
ayaq barmaqlarında olarsa 23% hallarda quduzluğun inkişafına səbəb olur.
Patogenezi.
Patoloji anatomiyası. İnfeksiyanın giriş qapısı dəri və selikli
qişalardır. Bir neçə müddət (bir neçə saatdan altı günədək) viruslar daxil olduqları yerdə qalır və
sonra perinevral yollarla mərkəzə doğru yayılırlar. Virusun limfogen və hemotogen yolla da
yayılması mümkün hesab edilir. Ancaq qanda onları aşkar etmək mümkün olmur. MSS-nə gələn
viruslar əsasən uzunsov beyin, hipokamp, beyin əsası düyünləri və onurğa beyinin bel şöbəsində
lokallaşaraq artıb-çoxalırlar. MSS-də artıb-çoxalan viruslar mərkəzdən qaçma istiqamətində
həmin perinevral yollarla müxtəlif üzvlərə ilk növbədə ağız suyu vəzilərinə, böyrək üstü vəzilərə,
böyrəklərə, ağ ciyərlərə, skelet əzələlərinə, dəriyə, ürəyə gətirilir. Ağız suyu vəziləri
kanalcıqlarında, sinir düyünlərində artıb çoxalması virusların ağız suyu ilə xaric olunmasını,
yayılmanı, digər heyvanların və insanların yoluxmasını təmin edir.
Virusların neyrogen yayılması eksperimentdə sinir köklərinin bağlanması ilə
sübut olunmuşdur. Bu halda xəstəlik inkişaf etmir. Mərkəzdən periferiyaya yayılmasının da eyni
yolla olması sübut olunmuşdur. Virusların sinir kökləri boyunca yayılma sürəti saatda 3 mm-ə
bərabərdir.
Virusların periferik sinirlərin aksoplazmasmda yayılması bir sıra müəlliflərin
fıkirincə MSS elektromaqnit sahəsinin təsiri ilə baş verir. Belə ki, mənfi yüklənmiş virionlar
maqnit sahəsinin təsiri ilə MSS-nə tərəf yerlərini dəyişrlər. Bu, eksprimentdə siçanlar üzərində
sınaqdan keçirilmişdir. Siçanın baş hisəsinə mənfi, pəncəsinə isə müsbət elektrod yerləşdirməklə
pəncəsindən yoluxdurmuşlar. Nəticədə müalicəvi təsir, prosesin ləngiməsi müşahidə edilmişdir.
Elck-trodlarm yerinin dəyişdirilməsi infeksiyanın stimulyasiyasına səbəb olmuşdur.
Müəyyən olunmuşdur ki, quduzluq viruslarının qlikoproteidində amin-turşuların
ardıcıllığı ilan zəhəri ncyrotoksini ilə eynidir. Virusların güclü neyro-top təsiri də bununla
əlaqələndirilir. Bu onların spesifik neyrotransmitter reseptorlar və ya neyronların digər molekulları
ilə əlaqəyə girməsi ilə izah edilir. Bir sıra neyron qruplarının selektiv zədələnməsi isə
autoimmun reaksiyaların inkişafı ilə əlaqədar olduğu güman edilir.
Quduzluq zamanı müşahidə edilən parcz və paraliclor onurğa beyninin və beyin
əsasının zədələnməsi ilə əsaslandırılır. Digər kliniki əlamətləri virusların MSS-nin bu və ya digər
şöbəsində lokallaşması ilə əlaqələndirmək çətindir, düzgün deyildir. Bəzi müəlliflər quduzluq
tutmalarını Uxtomskinin dominantlıq nəzəriyyəsi ilə izah etməyə çalışırlar. Bu nəzəriyyəyə görə
uzunsov beyində, qabıqaltı törəmələrdə, hipotolamusun ali vegetativ mərkəzlərində
keçiriciliyin artması bütün digər qıcıqlan udan dominantlığın yaranmasına səbəb olur. Nəticədə
istənilən qıcığa qarşı boğulma tutulmalan - quduzluq paroksizmləri şəklində cavab meydana çıxır.
Sinir toxumasında (baş və onurğa beyini, simpatik qanqlialar, böyrək-üstü və
tüpürcək vəzilərinin sinir düyünlərində) çoxalan viruslar onlarda xarakter dəyişikliklərə (ödem,
qansızma, sinir hüceyrələrinin degenerativ və nek-rotik dəyişikliklərinə) səbəb olur. Neyronların
dağılması böyük beyin yarımkürələri qabığında və beyincikdə, görmə qabarında, qabaraltı
downloaded from KitabYurdu.org
384
nahiyyədə, qara maddədə, kəllə siniri nüvələrində, orta beyində, bazal qanqliada, beyin
körpüsündə müşahidə edilir. Ən çox, ən ciddi dəyişikliklər uzunsov beyində, xüsusən də IV
mədəciyin dibində qeyd edilir. Zədələnmiş hüceyrə ətrafı sahədə iimfosi-tar infıltrat -
oliqodendroqlial proliferasiya ilə miliar tipdə qranulamalar - quduzluq düyüncükləri formalaşır.
Zədələnmiş neyronların (çox vaxt amraon buynuzlarında, Zommer bölgəsində, beyincikdə,
Purkinye hüceyrələrində) si-toplazmasında virionlar və onların həyat məhsullarından ibarət oksifıl
cisim-ciklər - Babeş-Neqri cismcikləri meydana çıxır.
Xəstəlikdən sonra immunitet formalaşmır. Belə ki, quduzluqla xəstələnmə 100%
ölümlə nəticələnir. Soyuqqanlılarda quduzluğa qarşı təbii immunitet vardır. İnsanlarda və istiqanlı
heyvanlarda müşahidə edilən tək-tək tutulma-mazlıq qabiliyyəti də təbii immunitetin olmasi ilə
izah edilə bilər və bu quşlarda daha çox nəzərə çarpır.
Klinikası. Quduzluq getdikcə proqressivləşən neyroinfeksiya olub, inkişafında 4
dövr qeyd edilir: inkubasion - gizli dövr, başlanğıc və ya prodromal dövr, xəstəliyin qızğın və ya
oyanıqlıq dövrü, terminal və ya paralitik dövr.
İnkubasion dövr 10 gündən bir ilədək və daha artıq ola bilər. Çox vaxt 1-3 ay
çəkir. İnkubasion dövrün müddəti bir sıra amillərdən asılıdır. Belə ki, virusun yoluxma yeri
(dişlənən nahiyyə) MSS-nə yaxın olduqca inkubasion dövrün müddəti qısa olur. Üzdə, başda,
yuxarı ətraflarda olduqda qısa olursa da, aşağı ətraflarda olduqda xeyli uzanır. İnkubasion dövrün
müddəti yaşdan (uşaqiarda daha qısa olur), dişləyən heyvanın növündən (vəhşi heyvanlar - tülkü,
canavar və s. dişlədikdə qısa olur), yara nahiyyəsinin ölçüsündən, dərinliyindən, yaraya düşən
virusun miqdarından və makroorqanizmin reaktivliyin-dən asılı olaraq dəyişir.
Prodromal dövr 1-3 gün çəkir. Xəstəlik dişlənən nahiyyədə xoşagəlməz
əlamətlərlə başlayır. Yara tamam sağalmış, çapıqlaşmış olsa belə çapıq yenidən qızarır, şişkinləşir,
qaşınır, dartılır, göynəyir. Yara ətrafı sinirlər boyu ağrı-
ft
lar meydana çıxır. Umumi halsızlıq, baş ağrıları, subfebril hərarət olur. Dis-peptik əlamətlər,
iştahasızlıq, ağızda quruluq ola bilər. Eşitmə və görmə qıcıqlarına qarşı həssaslıq, hiperesteziyalar,
bəzən döş qəfəsində, udlaqda sıxıntı qeyd edilir. Dişləmələr üzdə olan hallarda xəstələrdə görmə
və qoxu hallüsina-siyalan ola bilər. Eyni zamanda psixiki pozğunluqlar: səbəbsiz qorxu,
həyəcan, depressiya, dəhşətli yuxu görmələr, yuxunun pisləşməsi meydana çıxır. Xəstələr darıxır,
ölüm qorxusu olur. Sonra xəstədə depressiya narahatlıqla əvəz olunur. Nəbz, tənəffüs tezləşir, döş
qəfəsində sıxıntı olur.
Qızğm dövr - oyanıqlıq. Reflektor keçiriciliyin yüksəlməsi və kəskin sim-
patikotoniya ilə xarakterizə olunur. Bu zaman xəstəlik üçün xarakterik olan sudan qorxma
meydana çıxır. Belə ki, su içmək istərkən udlaq, qırtlaq və köməkçi tənəffüs əzələlərinin ağrılı
spastik yığılması baş verir. Xəstənin bütün bədəni tirəyir. Baş, gövdə arxaya doğru əyilir, titrəyən
əllər qabağa doğru uzanır. Nəfəs alma çətinləşdiyindən tənəffüs səsli-küylü, fasiləli olur. Döş
qəfəsində sıxıntı, hava çatmamazlığı, udmanın kəskin ağrılı olması xəstənin əzablarını artırır.
Əzabverici qıcolmalar üzü eybəcərləşdirir, dəhşət ifadə edir, sianozlaşır, bəbəklər genəlir, baxışlar
bir nöqtəyə dikilir, boyun əzələləri gərginləşir. Tənəffüs çətinləşir, xəstə kömək üçün qışqırır,
yalvarır. Bu cür tutmalar bir neçə saniyə davam edir. Tutmalar getdikcə intensivləşir, nəinki su
downloaded from KitabYurdu.org