C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə174/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   170   171   172   173   174   175   176   177   ...   207

355 

 

Xəstəliyin  yayılmasında  nizamsız  cinsi  əlaqələrin,  alkoholizmin  və  s.  rol 



oynadığını  nəzərə  alan  bəzi  tədqiqatçılar  genital  hcrpesi «pozğun  insanlarım> xəstəliyi 

adlandırırlar. 



Gözün herpetik zədələnməsi - oftolmo herpes - ağır gedişli, 90% hallarda 

residivləşən herpetik zədələnmədir. Daha çox 20-40 yaşında olan kişilərdə qeyd edilir. Bir sıra 



hallarda buynuz qişanın zədələnməsi ilə əlaqədar olan korluğa belə gətirib çıxara bilir. Çox vaxt 

gözün ön şöbələri zədələnir: səthi və dərin ke-ratit, keratoiridosiklit, iridosiklit, keratokonyuktivit, 

buynuz qişa kənarlarının herpetik xorası və s. Tək-tək hallarda arxa şöbələrin də zədələnməsi baş 

verir: xorioretinit, uveit, flebotrombozlar, görmə sinirinin nevriti və s. İlkin və residivləşən olur. 

Xəstəlik  çox  vaxt  yüksək  qızdırma  ilə  gedən  digər  infeksion  patologiyalar  zamanı;  üzündə, 

dodaqlarında  herpetik  səpgilər  olanlarda;  üçlü  sinirin  zədələnməsində,  neyrotrofik  xarakterli 

zədələnmələr olan xəstələrdə inkişaf edir. 

Mərkəzi  sinir  sisteminin  zədələnməsi -  birincili  və  residivləşən  herpes  in-

feksiyası zamanı müşahidə edilə bilər. Çox vaxt SHV-1 tərəfindən törədilir. Bununla belə, SHV-

2-nin MSS-ni zədələnməsi daha ağır patologiyalarla müşahidə edilir. 

Kliniki olaraq MSS-nin herpetik zədələnməsi aşağıdakı formalarda gedə bilər: a) 



subklinik, b) meningit, c) ensefalit, ç) meninqoensefalit. 

Subklinik forma - ləng, yavaş gedişi, kliniki əlamətlərin az olması ilə xarakterizə 

olunur. Bununla belə xroniki sinir xəstəliklərinə, psixiki pozğunluqlara gətirib çıxara bilər. Herpes 

infeksiya ilə əlaqədar olan aqressiv psixiki patologiyaların inkişafı da mümkündür. 

Herpetik  meningit -  az-az  təsadüf  edilir.  Müşahidə  edilən  seroz  meningit-lərin 

yalnız 0,5-3% onun payına düşür. Digər virus mənşəli seroz meningitlər-dən fərqlənmir. Beyin 

maddəsinin zədələnməsi minimal olur. Xəstəlik yüngül keçir. Hərarət yüksəlir, baş ağrısı, işıqdan 

qorxma olur, meningial simptomlar meydana çıxır. Onurğa beyni mayesində mülayim limfositar 

sitoz  qeyd  olunur. Zülalların  miqdarı  az  artır,  qlükoza  normal  və  ya  bir  qədər  artmış  olur. 

Xəstəliyin  əlamətləri  1  həftəyə  çəkilir.  Bəzən  meningial  əlamətlərin  təkrar  büruzə verməsi, 

residivlər müşahidə edilir. 

Herpes  ensefalitləri -  ən  çox  yayılmış  sporadik  virus  ensefalitlərindən  biridir. 

Məslən, ABŞ-da bu cür ensefalitlərin 20% herpes virusların payına düşür. Daha çox 5-30 və 50 

yaşdan  yuxarı  olanlar  xəstələnirlər.  95%  hallarda  SHV-1 tipi  tərəfindən  törədilir.  Böyüklərdə 

ensefalit əsasən dəri və selikli qişaların herpes zədələnməsindon sonra qeyd edilir. Bir sıra hallarda 

isə  üçlü  sinirdə  lo-kallaşmış  latent  infeksiyanın  fəallaşması  ilə  əlaqədar  olur.  Uşaqlarda  və 

gənclərdə ilkin infeksiya da ensefalit verə bilər. Az yaşlı uşaqlarda isə generalizə olunmuş herpes 

infeksiyasında visseral əlamətlərlə yanaşı ensefalitin inkişafı da mümküdür. 

Kliniki olaraq xəstəlik yüksək qızdırma, üşütmə, kataral əlamətlər, əzələ ağrıları, 

qusma  və  digər  intoksikasiya  əlamətləri  ilə  kəskin  başlayır.  Bir  necə gündən  sonra  düşüncə 

pozğunluqları:  huşun  alaqaranlıqlaşması,  dezorientasi-ya,  psixomotor  oyanıqlıq,  qıc  olma 

meydana çıxır, koma baş verir. Parez, pleg-iyalar, patoloji reflekslər, hiperkinezlər və digər ocaqlı 

zədələnmə əlamətləri inkişaf edir. Xəstəlik ağır gedişə malik olub, uzun sürür. Residivləşmə tək-

downloaded from KitabYurdu.org



356 

 

tək olur. Letallıq 30%-ə çatır. Sağaldıqdan sonra psixiki pozğunluqlar, parez-pa-raliclər şəklində 



davamlı, əlilliyə gətirib çıxaran rezudual əlamətlər müşahidə edilir. 

Herpes  infeksiya  periferik  sinir  sisteminin zədələnməsini  də  verə  bilər. 

Qanqlionit,  qanqlionevrit,  radikulonevrit,  polineyropatiya  şəklində  patologiyalarla  büruzə  verir. 

Prosesə  simpatik  sinir  sisteminin  və  onun  düyünlərinin cəlb  olunması  damarlarda,  sekretor 

innervasiyada və dəridə trofık pozğunluqlara; zədələnmiş simpatik düyünlərdən asılı olaraq hissi 

pozğunluqlara;  əzələlərdə  və  ya  ətrafların  bir  hissəsində  hipotrofıyaya;  vətər  reflekslərinin 

yüksəlməsinə və ya zəifləməsinə; simpatik sinir sisteminin boyun şöbəsi zədələnmiş olarsa görmə 

pozğunluqları və s. bu kimi dəyişikliklərə səbəb olur. 

Visseral forma - herpes infeksiyasmın digər formaları ilə birlikdə qeyd edilir. Az 

hallarda ayrıca visseral formaya təsadüf edilir. Çox vaxt kəskin pnevmoniya, hepatit, qida borusu 

selikli qişasının zədələnməsi şəklində rast gəlinir. 

Herpes pnevmoniyası - virusun yuxarı tənəffüs yollarından, traxeya, bronxlardan 

ağ  ciyər  toxumalarına  yayılması  ilə  əlaqədar  baş  verir.  İmmun  sistemin  zəifləməsi 

(immunodepressantlaıia  müalicə  və  s.)  herpes  infeksiyasmın fəallaşmasına  və  pnevmoniyanın 

inkişafına  şərait  yaradır.  Ocaqlı  və  ya  intersti-sial  ola  bilər.  Xəstəlik  dəri  və  selikli  qişalarda 

herpetik  elementlərlə  başlayır, sonra  pnevmoniya  inkişaf  edir.  Qızdırma  (t  -38,5°C),  bəlğəmli 

öskürək, müxtəlif intensivlikdə ağrılar, təngnəfəslik, zəiflik meydana çıxır. Herpes pnevmoni-yası 

çox  vaxt  herpes  traxeiti,  traxeobronxiti,  ezofagiti  ilə  bir  yerdə  gedir  və  demək  olar  ki,  bütün 

hallarda  II-li  bakterial  infeksiya  ilə  ağırlaşır.  Çox  ağır  keçir. Proqnozu  ciddidir. 

Immuııçatmammazlıq olan şəxslərdə letallıq 80%-ə çala bilər. 

Herpes  hepatiti -  immun  reaktivliyi  zəifləmiş  adamlarda  qeyd  edilir.  Kliniki 

olaraq  qaraciyərin  digər  virus  zədələnmələrindən  bir  o  qədər  də  fərqlənmir.  Hərarət  yüksəlir, 

sarılıq meydana çıxır, bilirubinin və aminotransferazala-rın miqdarı artır. Sonrakı gedişində bəzi 

hallarda  hepatit  əlamətlərinə  trombo-hemorragik  sindrom  qoşulur.  YDL  sindromnun  inkişafı 

mümkündür. 

Herpetifc  ezofagit -  qida  borusunun  selikli  qişasında  hiperemiya,  ödem, 

qansızmalar,  eroziya  və  nekrozun  inkişafı  ilə  xarakterizə  olunur.  Xəstələr  qida borusunda 

yandırma hissindən, döş sümüyü arxasında acışmadan, disfagiya-dan, arıqlamadan şikayətlənirlər. 

Qanaxma və perforasiya kimi ağırlaşmaların olması mümkündür. 

Yayılmış herpes infeksiyası - adətən yeni doğulmuşlarda və ya immun sistemdə 

ağır pozğunluqlar olan şəxslərdə (limfaqranulamatozlu xəstələr; kimyəvi və süa müalicəsi alanlar; 

hemotoloji xəstələr; uzun müddət immuno-depressantlar, kortikosteroidlər qəbul edənlər; İİV ilə 

yoluxanlarda) müşahidə edilə bilər. Müxtəlif üzv və sistemlərin zədələnməsi baş verdiyindən ağır 

gedişə malikdir.  Dəridə  və  selikli  qişalarda  yayılmış  zədələnmələr,  herpes  ensefaliti  və ya 

meninqoensefaliti,  hepatiti,  pnevmoniyası  və  s.  inkişafı  xarakterikdir.  Müasir  virus  əleyhinə 

preparatlardan istifadə etmədikdə ölümlə nəticələnir. 

Yayılmış  herpes  infeksiyasının  təsadüf  edilən  variantlarından  biri  də  əsasən 

uşaqlarda  baş  verən herpetik  kapoşı  ekzemasıdır. Ekzema,  eritrodermiya,  neyrodermit  və  digər 

xroniki dəri xəstəliklərinin  yerində inkişaf edir. Herpetik elementlər çox saylı, kifayət qədər iri 

ölçüdə  olurlar.  Sudurcuqlar  mərkəzdən çökmüş,  bir  kameralı,  bəzən  hemorragik  xarakter 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə