C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə175/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   171   172   173   174   175   176   177   178   ...   207

357 

 

daşıyırlar. Çox vaxt birləşirlər, dağıldıqdan sonra eroziyalar əmələ gəlir, üzəri qartmaqla örtülür. 



Zədələnmiş nahiyyədə qaşınma, acışma, gərginlik müşahidə edilir. Limfadenopatiya ilə müşayiət 

olunur. Herpes infeksiyasının bu formasında çox vaxt 8-10 gün davam edən qızdırma və ümumi 

intoksikasiya  əlamətləri  olur.  Dərinin  zədələnməsi  ilə  bərabər  herpetik  stomatit,  larinqotraxeit 

müşahidə edilir. Gözün zədələnməsi - ağaca oxşar keratit belə mümkündür. Uşaqlarda çox ağır 

keçir. Letallıq 40%-ə çatır. 

Anadangəlmə herpes infeksiyası - dölün bətndaxili yoluxması nəticəsində olur 

və daha çox SHV-2 tərəfindən törədilir. Yoluxma hamiləliyin erkən dövründə baş verdikdə dölün 

tələf  olması  və  inkişaf  qüsurları  (mikrosefaliya,  mik-roftalm,  xorioretinit)  olan  körpələrin 

doğulması ilə nəticələnir. Hamiləliyin sonrakı dövrlərində (son aylarda) və doğuş yollarında baş 

verərsə  dölün  ölümü ilə  nəticələnir  və  ya  çox  ağır  keçən,  adətən  ölümlə  sonuclanan  yayılmış 

herpetik infeksiya baş verir. Bu zaman dəri və selikli qişaların yayılmış zədələnməsi, MSS-nin, 

daxili üzvlərinin prosesə cəlb edilməsi müşahidə edilir. 

İİV infeksiyası olanlarda  herpes infeksiyası  latent infeksiyanın  fəallaş-ması  ilə 

əlaqədar inkişaf edərək tezliklə yayılmış xarakter alır. Ağızın selikli qişasından başlayan proses 

qida borusu, traxeya, bronxlara və nəhayət ağ ciyərlərə yayılaraq pnevmoniya verir. Xorioretinit, 

ensefalit  və  ya  meninqoensefalit  inkişaf  edir.  lİV-lə  yoluxanlarda  herpes  infeksiya  özbaşına 

sağalmağa meyilli olmayıb, çox ağır keçir. Müalicə aparılmadıqda ölümlə nəticələnir. 

Diaqnozu. Differ en si al diaqnozu. Tipik hallarda - dəri, selikli qişaların, gözün, 

genital orqanların herpesində kliniki əlamətlərə əsaslanaraq diaqnoz qoyulması çətinlik törətmir. 

A tipik formaların, MSS-nin, daxili üzvlərin zədələnməsi zamanı laborator müayinə üsullarınm 

tətbiqi  vacibdir.  Bu məqsədlə  virusoloji  və  seroloji  müayinələrdən  istifadə  edilir.  Virusoloji 

müayinə məqsədi ilə patoloji material səpgilərdən, tüpürcəkdən, gözdən (buynuz qişadan, gözün 

ön  kamerasından),  onurğa  beyni  mayesindən,  servikal  ifrazatdan,  spermadan,  burun-udlaqdan, 

qandan və s. götürülüb toxuma kulturala-rında və ya toyuq embrionunda əkilir. 

Zədələnmiş üzvlərdən və ya nahiyyələrdən (dəri, selikli qişa, uşaqlıq boyundan 

və s.) götürülmüş bioptatlarda histoloji müayinə zamanı xarakterik nüvə daxili virus hissəcikləri 

olan çox nüvəli, nəhəng hüceyrələr aşkar edilir. Göstərmək lazımdır ki, nüvə daxili hissəcikləri 

yalnız  xəstələrin  60%-də  aşkar etmək  mümkündür  və  onları  eyni  ilə  su  çiçəyində,  kəmərləyici 

dəmrovda müşahidə edilən oxşar hissəciklərdən fərqləndirmək demək olar ki, olmur. Götürülmüş 

bioptatlarda  virus  hissəciklərini  qeyri-düz  immunoflüorossensiya  reaksiyasının  köməyi  ilə  də 

aşkar etmək olar. Bunlarla bərabər biomaterialda çox az, tək-tək sayda olan virus DNT-ni aşkar 

etməyə imkan verən PZR üsulu da yüksək dəqiqliklə diaqnoz qoymağa imkan verir. 

Seroloji reaksiyaların (KBR, NR, İFM) diaqnostik əhəmiyyəti bir qədər zəifdir. 

Seroloji  reaksiyaların  dinamikada  dəyişikliyi  müşahidə  edilmədən  müsbət  olması  latent 

infeksiyanı  göstərir  və  bu  bir  çox  sağlam  insanlarda  qeyd  edilir.  Belə  ki,  antitellərin  -  İgM 

antitellərinin titrinin dinamikada (8-10 gün fasilə 

ilə) artması yalnız ilkin infeksiya zamanı müşahidə edilir. Residivlər zamanı • _ 

IgG antitelləri artır. 

Herpes infeksiyasınm differensial diaqnozu prosesin yerləşməsindən asılı olaraq 

bir  çox  xəstəliklərlə  aparıla  bilər.  Digər  virus  stomatitləri,  kəmərləyici dəmrov,  su  çiçəyi, 

downloaded from KitabYurdu.org




358 

 

piodemıiya,  ikincili  siflis,  digər  virus  mənşəli  meningitlər  və ensefalitlər,  hepatitlər, 



keratokonyuktivitlər və s.-lə differensasiya edilməlidir. 

Kəmərləyici dəmrovdan fərqli olaraq sadə herpes nadir hallarda ağrı sindromları 

və periferik sinirlərin zədələnməsi əlamətləri ilə müşayiət olunur. Kəmərləyici dəmirovda əsasən 

onurğa  beyni  sinirlərinin  boyun  və  döş  şöbələri,  həmçinin  üz  və  üçlü  sinir  qanqlialarının 

zədələnməsi  müşahidə  edilir.  Bu  zaman  səpgilər  çəkildikdən  sonra  qanqlionit  əlamətləri  uzun 

müddət - bir neçə aydan 2 il və daha artıq müddətədək saxlanılır. 



Müalicəsi. Herpes  infeksiyasınm  bütün  klinik  formaları  virus  əleyhinə 

preparatlarla müalicəyə yaxşı tabe olurlar. Bu sahədə ən effektli preparat Asiklovir (sin: Zaviraks, 

Viropleks) hesab edilir. Asiklovir antimetobolit olub, virus DNT-nin sintezinə qoşularaq, virusun 

qüsurlu  gen  omunun  sintezinə  səbəb  olur.  Virusların  çoxalmasında  mühüm  rol  oynayan 

fermentlərə təsir edərək, onların çoxalmasının qarşısını alır. 

İmmun  reaktivliyi  zəifləmiş  şəxslərə  dəri  və  selikli  qişaların  herpetik  zə-

dələnmələrində, kəskin formalarda (istər ilkin, istərsə də residivlər zamanı) asiklovir hər kq çəkiyə 

5 mq olmaqla, 8 saatdan bir vena daxilinə təyin edilir. 7-10 gün müddətində 200 mq-dan, gündə 5 

dəfə  olmaqla  peroral  da  təyin  etmək  olar.  Dəridə  məhdud  zədəiənməiər  zamanı  5%  asiklovir 

məlhəmindən  gündə  4-6  dəfə  applikasiyanm  təyin  edilməsi  də  effektlidir.  Latent 

infeksiyaların fəallaşmasınm qarşısını almaq məqsədi ilə hər kq çəkiyə 5 mq, 8 saatdan bir vena 

daxilinə və ya 400 mq-dan gündə 4-5 dəfə, per-oral verilməsi məsləhətdir. Bu immun reaktivliyi 

zəifləmiş şəxslərdə xəstəliyin residivləri ehtimalının qarşısını alır. 

Genilal herpes zamanı: 10-14 gün müddətində asiklovir gündə 5 dəfə hər dəfə 

200  mq,  peroral.  Ağır  gedişlərdə  və  ya  nevroloji  ağırlaşmalar  (aseptik  mc-ningit)  olarsa  vena 

daxilinə  təyin  edilir.  5  gün  müddətində  hər  8  saatdan  bir,  5 mq/kq  dozada.  Uşaqlıq  boynunun, 

uretranın  və  s.  yerli  zədələnmələri  zamanı 5%-li  asiklovir  məlhəmi  7-10  gün,  gündə  4-6  dəfə 

applikasiya şəklində təyin edilir. 

Residivləşən  genital  herpcsdə  5  gün  ərzində  gündə  5  dəfə,  hər  dəfə  200  mq 

peroral  olaraq  asiklovir  verilməsi  xəstəliyin  davamının  və  virus  ifraz  edilmə müddətinin 

qısalmasına səbəb olur. Residivlərin profilaktikası məqsədi ilə gündə 2-3 dəfə, hər dəfə 200 mq 

verilməsi  məsləhət  görülür.  Residivlər  tez-tez təkrarlanırsa,  bu  zaman  6  aylıq  kurs  müalicəsi 

aparılır. 

• t 


Uzdə, ağız boşluğunda yerləşən herpeslər zamanı asiklovirin peroral tətbiqinin 

effektliyi  hələ  öyrənilməmişdir.  Həmçinin  asiklovir  məlhəminin  yerli  işlədilməsi  də 

əhəmiyyətsizdir. 

Herpetik  proktitdə  asiklovirin  400  mq-dan  gündə  5  dəfə  verilməsi  xəstəliyin 

müddətini qısaldır. İmmuniteti zəifləmiş şəxslərə və ağır gedişlərdə 8 saatdan bir 5 mq/kq doza da 

vena daxilinə təyin edilir. 

Gözün  herpes  infeksiyasında  (kəskin  keratitdə)  asiklovirin  yerli  olaraq 

işlədilməsi məsləhət görülür. Eyni zamanda, bu məqsədlə yerli olaraq triflüoro-timidin, vidarabin, 

yodoksuridin və interferon da işlədilə bilər. Steroidlərin yerli tətbiqi xəstəliyin gedişini ağırlaşdıra 

bilər. 


downloaded from KitabYurdu.org


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə