49. Abş D. Eyzenhauerin prezidentliyi dövründə (1952-1960-cı illər). 1952-ci ilin noyabrında keçirilən prezident seçkilərində Avropada müharibə dövründə Abş qoşunlarının baş komandanı olmuş, «Overlord»



Yüklə 29,84 Kb.
səhifə1/7
tarix31.05.2022
ölçüsü29,84 Kb.
#88438
  1   2   3   4   5   6   7
Türkan 49-54 imtahan sualları.


49. ABŞ D.Eyzenhauerin prezidentliyi dövründə (1952-1960-cı illər). 1952-ci ilin noyabrında keçirilən prezident seçkilərində Avropada müharibə dövründə ABŞ qoşunlarının baş komandanı olmuş, «Overlord» əməliyyatına başçılıq etmiş, Almaniyanın dörd işğal zonasından birinə rəhbərlik etmiş, həmçinin əvvəllər bir idmançı kimi ABŞ-da tanınmış Duayt Eyzenhauer qələbə çaldı. O, respublikaçılar partiyasından idi. Eyzenhauer ABŞ-ın hakimiyyətə gəldikdə Amerika xalqı tərəfindən rəğbətlə qarşılanan, hakimiyyətdən getdikdə də rəğbətlə yola salınan prezidentlərindən olmuşdur.
Eyzenhauer hakimiyyətə gəldikdən sonra o öz iqtisadi siyasətini «dinamik mühafizəkarlıq» adlandıraraq bir növ Ruzveltin siyasətini davam etdirdi. Siyasətdə realist olan Eyzenhauer tezliklə başa düşdü ki, dövlətin iqtisadi və sosial sahədə rolunu nəinki ixtisar etmək, əksinə, artırmaq lazımdır. 50-ci illərdə ABŞ-ın dövlət mülkiyyəti 276 milyard dollar təşkil edirdi. Bu rəqəm 1960-cı ildə birlikdə götürüldükdə Fransa, AFR, İtaliya, Belçika, Hollandiya və Lüksemburqun dövlət mülkiyyətindən çox idi. Eyzenhauer daxili siyasətində azad rəqabət və azad ticarət prinsiplərini bərpa etmək tezislərindən əl çəkdi. O, Trumen hökumətinin tətbiq etdiyi iqtisadiyyat üzərində nəzarət tədbirlərini ləğv etdi. Məqsəd durğunluğu aradan qaldırmaq, işsizliyi minimum həddə endirmək, inflyasiyaya yol verməmək idi. Görülən tədbirlər nəticəsində ABŞ iqtisadiyyatında irəliləyiş təmin olundu.
Yüksək məşğulluq səviyyəsi və qiymətlərin sabitliyi saxlandı. Bütün ölkədə kütləvi istehslakın rəmzi olan ticarət mərkəzləri yarandı. İri müəssisələr – konqlomeratlar meydana gəldi. Amerikalılar ilk dəfə olaraq «firavanlıq dövləti»nin bəhrəsini gördülər. Təsadüfi deyildir ki, XX əsrin 50-ci illərindən 70-ci illərinin sonuna qədər olan dövr ABŞ-ın «Qızıl əsri», «varlanma və çiçəklənmə əsri» adlandırılırdı.
O, vergiləri azaltdı, səmərəli kredit siyasəti yeritməyə başladı. Həmçinin əhalinin həyat səviyyəsinin yüksəlməsinə nail oldu. Təsadüfi deyil ki, Eyzenhauerin dövründə əhalinin yarıdan çoxu orta təbəqəyə çatdı. 50-ci illərdə ABŞ-da güclü elmi-texniki inqilab baş verdi. Bu zaman əhalinin 90%-nin evində artıq televizor var idi. 50-ci illərdə ABŞ iqtisadiyyatı üçün səciyyəvi cəhət istehsalın avtomatlaşdırılması oldu. Elmi-texniki inqilab ABŞ fermer təsərrüfatının dağılmasını sürətləndirdi.
Eyzenhauerin dövründə ölkədə makkartizm tüğyan etməyə başladı. Onun əsası hələ Trumenin dövründə senator seçilmiş Cosef Makkarti tərəfindən qoyulmuşdur. Ölkədə aparılan bu kompaniya «Şeytan ovu» adlandırılırdı. Bu kampaniya güya SSRİ başda olmaqla dünya kommunizminin ABŞ-a qəsd təşkil etməsi barədə vahimə yaradılması əsasında aparılırdı. O, 1950-ci ilin fevralında bildirdi ki, ABŞ-ın dövlət departamentində 205 nəfər kommunistin olduğunu müəyyənləşdirmişdir. Əslində bu siyasət SSRİ-yə qarşı çevrilmiş, antisovet, antikommunist mahiyyət daşıyırdı. Ölkədə bir sıra irticaçı təşkilatlar, o cümlədən «Amerika legionu», «Ku-kluks-klan» təşkilatları Makkartinin fəaliyyətini müdafiə edirdilər.
1950-ci ildə zəncilər öz azadlığı uğrunda mübarizəni gücləndirdi. 1954-cü ildə ABŞ Ali məhkəməsi məktəblərdə seqreqasiyanı – irqi ayrı-seçkilik prinsipini Konstitusiya əleyhinə olan akt kimi qiymətləndirdi.
Bu dövrdə ABŞ-ın xarici siyasətində də müəyyən cəhətlər özünü göstərməyə başladı. İlk növbədə Eyzenhauer verdiyi vədə əməl edərək 1953-cü ilin iyulun 27-də Koreyada müharibənin qurtarmasına nail oldu. Eyzenhauer silahların və bütün iqtisadiyyatın modernləşdirilməsi xəttini yeritdi. Onun prezidentliyi dövründə hərbi xərclər iki dəfə artdı, strateji yollar çəkildi. 1954-cü ildə SEATO hərbi blokunun yaradılmasının təşkilatçılarından biri də ABŞ oldu. 1954cü ildə Vyetnama Fransa tərəfindən müstəqillik verilməsini müdafiə etdi. 1955-ci ilin iyulunda Cenevrə konfransında Eyzenhauer tərksilaha dair «açıq səma» doktrinasını irəli sürdü. Bu doktrina SSRİ tərəfindən rədd edilsə də, böyük dövlətlərin başçıları arasında əlaqələrin başlanğıcını qoydu.
Eyzenhauer 1956-cı ildə Suveyş kanalı Misir tərəfindən milliləşdirirlərkən Fransa, İngiltərə və İsraillə müharibədə Misiri müdafiə etdi. 1957-ci ilin yanvarında Yaxın və Orta Şərqlə əlaqədar Eyzenhauer xüsusi doktrina irəli sürdü ki, bu tarixə «Eyzenhauer doktrinası» adı altında daxil oldu. Bu doktrinanın əsas istiqamətləri ərəb ölkələrinin iqitsadi inkişafına ABŞ-ın kömək etməsindən, hərbi yardım və əməkdaşlıq proqramları hazırlamağa təşəbbüs göstərməkdən ibarət idi. Həmin doktrinaya əsasən ABŞ öz mövqeyini Yaxın və Orta Şərqdə möhkəmləndirdi.
Eyzenhauer dövründə silahlanmaya vəsait qoyuluşu artırılsa da, lakin ABŞ raket texnikası sahəsində SSRİ-dən geri qalırdı. 1957-ci ilə qədər ABŞ SSRİ ilə zor dili ilə danışmağa daha çox üstünlük verirdi. 1957-ci ildə SSRİ-də Yerin süni peyki buraxıldıqdan sonra ABŞ başa düşdü ki, SSRİ ilə münasibətləri mülayimləşdirmək lazımdır. 1959-cu ilin sentyabrında SSRİ-nin dövlət başçısı Nikita Xruşşov ABŞ-a səfər etdi. Lakin 1960-cı ildə ABŞ-la SSRİ arasında münasibətlər yenidən pisləşdi. Buna səbəb Sverdlovsk üzərində ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsinin (U-2) vurulması idi.
ABŞ 50-ci illərdə 39 dövlətlə ikitərəfli hərbi-müqavilələr bağladı. Eyzenhauer hökuməti öz xarici siyasətində Latın Amerikası ölkələrinə xüsusi diqqət yetirirdi. ABŞ burada fəallaşaraq mövqelərini möhkəmləndirdi. 1954-cü ilin yanvarında ABŞ Qvatemalada inqilabi hərəkatın yatırılmasında iştirak etdi. Eyzenhauerin 1959-60-cı illərdə Qərbi Avropa və Latın Amerikası ölkələrinə səfərləri də qarşılıqlı münasibətlərin xeyli inkişaf etməsinə səbəb oldu.

Yüklə 29,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə