C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə181/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   177   178   179   180   181   182   183   184   ...   207

369 

 

antitellər əmələ gəlir. Qanda əvvəlcə kapsid antigeninə qarşı İgM və İgG antitelləri, sonralar isə 



digər antigenlərə qarşı antitellər meydana çıxır. Epşteyn-Barr virusları B-limfo-sitlərə tropizmə 

malikdirlər.  Belə  ki,  eksperimental  müayinələrdə  bəlli  olumuş-dur  ki,  Epşteyn-Barr  virusları 

primatlann  yalnız  B-limfositlərində  artıb  çoxalır və  bu  zaman  həmin  hüceyrələrin  dağılmasına, 

lizisinə səbəb olmur. 

Məlum  olmuşdu  ki,  Epşteyn-Barr  virusları  artıb  çoxaldığı  hüceyrələri  nəinki 

lizisə uğradır, əksinə həmin hüceyrələrin proliferasiyasmcı səbəb olur. Bu virusların bir sıra digər 

xəstəliklərin  baş  verməsində  də  etioloji  rolu  vardır.  Belə ki,  Afrikada  müşahidə  edilən Berkit 

limfomasma,  çinlilərdə  burun-udlaq  karsi-nomasına və  immuniteti  zəifləmiş  şəxslərdə  bir  sıra 

digər limfomolara səbəb olur. Residivləşən parotilin patogenezində də bu  virusların  rolu olduğu 

güman edilir.  Sistem  xəstəliyi  olan qırmızı  qurdeşənəyi  və  sarkoidoz zamanı  xəstələrin qanında 

Epşteyn-Barr  viruslarına  qarşı  antitellər  aşkar  etmək  olur.  Viruslar orqanizmdə (B-limfo  sitlər 



də) uzun  müddət  persistə  edərək lal  eni  infeksiya şəklində  də  qala  bilirlər.  Hətta  müəyyən 

şəraitdə hüceyrə  DNT-si  ilə  viris  DNT-nin inteqrasiyası belə  mümkündür.  Beləliklə  infeksion 

mononukleoza Epşteyn-Barr viruslarının törətdiyi infeksiyalardan biri kimi baxmaq lazımdır. 

Xarici mühit təsirlərinə çox davamsızdırlar. Quruduqda, yüksək temperaturda - 

qaynadıqda və dezinfcksiyacdicilərin təsindən tezliklə tələf olurlar. 

Epide  m  iologiyası.  İnfeksiya  mənbəyi xəstə  insanlar  və  virus  gəzdirənlərdir. 

Törədicilərin  ifraz  edilməsi  inkubasion  dövrün  əvvəllərində  başlayaraq  rekonvalessensiya 

dövründən 4-24 həftə keçənədək davam edə bilər. Virus ifraz etmənin 18 aya qədər çəkməsi belə 

mümkündür. Xəstəlikdən sonra 15-25% hallarda latent infeksiya şəklində bütün ömrü boyu davam 

edən  virus-gəzdirəniik  qalır.  Virus  gəzdirəmər  dövrü  oiaraq  ağız  suyu  ilə  virus  ifraz 

edərək infeksiyamn  yayılmasını  -  epidemik  prosesin  saxlanmasım  təmin  edən  əsas  infeksiya 

mənbəyi hesab edilirlər. Onlarla təmasda olduqda - xüsusən öpüşdükdə 

yoluxma baş verir. Ona görədə bəzən infeksion mononkleozu «öpuş xəstəliyidə də adlandırırlar. 



Yoluxma əsasən hava damcı yolu ilə olur. İnfeksiya xəstə və ya virus-gəzdirənlə 

bilavasitə təmasda  olduqda, o  cümlədən öpüşərkən,  ağız  suyu  ilə  çirklənmiş  əşyalardan, 



qidadan istifadə  etdikdə  keçir.  Virus kontogiozluğunun  zəifliyi ilə  seçilir.  İnfeksiyanın 

yayılmasına  əhalinin  sıxlığı,  sağlam  insanların  xəstə  və  virusgəzdirənlərlə  sıx  təmasda  olması, 

ümumi ağlardan, qab-qacaqdan istifadə etmək şərait yaradır. 

Hamilə qadınlardan doğuş zamanı uşağın yoluxması istisna edilmir - in-tranatal 



infeksiyalaşma. Uşaqlıq boynu kanalında virusların aşkar edilməsi cinsi yolla yoluxma ehtimalını 

göstərir. B-limfositlərdə latent infeksiya hemo-transfuzion yoluxmanı mümkün edir. 1 yaşa qədər 

uşaqlar  çox  nadir  hallarda xəstələnir.  Bu anadangəlmə  imuniteti göstərir.  Anadan  verilmiş 

antitellərin yüksək titri uşağın 7 ayınadək saxlanılır. 



Əsasən  uşaqlar,  yeniyetmələr, 14-29  yaş  arasında  olanlar  xəstələnir.  35-40 

yaşdan sonra nadir hallarda qeyd edilir. Bu gənc yaşlarında monenukleozun tipik, atipik, silinmiş 

formalarını keçirərək immunitet qazanılması ilə izah edilir. İİV-infeksiyası zamanı istənilən yaş 

qruplarında Epşteyn-Barr viruslarının fə-allaşması mümkündür. 



Patogenezi. İnfeksiyanın giriş qapısı ağız boşluğu və udlağm selikli qişasıdır. 

Törədicinin  daxil  olduğu  yerdə  epiteli  və  limfoid  toxuma  zədələnir. Selikli  qişada  hiperemiya, 

downloaded from KitabYurdu.org



370 

 

ödem  müşahidə  olunur.  İnfeksion  mononukleozun patogenezində  5  mərhələ  ayırd  edilir:  I 



mərhələ törədicinin  daxil  olması; II  -  virusların  limfogen  yolla regional  limfa  dünyünlərinə 

gətirilməsi və onların hiper-plazisiyası; III - virusemiya, virusların orqanizmdə yayılması, bütün 

limfoid toxumaları prosesə cəlb olunması; IV- infeksion-allergik yenidənqurulma; V-immunitetin 

inkişafı - sağalma. 

Giriş  qapısında  -  selikli  qişada  və  yerli  limfoid  toxumada  zədələnmələr 

verdikdən  sonra  viruslar  B-limfositlərə  daxil  olaraq  bütün  orqanizmə  yayılır. Törədicilərin 

çoxalması periferik qanda B limfositlərdə gedir. Bu zaman B lim-fositlər nəinki tələf olur, əksinə 

fəal sürətdə çoxalaraq müxtəlif sinifdən olan (ilk növbədə İgM) immunoqlobulinlər ifraz edilər. B 

limfositlərin sürətli proli-ferasiyası T-limfositlərlə nizamlanır və bunula əlaqədar kəskin dövründə 

onların  miqdarı  xeyli  artır  və  periferik  qanda artipik  mononukleoarlar  -  bazofıl  sito-plazmaya, 

böyük  nüvələrə  malik  iri  hüceyrələr  aşkar  edilir. İmmun  çatmamazlıq hallarında  (İİV-infek- 

siyasında)  proses  B  limfositlərin  proliferasiyası  ilə  məhdudlaşmır,  baş  beyinin  B  hüceyrəli 

limfoması inkişaf edir. İmmun sistemində patologiya olmayan xəstələrdə isə B limfositlərdə virus 

antigenləri tapılaraq T killerlər tərəfindən məhv edilirlər. T supressorların fəallığı artır, nəticədə B 

limfositlərin  proliferasiyası  ləngiyir,  yoluxmuş  limfositləri  tanıyan  və  məhv  edən, spesifik 

sitotoksik  hüceyrələr  meydana  çıxır.  Xəstənin  sağalması  baş  verir.  Lakin  bununla  bərabər 

orqanizmə  daxil  olmuş  Epişteyn-Barr  virusları  B  limfosit-lərdə  persisdə  edərək  orada  xəstənin 

bütün  həyatı  boyu  qala  bilərlər.  Bir  sıra hallarda  isə  virusun  orqanizmdə  uzun  müddət 

qalması xroniki mononukleozun formalaşmasına gətirib çıxarır. Həmçinin immunitetin zəifləmiş 

şəxslərdə in-feksiyanın yenidən fəallaşması da mümkündür. 

Epşteyn-Barr  virusları  seçici  olaraq  retikulyar  və  limfoid  toxumanı  zədə-

lədiyindən klinikada bu özünü yayılmış limfoadenopatiya, qaraciyərin, dalağın böyüməsi şəklində 

göstərir.  Limfoid və retikulyar toxumanın mitotik fəallığının  güclənməsi periferik qanda atipik 

mononukleoarların meydana çıxmasına səbəb olur. Qaraciyərdə, dalaqda və digər üzvlərdə atipik 

mononukleoarlarla diffuz və ya ocaqlı infıltratlaşmış sahələr meydana çıxır. Bütün limfo-retikul-

yar toxumalarda histoloji müayinələrdə hiperplaziya aşkar edilir. Makrosko-pik olaraq qaraciyər, 

dalaq, linıfa düyünləri böyümüş, udlaqda iltihabi dəyişikliklər olur. 

Klinikası.  İnkubcısion  dövr 5-12  günə  bərabərdir,  bəzən  30-45  günədək  uzana 

bilər. Xəstəlik bəzən 2-3 gün davam edən prodmal əlamətlərlə başlayır - yorğunluq, ümumi zəiflik, 

iştahasızlıq, öskürək, əzələ ağrıları qeyd edilir. 

Xəstəlik  adətən  kəskin  başlayır, ilk  gündən  hərarət  38-40°-dək  yüksəlir. 

İntoksikasiya əlamətləri meydana çıxır. Ümumi zəiflik, halsızlıq, əzginlik, oynaq-əzələ ağrıları, 

baş  ağrısı  olur.  İnfeksion  mononukleozun kardinal  əlamətləri qızdırma,  əsnəyin  zədələnməsi, 

limfa düyünlərinin, qaraciyərin, dalağın böyüməsidir. 



Qızdırma 4 gündən 1 ayadək davam edə bilər. Əsasən remittəedici və ya düzgün 

olmayan tipdə gedir. Bəzi xəstələrdə subfebril və ya normal ola bilər. 

İlk günündən, bəzən bir qədər gec (5-7gündən) xəstəlik üçün xarakterik 

olan əsnəyin zədələnməsi əlamətləri meydana çıxır. Badamcıqların zədələnməsi 

- angina kataral, follikulyar, lakunar, xoralı-nekrotik ola bilər. Hətta difteriya 

ərpini xatırladan fibrinoz ərp belə müşahidə edilir. Badamcıqların zədələnməsi 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə