C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə189/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   185   186   187   188   189   190   191   192   ...   207

385 

 

içmək istədikdə, hətta suyun səsini eşitdikdə, onun haqqında fikirləşdikdə belə baş verir. Sonra-lar 



havanın  hərəkəti  (zəif  küləkdən,  xəstəni  yellədikdə,  üfürdükdə),  güclü  işıq, səs  (aero-,  foto-, 

akustikofobiya) bu cür paroksizmlərə səbəb olur. 

Bu  dövrdə  -  xəstəliyin  inkişafının  ən  qızğın  dövründə  güclü  psixomator 

oyanıqlıq  baş  verir.  Xəstələr  aqressivləşir:  özünü,  ətrafdakıları  cırmaqlayır,  vurur,  dişləyir, 

paltarını  cırır,  tez-tez  tüpürür,  qışqırır,  vurnuxur,  ətrafdakıları  dağıdır,  mebeli  sındırır,  tutub 

saxlamaq mümkün olmur - «quduz güc» meydana çıxır. Bu cür tutmalar huşun alaqaranlıqlaşması, 

qorxunc eşitmə və görmə qa-rabasmaları ilə müşayiət olunur. Tutmalardan sonra xəstə sakitləşir, 

huşu aydınlaşır, vəziyyəti qiymətləndirməyi bacarır, suallara düzgün cavab verir, öz əzablarından 

danışır. Bir-iki günə çoxlu, əziyyətverici ağız suyu ifrazı - sialo-reya meydana çıxır. Xəstə çatdırıb 

uda bilmədiyindən tez-tez, fasiləsiz tüpürür və ya öz-özünə ağzından axıb tökülür. Ətraflar soyuq 

olur, dəri soyuq yapış-qanvari tərlə örtülür. Bədən temperaturu xəstəliyin gedişinə paralel olaraq 

artır. Taxikardiya, ürək-damar, tənəffüs pozğunluqları şiddətlənir. Oyanıqlıq dövrü 2-3 gün, bəzən 

6  günədək  davam  edir.  Əgər  tutmalar  dövründə  ürək  və ya  tənəffüsün  dayanmasından  xəstə 

ölməsə, xəstəlik paralitik dövrə keçir. 



Terminal  və  ya  paralitik  dövr. Bu  dövrdə  xəstənin  vəziyyəti  elə  bil  ki, 

yüngülləşir,  sakitləşir,  psixomator  oyanıqlıq  çəkilir.  Xəstə  yeyib-içə  bilir.  Sağalmağa  bir  ümid 

yaranır. Bunu ölüm qabağı işıqlı dövr də adlandırmaq olar. Lakin eyni vaxtda xəstədə halsızlıq, 

apatiya, salivasiya  güclənir. Ətraf əzələlərinin, kəllə sinirlərinin paralicləri meydana çıxır. Çox 

vaxt paralic qalxan istiqamətdə - Landrinin qalxan tip paralici - müşahidə edilir. Çanaq üzvlərinin 

fəaliyyəti pozulur. Hərarət 42°C-dək yüksəlir. Bu dövr 1-3 gün davam edir, xəstə 

ürək və tənəffüs mərkəzinin iflicindən ölür. Xəstəliyin ümumi davam etmə müddəti 3-7 gün, tək-

tək hallarda isə 2 həftəyədək çəkir. 

Quduzluq prodromal dövr olmadan oyanıqlıq və ya paralitik dövr əlamətləri ilə 

başlaya  bilər.  Xəstəliyin  bəzi  gedişlərində  fobiya  tutmaları  olmaya,  psixomator  oyanıqlıq  qeyd 

edilməyə  də  bilər  - «paralitık»  və  ya  «sakit» quduzluq.  Bu  halda  heç  bir  oyanıqlıq  əlamətləri 

olmur. Müxtəlif xarakterli ifliclər -çox vaxt Landrinin qalxan tip iflicləri inkişaf edir. Xəstəlik daha 

uzun sürür, xəstələr bulbar pozğunluqdan tələf olur. Bu forma daha çox Cənubi Amerikada qan 

soran yarasaların dişləməsindən sonra müşahidə edilir. 



Diaqnozu• Differensial diaqnozu. Kliniki-epidemioloji məlumatlara əsaslanaraq 

quduzluğun  diaqnozunu  qoymaq  bir  elə  də  çətinlik törətmir.  Qanın  ümumi  müayinəsində 

aneozinofiliya, limfositar leykositoz qeyd edilir. Xəstələrin spesifik laborator diaqnozu çətindir. 

Hazırda  gözdən  -buynuz  qişadan  götürülmüş  bioptatda  virus  antigeninin  flüoressensiya 

edən antitel üsulu ilə aşkar edilməsi tətbiq edilir. Onurğa beyni mayesini, göz yaşını, ağız suyunu 

yeni  doğulmuş  laborator  heyvanlarına  beyin  daxili  yoluxdurmaqla virusları  ayırmağa  çalışırlar. 

NR, KBR, DHAR, infeksiyalaşmış hüceyrələrin lizis reaksiyası da istifadə edilir. 

Quduzluğun  dəqiq  laborator  diaqnozu  xəstəlikdən  ölmüş  insan  və  heyvanların 

baş  beynindən  götürülmüş  materialda  Babeş-Neqri  cisimciklərinin  aşkar  edilməsi  ilə  qoyulur. 

Quduzluğun  laborator  diaqnostikası  və  laborator heyvanlarm  yoluxdurulması  xüsusi  təhlükəli 

infeksiyalar üçün nəzərdə tutulan ciddi rejim şəraitində aparılmalıdır. 

downloaded from KitabYurdu.org




386 

 

Quduzluğu güzaz, isteriya, strixnin və atropinlə zəhərlənmə, ensefalit, lissofobiya 



(quduzluqla xəstələnmədən qorxma) ilə differensiasiya etmək lazımdır. 

Güzaz trizm,  sardonik  gülüş,  opistotonus,  tetaniki  qıcolmalarla  xarakterizə 

olunur. Psixomator tutmalar olmur. 



İsteriya epidemioloji anamnezin uyğunsuzluğu, subyektiv şikayətlərin bolluğu, 

obyektiv əlamətlərin (tənəffüs pozğunluğu, taxikardiya, bəbəklərin genəlməsi və s.) olmaması və 

uzun müddətli gedişi ilə seçilir. 

Atropinlə  zəhərlənmə zamanı  ağızda,  udlaqda  quruluq,  danışığın  və  udmanın 

pozulması, ürək döyünmə, təngnəfəslik, baş ağrısı olur. Dəri qızarır, quru olur, bəbəklər genəlir, 

işığa reaksiyası olmur. Psixomator, hərəki oyanıq-lıq, görmə qarabasmaları, huşun itməsi ilə gedən 

epilepsiyaya  bənzər  tutmalar və  komanın  inkişafı  müşahidə  edilir.  Bununla  bərabər  salivasiya, 

quduzluq parok-sizmləri, fobiyalar, parez, paraliclər olmur. 

Ensefalitlərdə (letargig  polimielit  və  s.)  paralitik  dövrə  qədər  ki,  müddətdə 

hidrofobiya, aerofobiya , oyanıqlıq dövrü, kəskin simpatikotoniya olmur. 



Lissofobiya obyektiv əlamətlərin və kliniki dinamikanın olmaması ilə fərqlənir. 

Narkoz vəziyyətində xəstədə olan bütün əlamətlər itir. 



Müalicəsi. Müsbət  təsir  göstərən  heç  bir  müalicə  üsulu  yoxdur.  Xəstələrin 

əzablarını yüngülləşdirən simptomatik - patogenetik müalicə tədbirləri həyata keçirilir. Xəstələri 

xarici  qıcıqlardan  qorumaq  üçün  ayn  palatada  yerləşdirmək  lazımdır.  Yüksək  dozada  morfın, 

pantopon, aminazin, dimed-rol, xloralhidrat imalələri təyin edilir. Kurareyə bənzər preparatların 

tətbiqi, xəstələrin  süni  tənəffüs  aparatına  qoşulması  onların  ömrünü  uzada  bilər.  Son vaxtlar 

müalicə məqsədi ilə antirabik qamma-qlobulin işlədilməsi heç bir nəticə verməmişdir. 



Proqnozu . Quduzluqdan sağalma hadisələri bu vaxta qədər qeyd edilməmişdir. 

Xəstəlik başladıqda letallıq 100%- dir. 



Profilaktikası. Quduzluğun  profilaktikası  xəstəliyin  heyvanlar  arasında 

yayılmasına  və  insanların  ona  tutulmasının  qarşısının  alınmasına  yönəldilməlidir.  Ona  görə  də 

evdə saxlanılan bütün itlərin və pişiklərin qeydiyyatı aparılmalı, onların profilaktik vaksinasiyası 

həyata  keçirilməlidir.  Heyvanları bir  ölkədən  başqasına  aparakən  beynəlxalq  qaydalara  əməl 

edilməlidir.  Vəhşi heyvanları  tərkibində  vaksina  saxlayan  toyuq  başları  ilə  yemləməklə  diri 

antirabik vaksina ilə immunlaşdırılması aparılır. Quduzluğun mənbəyi hesab edilən heyvanların 

sayının  minimum  səviyyədə  saxlanması  təmin  edilməlidir.  Yaşayış  məntəqələrində  sahibsiz 

itlərin, pişiklərin olması yolverilməzdir. İnsanları və digər heyvanları dişləmiş heyvanlar veterinar 

müalicə müəssisələrinə gətirilib 10 gün müşahidə altında saxlanılmalıdır. 

Heyvanların  dişləməsi  zamanı  yara  qaynanmış  isti  su  ilə,  sabunla(və  ya 

sabunsuz)  yuyulmalıdır.  Sonra  70%-li  spirt  və  ya  yodun  spirtdə  məhlulu  ilə  işlənilir.  Yarada 

kəsiklər  aparılmasına,  tikişlər  qoyulmasına  əlavə  zədələrə  səbəb olaraq  inkubasion  dövrü 

qısaltdığına  görə  icazə  verilmir.  Sonra  yara  ətrafına antirabik  zərdab  və  ya  antirabik 

immunuqlobulin vurulur. 

Yuxarıda qeyd etdiyimiz tədbirlər və quduzluğa qarşı peyvəndlər nə qədər tez 

aparılsa,  bir  o  qədər  effektli  olur.  Müşahidələr  göstərir  ki,  peyvənd  yalnız  dişləmədən  14  gün 

keçənədək aparılarsa effektli olur. Antirabik peyvəndşərti və şərtsiz olaraq aparılır. Əgər dişləyən 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə