C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə188/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   184   185   186   187   188   189   190   191   ...   207

383 

 

sübut  olunmuşdur  ki,  siçanlar,  siçovullar  və  quşlar  arasında  abortiv  və  simptomlarsız  keçən 



formaların  inkişafı  mümkündür.  Quduzluğa qarşı  həssaslıq  hamıda  eyni  deyildir  və  dişləmənin 

lokallaşdığı  -  yoluxma  baş verdiyi  nahiyyədən  asılıdır.  Belə  ki,  xəstə  heyvanın  dişləməsi  üz 

nahiyyəsindən olarsa yoluxma 90% hallarda; yuxarı ətraflarda, əldə olarsa 63 %; aşağı ətraflarda, 

ayaq barmaqlarında olarsa 23% hallarda quduzluğun inkişafına səbəb olur. 



PatogeneziPatoloji  anatomiyası.  İnfeksiyanın  giriş  qapısı  dəri  və  selikli 

qişalardır. Bir neçə müddət (bir neçə saatdan altı günədək) viruslar daxil olduqları yerdə qalır və 

sonra  perinevral  yollarla  mərkəzə  doğru yayılırlar.  Virusun  limfogen  və  hemotogen  yolla  da 

yayılması mümkün hesab edilir. Ancaq qanda onları aşkar etmək mümkün olmur. MSS-nə gələn 

viruslar əsasən uzunsov beyin, hipokamp, beyin əsası düyünləri və onurğa beyinin bel şöbəsində 

lokallaşaraq  artıb-çoxalırlar.  MSS-də  artıb-çoxalan  viruslar  mərkəzdən  qaçma  istiqamətində 

həmin perinevral yollarla müxtəlif üzvlərə ilk növbədə ağız suyu vəzilərinə, böyrək üstü vəzilərə

böyrəklərə,  ağ  ciyərlərə, skelet  əzələlərinə,  dəriyə,  ürəyə  gətirilir.  Ağız  suyu  vəziləri 

kanalcıqlarında,  sinir  düyünlərində  artıb  çoxalması  virusların  ağız  suyu  ilə  xaric  olunmasını, 

yayılmanı, digər heyvanların və insanların yoluxmasını təmin edir. 

Virusların  neyrogen  yayılması  eksperimentdə  sinir  köklərinin  bağlanması  ilə 

sübut olunmuşdur. Bu halda xəstəlik inkişaf etmir. Mərkəzdən periferiyaya yayılmasının da eyni 

yolla olması  sübut olunmuşdur. Virusların sinir kökləri  boyunca  yayılma sürəti saatda 3 mm-ə 

bərabərdir. 

Virusların  periferik  sinirlərin  aksoplazmasmda  yayılması  bir  sıra  müəlliflərin 

fıkirincə  MSS  elektromaqnit  sahəsinin  təsiri  ilə  baş  verir.  Belə  ki,  mənfi  yüklənmiş  virionlar 

maqnit  sahəsinin  təsiri  ilə  MSS-nə  tərəf  yerlərini  dəyişrlər. Bu,  eksprimentdə  siçanlar  üzərində 

sınaqdan keçirilmişdir. Siçanın baş hisəsinə mənfi, pəncəsinə isə müsbət elektrod yerləşdirməklə 

pəncəsindən yoluxdurmuşlar. Nəticədə müalicəvi təsir, prosesin ləngiməsi müşahidə edilmişdir. 

Elck-trodlarm yerinin dəyişdirilməsi infeksiyanın stimulyasiyasına səbəb olmuşdur. 

Müəyyən olunmuşdur ki, quduzluq viruslarının qlikoproteidində amin-turşuların 

ardıcıllığı  ilan  zəhəri  ncyrotoksini  ilə  eynidir.  Virusların  güclü  neyro-top  təsiri  də  bununla 

əlaqələndirilir. Bu onların spesifik neyrotransmitter reseptorlar və ya neyronların digər molekulları 

ilə  əlaqəyə  girməsi  ilə  izah edilir.  Bir  sıra  neyron  qruplarının  selektiv  zədələnməsi  isə 

autoimmun reaksiyaların inkişafı ilə əlaqədar olduğu güman edilir. 

Quduzluq zamanı müşahidə edilən parcz və paraliclor onurğa beyninin və beyin 

əsasının zədələnməsi ilə əsaslandırılır. Digər kliniki əlamətləri virusların MSS-nin bu və ya digər 

şöbəsində  lokallaşması  ilə  əlaqələndirmək  çətindir, düzgün  deyildir.  Bəzi  müəlliflər  quduzluq 

tutmalarını Uxtomskinin dominantlıq nəzəriyyəsi ilə izah etməyə çalışırlar. Bu nəzəriyyəyə görə 

uzunsov  beyində, qabıqaltı  törəmələrdə,  hipotolamusun  ali  vegetativ  mərkəzlərində 

keçiriciliyin artması  bütün  digər  qıcıqlan  udan  dominantlığın  yaranmasına  səbəb  olur.  Nəticədə 

istənilən qıcığa qarşı boğulma tutulmalan - quduzluq paroksizmləri şəklində cavab meydana çıxır. 

Sinir  toxumasında  (baş  və  onurğa  beyini,  simpatik  qanqlialar,  böyrək-üstü  və 

tüpürcək vəzilərinin sinir düyünlərində) çoxalan viruslar onlarda xarakter dəyişikliklərə (ödem, 

qansızma, sinir hüceyrələrinin degenerativ və nek-rotik dəyişikliklərinə) səbəb olur. Neyronların 

dağılması  böyük  beyin  yarımkürələri  qabığında  və  beyincikdə,  görmə  qabarında,  qabaraltı 

downloaded from KitabYurdu.org



384 

 

nahiyyədə,  qara  maddədə,  kəllə  siniri  nüvələrində,  orta  beyində,  bazal  qanqliada,  beyin 



körpüsündə  müşahidə  edilir.  Ən  çox,  ən  ciddi  dəyişikliklər  uzunsov  beyində,  xüsusən də  IV 

mədəciyin  dibində  qeyd  edilir.  Zədələnmiş  hüceyrə  ətrafı  sahədə  iimfosi-tar  infıltrat  - 

oliqodendroqlial proliferasiya ilə miliar tipdə qranulamalar - quduzluq düyüncükləri formalaşır. 

Zədələnmiş  neyronların  (çox  vaxt  amraon buynuzlarında,  Zommer  bölgəsində,  beyincikdə, 

Purkinye hüceyrələrində) si-toplazmasında virionlar və onların həyat məhsullarından ibarət oksifıl 

cisim-ciklər - Babeş-Neqri cismcikləri meydana çıxır. 

Xəstəlikdən sonra immunitet formalaşmır. Belə ki, quduzluqla xəstələnmə 100% 

ölümlə nəticələnir. Soyuqqanlılarda quduzluğa qarşı təbii immunitet vardır. İnsanlarda və istiqanlı 

heyvanlarda müşahidə edilən tək-tək tutulma-mazlıq qabiliyyəti də təbii immunitetin olmasi ilə 

izah edilə bilər və bu quşlarda daha çox nəzərə çarpır. 



Klinikası. Quduzluq getdikcə proqressivləşən neyroinfeksiya olub, inkişafında 4 

dövr qeyd edilir: inkubasion - gizli dövr, başlanğıc və ya prodromal dövr, xəstəliyin qızğın və ya 



oyanıqlıq dövrü, terminal və ya paralitik dövr. 

İnkubasion dövr 10 gündən bir ilədək və daha artıq ola bilər. Çox vaxt 1-3 ay 

çəkir.  İnkubasion  dövrün  müddəti  bir  sıra  amillərdən  asılıdır.  Belə  ki,  virusun  yoluxma  yeri 

(dişlənən  nahiyyə)  MSS-nə  yaxın  olduqca  inkubasion  dövrün  müddəti  qısa  olur.  Üzdə,  başda, 

yuxarı ətraflarda olduqda qısa olursa da, aşağı ətraflarda olduqda xeyli uzanır. İnkubasion dövrün 

müddəti yaşdan (uşaqiarda daha qısa olur), dişləyən heyvanın növündən (vəhşi heyvanlar - tülkü, 

canavar  və  s.  dişlədikdə  qısa  olur),  yara  nahiyyəsinin  ölçüsündən,  dərinliyindən,  yaraya  düşən 

virusun miqdarından və makroorqanizmin reaktivliyin-dən asılı olaraq dəyişir. 

Prodromal  dövr 1-3  gün  çəkir.  Xəstəlik  dişlənən  nahiyyədə  xoşagəlməz 

əlamətlərlə başlayır. Yara tamam sağalmış, çapıqlaşmış olsa belə çapıq yenidən qızarır, şişkinləşir, 

qaşınır, dartılır, göynəyir. Yara ətrafı sinirlər boyu ağrı- 

ft 


lar  meydana  çıxır.  Umumi  halsızlıq,  baş  ağrıları,  subfebril  hərarət  olur.  Dis-peptik  əlamətlər, 

iştahasızlıq, ağızda quruluq ola bilər. Eşitmə və görmə qıcıqlarına qarşı həssaslıq, hiperesteziyalar, 

bəzən döş qəfəsində, udlaqda sıxıntı qeyd edilir. Dişləmələr üzdə olan hallarda xəstələrdə görmə 

və  qoxu  hallüsina-siyalan  ola  bilər.  Eyni  zamanda  psixiki  pozğunluqlar:  səbəbsiz  qorxu, 

həyəcan, depressiya, dəhşətli yuxu görmələr, yuxunun pisləşməsi meydana çıxır. Xəstələr darıxır, 

ölüm qorxusu olur. Sonra xəstədə depressiya narahatlıqla əvəz olunur. Nəbz, tənəffüs tezləşir, döş 

qəfəsində sıxıntı olur. 

Qızğm  dövr - oyanıqlıq. Reflektor  keçiriciliyin  yüksəlməsi  və  kəskin  sim-

patikotoniya  ilə  xarakterizə  olunur.  Bu  zaman  xəstəlik  üçün  xarakterik  olan  sudan  qorxma 

meydana  çıxır.  Belə  ki,  su  içmək  istərkən  udlaq,  qırtlaq  və  köməkçi  tənəffüs  əzələlərinin  ağrılı 

spastik yığılması baş verir. Xəstənin bütün bədəni tirəyir. Baş, gövdə arxaya doğru əyilir, titrəyən 

əllər  qabağa  doğru  uzanır. Nəfəs  alma  çətinləşdiyindən  tənəffüs  səsli-küylü,  fasiləli  olur.  Döş 

qəfəsində  sıxıntı,  hava  çatmamazlığı,  udmanın  kəskin  ağrılı  olması  xəstənin  əzablarını  artırır. 

Əzabverici qıcolmalar üzü eybəcərləşdirir, dəhşət ifadə edir, sianozlaşır, bəbəklər genəlir, baxışlar 

bir  nöqtəyə  dikilir,  boyun  əzələləri  gərginləşir.  Tənəffüs  çətinləşir,  xəstə  kömək  üçün  qışqırır, 

yalvarır. Bu cür tutmalar bir neçə saniyə davam edir. Tutmalar getdikcə intensivləşir, nəinki su 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə