C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə191/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   187   188   189   190   191   192   193   194   ...   207

389 

 

I.    Cinsi inkişaf dövrü - sporoqoniya. Əsas sahibin - Anopheles cinsindən olan 



dişi ağcaqanadların orqanizmində gedir. 

II.     Qeyri-cinsi  inkişaf  dövrü - şizoqoniya. Aralıq  sahibin  -  insanın 

orqanizmində gedir. 

Sporoqoniya. Dişi  ağcaqanadlar  (erkəklər  bitki  şirələri  ilə  qidalanırlar)  xəstə 

insanların və parazit gəzdirənlərin qanmı soraraq yoluxurlar. Ağcaqanadın mədəsinə qanla birlikdə 

plazmoidlərin erkək (mikr o qameto sitlər) və dişi(makroqametositlər) cinsi hüceyrələri də düşür. 

Ağcaqanadın  mədəsində qametositlər  yetişərək  yetkin  cinsi  formalara  - qametalara çevrilirlər. 

Mikroqa-metositlər  daha  ciddi  və  əhəmiyyətli  dəyişikliklərə  məruz  qalırlar.  Onların  nüvəsi  4-8 

hissəciyə  bölünür.  Əmələ  gəlmiş  8  kiçik  nüvə  hüceyrənin  səthinə  doğru yerini  dəyişir  və 

əvvəlcədən  yaranmış  aksonemlərin  yanında  yerləşirlər.  Bu  cür komplekslərin  ətrafı  hüceyrə 

membram  ilə  əhatə  olunur.  Formalaşan  bu  çıxıntılar  -  qamçılar  hüceyrədən  xaricə  çıxırlar. 

Proses eksflogellyasiya adlanır.  Belə tək  nüvəli  qamçılar  yetişmiş  erkək  cinsi  hüceyrələr  - 

mikroqametlərdir.  Onlar ağcaqanadın  mədə  möhtəviyyatmda  fəal  hərəkət  edərək  elə  bir  ciddi 

dəyişikliyə məruz qalmayan dişi cinsi hüceyrələri makroqametaları mayalandırırlar. Ziqo-ta əmələ 

gəlir. Ziqota iyəbənzər hərəkətli ookinetə çevrilir. Ookinet ağcaqanadın mədəsinin divarına daxil 

olaraq, onun xarici qişası altında dairəvi forma alır, nazik qişa ilə əhatə olunur. Sonradan inkişaf 

edərək, ardıcıl olaraq oosisia və sporosistaya çevrilir. Sporosistanm ölçüsü əvvəl 6-8 mkm bərabər 

olsa da, sonralar onun nüvəsi və sitoplazması dəfələrlə bölünərək 50-60 rnkm-ə çatır. Sistada çox 

sayda, 10000-50000-dək sporozoitlər əmələ gəlir. 

Qeyd etmək lazımdır ki, ağcaqanadın mədəsində əmələ gələn sistaların sayı bir 

neçə  ədəddən  tutmuş  500  və  daha  artıq  ola  bilər.  Bu  ağcaqanadın  sorduğu  qanda  olan 

qametositlərin sayından asılıdır. Onu da qeyd edək ki, 1 mm

qanda qametositlərin sayı 1 -2-dən 



az olduqda ağcaqanadın yoxulması baş vermir. 

Sporosistalar  dağıldıqdan  sonra  sporozoitlər  ağcaqanadın  hemolimfası-na 

tökülür və ağız suyu vəzilərinə gətirilərək orada toplanırlar. Bu vaxt onlar yoluxdurucu olur. Ağız 

suyu  vəzilərində  sporozoitlər  2-2,5  ayadək  qalır.  0°C-dən  aşağı  temperaturda  ağcaqanadda 

sporozitlər tələf olur, +4-10°C-də isə həyat qabiliyyətlərini saxlayaraq 2-3 gün qala bilirlər. 

Sporoqoniya  prosesinin  müddəti  plazmodilərin  növlərindən  asılı  olmaqla 

bərabər  xarici  mühitin  temperaturundan  da  asılıdır.  Ətraf  mühitin  temperaturu  yüksək  olduqca 

parazitin inkişaf müddəti qısalır. Ən qısa müddət +28-30° C-də müşahidə edilir. 30°C-dən yuxarı 

hərarətdə  isə  parazitin  inkişafı  yenidən pisləşir,  ləngiyir.  Qeyd  etdiyimiz  kimi  sporoqoniyanın 

müddəti  plazmodilərin növlərindən  asılı  olaraq  da  dəyişir.  Belə  ki,  +20°C-də  bu  müddət 

Pl.vivaxda 10 gün, Pl.falciparum-da 12 gün, Pl.nıalaria-da 16 gün çəkir. 

Pl.vivax-da  +15-16°C-dən  aşağı  temperaturda  sporoqoniya  getmir.  +16°  C-də 

isə 45 gün çəkir. Pl.falciparum-da isə aşağı hədd + 17-18°C hesab edilir. Pl.malaria-da da bu hədd 

17-18°C bərabər olsa da, inkişaf daha ləng gedir. 

Pl.vivax-da  sporoqoniyanın  xarici  mühitin  temperaturunun  daha  geniş 

diapozonunda müşahidə edilməsi, onun digər plazmodilərə nisbətən daha geniş coğrafi bölgələrdə 

yayılmasını şərtləndirən faktorlardan biridir. 

downloaded from KitabYurdu.org




390 

 

Şizoqoniy  a. İnsan  orqanizmində  malyariya  parazitinin  inkişafı  iki  ardıcıl 

mərhələdə  gedir. Toxuma  və  eritrositar  şizoqoniya mərhələləri.  Ağcaqanadlar  qan  soran  zaman 

qana  düşən  sporozoitlər  30-60  dəq  qanda  dövr  edir. Sonra  qaraciyərdə  Kupfer  hüceyrələri 

tərəfindən  tutularaq  inkişaf  etməyə başlayırlar.  Hepatositlərdə  sporozoitlər  əvvəl  trofozoitlərə, 

sonra  isə  toxuma şizontlarma  çevrilirlər.  Toxuma  şizontlarmın  ölçüləri  böyüyür,  ardıcıl 

olaraq nüvələri,  sitoplazmaları  bölünərək  çoxlu  sayda  tək  nüvəli  parazitlərin  -  mero-zoitlərin 

əmələ gəlməsinə səbəb olur. Plazmodilərin növündən asılı olaraq əmələ gələn merozoitlərin sayı 

da  müxtəlif  olur.  Məsələn:  Pl.vivax-da  10.000, Pl.falciparum-da  40.000-dək  olur.  Əmələ  gələn 

toxuma merozoitləri yalnız erit-rositlərdə inkişaf edə bilirlər. 

Toxuma  şizoqoniyası  və  ya  preeritrositar  şizoqoniya  heç  bir  klinik  əlamət 

olmadan  və  plazmoidlərin  növündən  asılı  olaraq  müxtəlif  müddətdə  başa  çatır.  Xəstəliyin 

inkubasion dövrünü əhatə edir. Pl.vivax-da 8 gün, Pl.falcipa-rumda 6 gün, Pl.malaria-da 15 gün 

davam edir. 

P.vivax  və  P.ovale  sporozoitləri  eyni  cinsli  deyildir.  Bəzi  müəlliflər  taxi-

sporozoitlərin  və  bradisporozoitlərin  -  hipnozoitlərin  olmasını  xarici  mühitin  dəyişkən 

temperaturunun ağcaqanadın orqanizmində sporoqoniya prosesinə təsiri ilə izah edirdilər. Sonralar 

bunun  parazitin  genetik  xüsusiyyətlərindən asılı  olması  bəlli  oldu.  Belə  ki,  fizioloji  inkişafı 

ləngitməklə parazitlərin qışı keçirməsi təmin olunur. Taxisporozoitləı* insan orqanizminə düşərək 

tezliklə hepatositlərdə inkişaf edirlər. Hipnozoitlərin inkişafı isə uzun müddət, bir neçə aydan 1,5-

2 ilədək uzana bilər. Bu müddətdə qeyri-fəal vəziyyətdə qalan hip-nozoitlər yenidən fəallaşırlar. 

Bununla da onlar xəstəliyin uzaq residivlərinə səbəb olurlar. 

Pl.vivax-da  coğrafi  regionlardan  asılı  olaraq  taxisporozoitlərin  və  bradi-

sporozoidlərin yayılmasının müxtəlifliyi qeyd edilir. Belə ki, şimal rayonlarda bradisporozoitlər 

üstünlük  təşkil  etdiyi  halda,  cənubda  taxisporozoitlər  çoxluq təşkil  edirlər.  Cənub  bölgələrdə 

xəstəlik zamanı inkubasion dövrün qısa olması, şimalda uzun sürməsi bununla izah edilməlidir. 

Hər iki stamın eyni vaxta yoluxması isə xəstəliyin uzaq residivlərinə gətirib çıxarır. 

Toxuma  merozoitlərinin  eritrositlərə  invaginasiyası  müvafiq  antigen  de-

terminantlarınm lokallaşdığı yerdə baş verir və onların membranlarında olan yüklərin müxtəlifliyi 

ilə izah edilir. Eritositlərin membranmın səthində olan mənfi elektrik yükünə rəğmən parazitlərin 

pellikulası  müsbət  yüklənmiş  olur. Merozoit  ön  qurtaracağı  ilə  eritrositin  membranma  yapışır. 

Eritrositin  mem-branı  dağılmır,  sadəcə  olaraq  çökür  və  parazitlər  bu  çökəkliyə  gömülürlər. 

Sonradan parazitar vakuola ilə əhatə olunub, eritrositlərin membranı hesabına öz membranlarını 

əmələ  gətirirlər.  Eritrositdən  kənarda  toxuma  merozoitləri  uzununa  dartılmış  formada  olursa, 

eritrositlərin daxilində dairəvi forma alır. 

Eritrositar şizoqoniya da bir neçə mərhələdə gedir: cavan və yetkin trofo-zoit; 



cavan və yetkin şizont, morula mərhələləri. Eritrositə daxil olmuş toxuma merozoitinin ölçüləri 

böyüyür, nüvəsinin  yanında sitoplazma ilə əhatə olunmuş vakuola meydana çıxır. Parazit üzük 

forması  alır  və "üziiyə  bənzər” trofo-zoit  adlanır.  Romanovski-Qimza  üsulu  ilə  boyadıqda 

vakuolanı əhatə edən sitoplazma mavi, nüvə isə qırmızı-yaqutu rəngdə boynaraq üzüyü xatırladır. 

Sonrakı mərhələdə parazitlər böyüyərək eritrositlərin yarısından çoxunu əhatə 

edir.  Amöbanı  xatırlatdığına  görə  amöbabənzər  şizont  adlanır.  Romanovski-Qimza  üsulu  ilə 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə