C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə193/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   189   190   191   192   193   194   195   196   ...   207

393 

 

3.    Endemik göstərici - yoxlanılanlar arasında parazitemiya və splenome-qaliya 



aşkar edilən şəxslərin sayı. 

Mövsüm  ərzində  malyariya  ilə  yoluxmanın  göstəricisi  kimi  1  yaşa  qədər 

uşaqlarda  parazitar  göstəricinin  öyrənilməsi  xüsusi  əhəmiyyət  kəsb  edir.  Hər hansı  bir  ocaqda 

malyariya ilə xəstələnmənin səviyyəsi 2-9 yaşlı uşaqlar arasında dalaq göstəricisini təyin etməklə 

qiymətləndirilir. 

2-9  yaşlı  uşaqlar  arasında  dalaq  göstəricisinə  əsaslanaraq  ÜST  1964-cü  ildə 

malyariyanın yaşayış məntəqələrində yayılmasının 4 dərəcəsini təklif etmişdir. 

1.    Hipoendemiya - dalaq göstəricisi 10%-ə qədər olur. Malyariya ilə yoluxma 

ehtimalı aşağı olur. 

2.     Mezoendemiya -  dalaq  göstəricisi  11-50%  olur.  Yoluxma  ehtimalı 

xeyli artır, bəzən yüksək olur. 

3.     Hiperendemiya -  50-75%.  Xəstəliyin  yayılması  çox  olduğundan,  yoluxma 

ehtimalı da yüksək olur. 

4.     Qoloendemiya -  dalaq  göstricisi  75%-dən  yüksək  olur.  Xəstəliklə 

yoluxmanın ən yüksək həddidir. 

Qolo- və hiperendemik zonalar daha çox tropik Afrika ölkələrində qeyd edilir. 

Belə ölkələrdə yuxarı yaş qrupundan olan əhali arasında malyariyaya qarşı tululmamazlıq qeyd 

edilir. Bu əhali qruplarında qazanılmış qeyri-steril immunitet formalaşmış olur. Bu cür ocaqlarda 

3 aylığa qədər uşaqlar da anadangəlmə immunitet olduğuna görə malyariyaya tutulmurlar. 3-24 

aylıq  uşaqlar  anadangəlmə  immunitet  söndüyü  üçün  xəstəliyə  ən  həssas  qrup  hesab  edilir.  2-5 

yaşlarında uşaqların demək oiar ki, hamısında Pl.Falciparum aşkar edilir və onlarda qazanılmış 

immunitet  formalaşdığından  xəstəliyin  gedişi  bir  qədər  yumşalır.  6  yaşdan  yuxarı  uşaqlarda 

xəstələnmə hadisələri tək-tək olur

Af\Q 

TUU 


parazitemiya  kəskin  sürətdə  azalır.  Yaşlılarda  isə  parazitlər  tək-tək  aşkar  edilir.  Kifayət  qədər 

güclü qazanılmış immunitet olur. 

Göründüyü  kimi  malyariyaya  qarşı  həm  uşaqlar,  həm  də  böyüklərdə  eyni 

dərəcədə  həssaslıq  olsa  da  tropik  ölkələrdə  əsasən  3  aylığından  5  yaşadək  uşaqlar  xəstələnir. 

Sonrakı yaş qruplarından uşaqlarda və böyüklərdə inkişaf edən qazanılmış immunitet nəticəsində 

orqanizmdə parazitlərin sayı çox az olur, kliniki əlamətlər qeyd edilmir. 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  malyariya  parazitlərinin  immunogenliyi  zəif 

olduğuna  görə  kifayət  gərginlikdə  immunitetin  inkişafı  üçün  əhalinin  dəfələrlə  reinfeksiyası 

lazımdır. Məsələn: Pl.falciparum-da bu 5-7 il çəkir. Əhalinin təkrar yoluxması dayandıqda əmələ 

gəlmiş  immunitet  tədricən  sönür.  Ona  görə  də  endemik  zonadan  kənarda,  malyariya  olmayan 

ölkələrdə  bir-neçə  il  yaşayan  adamlarda  immunitet  söndüyünə  görə  təkrarən  endemik  ocağa 

qayıdıb yoluxduqda yenidən, özü də ağır formada malyariya inkişaf edir. 

Malyariyaya qarşı təbii rezistentlik də qeyd edilir. Belə ki, Afrika zəncilərində 

qanda Daffi qrupundan olan antigenlərin olmaması ilə əlaqədar onlarda üç günlük malyariyaya 

genetik  olaraq  qeyri-həssaslıq  vardır.  Daffi  qrupundan olan  antigenlər  parazitlərin  eritrositlərə 

downloaded from KitabYurdu.org




394 

 

yapışmasına  səbəb  olan  faktorlardan-dır. S-hemoqlobin  (HbS) gəzdirənlərdə, Q-6-FD fermenti 



çatmamazlığı olan şəxslərdə isə Pl.falciparum-a tutulmamazlıq olur. 

Malyariyanın yayılmasında əhalinin sosial şəraiti, müharibələr, təbii fəlakətlər, 

miqrasiyalar və s. əhəmiyyətli rol oynayır. 

Patogenezi. Malyariyanın  bütün  formalarında  toxuma  şizoqoniya-sı  xəstəliyin 

inkubasion  dövrünə  uyğun  gəlir.  Xəstəliyin  klinik  əlamətləri  eri-trositar  şizoqoniya  prosesi 

nəticəsində meydana çıxır. Bu zaman eritrositlərin dağılması nəticəsində qana tökülən parazitlər, 

onların  həyat  fəaliyyəti  məhsulları  və  eritrositlərin  parçalanması  nəticəsində  əmələ  gələn 

məhsullar  qızdırma tutmalarının  meydana  çıxmasına  səbəb  olur.  Qızdırma  tutmaları  zamanı 

bioloji fəal maddələrin (kininlərin və s.) sintezi sürətlənir. Nəticədə damarların keçiriciliyi artır, 

qanın  maye  hissəsi  ətraf  toxumalara  keçir,  qan  qatılaşır  mik-rosirkulyasiya  pozulur.  Hemoiiz 

nəticəsində  əmələ  gələn  tromboplastik  maddələr  hiperkoaquliyasiya  verir  və  trombların  əmələ 

gəlməsinə şərait yaradır. Malyariya parazitləri sitotoksik faktorlar əmələ gətirə bilir ki, onların da 

təsirindən toxuma-hüceyrə tənəffüsü və fosforlaşma prosesləri pozulur. 

Plazmodilərin eritrositlərdə parazitlik etməsi hemoqlobinin parçalanması, üzv və 

toxumalara  hopan  malyariya  piqmentinin  əmələ  gəlməsi  ilə  müşayiət  olunur.  Təkrarlanan 

eritrositar  şizoqoniya,  eritrositlərin  dağılmasıanemiyaya gətirib  çıxarır.  Anemiyanın  ağırlığı 

parazitemiyanın  şiddətindən  və  malyariya tutmalarının  sayından  asılıdır.  İnkişaf  edən 

autoimmunuıı proseslər anemiya-nın daha da dərinləşməsinə səbəb olur. Belə ki, eritrositlərə qarşı 

əmələ gələn antiteilər hemoiiz prosesini daha da şiddətləndirir. Onu da nəzərə almaq lazımdır ki, 

dalağın  böyüməsi hipersplenizm  sindromunun inkişafına  gətirib  çıxarır  ki,  bu  zaman  da 

proqressivləşən ancmiya, leykopeniya və trombositopeniya 

mu 

nçol^t/

r

İA Aİnnıır uoamuo sJau-jui di. . 

İlk tutmalardan kəskin dohıqaniıiıq və retikuio-endoteiiai sistemin reaksiyası ilə əlaqədar 

qaraciyər, dalaq böyüyür. Onlarda çoxlu hemomelaninin 

Ümumiyyətlə malyariya orqanizmin susuzlaşması, istivurma zamanı, anemiyası 

olan adamlarda və yanaşı gedən xəstəliklər (qarın yatalağı, VH, amöbiaz və s.) olarsa ağır gedişi 

ilə seçilir. 

toplanması  endotelin  hiperplaziyasına  səbəb  olur.  Xəstəlik  uzun  müddət  davam  etdikdə  isə 

birləşdirici toxumanın inkişafı baş verir. 

Malyariya tutmaları zamanı toxuma tənəffüsünün pozğunluqları, ade-niltsiklaza 

fermentinin  fəallığının  artması  nəticəsində  enterit  inkişaf  edə  bilər.  Böyrəküstü  vəzin 

çatmamazlığı,  mikrosirkulyasiyanın,  toxuma  tənəffüsünün pozğunluqları  bəzən  ağır  hallarda 

KBÇ-nm inkişafına səbəb olur. 

Mikrosirkulyator pozğunluqlar bronxit əlamətləri, ağır hallarda isə pnevmoniya 

verə bilər. 

Tropik  malyariyada  patoloji  prosesin  daha  intensiv  getməsi  xüsusi  qeyd 

edilməlidir.  Bu  Pl.falciparum-un  bir  sıra  xüsusiyyətləri,  o  cümlədən  eritrositar şizoqoniyamn 

daxili  üzvlərin  kapilyarlarmda,  xüsusən  baş  beyində  getməsi  ilə izah  edilməlidir.  Pl.vivax-dan 

fərqli olaraq onlar əsasən retikulositlərdə deyil, həm retikulositlərdə, həm də yetkin eritrositlərdə 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə