17
məlumdur (ənsə əzələlərinin rigidliyi, Kemiq, Brudzinski və s.). Müxtəlif mənşəli meningitlərdə
təsadüf edilir.
Kolil sindromu - yoğun bağırsağın iltihabı nəticəsində inkişaf edir və özünü
əsasən qarında - sol qalça çuxurunda ağrı; selikli, bəzən qanlı ishal; tenezmlərin meydana çıxması
ilə göstərir. Bakterial dizenteriya üçün xarakterikdir. Amöbiaz, balantidiaz və salmonellozun
mədə-bağırsaq fatmasında da təsadüf edilə bilər.
Hepatolienal sindrom - dalaq və qaraciyərin böyüməsi. Əksər infeksion
xəstəliklər zamanı qeyd edilsə də botulizm, güzaz, quduzluq, qripdə olmur; taun, tulyaremiyada
isə az rast gəlinir.
Sardıq və xolestaz sindromu - bilirubinin əmələ gəlməsi və ekskresiyasımn
pozulması ilə əlaqədar baş verir. Dəri-selikli qişaların saralması, sidiyin tünd-ləşməsi, nəcisin
ağarması, qaraciyərin funksional sınaqlarında dəyişikliklər və s. meydana çıxır. VH-ləri,
leptospiroz və digər xəstəliklərdə ola bilər.
Müasir təbabətdə 5000-dən artıq xəstəlik, 1500-ə yaxın sindrom bəllidir. Ola
bilsin ki, bir sindrom həm infeksion həm də qeyri-infeksion xəstəliklərin klinikasında diaqnostik
əhəmiyyət daşısın. Ona görədə hətta sindromlar da bəzən infeksion xəstəliyin diaqnozunu təyin
etməyə imkan vermir. Məsələn: hemorragik sindrom eyni zamanda Şenleyn-Henox, C
avitaminozu, hemofiliya və digər qan xəstəliklərində də (kəskin leykoz, şüa xəstəliyi) aşkar edilə
bilər. Sarılıq sindromu və xolestaz - eritrositləri hemolizi, onkoloji (pankreaduodc-nal zonada şiş),
cərrahi (öd daşı xəstəliyi) xəstəliklər zamanı da təsadüf edilir. Digər tərəfdən bir sindrom ayrı-ayrı,
bir neçə infeksion xəstəliyin klinikasında meydana çıxa bilər. Ona görədə diaqnozun inandırıcı
olması üçün xəstəliyə xas iki və daha çox sindrom aşkar etmək lazım gəlir. Məsələn, VH-nin
klinikasında xolestaz və sarılıqla yanaşı intoksikasiya sindromu da əsas yer tutur. Yaxud xəstəliyin
sarılıqsız forması intoksikasiya və hepatolienal sindrom əsas götürülməklə təyin edilir. Buna görə
də
hər
bir
xəstəlik
üçün
daha
xarakter olan sindromların
cəmindən
-
simptomokompleksdən istifadə etmək daha məqsədə uyğundur. Simtomokompleks patogcnetik
olaraq eyni simptom və sindromları özündə birləşdirir və diaqnozu əsaslandırmağa imkan verir.
Lakin xəstəliyin dövründən asılı olaraq simptomokompleks öz tərkibini dəyişə bilər.
Məsələn, VH-nin başlanğıc dövrü intoksikasiya, artralgik, dispeptik, kataral, astenovegctativ
sindromlarla; sarılıq dövrü isə sarılıq, hepatolienal sindromlarla gedir.
INFEKSION XƏSTƏLİKLƏRDƏ LABORATOR
MÜAYİNƏ ÜSULLARI
Infeksion xəstəliklərin diaqnozunda klinik-epidemioloji məlumatlarla yanaşı bir
sıra laborator müayinə üsulları ilə əldə edilən məlumatlardan da istifadə olunur. Xüsusən xəstəliyin
sporadik təsadüflərində diaqnozun laborator təsdiqi vacibdir. İlk növbədə törədici amilin aşkar
edilməsinə yönəlmiş spesifik
- bakterioloji, virusoloji, mikroskopik, parazitoloji, seroloji, immunoloji -müayinə üsulları
həlledici rol oynayır. Bu məqsədlə hansı xəstəlik olmasından, onların kliniki formalarından,
inkişaf mərhələlərindən asılı olaraq patoloji material götürülür. Bu qan, onurğa beyni mayesi,
bəlğəm, sidik, nəcis, 12b. bağırsaq möhtəviyyatı, qusuntu kütləsi və s. ola bilər.
downloaded from KitabYurdu.org
18
Bakterioloji müayinədə patoloji material qidalı mühitlərə əkilib, törədicinin
təmiz kulturası alınaraq identifıkasiya edilir. Əsasən xəstəliyin başlanğıcında, etiotrop preparatlar
verilməmişdən əvvəl aparılır. Bəzən bu müayinənin təkrar - bir neçə dəfə aparılmasına ehtiyac
yaranır. Xəstənin qanı - hemokultu-ra, nəcisi - koprokultura, sidiyi - urinokultura, sümük iliyi -
mielokultura, ödü
- bilikultura’ limfa düyünü punktatı, onurğa beyni mayesi və s. götürülüb əkilə bilər. Bakterioloji
müayinə nəticəsində törədicinin növünün təyin edilməsi di-aqnostik əhəmiyyət daşımaqla yanaşı,
infeksiya mənbəyini və onun xəstələrlə əlaqəsini müəyyən etmək, əks-epidemik tədbirlər sistemi
işlənilib hazırlanması üçün də mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda aşkar edilmiş
törədicilərin antibakterial
preparatlara
həssaslığını
müəyyən
etməklə
daha
təsirli
etiotrop preparatları seçmək mümkündür.
Viruslar daha mürəkkəb bioloji xüsusiyyətlərə (hüceyrədaxili parazitlik, işıq
mikroskopunda təyin edilməməsi və s.) malik olduqlarına görə onların kulturasını almaq -
virusoloji müayinə aparmaq üçün xüsusi qidalı mühit (toyuq embrionu, toxuma kulturası),
mükəmməl elmi-tədqiqat laboratoriyaları tələb olunur. Odur ki, əsasən elmi-tədqiqat
laboratoryalarında və iri diaqnostika mərkəzlərində aparılır.
Mikroslcopiya üsulu xəstəliyin erkən diaqnostikası və müalicəsi üçün böyük
əhəmiyyətə malik olub, müxtəlif patoloji materiallarda (sidik, nəcis, qan və s.) törədicinin aşkar
olunmasına əsaslanır. Götürülmüş materialdan yaxma hazırlanır, təbii - nativ şəkildə və ya
rənglədikdən sonra mikroskopiya olunur. Əsasən parazitar xəstəliklərin (malyariya, leşmanioz,
ləmblioz, helmintozlar və s.) və bir sıra bakterial infeksiyalarm (leptospiroz və s.) diaqnostikasında
tətbiq olunur.
Seroloji reaksiyalar - antigen və antitellərin qarşılıqlı təsir reaksiyasına
əsaslanır. Adətən qan zərdabı ilə qoyulur. Xəstəlk zamanı və peyvənd edilmiş-iərdə orqanizmdə
müxtəlif immunoqlobuiin fraksiyalarından ibarət (IgM, İgG, İgA) xüsusi antitellər əmələ gəlir.
Törədicilərdən hazırlanmış antigeni xəstədən götürülmüş qan zərdabına əlavə etdikdə antigen və
antitellərin birləşməsi baş verir. Antitelləri aşkar etmək üçün aqlutinasiya, presipitasiya, hemaqlu-
tinasiya, komplementin birləşməsi, neytrallaşma, aqlutinasiya-lizisi reaksiyaları, radio
immıınmüayinə (RİM) İFM, QİEF, və s. tətbiq olunur. Adətən se-roloji reaksiyalar xəstəliyin
ikinci həftəsindən başlayaraq müsbət olur və dinamikada (7-14 gündən sonra) titrini artması
diaqnozu təsdiq edir. Bəzən antibiotiklərin erkən və yüksək dozada işlədilməsi bakteriyaların
orqanizmdən tez təmizlənməsi ilə nəticələnir. Antigen qıcığın kifayət qədər olmamasından anti-
tellərin meydana çıxması ləngiyir. Bu halda hətta törədicinin aşkar edilməsinə baxmayaraq qanda
antitellərin titri az olduğundan seroloji reaksiyaların nəticəsi mənfi olur. Digər halda eyni antigen
qrupuna aid olan bakteriyalarla (məsələn: salmonellalar, şigellalar) qoyulan seroloji müayinələr
bəzən çarpaz reaksiyalar (aqlutinasiya, para aqlutinasiya) verə bilər. Bu zaman eyni qrupdan olan
bakteriyaların hamısı ilə seroloji reaksiya qoyulur, hansının titri yüksəkdirsə diaqnoz üçün əsas
götürülür.
Praktiki təbabətdə tezləşdirilmiş - erkən və ekspres diaqnostika üsullarının
mühüm əhəmiyyəti vardır. Bu qəbildən olan üsullardan biri də immuno-flüoressensiya
reaksiyası -
Kuns üsuludur Patoloji material xüsusi immunoflü-oressent zərdabla işlənilir və
downloaded from KitabYurdu.org