54
su\ Sonnei-də isə qida məhsullarıdır. Yoluxma yollarındakı bu müxtəliflik şigellaların patogenliyi,
infeksiyalaşdırma dozası ilə yanaşı, xarici mühitə davamlığında olan fərqlərlə də izah edilir.
Belə ki, Sh.sonnei virulentliyi aşağı olmaqla yanaşı, məişət əşyaları üzərində tezliklə öz invazivlik
qabiliyyətini itirir (baxmayaraq ki, həmin əşyalar üzərində uzun müddət qala bilirlər). Süd, süd
məhsullarında isə əksinə uzun müddət invazivlik qabiliyyətlərini saxlamaqla bərabər, artıb-
çoxalaraq toplanırlar. Bu Sh. sonnei-nin başqa şigellalara nisbətən süddə olan saprofıt floranın
təsirinə daha davamlı olması ilə izah edilir. Onun yayılmasında süd və süd məhsullarının əsas
yerlərdən birini tutması da bununla izah edilir. Fleksner bakteriyaları isə digər şigellalardan fərqli
olaraq müxtəlif su mənbələrində uzun müddət qala bilməklə bərabər, patogenlik və virulentlik
xüsusiyyətlərində heç bir dəyişikliyə məruz qalmadığından onların yayılması su faktorlarına
uyğunlaşmışdır. Qriqoryev-Şiqa bakteriyaiarının yüksək virulentliyi və yoiuxdurucu
dozasının aşağı (cəmi 100 mikrob cismi) olması onun daha çox məişət-təmas yolu ilə yoluxmasına
şərait yaradır.
Zaman keçdikcə müşahidə edilən dizenteriyah xəstələrin etioloji strukturunda
olan dəyişikliklər də maraqlıdır. Epidemioloji prosesdə bu cür təkamül şigellaların bioloji
xüsusiyyətlərindən asılı olmaqla bərabər, cəmiyyətdə baş verən ictimai-iqtisadi dəyişikliklərlə də
izah edilir. XX əsrin əvvələrində Qri-qoryev-Şiqa dizenteriyası daha çox yayılmışdı. Bunun səbəbi
həmin
dövrdə olan
qarma-qarışıq
ictimai-siyasi
vəziyyət,
müharibələr,
böhranlar
(iqtisadi böhranlar) və digər sosial-iqtisadi kataklizmlər nəticəsində sanitar-məişət şəraitinin
pisləşməsi idi. 30-cu illərin axırlarından başlayaraq 40-50-ci illərdə di-zenteriyalı xəstələrin
əksəriyyəti - 90%-i Fleksnerin payına düşürdü. Bunun səbəbi isə həmin dövrdə şəhərlərin və digər
yaşayış məntəqələrinin sürətlə inkişaf etməsi fonunda məişət şəraitinin - mərkəzləşdirilmiş su
təchizatının, kanalizasiya sisteminin geridə qalması idi. Sonralar sanitar şəraitin yaxşılaşması di-
zenteriya ilə xəstələnmə hallarının bir neçə dəfə azalmasına səbəb oldu. Bu dövrdə Sonnei
dizenteriyası tez-tez təsadüf edilməyə başladı. İctimai-iaşə müəssisələrinin, ət, süd məhsullarının
istehsalının inkişafı və bu zaman sanitar-epidemioloji rejimə əməl edilməməsi buna şərait
yaradırdı. Beləliklə göründüyü kimi ictimai mühit və insanların yaşayış şəraitinin dəyişməsi
yayılan dizenteriyanın epidemioloji strukturasında baş verən dəyişikliklərin əsas ni-zamlayıcı
rolunu oynayır.
Son dövrlər Qriqoryev-Şiqa dizenteriyası diqqəti cəlb etməkdədir. Belə ki,
dünyada bu infeksiyanm üç iri ocağı formalaşmışdır: Mərkəzi Amerika, Cənubi-Şərqi Asiya,
Mərkəzi Afrika. Bu ocaqlardan tez-tez digər ölkələrə keçməsi təsadüf edilməkdədir. Keçmiş SSRİ
məkanı ölkələrində isə Flexner 2
a
se-rovariantı tez-tez qeyd edilir. Onun törətdiyi xəstəlik ağır
gedişi ilə fərqlənir. Bağırsaqda ağır Fıbrinoz-nekrotik dəyişikliklər verir. Bəzən ölümlə də
nəticələnir. Letallıq 7% -dək çata bilər.
Dizenteriya uşaqlar arasında daha çox təsadüf edilir. Xəstələnənlərin 1/3 hissəsi
6 yaşadək uşaqların payına düşür. Bu uşaqların daha həssas olması, xəstələnən kimi həkimə
müraciət etməsi, həmçinin şəxsi gigiyena qaydalarına əməl etməməsi və s. ilə əlaqələndirilir.
Xəstəlik bütün il boyu təsadüf edilir, daha çox xəstələnmə yay-payız aylarında
olur.
downloaded from KitabYurdu.org
55
Patogenezi. Şigellyoz zamanı patoloji prosesin inkişaf mexanizmi mürəkkəb
olub, hələlik kifayət qədər öyrənilməmişdir. Ağızdan mədəyə düşmüş bakteriyalar bir günə qədər
mədədə qala bilir. Bu zaman onların bir qismi mədə şirələrinin - turşu və fermentlərin təsirindən
tələf olur. Bu baryeri keçərək nazik bağırsağa düşdükdə bir qismi də burada öd təsirindən tələf
olur. Qalan bakteriyalar nazik bağırsaqda bir neçə gün qalır, hətta artıb çoxalırlar. Nazik bağırsaq
entcrositlərinə yapışır və enterotoksik ekzotöksin ifraz edirlər. Nəticədə bağırsaq mənfəzinə maye
və mineralların ifrazı artır. Qeyd etmək lazımdır ki, modəaltı vəz fermentləri şigellaların xarici
qişasında olan lıemolizini inak-tivləşdirərək onların cntcrositlərə daxil olmasının - invaziyasmm
qarşısını müəyyən dərəcədə alır, bununla belə bakteriyalann bir qismi enterositlərə daxil olaraq
artıb, çoxalırlar. Bakteriya hemolizinin təsirindən faqositar vakuola dağılır, enterositiərdə sitopatik
dəyişikliklər baş verir. Şigeiiaiar sitopiazmada fəal yerini dəyişərək sağlam enterositlərə keçir və
beləliklə nazik bağırsaqda il-tihabi prosesə səbəb olurlar. Bu proses zülalların sintezinin
zəifləməsinə səbəb
olan ekzotoksinin - sitotoksinin ifrazı ilə güclənir. Lakin şigellaların nazik bağırsaqda sonrakı
inkişafının qarşısı lezliklə limfositlərin killer təsiri nəticəsində alınır. Şigellaların parçalanması
nəticəsində xaric olan endotoksin qana keçərək intoksikasiyaya səbəb olur. Çox ağır hallarda qısa
müddətli bakteriemiya (Q-Şiqa) belə müşahidə edilə bilər.
Xəstəliyin başlanğıcında qeyd edilən intoksikasiya simptomu və mezoqa-
striumda olan ağrılar endotoksin və yoluxmuş hüceyrələrin parçalanma məhsullarının təsiri
nəticəsində baş verir. Nazik bağırsaq mənfəzinə maye və mineralların ifrazının artması isə
enterotoksiki ekzotoksinin təsiri ilə əlaqədar baş verir və diareya sindromuna səbəb olur. Nəticədə
bu dövrdə defekasiya tezləşmiş və çox sulu olur.
Bu proseslərə paralel olaraq şigellaların yoğun bağırsağın epitel hüceyrələrinə
invaziyası baş verir və dizenteriyaya xas olan tipik klinika inkişaf edir. Əsasən yoğun bağırsağın
distal şöbəsinin zədələnmə sinin səbəbini bağırsaq möh-təviyatının burada daha çox ləngiməsi,
bakteriyalann kolonositlərə invaziyası üçün əlverişli şərait yaranması ilə əlaqələndirmək olar.
Buna bağrsaqda mövcud olan disbakterioz da şərait yaradır.
Qeyd edildiyi kimi dizenteriya zamanı infeksion prosesin inkişafında şig-
ellalarm hüceyrə daxili artıb çoxalma qabiliyyəti əsas rol oynayır. Şigellaların bağırsaqların selikli
qişası ilə qarşılıqlı təsiri mikroorqanizmlərin epitel hüceyrələrinə yapışması ilə başlayır. Əvvəl
adsorbsiya, sonra isə adgeziya baş verir. Bu proses selikli qişa ətrafında olan sahədə törədicilərin
miqdarından da asılıdır. Adgeziya şigellaların dəyişilməmiş, funksional fəal kolonositlərlə
qarşılıqlı təsiri ilə başlayır. Bu zaman selikli qişa tərəfindən bakteriyalar fəal sürətdə tutulur.
Adgeziya bağırsaq xovlarmda şişkinlik və onların qopması, iltihabi prosesin inkişafı ilə müşayiət
olunur. Şigellaların kolonositlərə daxil olması onların xarici membranında olan spesifik zülallarla
sıx əlaqədardır. Həmin zülalların kolonositlərin plazmalik membranın reseptorlan ilə qarşılıqlı
təsiri
bunu şərtləndirir.
Adgeziya
qabiliyyəti
isə
genetik
olaraq
şigellalarda iri
molekulalı plazmidilərin olması ilə əlaqədardır. Həmin plazınidlər şigellaların invazivliyini beiə
təmin edərək, nəzarətə alır. Hüceyrəyə daxil olmuş bakteriyalar fəal sürətdə çoxalaraq hemoliziıı
xaric edir, bu isə faqositar vakuolaları dağıdaraq bak-teriyaların selikli qişa toxumasında
yayılmasına şərait yaradır və iltihabı dərinləşdirir. Eyni zamanda şigellaların ifraz etdiyi sitotoksik
downloaded from KitabYurdu.org