50
görə də levomesitinlə müalicə fonunda, 5-7 gün müddətində an-tioksidantların - unitiol, alfa-
tokoferolasetat, askorbin turşusunun təyini məsləhətdir. Nəticədə qızdırmalı dövrün,
intoksikasiyanm davam etmə müddətinin azalması ilə bərabər, residivlərin və uzun müddətli
bakteriyagəzdirənliyin olması ehtimalı da azalır, az rast gəlinir.
Dezintoksikasiya məqsədi ilə xəstəliyin yüngül gedişlərində çoxlu maye qəbulu
(gün ərzində 2,5-3,0 L), endosorbentlər məsləhət görülür. Gündə 15 q enterodez, 75 q polifepan,
90 q kömür preparatı yeməkdən 2 saat sonra, 3-4 dəfə vermək olar. Gündə 3-4 dəfə, hər dəfə 45-
60 dəq. olmaqla oksigenlə in-halyasiya təyin edilir. Orta ağır gedişlərdə gündə 1,2-1,6 litr olmaqla
5%-li qlükoza, duz məhlulları («Kvartosol», «Xolosol», «Laktasol», «Asesol»), 100-250 ml 5-
10%-li albuminlə infuzion terapiya aparılır. Qaraciyərin mikrosomal fermentlərinin fəallığını
artırmaq məqsədi ilə daxilə 0,1 q-dan gündə 3 dəfə Na-benzonat təyin edilir. Xəstəliyin ağır
gedişlərində müalicə intensiv terapiya şöbəsində aparılmalıdır. Hemostaz göstəricilərinə ciddi
nəzarət edilir. İnfuzion məhlulların yeridilməsi müxtəlif yollarla maye itirilməsi nəzərə alınmaqla,
gündəlik maye balansına görə müəyyən edilir. Kolloid məhlullar kristalloidlərdən sonra, miqdarı
1:3 nisbətindən artıq olmamaq şərti ilə təyin edilməlidir. İntok-sikasiya güclənərsə
kortikosteroidlərlə qısa müddətli müalicə kursu aparıla bilər. 5-7 gün müddətində, gündə 45-60
mq prednizolon daxilə təyin edilir. Lakin nəzərə almaq lazımdır ki, kortikosteroidlərin tətbiqi
bağırsaq deşilməsi, bağırsaqdan qanaxma təhlükəsi yaradır və residivləşmə ehtimalını artırır.
Oksigenlə barokamerada müalicənin aparılması da yaxşı nəticə verir. Gündə 1-2 seans, hər dəfə
60 dəq, 0,8-1,0 ata olmaqla, cəmi 5-8 seans aparılması məsləhətdir. Apanlan müalicə tədbirləri
nəticə vermədikdə hemosorbsiya aparıla bilər. Eyni qrupdan, rezusu müvafiq olan, təzə
hazırlanmış qan köçürülməsi də (2-3 gündən bir hər dəfə 250 ml) müsbət təsir göstərir. Orqanizmin
qeyri-spesefik rezistentliyini yüksəltmək üçün pəhriz və müxtəltf qrup vitaminlərlə yanaşı qeyri-
steroid anaboliklər - metilurasil, pentoksil, kalii-orarat təyin edilir. Bütün xəstələrə angioprotektor
kimi gündə 3 dəfə, hər dəfə lhəb askorutin verilməlidir. Rekonvalessensiya dövründə astenik
əlamətlər olan xəstələrə adaptogenlər - jenşen kökü, eleuterekok cövhəri, çin limonu, pantokrin
verilməsi məsləhətdir. İmmunoprotektorlardan 5 gün müddətində, gündə 100 mkq timogenin əzələ
daxilinə yeridilməsi məsləhət görülür.
Qarın yatalağı zamanı perforasiya baş verərsə təcili cərrahi müdaxilə tələb
olunur. Bağırsaq qanaxması olduqda isə xəstəyə tam sakitlik verilir, qarına soyuq qoyulur. Xəstə
12-24 saat müddətində arxası üstə uzanmalıdır, ilk 12 saat ərzində qida qəbul etməməlidir. Yalnız
600 ml-dək maye və ya şirə verilə bilər. Sonralar jele, kisel, boş bişmiş yumurta, kərə yağı vermək
olar. Vəziyyət düzəldikcə pəhriz genişlənir, 4-5 gündən sonra 2 saylı pəhrizə keçilir. Az qanaxma
olduqda gündə 2 dəfə 10 ml-dən CaCl; C və K vitaminləri; NaCl-un hipertonik məhlulu 5-10ml ;
gündə 2 dəfə, hər dəfə 100 ml 5%-li epsilon-aminokapron turşusu; 0,5q fıbronogen 200 ml fizioloji
məhlulda vena daxilinə; gündə 3 dəfə, hər dəfə 2ml 12,5% disinon (etamzilat) məhlulu təyin edilir.
Çoxlu qanaxma olduqda isə eyni qrupdan olan 100-150 ml qan, plazma, trombosit kütləsi
köçürülməsi yaxşı nəticə verir. Əgər konservativ üsullar nəticə verməzsə, cərrahi müdaxilə
aparılır.
İTŞ zamanı hemodinamikanı sabitləşdirməyə, metobolizm pozğunluqlarını,
qanın laxtalanma sistemində, elektrolit balansda olan dəyişiklikləri, böyrək çatmamazlığım aradan
downloaded from KitabYurdu.org
51
qaldırmağa yönəldilən intensiv müalicə aparılmalıdır. Kristalloid məhlullar («Kvartasol»,
«Xolosol», «Ringeı» və s.) günə 1,5-2 litr, reopoliqlukin və ya reoqluman gündə 0,5-1,0 litr, 10%-
li albumin 250 ml, qlükokoritikosteroidlər - hər kq çəkiyə 10-20 mg prednizolon, gündə 200-
400 ml 4%-li Na-biokarbonat, ilk günlər 20-30 min təsir vahidi heparin (sonralar qan
laxtalanmasına nəzarət etməklə) vurula bilər. Aqreqasiya əleyhinə effekti gücləndirmək məqsədi
ilə kristalloid məhlullara proteaza ingibitorlan - gündə 20-40 min təsir vahidi kontrikal, 100-200
min təsir vahidi gordoks və analoqlarının qatılması məsləhətdir. Lazım gəldikdə ürək-damar
preparatları, sidik qo-vucular verilir. Bütün infuzion tədbirlər xəstənin vəziyyətinə nəzarət
etməklə aparılmalıdır. Nəbz, mərkəzi venoz təzyiq, arterial təzyiq, turşu-qələvi tarazlığı, elektrolit
və maye balansı müşahidə edilir.
İnfeksion-toksiki miokardit inkişaf edərsə aparılan infuzion - dezintoksi-kasion
müalicəyə ürəyin yükünü azaltmaq yönümündə korreksiya aparılmalıdır. Xəstəyə ciddi yataq
rejimi, iltihab əleyhinə preparatlar, panangin, ribok-sin, sitoxrom-C, hiperbarik oksigenləşdirmə,
ürək çatmamazlığı əlamətləri olarsa ürək qlikozidləri təyin edilir.
Pnevmoniya inkişaf edərsə təkcə salmonellalara deyil, ağ ciyərdə patoloji
prosesə səbəb ola biləcək digər bakteriyalara da qarşı (stafılakokk, pnevmo-kokk və d.)
antibiotiklər: gentamisin 240 mq/'gün, ampioks 4 q/gün təyin edilməlidir. Analeptiklər, ürək
qlikozidləri, mukolitik preparatlar, bronxolitiklər, proteaza igibitorları, oksigen inhalyasiyası,
fizioterapevtik müalicə tədbirləri məsləhətdir.
İnfeksion psixoz zamanı əzələ daxilinə tərkibində 1-2 ml 2,5%-ii amina-ziıı, 4
ml 0,5%-li novakain, 1 ml 2%-li dimedrol və 25%-li 10 ml Mg-sulfat məhlulu olan litik qarışıq
vurulur. Lazım gələrsə 6 saatdan sonra təkrar edilir.
Bağırsaq seliki qişasında reparasiya prosesini gücləndirmək məqsədi ilə vitamin
C, sitoxrom C verilir.
Xroniki
bakteriyagəzdironliyin
effektli
müalicəsi
hələlik
işlənib
hazırlanmamışdır. Ampisilinlə müalicə təyin edilə bilər. Antioksidantlar, immunosti-mulyatorlar
(timogen), yanaşı gedən xəstəliklərin müalicəsi müəyyən müsbət nəticələr verir. Bəzən
bakteriyagəzdirənliyin dayanması müvəqqəti olur, bir neçə ildən sonra bərpa oluna bilər. Bu
cpidemioloji əhəmiyyət kəsb edir və diqqətdən kənarda qalmamalıdır.
Xəstələrin evə yazılması tam kliniki sağalmadan və laborator göstəricilər
normallaşdıqdan sonra, normal temperaturun 21-23-cü günündə tez olmamaq şərti ilə aparılır. Bu
zaman 3 dəfə nəcisin, bir dəfə sidiyin və bir dəfə 12b. bağırsaq möhtəviyyatının bakterioloji
müayinəsinin cavabı mənfi olmalıdır. Bak-terioloji müayinə üçün pataloji material antibakterial
müalicə kəsildikdən 2 gün sonra götürülməlidir. Materialın 5 gün fasilələrlə götrülməsi məsləhət
görülür. Bakteriyagəzdirənlər epidemioloqun icazəsindən sonra evə yazılır. Evə yazıldıqdan sonra
bütün rekonvalessentlər dispanser müşahidəsində olmalıdırlar. İlk 3 ay müddətində sidiyin,
nəcisin, duodenal möhtəviyyatm hər ay bakterioloji müayinəsi aparılır. Sonralar vaxtaşırı
müayinələr aparılmaqla 2 il, qida ilə əlaqədar müəssisələrdə işləyənlər və ya epidemoloji cəhətdən
xəstəliyi yayma ehtimalı çox olan şəxslər 6 il müddətində dispanser qeydiyyatında olmalıdırlar.
Profilaktik as u Epidemiya əleyhinə tədbirlər kimi xəstə xəstəxanaya
qoyulanadək cari dezinfeksiya, sonra isə yekunlaşdırıcı dezinfeksiya aparılır. Xəstə ilə təmasda
downloaded from KitabYurdu.org