43
Qarın yatalağının diaqnozu, xüsusən erkən dövrdə xeyli çətindir. Daxili üzvlərdə
dəyişiklik olmadan intoksikasiya və qızdırmanın olması, həmçinin epidemioloji məlumatlar qarın
yatalağı olmasına müəyyən şübhə yaradır. Bununla belə baş ağrıları, halsızlıq, zəiflik, yorğunluq,
qızdırma, yuxu pozğunluğu, rəngin avazıması, uzun pastoz olması, diffuz bronxit əlamətləri,
nisbi bradikardiya, «tifoz dil», qarında köplük, padalka simptomu, sağ qalça çuxuru nahiyyəsində
qurultular və bir qədər ağrı olması kimi əlamətlər diaqnozu kifayət qədər tez qoymağa imkan verir.
Qaraciyər, dalağın böyüməsi, ekzante-ma və digər xarakterik əlamətlərin qoşulması diaqnozu
asanlaşdırır.
Antibakterial müalicənin (antibiotik - levomisetin) erkən təyin edilməsi bir sıra
çətinliklər yaradır. Belə ki, bu intoksikasiyanın çəkilməsinə, temperaturun düşməsinə, qanda
bakteriyaların aşkar edilməməsinə gətirib çıxarır. Bu baxımdan diaqnozun nəinki kliniki, hətta
laborator təsdiqi belə çətinlik törədir.
Xəstəliyin laborator diaqnozunda bakteriolji və seroloji müayinə üsulları istifadə
edilir. Bu müayinə üsulları xəstəliyin dövrləri nəzərə alınmaqla aparılmalıdır. Bakterioloji
müayinə ilk növbədə törədicilərin qanda aşkar edilməsinə yönəldilir. I gündən başlayaraq, bütün
qızdırmalı dövrdə venadan 5-10 ml həcmində qan götürülür. 1:10 nisbətində 50-100 ml 10-20%-
li ödlü bulyoııa -Rapporti mühitinə əkilir (hemokultura). Qidalı mühitin az olması yol verilməzdir,
belə ki, qan törədicilərə bakteriosid təsir göstərə bilər. Qidalı mühit olmadıqda qanı steril distillə
suyuna və ya içməli suya əkmək olar. Bakteriemi-yanın intensivliyi xəstəlik müddətində dəyişdiyi
üçün hemokultura almaq üçün I həftədə - 10 ml, II həftədə - 15 ml, III həftədə və daha gec 20 ml
qan götürülməsi lazımdır. Bu zaman qidalı mühitin miqdarı 1:10 nisbətində, yəni götürülən qandan
10 dəfə artıq olmalı və müayinə üçün material antibakterial müalicəyə başlamamışdan əvvəl
götürülməlidir. Bakteriyanın qanda aşkar edilməsi kəskin xəstəliyi göstərir və diaqnozun
təsdiqinin mütləq göstəricisidir. Göstərmək lazımdır ki, yüksək hərarət 5 gündən artıq davam edən
bütün hallarda qarın yatalağına şübhəli xəstə kimi mütləq bakterioloji müayinə məqsədi ilə qan
götürülməlidir.
Bakterioloji müayinə üçün nəcis, sidik xəstəliyin II həftəsinin axırlarından, 10-
cu günündən tez olmayaraq, 12b. bağırsaq möhtəviyyatı isə bütün xəstəlik boyu götürülə bilər.
Törədiciləri rozeoleoz səpgilərdən, sümük iliyindən, limfa düyünlərindən götürülən materiallarda,
bəlğəmdə və digər mühitlərdə də aşkar etmək olar.
Sidiyin və nəcisin bakterioloji müayinəsi həm diaqnozu qoymaq, həm də
xəstəlikdən sonra bakteriyagəzdirənliyi aşkar etmək məqsədi ilə də istifadə edilir. Sidikdə, nəcisdə
bakteriyanın aşkar edilməsi və xəstəliyə xas olan əlamətlərin olması diaqnozu təsdiqləyir. Kliniki
əlamətlər olmadıqda isə bakteriyagəzdirənliyi göstərir. Kəskin dövrdə uüodenal zondlama əks
göstərişdir. Ona görədə 12b.bağırsaq möhtəviyyatı rekonvalissentlərdə bakteriyagəzdirənliyi
aşkar etmək məqsədi ilə götürülür. Karpo-, bili- və urinokultura almaq üçün
Ploskiryov mühiti, qanda və sümük iliyində L-formalı bakteriyaları aşkar etmək üçün isə xüsusi
penisilinli zordablı mühit istifadə edilir.
Seroloji diaqnostika məqsədi ilə əvvəllər geniş istifadə edilən aqluti-nasiya
reaksiyası - VidaI reaksiyası öz yerini daha həssas DoHAR vermişdir. Bu reaksiya xəstəliyin 5-7-
ci günü O-, H-, Vi-antigenlərin eritrositar diaqnos-tikumu ilə qoyulur. 1:200 titrində reaksiya
downloaded from KitabYurdu.org
44
müsbət hesab edilir. Titrin dinamikada 4 dəfə və daha çox artması diaqnozu təsdiqləyir.
Bakteriyagəzdirənliyi aşkar etmək üçün Vi antigenlə DoHAR qoyulur. Sisteinlə DoHAR xroniki
və tranzitor bakteriyagəzdirənliyi fərqləndirmək üçün istifadə edilir. Antigen və antitelləri aşkar
etmək üçün son illər bir sıra yeni yüksək həssaslığa malik spesifik immunoloji üsullar təklif
edilmişdir: İFM, LAR, O-aqreqathemaqluti-nasiya (OAHAR), QİEF reaksiyaları, radioimmun
müayinə (RİM). Bu üsulların həssaslığı 90-95%-ə çatır və erkən diaqnoz qoyulması üçün istifadə
edilir. Erkən diaqnoz məqsədi ilə çox həssas üsul olan, adətən epidemoloji alovlanmalar zamanı
tətbiq edilən, qanda, sümük iliyində və s. materiallarda spesfık antigenin aşkar edilməsinə
əsaslanan immunoflüoressensiya üsulundan və an-tigenlərin neytrallaşdırma reaksiyasından
(ANR) da istifadə etmək olar.
Difer en si al diaqnozu.
Qarın yatalağını bir sıra xəstəliklərdən, o cümlədən pnevmoniyadan, qripdən,
kəskin bruselleozdan, malyariyadan, leptospirozdan, səpgili yatalaqdan, Ku qızdırmasından,
miliar vərəmdən, infeksion mononukleozdan, tulya-remiyadan, iersiniozdan və s. fərqləndirmək
lazımdır.
Pnevmoniya ümumi vəziyyətin ağırlığı, qızdırma, intoksikasiya, öskürəyin
olması ilə qarın yatalağını xatırladır. Lakin pnevmoniyada xəstəliyin ilk günlərində təngnəfəslik
qeyd edilir. Qaraciyərin, dalağın böyüməməsi, taxikar-diya, qanda neytrofıl leykositoz, EÇS-in
kəskin yüksəlməsi olur. Qarın yatalağına xas tifoz vəziyyət, ekzantema, qarında köplük, qurultular,
Padalka simptomu və s. kimi əlamətlərin olmur.
Bəzi müəlliflərin məlumatlarına görə 3% hallarda qarın yatalağı xəstələrinə
səhvən leptosprioz diaqnozu qoyulur. Leptospriozun fərqli əlamətlərindən kəskin başlanmasını,
əzələlərdə, xüsusən baldır əzələlərində kəskin ağrıları; onların xarici görünüşünü - üzdə, boyunda
hiperemiyanı, sklera damarlarının inyeksiyalaşmasını; bəzən sarılıq əlamətlərinin, hemorragik
sindromun, böyrək tərəfindən dəyişikliklərin olmasını; qanda neytrofıl leykositozu, EÇS-
in sürətlənməsini göstərmək lazımdır.
Qarın yatalağı ilə bağırsaq iersiniozunun diferensasiyası müəyyən çətinliklər
törədir. Bununla belə iersinioz zamanı dəqiq lokalizasiyası olmayan poli-morf səpgilərin olması,
enterokolit sindromu, artralgiya* artritlər, əzələ və beldə olan ağrılar, sarılığın olması, eozinofıliya,
EÇS-in sürətlənməsi qarın yatalağında qeyd edilmir. Bakterioloji və seroloji müayinənin nəticələri
həlledici əhəmiyyətə malikdir.
Aşağıda qarın yatalağının bir sıra digər xəstəliklərlə differensial diaqnostika
cədvəlləri verilmişdir. Cədvəl 2,3,4.
Cədvəl 2.
Bruselloz, qarın yatalağı və Ku qızdırmasının differensial diaqnozu
Əlamətlər
Bruselloz
Qarın yatalağı
Ku qızdırması
1
2
3
4
Anamnez
Xəstə
heyvanlarla
təmas, çiy süd və
Xəstələrlə təmas, digər
qarın yatalağı ilə
Heyvanlarla, quşlarla təmas.
Pasterizə olunmuş
süddən istifadə.
downloaded from KitabYurdu.org