39
xroniki bakteriyagəzdirənlik formalaşır. Qarın yatalağının atipik formalarına da rast gəlinir.
Bunlara abortiv və silinmiş gedişlər aiddir. Abortiv forma az-çox qarın yatalağına xas olan
əlamətlərlə başlayaraq inkişaf edir. Lakin xəstəliyin 5-7, bəzən 2-3-cü günlərində əlamətlər
maksimuma çatmamış çəkilməyə başlayır. Sağalma baş verir.
Silinmiş forma («ambulator yatalaq»). intoksikasiya zəif, temperatur subfebril
olur. 5-7 gündən artıq çəkmir, bəzən 2-3 gün davam edir. Ekzantcma nadir hallarda qeyd edilir.
Daxili üzvlərdə dəyişikliklər olmur və ya çox zəif nəzərə çarpır. Xəstələr iş qabiliyyətlərini
saxlayırlar.
Bəzi
müəlliflər
atipik
forma
kimi
özünəməxsus
klinikası
ilə
fərqlənən maskalanmış variantı ayırd edirlər. Belə ki, bu və ya digər üzvün zədələnməsi əlamətləri
daha qabarıq büruzə verərək üstünlük təşkil edir. Bu isə xəstəliyin diaqnostikasında çətinlik
yaradır. Bu formaya pnevmotifi, meninqotifi, ensefa-lotifi, kolitifi, Lifoz qastroenteriti,
xolangiotifi, nefrolifi aid etmək olar.
Residivlər - xəstəliyin forma və ağırlığından asılı olmayaraq çox vaxt normal
temperaturun 2-3-cü həftəsi, bəzən daha gec, 1-2 ay sonra müşahidə edilir. Apireksiya dövründən
ən azı 2 gün sonra klinik əlamətlərin büruzə verməsi, hərarətin febril rəqəmlərədək yüksəlməsi və
48 saatdan az olmayaraq qalması xəstəliyin residivi hesab olunur. Residivlər bir və ya bir neçə
dəfə qeyd edilə bilər. Antibiotiklərlə müalicənin düzgün aparılmaması, tez dayandırılması residiv
təsadüflərinin artmasına - 20-30%-ə çatmasına səbəb olur. Antibiotiklərin tətbiqi residivlərin daha
gec baş verməsi ilə də nəticələnir. Əgər əvvəllər residivlər bir qayda olaraq normal temperaturun
10-14-cü günü qeyd edilirdisə, hazırda residivlərin 1 aydan artıq müddət keçdikdən sonra baş
verməsi təsadüfləri daha tez-tez qeyd edilir. Temperatur düşdükdən sonra uzun müddət davam
edən subfebril hərarət, qaraciyər, dalağın ölçülərinin normallaşmaması, davamlı aneozinofıliya,
adinamiya tam olmayan sağalmanın göstəriciləri olub, residivlərin baş vermə ehtimalının
göstəriciləridir. Bununla belə tam sağalmaya heç bir şübhə yeri qalmadıqda belə residivlər baş
verə bilər. Xəstəliyin yüngül gedişi də residivlərin qarşısını almır. Kliniki olaraq residivlər əsas
xəstəliyə nisbətən xeyli yüngül keçir. Residivlərin baş verməsinin əsasında hüceyrə və hu-moral
immunitetin tam dəyərli olmaması durur. Bu isə müxtəlif faktorların - antibiotiklərin,
qlükokortikosteroidlərin, yanaşı gedən xəstəliklərin, yaxşı qi-dalanmamanın təsirindən və s ola
bilər. Müxtəlif immunostimulyatorların tətbiqi nəticəsində residivlərin rast gəlmə tezliyinin kəskin
düşməsi bunu təsdiqləyir.
Müasir dövrdə qarın yatalağının kliniki gedişi əhəmiyyətli dərəcədə
dəyişmişdir. Bu müəyyən mənada antibiotiklərin tətbiqi və tif-paratif xəstəliklərinə qarşı aparılan
profilaktik peyvəndlərlə izah edilir. Xəstəliyin yüngül formaları daha çox rast gəlinir.
İntoksikasiya əlamətləri zəif olur, xəstəliyə xas olan bir sıra əlamətlər qeyd edilmir, qızdırma
antibiotiklər istifadə edilmədikdə belə 5-7, bəzən 2-3 günə düşür. Xəstələrin əksəriyyətində kəskin
başlanma (60-80%) qeyd edilir. Yüngül və atipik gedişlər diaqnoz qoyulmasında çətinliklər
yaradır. Məsələn, klinikanın qastroenterit, enterit əlamətləri ilə başlanması, qızdırmanın qısa
müddətli olması. Göstərmək lazımdır ki, bəzən sağalma dövründə belə normal temperatur fonunda
bağırsağın perforasiyası kimi ağırlaşmalar qeyd edilə bilər. Eyni zamanda laborator göstəricilərin
nəticəsində də dəyişikliklərə rast gəlinir. Belə ki, xəstələrin demək olar ki, yarısında
downloaded from KitabYurdu.org
40
normositoz müşahidə edilir. Qanda eozinofillər saxlanır. Bütün xəstəlik müddətində sero-loji
reaksiyalar belə mənfi ola bilər.
Ağırlaşmalar. Qaıın yatalağı zamanı ağırlaşmalar şərti olaraq iki yerə
ayrılır: spesifik və qeyri-spesifik. Spesifik ağırlaşmalar törədici və onun toksinlərinin təsirindən
meydana çıxır. Bura bağırsaq deşilməsi, bağırsaq qanaxması, İTŞ aiddir. Qeyri-spesifık
ağırlaşmalar yanaşı gedən mikroflora tərəfindən törədilir. Pnevmoniya, tromboflebitlər, meningit,
pielit, parotit, stoma-tit və s baş verir.
Bağırsağın deşilməsi - təhlükəli ağırlaşma olub, bağırsaqda olan xoraların
deşilməsi nəticəsində baş verir. Adətən xəstəliyin III həftəsində, bəzən isə daha tez 11-13-cü
günlərdə müşahidə edilir. Xəstələrin 0,5-1,5%-də, bəzi müəlliflərin məlumatına görə isə 8%-də
olur. Təkcə ağır xəstələrdə deyil, xəstəliyin yüngül formalarında, antibiotiklərlə müalicə aparılan
normal hərarət və kafi vəziyyətdə olan xəstələrdə də müşahidə edilə bilər. Perforasiyaya residivlor
zamanı da rast gəlinir. Kəskin hərəkət, qarının kobud palpasiyası, güclü öskürək, meteorizm,
bağırsaq peristaltikasınm artması, pəhrizin gözlənilməməsi, yataq rejiminə əməl edilməməsi də
perforasiyaya səbəb olur. Daha çox qalça bağırsaqda, onun kor bağırsağa keçdiyi yerdən 20-40 sm
məsafədə müşahidə edilir. Adətən bir, tək-tək hallarda isə iki və daha artıq deşilmə olur. Nadir
hallarda perforasiya yoğun bağırsaqda, öd kisəsində, kor bağırsaq çıxıntısında baş verir. Bağırsaq
deşilməsi adətən bir dəfə olur, bəzi hallarda isə təkrar deşilmələrə rast gəlinir. Daha çox kişilərdə
müşahidə edilir. Qarm yatalağında bağırsaq deşilməsi və inkişaf edən peritonitlərin bir sıra
xüsusiyyətləri vardır. Belə ki, tifoz vəziyyətin olması perforasiya əlamətlərinin
müəyyənləşdirilməsini çox çətinləşdirir. Əsas əlamət olan qarında kəskin kəsici ağrı qeyd edilmir.
Ona görə qarında cüzi ağrıların olması nəzərdən qaçmamalıdır. Peritonitin əsas əlamətlərindən
olan qarın əzələlərində, xüsusən sağ qalça nahiyyəsində lokal əzələ gərginliyi, huşun
dumanlaşması fonunda diqqəti cəlb etməlidir. Əlamətlər normal temperatur fonunda, yüngül
formalarda aydın nəzərə çarpır. Göstərilən əlamətlərlə yanaşı xəstədə peritonun qıcıqlanması
simptomlan, o cümlədən Şötkin-Blümberq simptomu müsbət olur. Tənəffüs tezləşir, bununla
bərabər qarının tənəffüsdə iştirakı məhdudlaşır və ya olmur, auskultasiyada bağırsağın peristaltika
küyləri eşidilmir. Defekasiya və qaz xaric olması ləngiyir. Rentgen müayinəsində qarın
boşluğunda sağ tərəfdə, diafraqma günbəzi altında sərbəst qaz aşkar edilir. Perkusiyada qaraciyər
kütlüyünün azalması, qaraciyər kütlüyü üzərində timpanik zolağın aşkarlanması sərbəst qazın
olmasını və beləliklə perforasiyanm olmasını göstərir. Perforasiya bəzən ağır kollapsla
müşayiət olunur. Perforasiyadan bir neçə saat sonra peritonitə xas olan əlamətlər öz kəskinliyi ilə
biruzə verir. Mədə bulanması, inadlı qusma, hıçqırma, qarına yayılmış ağrılar olur. Meteorizm
güclənir, bradikardiya taxikardiya ilə əvəz olunur, «facies Hippocratica» meydana çıxır. Qanda
neytrofıl leykositoz və EÇS-nin artması qeyd edilir. Xəstələri yalnız perforasiyanm ilk 6 saatında
xilas etmək mümkündür. Ona görə də təcili cərrahi müdaxilənin aparılması vacibdir. Gec aparılan
cərrahi müdaxilənin proqnozu demək olar ki, ümidsizdir.
Bağırsaq qanaxması - gizli, mülayim və külli ola bilər. Daha çox xəstəliyin III
həftəsində, xəstələrin 1-2%-do, bəzi məlumatlara görə isə hətta 8-9%-də rast gəlinir. Hərarət
düşdükdən sonra və residivlər zamanı da ola bilər. Qanaxmanın əsas səbəbi xora dibində olan vena
və arteriyaların eroziyasıdır. Perforasiyaya səbəb olan faktorlar burada da rol oynayır. Onun
downloaded from KitabYurdu.org