41
inkişaf mexanizmində qanın laxtalanmasının zəifləməsi və tromb əmələ gəlməsinin ləngiməsi də
əhəmiyyət kəsb edir. Qan axma
kapillyar və diffuz xarakter daşıya bilər. Bağırsaq möhtəviyyalının
evakuasiyasından və qanaxmanın miqdarından asılı olaraq ifrazat qətranabənzər - melena, qan
laxtaları ilə və ya
təmiz qandan ibarət ola bilər. Qətranabənzər ifrazat qanaxmanın başlamasından
8-12 saat sonra qeyd edilir və mülayim qanaxma zamanı olur. Külli qanaxmada isə 1,5-2 saatdan
sonra demək olar ki, təmiz qan ifraz olunur. Gizli qanaxmaxəstənin vəziyyətinə bir elə də təsir
göstərmir. Onu nəcisə adi baxış zamanı görə bilmirik, yalnız Qreqersen reaksiyasının köməyi ilə
aşkar etmək oiur. Massiv qanaxmada isə intoksikasiyanın yüksək fonunda hərarət kritik olaraq
düşür, şüurun aydınlaşması, baş ağrılarının azalması, ümumi vəziyyətin yaxşılaşması qeyd edilir.
Sonra xəslo avazıyır, üz cizgiləri gərginləşir, alnını soyuq tər basır, nəbzi tezləşir, arterial təzyiq
düşür, kollaps baş verir. Qanda eritrositlərin, hemoqlo-bulinin miqdarı, hematokrit göstəriciləri
düşür, retikulositlərin sayı artır. Mülayim qanaxma vaxtında aparılan müalicə tədbirləri
nəticəsində aradan tezliklə qaldırıla bilər. Külli qanaxmanın isə proqnozu çox ciddi olub, hemor-
ragik şokun inkişafına gətirib çıxarır. Qanaxma bir və ya bir neçə dəfə (6 və daha artıq sayda) qeyd
edilə bilər.
İTŞ - nisbətən az təsadüf edilən çox ciddi ağırlaşmadır. Xəstəliyin inkişafının
qızğın dövründə xəstələrin 0,5-0,7%-də qeyd edilir. İTŞ-un inkişafında əsas şərt qana külli
miqdarda bakteriyaların daxil olması və onların parçalanması nəticəsində xaric olan endotoksinin
təsiridir. İTŞ-un meydana çıxmasında müvafiq olaraq dezintoksikasiya tədbirləri aparılmadan
yüksək dozada antibiotiklərin verilməsi də rol oynaya bilər. Belə ki, bu zaman çoxlu bakteriya-
ların məhvi nəticəsində xaric olan endoloksin şokun inkişafına səbəb olur. Şokun inkişafının
əsasında toksiki effektlə yanaşı, bakterial antigenlərin daxil olması nəticəsində güclü immun
konfliktin büruzə verməsi, immun komplekslərin yaranması, komplementin fiksasiyası, plazmatik
hüceyrələrin reaksiyası, mononuklear faqositlərin kəskin zəifləməsi, heparin- və histaminemiya
durur. Venoz damarların kəskin dilatasiyası baş verir, kəskin hemodinamik və meta-bolik
pozğunluqlar inkişaf edir.
Klinik olaraq xəstənin vəziyyəti sürətlə pisləşir. Qarın yatalağı üçün xarakterik
olan tormozlanma daha da dərinləşir. Bədən temperaturu normal və ya subnormal rəqəmlərədək
düşür. Dəri daha da avazıyır, boz rəngə çalır. Akro-sianoz, gözlərin çüxura düşməsi qeyd edilir.
Nəbz sapvari, taxikardiya baş verir. Arterial təzyiq enir, tənəffüs tezləşir. Əvvəl oliqouriya, sonra
anııriya olur. Hipotoniyanın qarın yatalağı üçün xarakterik olması İTŞ-un diaqnozunun qoyulması
və onun ağırlığının müəyyənləşdirilməsində arterial təzyiqdən və ürək vurğularının sayından
istifadə edilməsində çətinlik yaradır. Ona görə də xəstəliyin gedişinin ağır olması zamanı şok üçün
xarakterik olan əlamətlərin və laborator məlumatların dinamik müşahidəsi aparılmalıdır.
Xroniki bakteriyagəzdirənlik. Xəstələrin 3-5%-də xəstəliyin ağııiıq
dərəcəsindən asılı olmayaraq illərlə, hətta ömrü boyu davam edən bakteriyagəzdirənlik qalır.
Xronik bakteriyagəzdirənliyin formalaşmasını orqanizmdə qarın yatalağı bakteriyalarımn ayrı-
ayrı antigenlərinə, xüsusən O antigeninə qarşı immuntolerantlığın inkişaf etməsi ilə izah edilir.
Tolerantlığın baş verməsi isə immunkomponent hüceyrələrin - T, B limfositlərin, makrofaqların
normal əlaqəsinin pozulması ilə əlaqələndirilir. Bu zaman törədicilərin makrofaqlarda hüceyrə
daxili parazitlik edərək L-formalara keçə bilmələrinin də əhəmiyyətli rolu olduğu göstərilməlidir.
downloaded from KitabYurdu.org
42
Xroniki bakteriyagəzdirənliyin baş verməsinə şərait yaradan pielit, piolonefrit, xolcsistoxolangit,
qurd invaziyası kimi ağırlaşmalar və yanaşı gedən xəstəliklərin də rolu qeyu edilməlidir.
P r o q n o z. Qarın yatalağında letallıq 0,1-0,3 %-ə çatır. Bununla bərabər ağır
gedişlərdə və ağırlaşmalar baş verərsə proqnoz ciddi hesab edilir.
PARATİFLƏRİN KLİNİK XÜSUSİYYƏTLƏRİ
Paratif A və B bakteriyaları qarın yatalağı bakteriyalarına oxşar xüsusiyyətlərə
malikdirlər. O- və H-antigenləri var, Vi-antigeni isə yoxdur. Xəstəlik mənbəyi xəstə insanlar və
bakteriyagəzdirənlərdir. Yalnız paratif B-də heyvanlar - iribuynuzlu mal-qara, donuzlar, ev quşları
da infeksiya mənbəyi ola bilərlər. Digər epidemoloji, patogenetik və patoloji-anatomik
xüsusiyyətləri qarın yatalağında olduğu kimidir. Paratif A və B, qarın yatalağı öz klinik
xüsusiyyətlərinə görə bir-birinə çox oxşardırlar. Lakin bəzi klinik özünəməxsusluqları ayrıd etmək
olur.
Paratif A
Qarın yatalağı və paratif B-yə nisbətən az rast gəlinir. İnkubasion dövrü 8-10
gün olur. Çox vaxt orta ağır formada gedir, tək-tək ağır gedişlər qeyd edilir. Adətən kəskin
başlayır, bəzən zökəm və öskürəklə müşayiət olunur. Müayinə zamanı üzün hiperemiyası, sklera
damarlarının inyeksiyalaşması, dodaqlarda herpetik səpgilər qeyd edilir. Temreratur düzgün
olmayan xarakter daşıyır, dalğavari və remitəedici tipdə də ola bilər. Qızdırma, bəzən üşütmə və
güclü tərləmə ilə müşayiət olunur. Səpgilər xəstəliyin 4-7-ci günü meydana çıxır, po-limorfızmi
ilə fərqlənir. Rozeoloz, makulyoz, makulo-papulyoz və hətta peti-xal ola bilər. Tez-tez təkrari
səpmələr qeyd edilir. İntoksikasiya zəif olur, tifoz vəziyyət müşahidə edilmir. Hemoqrammada
adətən normositoz, bəzən liıııfo-monositozlu leykositoz olur. Residivlər nisbətən tez-tez rast
gəlinir. Ağırlaşmalar nisbətən az olur. Diaqnoz əsasən bakteriolji müayinəyə görə qoyulur.
Paratif B
Kliniki olaraq qarm yatalağına nisbətən yüngül keçsə də, irinli-septik
ağırlaşmalar verən ağır formaları da təsadüf edilir. İnkubasion dövr 5-10 günə bərabərdir, bəzən
uzanır. Adətən kəskin başlayır, üşütmə, əzələ ağrıları və tərləmə baş verir. Çox vaxt xəstəlik
intoksikasiya fonunda kəskin qastroenterit əlamətləri ilə başlayır və sonra qarın yatalağına xas
olan əlamətlər meydana çıxır. Temperatur əyrisi əsasən dalğavari və qısa müddətli olur. Tifoz
vəziyyət olmur. İntoksikasiya əlamətləri 3-5 gün davam etsə də, tezliklə çəkilir. Səpgilər 4-6-cı
gün meydana çıxır, rozeoloz xarakter daşıyır və qarm yatalağına nisbətən çox sayda olub, polimorf
xarakter də daşıya bilər. Bir sıra hallarda ilkin meningit, meninqoensefalit, septikopiemiya
şəklində ağır septik əlamətlər olur. Hemoqrammada neytrofilli leykositoz aşkar edilir. Diaqnoz
bakteriolji təsdiq edilməlidir. Bunula bərabər dinamikada seroloji reaksiyaların təyin edilməsi
də diaqnozu qoymağa əsas verir.
Tif-paratif xəstəliklərinin klinikası epidemoloji alovlanmanın xarakterindən,
xəstənin yaşından, yanaşı gedən xəstəliklərin olmasından və aparılmış peyvənddən asılı olaraq
dəyişə bilər. Xəstəlik adətən 3-4 həftə davam edir, 5-7 günədək qısala uilər. Təkrari residivlər və
ağırlaşmalar xəstəliyin gedişini bir-neçə ayadək uzadır.
Tif-paratifiərin erkən diaqnozu (5-7 gün müddətində) epidemoloji cəhətdən
mühüm əhəmiyyət kəsb edir. Bu potogenetik - klinik xüsusiyyətlər nöqteyi nəzərindən də vacibdir.
downloaded from KitabYurdu.org