64
Diaqnoz u. Dizenteriyanın diaqnozu kliniki əlamətlərə və anamnestik
məlumatlara əsaslanır. Ümumi intoksikasiya əlamətləri ilə xəstəliyin kəskin başlaması, distal kolit
əlamətləri - qarında tutma şəklində ağrılar, defelcasiya-nın tezləşməsi, kalın xarakterinin itməsi,
selikli, qanlı olması, rektal tüpürcək, yalançı çağırışlar, tenezmlər, defekasiya aktuıın başa
çatmaması hissi dizen-teriyanm əsas əlamətlərindəndir. Nəcisin makroskopik müayinəsinin də
diaqnostik əhəmiyyətləri vardır. Belə ki, nəcisdə selik, qanın aşkar edilməsi buna əsas verir.
Xəstəliyin inkişaf dövrü nəzərə alınmaqla epidemioloji anamnezin öyrənilməsi
də rol oynayır. Xəstənin epidemioloji ocaqdan olması diaqnozu asanlaşdırır. Sporadik hallarda isə
keyfiyyətsiz qida qəbulu, içməli su mənbəyi, şəxsi gigiyena qaydalarına əməl edilməsi, mənzil-
məişət şəraiti nəzərə alınmalıdır. Anamnezdə xəstənin keçirmiş olduğu şigellyoz etiologiyalı
bağırsaq xəstəlikləri aydınlaşdırılmalıdır.
Labarator
diaqnostikasında bakterioloji
və
seroloji
müayinələr çox
əhəmiyyətlidir. Bakterioloji müayinə 3 dəfə təkrarlanmalıdır. 40-60% hallarda bakterioloji
müayinənin nəticələri müsbət olur. Bu məqsədlə patoloji material -nəcis xəstəliyin ilk günündən,
müalicəyə başlamamışdan götürülüb əkilir.
Tczləşdirilmiş müayinə üsulu kimi törədicinin antigenlərini və onların
toksinlərini biostandartlarda - tüpürcək, sidik, koprofiltratda, qanda aşkar ct-məyə imkan verən
üsullardan istifadə edilə bilər. Yüksək həssaslığa, spesifikliyə malik İFM, LAR, KAR, İFR, PZR
kimi üsullar tətbiq edilir.
Şigellalara qarşı antitelləri aşkar etmək üçün DoHAR və QFHAR istifadə olunur.
Bu reaksiyalar xəstəliyin 5-6-cı günündən tez olmayaraq qoyulur və titr 1/400 olduqda müsbət
hesablanır. Minimal diaqnostik titr 1/200. Bu halda təkrari - 1 həftədən sonra, yaxşı olar ki,
xəstəliyin 4-5-ci həftəsində qan götürülərək müayinə edilir. Əgər titr 4 qat artarsa bu diaqnozu
təsdiqləyir.
Əgər xəstəlik kolitik və ya qastroenterokolitik formalarda keçirsə onda diaqnostik
üsul kimi RRS-dən də istifadə edilir. Kəskin dizenteriya zamanı adətən yoğun bağırsağın distal
şöbəsində kataral-hemorragik, eroziv-xoralı, fibri-noz dəyişikliklər qeyd edilir. Xroniki
dizenteriyada selikli qişada atrofik dəyişikliklər aşkar edilir.
Nəcisin koproloji tədqiqi də diaqnostik əhəmiyyət kəsb edir. İfrazatda seliyin və
leykositlərin (15-dən çox) çoxlu miqdarda aşkar edilməsi selikli qişada iltihabın olmasını, hətta bir
neçə ədəd eritrositlərin tapılması isə selikli qişa tamlığının pozulması və qansızmalar olmasını
göstərir.
Allerqoloji
üsul -
(Suverkalov
dəri-allergik
sınağı)
dizenteriyanın
diaqnostikasında köməkçi rol oynayır.
Diffevensial diaqnozu. Dizenteriyanın müasir dövrdə kifayət qədər mürəkkəb
differensial diaqnostikası vardır. Bu bir tərəfdən dizente-riyalı xəstələri arasında qasteonterokolitik
və qastroenteritik variantların tez-tez təsadüf edilməsi, digər tərəfdən klinik gedişi dizenteriyanı
xatırladan digər mənşəli xəstəliklərin dizenteriya diaqnozu adı altında xəstəxanaya daxil olması ilə
bağlıdır. Bakteriyaların, ibtidailərin törətdiyi xəstəliklər, qurd invaziyalan, bir sıra terapevtik və
cərrahi xəstəliklər də bağırsaqlarda funksional pozğunluqlar verdiklərinə görə onları dizenteriya
ilə differensasiya etmək lazım gəlir, ilk növbədə aşağıdakı xəstəliklər nəzərdə
downloaded from KitabYurdu.org
65
tutulur: Salmonelloz, qida toksikoin-felcsiyası, votavirus qastroenteriti, amöbiaz, balantidiaz,
trixiosefalioz, enterebi-oz, düz bağırsağın şişi, appendisit, bağırsaq keçməməzliyi, hemorroy,
qeyri-spesifik xoralı kolit, divertikul, işemik kolit, Kron xəstəliyi, polipoz, ağır terapevtik
xəstəliklərdə olan II-li kolitlər, radiasion zədələnmə, kimyəvi və bioloji maddələrlə zəhərlənmə.
Aşağıda göstərilən cədvəllərdə dizenteriyanın bəzi xəstəliklərlə differensial
diaqnozu verilmişdir. Cədvəl 2, 3, 4.
M iialicəs i. Dizenteriyanın müalicəsinə kompleks yanaşılaraq, hər xəstə üçün
fərdi aparılmalıdır. Nozoloji və klinik variantlar, ağırlığı, dövrləri, ağırlaşmalar və yanaşı gedən
xəstəliklər, törədicinin bu və ya digər preparatlara həssaslığı nəzərə alınmalıdır.
Yataq rejiminə ağır gedişlərdə, xəstəliyin qızğın dövründə riayət edilməlidir.
Yüngül formalarda və rekonvalalessentlərə adi palata rejimi və müalicə bədən tərbiyəsi, əmək
müalicəsi (qida müəssələri işçiləri istisna olunur) məsləhət görülür. Əsas müalicə tədbirlərindən
biri pəhrizdir. Kəskin dövrdə 4 saylı pəhriz, vəziyyəti yaxşılaşdıqca - iştaha, bağırsaq poğunluğu
düzəldikcə - 2, evə yazıldıqda isə adi pəhrizə - 15 saylı pəhrizə keçilir.
Onu da qeyd etmək lazımdır ki, müasir dövrdə əhalinin mənzil-məişət şəraitinin
yaxşılaşması, kifayət qədər effektli dərmanların olması müalicəni evdə aparmağa imkan verir.
Ağır formalarda və epidemioloji göstəriş olarsa (epidemioloji təhlükəli xəstələr) müalicə
stasionarda aparılımalıdır. Yaşlı adamlar və 2 yaşadək uşaqlar da xəstəxana şəraitində müalicə
edilməlidirlər. Evdə müalicə olunan xəstələr haqqında epidemioloqa məlumat verilməlidir.
Xəstələrin qidasından mexaniki, kimyəvi qıcıqlandırıcılar kənar edilməlidir.
Kəskin dövrdə müxtəlif şorbalar, kəskin olmayan ət və ya toyuq bulyonu, çəkilmiş ətdən
hazırlanmış qidalar, yağsız, suda bişmiş balıq, sıyıqlar, təzə kəsmik, bir qədər kərə yağı, ağ çörək,
suxari və s. məsləhət görülür. Qida tez-tez, 3-4 saatdan bir, az miqdarda qəbul etməlidir.
Pəhrizin davam etmə müddəti xəstəliyin gedişindən, ağırlığından, formalarından
asılı olaraq müəyyən edilir. Xəstə adi qida rejiminə 3-4 həftə müddətində tədricən keçməlidir. Bu
dövrdə müxtəlif kəskin ədviyyatlar, şirniyyat, qurudulmuş, hisə verilmiş, konservləşdirilmiş
qidalar, pivə, spirtli içkilər olmaz. Kəskin dövrdə çiy süd verilməməlidir. Süd məhsulları isə
xəstənin fərdi xüsusiyyətindən asılı olaraq, əgər xəstədə bu məhsulların qəbulu
xəstələnməmişdən əvvəl ki, dövrlərdə bağırsaq pozğunluğu törətməmişsə onda məsləhət
görülür. Rekonvalessentlərə süd içmək məsləhət görülmür. Çünki bəzən xəstəlikdən sonra laktoza
fermenti çatmamazlığı uzun müddət saxlanılır.
Dizenteriya zamanı etiotrop müalicənin prinsipləri müasir dövrdə müəyyən
dəyişikliyə məruz qalmışdır. Belə ki, antibiotiklərin tətbiqi xeyli məhdudlaşdırılmışdır
(disbakterioz verməsi, orqanizmə əlavə allergik təsiri, selikli qişada bərpa prosesinin ləngiməsi və
s.). Antibakterial müalicə seçərkən xəstəliyin ağırlığı, forma və variantları, xəstəliyin dövrü və
makroorqanizmin vəziyyəti nəzərə alınmalıdır.
Orta ağır gcdişli xəstələrə furazolidon (0,1 x 4) və ya neviqrammon (0,5-1,0 x 4)
təyin edilməsi ilə müalicəni başlamaq daha məqsədəüyğun hesab edilir. İntoksikasiya əlaməti itənə
və defekasiya normalaşanadək verilməlidir. Sulfanilamid preparatlarından sulfadimetoksin (I gün
1,0 x 2, sonrakı günlər 0,5 x 2) və ftalozal verilə vilər.
downloaded from KitabYurdu.org