Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə125/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   121   122   123   124   125   126   127   128   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

253 


Gicgahına iki yumşaq yastıqça qoydular. Yastıqçalar, deyəsən, bir qədər nəm idi. Uinstonun 

bədəni yumaq kimi gərilmişdi. Yenə ağrı olacaq. Bu dəfə başqa, yeni ağrı. O` Brayen inam təlqin 

edən bir şəkildə, az qala nəvazişlə əllərindən yapışaraq onu sakitləşdirdi.  

-Bu dəfə sizi incitməyəcəyik. Düz gözlərimin içinə baxın.  

Eyni anda dəhşətli partlayış baş verdi. Ya da Uinstona elə göründü. Partlayışın səslə müşayiət 

edildiyinə o qədər də əmin deyildi. Adamı kor edəcək qədər parlaq işığı isə, gözləri ilə 

görmüşdü. Bütün bu vaxt ərzində arxası üstə uzansa da, Uinstonda məhz partlayış nəticəsində bu 

vəziyyəti alması ilə bağlı qəribə təəssürat yaranmışdı. Düşünürdü ki, ağrısız, amma dəhşətli 

partlayış onu yatağa pərçimləyib. Elə bil beyninin içində də nə isə dəyişmişdi. Gözü hədəqəsinə 

qayıdandan sonra Uinston kim olduğunu, hara gətirildiyini xatırladı, başının üstündə oturub 

diqqətlə ona baxan adamı tanıdı. Lakin eyni zamanda haradasa böyük bir boşluq yarandığını hiss 

edirdi. Elə bil beyninin bir parçasını kəsib götürmüşdülər.  

-İndi keçib gedəcək,-deyə O`Brayen onu sakitləşdirdi. –Gözümün içinə baxın. İndi Okeaniya 

hansı ölkə ilə müharibə edir?  

Uinston fikrə getdi. Okeaniya sözünün mənasını başa düşürdü. Özünün Okeaniya vətəndaşı 

olduğunu bilirdi. Avrasiya ilə İstasiyanı da xatırlayırdı. Lakin kimin kimlə müharibə etdiyindən 

xəbərsiz idi. Ümumiyyətlə, haradasa müharibənin aparıldığından xəbəri yoxdu.  

-Yadımda deyil. 

-Okeaniya İstasiya ilə müharibə edir. İndi xatırladınız? 

-Bəli. 


-Okeaniya həmişə İstasiya ilə müharibə aparıb. Sizin həyatınızın ilk günündən, Partiyanın 

mövcudluğunun ilk günündən, tarixin yaradılışının ilk günündən bu müharibə fasiləsiz olaraq 

davam edib. Eyni müharibə. Bunu xatırlayırsınız? 

- Bəli. 


- On bir il əvvəl siz xəyanətkar əməllərinə görə ölüm cəzasına məhkum olunmuş üç nəfər 

haqqında özünüzdən əfsanə uydurmuşdunuz. Onların günahsızlığını sübut edən hansısa qəzet 

parçası gördüyünüzü fikirləşirdiniz. Belə qəzet parçası heç zaman mövcud olmayıb. Bunu siz 

uydurmuşdunuz. Sonra özünüz də uydurmanıza inanmışdınız. İndi həmin əfsanəni uydurduğunuz 

an yadınıza düşdümü? Xatırladınızmı? 

-Bəli. 


-Bir az əvvəl barmaqlarımı gözləriniz önündə tutmuşdum.. Beş barmaq gördünüz. Bunu 

xatırlayırsınız? 

-Bəli. 

O`Brayen yenə sol əlinin baş barmağını ovcunun içərisində gizlədib qalan barmaqlarını göstərdi. 



-Burada beş barmaqdır. Onların beşini də görürsünüzmü? 

-Bəli. 


O, həqiqətən də ağlı başından çıxmamışdan əvvəl beş barmağı görmüşdü. Barmaqlar beş idi və 

heç bir yanlışlıqdan söhbət gedə bilməzdi. Sonra yenə hər şey ilkin vəziyyətini aldı, əvvəlki 

qorxu, nifrət, vahimə hissi təzədən geri qayıtdı. Lakin belə zaman kəsiyi vardı, -bu anın nə qədər 

davam etdiyini Uinston xatırlamırdı, bəlkə cəmisi otuz saniyə çəkmişdi,- həmin o aydın və işıqlı 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

254 


zaman kəsiyində O`Brayenin hər yeni təlqini beynindəki boşluğu doldurur və mütləq həqiqət 

kimi qəbul olunurdu. Həmin anlarda iki üstəgəl iki üç də ola bilərdi, lazım gəlsəydi, asanlıqla 

beşə də çevrilərdi. Bu vəziyyət O`Brayen əlini aşağı endirməmişdən əvvəl keçib getdi. Uinston 

istəsəydi də həmin anı geri qaytara bilməzdi, lakin onu istənilən şəxs keçmiş həyatının ən parlaq 

təsadüfünü, mahiyyət etibarı ilə başqa adama çevrilmə prosesini xatırlayan kimi, dəqiq 

xatırlayırdı.  

-İndi gördünüz ki, bu mümkündür,-O`Brayen onu fikrindən ayırdı.  

-Bəli.  


O`Brayen özündən məmnun halda ayağa qalxdı. Uinston sol tərəfindəki ağ xalatlı adamın 

ampulanı sındırıb içərisindəki mayeni şprisə doldurduğunu gördü. O`Brayen, üzündə təbəssüm, 

Uinstona tərəf çevrildi. Yenə əvvəllər elədiyi kimi, eynəyinin yerini burnunun üstündə 

rahatlayırdı.  

-Yadınızdadırmı,- dedi, - gündəliyinizdə mənim barəmdə yazmışdınız ki, bu adamın dost, yaxud 

düşmən olması elə də əhəmiyyətli deyil, əsas odur ki, qarşısındakını başa düşür və onunla söhbət 

etmək mümkündür. Siz haqlı idiniz. Mən də sizinlə söhbətdən zövq alıram. Düşüncə tərziniz 

xoşuma gəlir. Aradakı bir fərqi - sizin dəli olduğunuzu çıxmaqla, oxşar fikirləşirik. Bu günkü 

söhbətimizi bitirməmişdən əvvəl mənə bir neçə sual verə bilərsiniz. Təbii, istəyirsinizsə.  

-İstədiyim sualı verə bilərəm? 

-Nə istəyirsiziniz, soruşun.- O`Brayen Uinstonun cihaza baxdığını gördü. –Narahat olmayın. 

Söndürülüb. Beləliklə, birinci sualınız. 

-Siz Culiyaya nə etdiniz? 

O Brayen yenidən gülümsədi.  

-O sizi ələ verdi, Uinston. Özü də dərhal, qeyd-şərtsiz. Tutulanlardan kiminsə bizimlə belə 

həvəslə əməkdaşlıq etməsi nadir hallarda olur. Görsəydiniz, gözlərinizə inanmazdınız. Onun 

bütün üsyankarlığı, yalançı qəhrəmanlığı, qayğısızlığı, həyasızlığı – hamısı son damlasına qədər 

canından çıxarılıb. Bu, çox mükəmməl bir dəyişmə oldu. Deyərdim ki, hətta dərsliklərə salınacaq 

nümunədir.  

- Ona işgəncə verdiniz? 

O`Brayen sualı cavabsız buraxdı. 

- Hövbəti sualınız?-dedi. 

- Böyük Qardaş mövcuddur? 

-Əlbəttə. mövcuddur. Partiya mövcuddur. Böyük Qardaş Partiyanın təcəssümüdür.  

-Demək istəyirəm ki, məsələn, mən mövcud olduğum mənada mövcuddur? 

-Siz mövcud deyilsiniz. 

Köməksizlik hissi yenidən Uinstona hakim kəsildi. Mövcud olmadığının hansı dəlillərlə sübuta 

yetiriləcəyini bilirdi. Ən azı, təsəvvürünə gətirirdi. Lakin eşidəcəklərinin hamısı cəfəngiyyat 

olacaqdı, söz oyunu olacaqdı. Məgər “Siz mövcud deyilsiniz”-sözləri məntiqi cəfəngiyyat 

nümunəsi deyildi? Amma mübahisə açmağın faydası vardımı? O`Brayenin onu hansı 

təkzibedilməz, ağlasığmaz dəlillərlə darmadağın edəcəyini yadına salanda mübahisə açmaq 

fikrindən daşındı. 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə