Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə122/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   118   119   120   121   122   123   124   125   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

247 


-Külə döndü,-dedi. -Küldə isə heç nə tapa bilməzsən. Sadəcə kül tozu! Foto-şəkil yoxdur. Heç 

vaxt olmayıb.  

-Olub! İndi də var. Yaddaşda yaşayır. Xatirədə yaşayır. Mən o şəkli xatırlayıram. Siz 

xatırlayırsınız. 

-Mən heç nə xatırlamıram,- deyə O`Brayen cavab verdi. 

Uinston ürəyində boşluq hiss etdi. Bu-ikifikirlilikdir. Öldürücü köməksizlik hissi şüuruna hakim 

kəsildi. O`Brayenin yalan danışdığına əmin olsaydı, heç nəyə əhəmiyyət verməzdi. Amma 

O`Brayenin belə bir foto-şəklin mövcudluğunu yaddan çıxarması tamamilə mümkün idi. 

Belədirsə, deməli, şəkli xatırladığını inkar etməsini də unudub. Deməli, bunu unutduğunu da 

unudub. Kim bunun sadəcə fokus olduğuna inana bilərdi? Bəlkə həqiqətən də beyində belə bir 

ağılsız yerdəyişmə baş vermişdir? Gəldiyi qənaət Uinstonu tamam ruhdan saldı.  

O`Brayen də fikrə dalmışdı. O, indi həmişəkindən daha çox öz qabiliyyətli, ancaq sözə 

baxmayan şagirdinin əməllərindən iztirab çəkən müəllimi xatırladırdı. O` Brayen üzünü 

Uinstona çevirdi. 

-Keçmişə nəzarətlə bağlı Partiya şüarı var,-dedi.-Zəhmət olmazsa, onu təkrarlayın.  

-”Kim keçmişə nəzarət edirsə, o gələcəyə nəzarət edir. Kim bu günə nəzarət edirsə, o keçmişə də 

nəzarət edir”,-deyə Uinston itaətkarlıqla şüarı təkrarladı  

-”Kim bu günə nəzarət edirsə, o keçmişə də nəzarət edir”,- O`Brayen razılıqla başını tərpətdi. -

Yaxşı, Uinston siz keçmişin həqiqətən də mövcud olduğunu düşünürsünüz?  

Köməksizlik hissi yenidən Uinstonun şüuruna hakim kəsildi. Gözünü çevirib cihazın əqrəblərinə 

baxdı. Hansı cavabın -“bəli”nin, yoxsa “xeyr”in onu ağrıdan xilas edəcəyinə əmin olmaması bir 

yana qalsın, hansı cavabı düzgün saydığını heç özü də bilmirdi.  

O`Brayen xəfifcə gülümsündü.  

-Sizin metafizikadan xəbəriniz yoxdur, Uinston. İndiyə qədər “mövcud olmaq” anlayışının 

mənası üzərində bir dəfə də düşünməmisiniz. Fikrimi daha aydın ifadə etməyə çalışıram. Keçmiş 

konkret məkan daxilində mövcuddurmu? Elə bir yer, fiziki obyektlərin elə bir dünyası varmı ki, 

orada keçmiş indi də yaşasın, davam etsin? 

-Yox. 


-Əgər keçmiş mövcuddursa, bəs onda harada mövcuddur? 

-Sənədlərdə. Yazılı sənədlərdə. 

-Sənədlərdə. Sonra harada? 

-Ağılda. İnsan yaddaşında. 

-Yaddaşda. Çox yaxşı. Partiya bütün sənədləri nəzarətdə saxlayır, bütün yaddaşlara nəzarət edir. 

Deməli, biz həm də keçmişə nəzarət edirik, elə deyilmi? 

-Siz adamların nəyi isə xatırlamalarının qarşısını necə ala bilərsiniz?-Uinston yenə də bir anlığa 

cihazın əqrəblərini yaddan çıxararaq bərkdən qışqırdı.-Axı, bu insanın iradəsindən kənar 

hərəkətdir. Heç kimdən asılı deyil. Axı siz yaddaşa necə nəzarət edə bilərsiniz? Məsələn, mənim 

yaddaşıma nəzarət edə bilməzsiniz.  

O`Brayenin sifəti yenidən sərtləşdi. Əlini dəstəyin üstünə qoydu.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

248 


-Əksinə,-dedi.-Siz öz yaddaşınıza nəzarət edə bilmirsiniz. Ona görə də bura gəlib düşmüsünüz. 

Ona görə buradasınız ki, özünüzdə itaətkarlıq və daxili intizam tərbiyə edə bilməmisiniz. Sağlam 

ağlın əsas göstəricisi olan tabeçilik duyğusuna yiyələnə bilməmisiniz. Siz xəyalpərvərliyə 

qurşanmağı, azlıqda qalmağı daha üstün tutdunuz. Yalnız sərt intizama tabe tutulan ağıl 

gerçəkliyi görə bilər, Uinston! Siz gerçəkliyin nə isə obyektiv, zahiri, özlüyündə mövcud bir şey 

olduğuna inanırsınız. Siz eyni zamanda gerçəkliyin mahiyyət etibarı ilə aydın və anlaşılan 

olduğunu düşünürsünüz. Aldanış hissinin təsiri altında nəyi isə gördüyünüzü güman edəndə 

bütün qalan adamların da sizin kimi eyni şeyi gördüklərini düşünürsünüz. Amma mən sizə 

deyirəm, Uinston, gerçəklik qətiyyən zahirdə mövcud deyil. Gerçəklik insan şüurundan başqa 

heç yerdə mövcud ola bilməz! Həm də gerçəklik daim səhvlərə yol verən və qısa müddətdən 

sonra ölüb gedən fərdi şüurda deyil, Partiyanın əbədi və kollektiv şüurunda mövcuddur. Partiya 

nəyi həqiqət sayırsa – həqiqət odur! Gerçəkliyə Partiyanın nəzərləri ilə baxmaqdan başqa ikinci 

yanaşma tərzi ola bilməz! Yenidən öyrənməli olduğunuz əsas mətləb budur, Uinston! Öyrənmək 

üçün isə özünüzü daxildən sındırmalısınız, istək və iradə nümayiş etdirməlisiniz. Sağlam ağıla 

qovuşmamışdan əvvəl özünüzü yenməyi, itaət göstərməyi bacarmalısınız.  

O`Brayen sanki dediklərinin mənasının Uinstona çatmasını gözləyərək sözlərinə bir müddət ara 

verdi.  

-Yadınızdadır, -deyə söhbətini davam etdirdi, -gündəliyinizə yazmışdınız ki, “Azadlıq iki üstəgəl 

ikinin dördə bərabər olduğunu demək haqqıdır”.  

-Yadımdadır.-Uinston cavab verdi.  

O`Brayen sol əlini yuxarı qaldırdı, baş barmağını ovcunun içində gizlədib dörd barmağını 

Uinstona göstərdi.  

-Əlimdə neçə barmaq var, Uinston? 

-Dörd. 


-Əgər Partiya desə ki, onlar dörd deyil, beşdir, onda neçə barmaq olacaq? 

-Dörd... 

Dəhşətli ağrı sözünü ağzında yarımçıq qoydu. Cihazın əqrəbi əlli beşin üstündə dayanmışdı. 

Uinstonun bütün bədənini tər bürümüşdü. Hava seli sanki ciyərini parçalayır, hər dəfə nəfəs alıb-

verməsi dəhşətli fəryadlarla müşayiət olunurdu. Dişlərini biri-birinə saxsa da, qışqırmağının 

qarşısını heç cür ala bilmirdi. O`Brayen gözlərini ondan çəkmirdi, sol əlinin dörd barmağı isə, 

hələ də havada idi. Axır ki, dəstəyi geri çəkdi. Ağrı yüngülcə də olsa, səngidi. 

-Barmaqların sayı neçədir, Uinston? 

-Dörd. 

Əqrəb altmış rəqəminin üzərində dayandı. 



 

 

-Barmaqların sayı neçədir, Uinston? 



-Dörd? Dörd! Axı başqa nə deyə bilərəm? Dörd barmaq görürəm. 

Əqrəb yəqin ki, bir az da yuxarı qalxmışdı. Amma Uinston daha cihaza baxmırdı. Yalnız 

O`Brayenin ağır, sərt üzünü, bir də havada oynayan barmaqlarını görürdü. Barmaqlar gözlərinin 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə