Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə119/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   115   116   117   118   119   120   121   122   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

241 


-Yoldaş! Zabit!-deyə zarımağa başladı. -Yalvarıram, məni ora aparmayın. Bəyəm hər şeyi açıb 

deməmişəm? Daha nə öyrənmək istəyirsiniz? Axı boynuma almalı heç bir günah qalmayıb. Sizə 

nə lazımdısa, deyim, bu dəqiqə etiraf etməyə, öz üstümə götürməyə hazıram. Nə istəyirsinizsə 

yazın, hər şeyin altından gözüyumulu qol çəkirəm. Amma 101-ci otağa aparmayın. 

-101-ci otağa!-zabit əmrini təkrarladı. 

Məhbusun onsuz da kağız kimi avazımış sifəti Uinstonun indiyə qədər təsəvvürünə gətirmədiyi 

rəng aldı. İndisifəti kəllə sümüyünə bənzəyən adamın sifəti açıq-aşkar yaşıl rəngə çalırdı.  

-Başıma nə oyun istəyirsinizsə, açın!-deyə o, fəryad qoparırdı. Məni həftələrlə ac saxlamısınız. 

İşinizi başa çatdırın. Qoyun acından ölüm. Güllələyin! Asın! İyirmi beş il iş verin! Daha kimi 

satmağımızı istəyirsiniz? Sadəcə deyin, bütün istəklərinizi yerinə yetirməyə hazıram. Ələ 

verəcəyim adamın kimliyi, onun başına nə oyun açacağınız məni qəti maraqlandırmır. Arvadım, 

üç uşağım var. Böyüyünün altı yaşı hələ tamam olmayıb. Hamısını tutub gətirin. Gözümün 

qabağında başlarını kəsin. Sakitcə durub baxacağam. Amma məni 101-ci otağa aparmayın. 

-101-ci otağa!-zabit əmrini təkrarladı.  

Skelet-adam hədəqədən çıxmış gözləri ilə digər məhbuslara baxdı. Sanki öz əvəzinə göndərməyə 

başqa qurban axtarırdı. Gözləri çənəsiz adamın əzilib qana bulaşmış sifətinə zilləndi. Əlini ona 

tərəf uzadıb təzədən yalvardı. 

-Siz məni yox, bax onu aparmalısınız,-dedi.- Bayaq nəzarətçi yumruqla vuranda nə dediyini 

eşitmədiniz? Əgər imkan yaratsanız, hamısını sözbəsöz təkrarlamağa hazıram. Partiyanın 

əleyhinə çıxan odur, mən deyiləm.  

Nəzarətçilər skelet-adama tərəf addımladılar. Onun yalvarışları qulaqbatıran çığırtıya çevrildi.  

-Siz onun nə dediyini eşitmədiniz!-deyə qışqırmağa başladı. -Teleekran işləmirdi. Axtardığınız 

adam odur! Məni yox, onu aparın! 

 

 



İki pəzəvəng nəzarətçi qollarından yapışmaq üçün ona yaxınlaşdılar. Sifəti kəllə sümüyünə 

bənzəyən adam özünü döşəməyə atıb əllərinin ikisi ilə də skamyanın dəmir ayaqlığından yapışdı. 

Daha heç bir söz demirdi, sadəcə heyvan kimi ulayır, bağırırdı. Nəzarətçilər ayaqlarından 

yapışdılar, dartıb skamyadan aralamaq istədilər. Skelet-adam heyrətamiz qüvvə ilə müqavimət 

göstərirdi. Dartışma iyirmi saniyəyə qədər çəkdi. Məhbuslar əllərini dizlərinin üstünə qoyub 

səssis-səmirsiz oturmuşdular. Hamı düz qarşısına baxırdı. Daha bağırtı səsi eşidilmirdi. Skelet-

adam bütün diqqətini skamyanın ayağından mümkün qədər bərk yapışmağa vermişdi. Amma 

birdən tamam başqa səs eşidildi. Bu, skelet-adamın nəzarətçinin nallı çəkmələrinin altında qırılan 

barmaqlarının xırçıltısı idi. Onu ayaqlarından dartıb kameradan bayıra sürüdülər.  

-101-ci otağa!-Zabit üçüncü dəfə əmrini təkrarladı.  

Addımlarını güclə atan məhbusu apardılar. Başı sinəsinə düşmüşdü. Barmaqları qırılmış əli 

yanından sallanmışdı. Canında heç bir müqavimət gücü qalmamışdı.  

Aradan xeyli vaxt keçdi. Skelet-adamı gecə aparmışdılarsa, indi səhər olmalı idi. Səhər 

aparmışdılarsa, axşama yaxınlaşırdı. Uinston tək idi. Artıq neçə saatdan bəri kamerada ondan 

başqa kimsə yoxdu. Dar skamyada oturmaqdan bütn bədəni ağrıyırdı, ona görə də arabir 

kamerada azacıq gəzişirdi. Hələ ki, teleekran üstünə qışqırmırdı. Çənəsiz adamın atdığı çörək 

parçası bayaqkı yerində idi. Əvvəlcə çörəyə baxmamaq üçün bütün gücünü səfərbər etməli 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

242 


olurdu. Sonra susuzluq hissi aclığa üstün gəldi. Ağzının içi yapışqan kimi idi. Zəhrimar dadırdı. 

Aramsız uğultudan və düz gözünün içinə vuran ağ işıqdan başı gicəllənirdi. Beynində boşluq 

yarandığını hiss edirdi. Yalnız sümüklərinə qədər işləyən ağrı dözülməz hal alanda ayağa 

dururdu. Amma hər an huşunu itirib yıxılacağından qorxduğu üçün dərhal da otururdu. Diqqəti 

fiziki ağrılardan yayınan kimi beynində dəhşətli fikirlər dolaşmağa başlayırdı. Bəzən get-gedə 

sönməkdə olan ümidlə O`Brayen və ülgüc haqqında fikirləşirdi. Fikirləşirdi ki, ülgücü çörəyin 

içində də ötürə bilərlər. Əgər ümumiyyətlə çörək versələr... Culiya haqqındakı fikirləri çox 

dumanlı idi. Bəlkə haradasa qız ondan da çox iztirablara qatlaşmalı olurdu. Bəlkə elə bu 

saniyələrdə işgəncəyə dözməyərək ağrıdan qışqırırdı. Uinston fikirləşməyə başladı: “Əgər 

payıma düşən əzabları ikiqat artırmaq şərti ilə Culiyanı xilas etmək imkanı yaransa idi, buna 

razılaşardımmı? Bəli, razılaşardım”. Lakin bu daha çox ağlının diqtə etdiyi qərar idi. Uinston bir 

kişi kimi məhz həmin qərarı qəbul etməli olduğunu bildiyi üçün belə fikirləşirdi. Bu qərar hələ 

hisslərin sınağından çıxmamışdı. Belə yerdə ağrıdan və ağrının hər an yaxınlaşma qorxusundan 

başqa heç bir hiss olmur. Görəsən, ağrının əzablarını hiss etdiyin halda hansısa səbəbə görə onun 

daha da şiddətlənməsinə razılıq vermək mümkündürmü? Uinston hələ bu suala cavab tapa 

bilməmişdi. 

Yenə addım səsləri eşidildi. Qapı açıldı. O`Brayen içəri girdi. 

Uinston sıçrayıb ayağa qalxdı. Heyrətdən hər cür ehtiyat hissi yadından çıxmışdı. Uzun illərdən 

bəri ilk dəfə teleekranın mövcudluğunu da unutmuşdu.  

-Onlar sizi də ələ keçiriblər!-deyə qışqırdı.  

-Onlar məni çoxdan ələ keçiriblər,- O`Brayen xəfif, az qala təəssüf bildirən kinayə ilə cavab 

verdi. O, bir addım kənara çəkildi. Arxasında əlində uzun, qara dəyənək tutmuş enlikürək 

nəzarətçi göründü.  

-Siz belə olacağını bilirdiniz, Uinston,-O`Brayen sözünə davam etdi. Özünüzü aldatnayın. Siz 

bunu bilirdiniz. Həmişə bilmişdiniz.  

Uinston həmişə, hər şeyi bildiyini indi anladı. Amma bu barədə fikirləşməyin yeri deyildi. Bu 

anlarda haqqında düşündüyü yeganə şey nəzarətçinin əlindəki dəyənək idi. Dəyənək zərbəsi 

harasına gəldi dəyə bilərdi: başına, sifətinə, çiyninə, dirsəyinə... 

Düz dirsəyinə! Ağrıdan az qala iflic olmuş Uinston salamat əli ilə dirsəyindən yapışıb döşəməyə 

çökdü. Gözünün qarşısında hər şey sarı işığa büründü. Tək bircə zərbənin özü ilə bu qədər ağrı 

gətirməsi inanılmazdır! İnanılmazdır! Sarı qığılcımlar çəkilib getdi. Uinston başının üstündə 

dayanıb tamaşa edən iki nəfəri gördü. Nəzarətçi onun yerdə qıvrılmasından həzz alıb gülürdü. 

İndi ən azı üzərində düşündüyü sualların birinə cavab tapmışdı. Heç vaxt, heç nəyin xatirinə ağrı 

hissinin azacıq da olsun şiddətlənməsini istəməməlisən! Ağrı başlananda sənə yalnız bir hiss 

hakim kəsilir-o, tez çəkilib getməlidir! Dünyada fiziki ağrıdan pis heç nə yoxdur. “Ağrının 

önündə duruş gətirən qəhrəman yoxdur! Ağrıya qalib gələn qəhrəman ola bilməz!”- deyə 

Uinston əzilmiş dirsəyindən yapışıb döşəmədə qıvrıla-qıvrıla düşünürdü.  

 

II FƏSİL 



 

Uinston açılıb-yığılan çarpayıya bənzər bir yerdə uzanmışdı. Çarpayı saydığı şey çox hündür idi, 

həm də elə quraşdırılmışdı ki, əl-qolunu tərpətmək olmurdu. Kameradakından daha güclü 

görünən işıq düz sifətinə vururdu. O`Brayen böyründə dayanmışdı. Diqqətlə yuxarıdan aşağı ona 

baxırdı. Qarşı tərəfdə əlində şpris tutmuş ağ xalatlı bir nəfər görünürdü. 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə