Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə118/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   114   115   116   117   118   119   120   121   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

239 


aydınlaşdıracaqlar. Buna əminəm. Yəqin ki, haqqımda hər cür məlumatları var. Necə adam 

olduğumu siz də yaxşı bilirsiniz. Hər halda, özümə görə pis adam sayılmamışam. Əlbəttə, böyük 

ağıl sahibi deyiləm. Amma işə can yandırmışam. Həmişə Partiya üçün əlimdən gələni etmişəm. 

Bəlkə düz demirəm? Necə fikirləşirsiniz, beş illə canımı qurtara bilərəm? Yaxşı, lap olsun on il! 

Mənim kimi adamlar əmək düşərgəsində də böyük fayda gətirə bilərlər. Axı bircə dəfə ayağı 

büdrədiyinə görə adamı güllələməzlər.  

-Özünüzü günahkar sayırsınız? 

-Əlbəttə günahkaram! -Parsons teleekrana bacardığı qədər çox yarınmağa çalışaraq ucadan 

qışqırdı. – Siz necə düşünürsünüz, məgər Partiya günahsız adamı həbs edər? -Onun 

qurbağayabənzər sifəti sakitləşdi, hətta üzündə yüngülvari özündənrazılıq ifadəsi də peyda oldu. 

-Fikir cinayəti dəhşətli şeydir, dostum!-deyə sifətinə müdrik ifadə verməyə çalışaraq sözünə 

davam etdi.-Çox məkrli şeydir. Adamı elə yerdə yaxalayır ki, heç özünün də xəbərin olmur. 

Bilirsiniz mən harada ilişmişəm? Yuxuda! Sizə olanı deyirəm. Harada olmuşamsa, yaxşı 

işləmişəm. Bacardığımı eləməyə çalışmışam. Heç vaxt da ağlıma gəlməyib ki, beynim belə zir-

zibillə dolu ola bilər. Ən pisi də odur ki, bunları yuxuda danışırammış. Heç bilirsiniz, dilimdən 

hansı sözləri eşidiblər?  

O, səsini alçaltdı, ağır xəstənin yanında onun diaqnozu barəsində həkimlə danışan adam kimi 

məhrəm pıçıltıya keçdi. 

-Demişəm ki, “Rədd olsun Böyük Qardaş!” Gör bir dilimdən necə sözlər çıxıb! Həm də dəfələrlə 

təkrarlamışam. Amma öz aramızdır, dostum, bircə ona sevinirəm ki, məsələ çox böyüməmiş 

məni həbs eləyiblər. Bilirsiniz, tribunal qarşısına çıxanda nə demək istəyirəm? Deyəcəyəm ki, 

“Çox sağ olun!” Deyəcəyəm ki, “İş-işdən keçməmiş məni xilas etdiyinizə görə çox sağ olun!”. 

-Bəs sizi kim ələ verib?-deyə Uinston soruşdu.  

-Balaca qızım!- Parsons kədər qarışıq qürurla dilləndi.- Açar deşiyindən mənə qulaq asırmış. 

Sözlərimi eşidib, ertəsi gün də birbaşa patrulların yanına gedib. Yeddi yaşlı soxulcan üçün çox 

da pis başlanğıc sayılmamalıdır, elə deyilmi? Fikirləşirsiniz ki, ondan incimişəm? Qətiyyən! 

Əksinə, fəxr edirəm. Qızımın bu hərəkəti bir daha göstərir ki, uşaqlarıma düzgün tərbiyə 

vermişəm.  

Parsons bir neçə dəfə skamyada oturub yenə tələsik yerindən qalxdı. Paraşaya uzun-uzadı baxdı. 

Sonra əlinin bir hərəkəti ilə qısa şalvarını aşağı saldı. 

-Bağışla, dostum! Daha dözə bilmirəm. Görünür, həyəcandandır.  

Parsons iri dalını paraşaya basdı. Uinston əlləri ilə üzünü qapadı.  

-Smit!-dərhal da teleekranəsəbi qışqırtı eşidildi. - Aıtmış-yetmiş doqquz, Smit U! Əlinizi 

sifətinizdən çəkin! Kamerada üzü qapamaq olmaz!” 

Uinston əllərini aşağı saldı. Parsons uzun müddət və səs-küylə özünü boşaltdı. Sonra məlum oldu 

ki, paraşanın qapağı yaxşı bağlanmır. Kameranı bürümüş dəhşətli iy bir neçə saat çəkilmədi.  

Parsonsu da apardılar. Kamerada bir ucdan yeni dustaqlar peyda olur və sirli şəkildə yoxa 

çıxırdılar. “101-ci otağa” çağrılan bir qadının bu sözləri eşidərkən necə büzüşüb yumağa 

döndüyü və rənginin ağappaq ağardığı Uinstonun diqqətindən yayınmadı. Vaxt isə keçirdi. Əgər 

onu kameraya səhər gətirmişdilərdə, indi axşam üstü olmalı idi. Əgər gündüz gətirmişdilərsə, 

onda gecə yarısıdır. Kamerada kişili-qadınlı altı dustaq qalmışdı. Heç kimdən səs-səmir çıxmırdı. 

Uinstonla üzbəüz uzun dişli və sanki çənəsi olmayan bir nəfər oturmuşdu. Sifəti eynən hansısa 

iri, amma ziyansız gəmiricini xatırladırdı. Ləkə basmış ətli ovurdları o qədər şişkin idi ki, istər-

istəməz adamın fikrindən ağzında nə isə yeməli bir şey gizlətdiyi fikri keçirdi. İşıqlı, qonur 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

240 


gözləri qorxa-qorxa bir sifətdən o birinə zillənirdi. Amma kiminsə baxışları ilə rastlaşanda tez 

gözlərini yayındırırdı.  

Qapı açıldı, kameraya yeni dustaq gətirdilər. Onu görəndə Uinstonun bədənindən soyuq gizilti 

keçdi. Yeni dustaq adi görünüşlü, ilk baxışdan o qədər də rəğbət doğurmayan adam idi. Tutulana 

qədər yəqin haradasa texnik, ya da mühəndis işləmişdi. Sifətindəki üzgünlüyə baxanda 

heyrətlənməmək olmurdu. Üzü qurumuş kəllə sümüyünü xatırladırdı. Arıqlıqdan ağzı ilə gözləri 

çox böyük görünürdü. Gözlərində kiməsə, yaxud nəyəsə öldürücü, qarşısıalınmaz nifrət həkk 

olunmuşdu.  

Təzə dustaq Uinstondan bir az aralıda skamyada oturdu. Uinston ona baxmırdı. Amma sadəcə 

kəllə sümüyündən ibarət üzgün sifət gözlərinin qarşıından heç cür çəkimir, əzab verirdi. İşin nə 

yerdə olduğunu qəflətən anladı. Bu adam acından ölürdü. Deyəsən eyni fikir kameradakıların 

hamısının ağlına eyni anda gəlmişdi. Skamya boyu yüngül hərəkət sezildi. Çənəsiz adam gözaltı 

sifəti kəllə sümüyünə bənzəyən adama baxır, sonra günahkarcasına gözlərini yayındırır, dönüb 

təkrar bir də baxırdı. Sanki bu sifət qarşısıalınmaz qüvvə ilə onu özünə çəkirdi. Çənəsiz adam 

yerində qurcalandı, nəhayət ayağa qalxdı, bütün kameradan keçib sifəti kəllə sümüyünə 

bənzəyən adama yaxınlaşdı. Kombinezonunun cibində xeyli qurdalanandan sonra bir dilim çirkli 

çörək çıxarıb utana-utana ona uzatdı.  

Teleekrandan dəhşətli, qulaqbatırıcı bağırtı eşidildi. Çənəsiz adam bir anda özünü arxaya atdı. 

Sidəti kəllə sümüyünə bənzəyən adam dərhal əllərini arxasında gizlətdi. Hərəkəti ilə təklif 

olunan çörəkdən imtina etdiyini teleekrana göstərmək istəyirdi.  

-Bamsted!-teleekran bağırırdı.-İyirmi yeddi-otuz bir, Bamsted D. Çörəyi yerə atın! 

Çənəsiz adam çörək dilimini döşəməyə tulladı. 

-Dayandığınız yerdə durun! Üzünüzü qapıya çevirin! Tərpənməyin! 

Çənəsiz adam əmrlərə tabe oldu. Şişkin yanaqlarının titrəməsini hec cür saxlaya bilmirdi. Qapı 

cingilti ilə açıldı. Gənc zabit içəri girib bir addım kənara çəkildi. Arxasında alçaq boylu, enli 

çiyinləri və qüvvətli qolları olan nəzarətçi dayanmışdı. Nəzarətçi məhbusun qarşısına keçdi, 

zabitin işarəsi ilə onun düz ağzının üstünə dəhşətli yumruq zərbəsi endirdi. Sanki bədəninin 

bütün ağırlığını bu zərbəyə qoymuşdu. Çənəsiz adamı elə bil top kimi havaya atdılar. Kamera 

boyu uçub paraşanın yanında döşəməyə sərildi. Bir müddət hərəkətsiz halda yıxıldığı yerdə 

uzanıb qaldı. Ağzından və burnunun dəliklərindən tünd qırmızı rəngli qatı qan axırdı. Deyəsən 

huşunu itirmişdi. Asta-asta hıçqırır, bəlkə də inildəyirdi. Nəhayət qarnı üstə çevrildi, çətinliklə də 

olsa, dizlərinin və əllərinin üstündə dikəldi. Ağzından hələ də selik və qan axırdı, iki yerə 

parçalanmış protezi düz qarşısına düşmüşdü.  

Məhbuslar hamısı əllərini dizlərinin üstünə qoyub səssis-səmirsiz oturmuşdular. Çənəsiz adam 

əvvəlki yerinə qayıtmışdı. Sifətinin bir tərəfi qap-qara qaralmışdı. Ağzı ortasında balaca qara 

dəlik görünən çəhrayı rəngli yöndəmsiz ət parçasına çevrilmişdi.  

Arabir sifərindən kombinezonunun yaxasına qan damlaları düşürdü. Baxışlarında bayaqkından 

da çox günahkarlıq oxunurdu. Qonur gözləri növbə ilə kameradakıların sifətində dolaşırdı. Sanki 

hamının gözü qarşısında alçaldıldığına görə adamların ona nə qədər nifrət bəslədiklərini 

aydınlaşdırmaq istəyirdi.  

Qapı açıldı. Zabit əlinin güclə sezilən hərəkəti ilə sifəti kəllə sümüyünə bənzəyən adamı göstərdi. 

-101-ci otağa!-dedi. 

Uinstonun yaxınlığında kimsə içini çəkib yerində qurdalanmağa başladı. Skelet-adam əlləri bir-

birinə sıxılmış halda dizi üstə döşəməyə çökdü.  




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə