Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə114/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   110   111   112   113   114   115   116   117   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

230 


xaincəsinə pozulmuş müqavilələr haqqında danışırdı. Bu səsə qulaq asarkən inanmamaq, ardınca 

isə qəzəbdən dəli olmamaq qeyri-mümkün idi. Hər neçə dəqiqədən bir meydanın müxtəlif 

səmtlərində kütlənin hiddəti özünün son həddinə çatırdı. Belə anlarda natiqin səsi eyni anda 

minlərlə insan boğazından çıxan və vəhşi heyvan nərəsini xatırladan qəzəbli bağırtılar içərisində 

eşidilməz olurdu. Ən tükürpədici çığırtılar məktəblilərin toplaşdıqları tərəfdən gəlirdi. Natiq 

iyirmi dəqiqəyə yaxın danışdı. Qəflətən Partiya işçilərindən biri tələsik addımlarla tribunaya 

yaxınlaşdı. Natiqin əlinə bükülü bir kağız dürtdü. Balacaboy kağızı açıb müqəddiməsiz-filansız 

oxumağa başladı. Onun səsində, davranışında, nitqinin məzmununda heç nə dəyişməmişdi. 

Sadəcə, adlar fərqli idi. Kütlənin arasından səssiz-səmirsiz bir razılıq dalğası keçdi. Okeaniya 

İstasiya ilə müharibə vəziyyətində imiş! Bir an sonra meydanda görünməmiş həyəcan yaşanırdı. 

Dörd bir tərəfə vurulmuş şüar və plakatların heç biri düz deyildi. Onların yarıdan çoxunda 

tamam yanlış şəkillər çəkilmişdi. Bu əsl təxribat idi. Qoldsteynin əlaltılarının işi idi. Plakatların 

divarlardan qoparıldığı, şüarların cırılıb ayaq altına töküldüyü həyəcanlı anlarda qarışıqlıq 

düşmüş, mitinqə ara verilmişdi. Sürətlə damlara dırmaşan, bacaların arasından asılmış 

transparantları qoparıb yerə tullayan Kəşfiyyatçılar dərnəyi üzvləri əsl cəsarət nümunəsi 

göstərirdilər. İki-üç dəqiqədən sonra hər şey sahmana düşmüşdü. Hələ də mikrofonun 

boğazından yapışan natiq isə, çiyinlərini qabağa verərək boş qalmış əli ilə havanı yumruqlayır, 

nəfəsini dərmədən ətrafa söz vulkanı püskürürdü. Bir neçə dəqiqədən sonra yeni ünvana nifrət 

yağdıran kütlənin intiqam bağırtıları meydanı titrədirdi. Nifrət davam edirdi, sadəcə, hədəf 

dəyişilmişdi.  

Meydanda cərəyan edən hadisələri yada salarkən Uinstonu ən çox heyrətləndirən natiqin 

cümlənin tən ortasında nəinki çıxışına ara vermədən, hətta sözlərin sırasını dəyişmədən böyük 

ustalıqla başqa mətləbə keçmək məharəti idi. Həmin anda özü tamam başqa məsələ ilə məşğul 

idi. Qarışıqlıq yarananda, camaat plakatları cırıb atmağa başlayanda heç sifətini görməyə macal 

tapmadığı bir nəfər yavaşca ciyinlərinə toxunub: “Bağışlayın, deyəsən portfelinizi yerə 

salmısınız”-demişdi. Uinston heç bir cavab vermədən fikri dağınıq halda portfeli almişdı. Yaxın 

günlərdə portfelindəkinə baxmaq imkanının olmayacağını yaxşı bilirdi. Mitinq sona çatanda saat 

iyirmi üç olsa da, baxmayaraq meydandan birbaşa Həqiqət Nazirliyinə qayıtmışdı. Digər 

əməkdaşlar da onun kimi iş yerinə dönmüşdülər. Teleekranın aramsız olaraq adamları işə 

qayıtmağa çağırmasına heç bir zərurət yox idi.  

Okeaniya İstasiya ilə müharibə edir. Okeaniya həmişə İstasiya ilə müharibə vəziyyətində 

olmuşdur. Son beş ildə meydana çıxan siyasi ədəbiyyatın böyük hissəsi artıq ələ gəlməyəcək 

dərəcədə köhnəlmişdir. Bütün növ məlumat və sənədlər, qəzetlər, kitablar, broşürlər, filmlər, 

disklər, fotoşəkillər ildırım sürəti ilə dəyişdirilməlidir. Hələlik rəsmi göstəriş olmasa da, 

Departament rəhbərlərinin bir həftə ərzində Avrasiya ilə müharibə, İstasiya ilə müttəfiqlik 

məsələsinin bütün izlərini həmişəlik yox etmək niyyətləri aydın görünürdü. İşin ucu-bucağı 

görünmürdü. Həm də həyata keçiriləcək proses heç vəhclə öz adı ilə adlandırıla bilməzdi. 

Sənədləşdirmə Departamentinin bütün əməkdaşları günün iyirmi dörd saatından on səkkiz saatını 

işdə keçirirdilər. Yalnız iki-üç, ən çoxu dörd saat dincəlmək olurdu. Zirzəmidən yataq dəstləri 

gətirib koridora düzmüşdülər. Təkərcikli arabalarda yeməkxanadan birbaşa kabinələrə buterbrod 

və “Qələbə” qəhvəsi daşıyırdılar. Uinston hər dəfə qısa müddətli istirahətə gedənə qədər masa 

üzərində heç bir sənədin qalmamsına çalışırdı. Lakin gözlərini güclə açıb bədənindəki ağrıları 

çətinliklə dəf edərək geri dönəndə boru şəkilli kağız qalaqlarının qar topası kimi masaya 

töküldüyünü, nitqyazarın üstünü örtdüyünü, hətta bir hissəsinin döşəməyə dağıldığını görürdü. 

Odur ki, təzədən işə başlamaq üçün ilk növbədə kağız qalaqlarını sahmana salmalı olurdu. Ən 

çətini görülən işin yaradıcı münasibət tələb etməsi idi. Bəzən sadəcə bir adın başqası ilə əvəz 

edilməsi bəs edirdi. Hadisələrlə bağlı iri həcmli məlumatlar isə, əksinə, böyük diqqət və yaradıcı 

fantaziya tələb edirdi. Müharibəni dünyanın bir hissəsindən başqa hissəsinə keçirmək üçün ən azı 

geniş, hərtərəfli coğrafi biliyə ehtiyac duyulurdu.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

231 


Fasiləsiz işin üçüncü günü gözlərində dözülməz ağrılar başlanmışdı. Hər beş dəqiqədən bir 

eynəyini çıxarıb silməli olurdu. Çəkdikləri zəhmət insanın gücü xaricində olan çətin fiziki işin 

görülməsinə bənzəyirdi: boyun qaçırmağa da haqqın var, amma hansısa dəli ehtiras səni daim 

irəli atılmağa səsləyir. Ara-sıra düşünməyə vaxt tapanda nitqyazara diqtə etdiyi hər sözün, 

kimyəvi karandaşla yazdığı hər kəlmənin ağ yalan olması Uinstonu həyəcanlandırmırdı. 

Departamentin bütün işçiləri kimi, o da daha çox saxtalaşdırmanın mümkün qədər təkmil şəkildə 

həyata keçirilməsi üzərində baş sındırırdı. Altıncı gün səhər saatlarında kağız axını yavaşıdı. 

Təxminən otuz dəqiqə ərzində masaya kağız borucuq düşmədi. Sonra yalnız bir sənəd gəldi. Ara 

yenə kəsildi. Eyni vaxtda hər yerdə işin sona çatmaqda olduğu hiss edilirdi. Departament 

gizlincə rahat nəfəs aldı. Haqqında heç vaxt, heç yerdə danışılmayacaq nəhəng iş başa 

çatdırılmışdı. İndi heç bir insan övladı yazılı sənədlər əsasında Okeaniyanın Avrasiya ilə 

müharibə apardığını sübuta etmək iqtidarında deyildi. Saat 12-də gözlənilmədən Nazirliyin bütün 

işçilərinə sabah səhərə qədər istirahət verildiyi bildirildi. Uinston içərisində kitab olan portfeli 

(işdə onu daim ayaqlarının arasında saxlayırdı, yatanda isə başının altına qoyurdu) götürüb evə 

yollandı. Üzünü qırxdı. Suyu isti adlandırmaq çətin olsa da, yorğunluqdan az qala hamam 

otağında yuxuya gedəcəkdi. 

Qulunclarını ləzzətlə şaqqıldadaraq mister Çarrinqtonun dükanının üstündəki otağa qalxdı. 

Yorğunluq hələ canından çıxmamışdı, amma yatmaq istəmirdi. Pəncərəni açdı, çirkli kerosinkanı 

yandırıb qəhvə dəmləmək üçün qazançadakı suyu odun üstünə qoydu. Bir azdan Culiya da 

gələcəkdi. İndi isə kitabı oxumaq lazım idi. Çirkdən qartmaq bağlamış kresloda oturub portfelin 

qıfılını açdı.  

Qalın kitabın əllə düzəldilmiş qara cildində heç bir sərlövhə yox idi. Sətirlər bəzi yerlərdə bir-

birinin üstünə çıxmışdı. Səhifələrin kənarları didilmişdi, amma asan açılırdı. Görünür, kitab çox 

əllərdən keçmişdi. Titul vərəqində yazılmışdı: 

EMMANUEL GOLDSTEYN  

OLİQARXİK KOLLEKTİVİZMİN  

NƏZƏRİYYƏSİ VƏ TƏCRÜBƏSİ 

Uinston oxumağa başladı. 

 

 

ÜÇÜNCÜ HİSSƏ 



I FƏSİL 

 

 



  

  

 



 

Uinston harada olduğunu bilmirdi. Yəqin Sevgi Nazirliyinə gətirmişdilər. Amma gümanını 

dəqiqləşdirməyə heç bir imkan yox idi. Hündür tavanlı, divarlarına ağ, parıltılı kaşı vurulmuş 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə