Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə112/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   108   109   110   111   112   113   114   115   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

226 


– Martin, yaxşısı budur, siz mətbəxə qayıdın, - dedi. - On beş dəqiqədən sonra teleekranı işə 

salacağam. Amma getməmişdən əvvəl yoldaşlara bir də diqqətlə baxın. Onlarla yenidən 

görüşəcəksiniz. Mənim isə, yəqin, belə imkanım olmayacaq.  

Balacaboy adam bayaq giriş qapısının qabağındakı kimi gözünü onların sifətinə zilləndi. 

Baxışlarında dostcasına münasibətə dəlalət edən heç bir işarə yox idi. Yəqin, zahiri görünüşlərini 

yadında saxlamağa çalışırdı. Qarşısındakı adamlara heç bir maraq göstərmədiyi, heç bir hiss 

duymadığı baxışlarından aydın sezilirdi. Bir ara Uinstona elə gəldi ki, hətta bu sintetik sifətin 

ifadəsinin dəyişilməsi qeyri-mümkündür. Martin heç bir söz demədən, hətta vidalaşmadan 

otaqdan çıxıb sakitcə qapını arxasınca bağladı. O`Brayen əlinin birini qara kombinezonunun 

cibinə qoymuşdu. O birində isə tüstülənən siqaretini tutaraq yenə ortalıqda var-gəl edirdi.  

– Siz zülmətdə vuruşacağınızın fərqindəsinizmi? - deyə yenidən söhbətə qayıtdı. -Həmişə zülmət 

və mübhəmlik içində qalacaqsınız. Hansı məqsədə xidmət etdiyini bilmədiyiniz əmrlər alacaq və 

heç bir müzakirə açmadan onlara tabe olacaqsınız. Yaxın günlərdə sizə bir kitab göndərəcəyəm. 

Həmin kitabdan yaşadığınız cəmiyyətin həqiqi mahiyyətini və onu dağıtmaq yollarının 

strategiyasını öyrənəcəksiniz. Kitabı oxuyub qurtarandan sonra Qardaşlığın tam hüquqlu üzvləri 

olacaqsınız. Lakin mübarizəmizin ümumi məqsədlərindən və konkret şəraitlə bağlı təcili 

tapşırıqlardan başqa sizin heç nədən xəbəriniz olmayacaq. Qardaşlıq təşkilatının mövcudluğu 

barəsində danışdım. Amma onun üzvlərinin yüz nəfər, yoxsa on milyon nəfər olduğunu deyə 

bilmərəm. Şəxsi əlaqələriniz nəticəsində özünüz də heç vaxt təşkilat üzvlərinin sayının on-on iki 

nəfərdən artıq olduğunu iddia edə bilməyəcəksiniz. Sizinlə üç, yaxud dörd nəfər əlaqə 

saxlayacaq. Adamlar mütəmadi şəkildə yoxa cıxdıqlarından tərkib daim dəyişəcək. İlk dəfə 

mənim vasitəmlə təşkilata qoşulduğunuzdan, bu əlaqə həmişə qorunub saxlanacaq. Aldığınız 

bütün əmrlər məndən gələcək. Şəxsən əlaqə saxlamaq zərurəti yaransa, bunu Martin vasitəsi ilə 

edəcəyik. Nəhayət, günlərin birində ələ keçsəniz, hər şeyi boynunuza alacaqsınız. İkinci yol 

yoxdur. Lakin öz işlərinizdən başqa etiraf etməyə ayrı günahınız olmayacaq. Yalnız bir ovuc 

əhəmiyyətsiz adamı ələ verə bilərsiniz. Çox güman, heç məni də sata bilməyəcəksiniz. Çünki 

həmin vaxta qədər ya ölmüş olacağam, ya da zahiri görkəmimi dəyişib tamamilə başqa adama 

çevriləcəyəm.  

O`Brayen hələ də yumşaq xalçanın üstündə var-gəl edirdi. Bədəncə cantaraq olsa da, 

hərəkətlərindən yumşaqlıq və zəriflik sezilirdi. Bunu hətta əlini cibinə qoymağından, yaxud 

siqareti tutmağından da görmək olurdu. O`Brayen fiziki gücdən daha çox insana inam aşılaması 

və hər şeyə sirayət edən ironik ağlı ilə diqqəti çəkirdi. Özünü nə qədər ciddi aparsa da, təbiətində 

fanatiklərə xas məhdudluqdan heç bir əsər-əlamət olmadığı aydın görünürdü. Qətl, intihar, 

zöhrəvi xəstəliklər, amputasiya, sifətin dəyişdirilməsi haqqında danışanda səsində yüngül istehza 

notları sezilirdi. Təkcə sözlərlə deyil, səsinin tonu ilə də “Bu qaçılmazdır”, - deyirdi. “- Biz 

gözümüzü qırpmadan zəruri addımlar atacağıq. Həyat yenidən insanların yaşaması üçün yararlı 

vəziyyətə düşəndən sonra isə belə işlərlə məşğul olmayacağıq”. O`Brayenə münasibətdə Uinston 

heyranlıq, hətta sitayiş həddinə çatdığını hiss edirdi. Bir anlığa Qoldsteynin dumanlı siması da 

yaddaşından silinmişdi. O`Brayenin qüdrətli çiyinlərinə, kobud cizgili, nahamvar, lakin həm də 

ziyalılıq yağan sifətinə baxanda belə adamın nə vaxtsa məğlub ediləcəyinə inanmaq olmurdu. 

Onun üstünü açmayacağı fitnə, öncədən sezməyəcəyi təhlükə ola bilməzdi. Hətta Culiyanın da 

təsirləndiyi aşkar görünürdü. Qız siqaretinin sönməsinə fikir verməyib qulaq kəsilmişdi. 

O`Brayen davam edirdi: 

– Qardaşlıq haqqında yayılan şayiələri siz də eşitmisiniz. Şübhəsiz, bu təşkilatla bağlı öz 

təsəvvürlərinizi formalaşdırmısınız. Yəqin xəyalınızda geniş gizli şəbəkə, zirzəmilərdə keçirilən 

məxfi görüşlər, divarlara yazılan vida sözləri, bir-birlərini əllərinin xüsusi hərəkəti, yaxud parol 

vasitəsi ilə tanıyan insanlar canlanıb. Belə şeylər yoxdur. Qardaşlıq üzvlərinin bir-birlərini 

tanıması mümkün deyil. Heç bir təşkilat üzvünün, üç-dörd nəfər istisna olunmaqla, başqalarının 

mövcudluğundan xəbər tutması mümkün deyil. Əgər Qoldsteyn özü Fikir Polisinin əlinə 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

227 


keçsəydi, Qardaşlıq üzvlərinin siyahısını, yaxud həmin siyahının izinə düşmək üçün tələb olunan 

məlumatı verə bilməzdi. Belə siyahı, ümumiyyətlə, yoxdur. Qardaşlığı məhv etmək imkan 

xaricindədir, çünki o, ənənəvi mənada başa düşülən təşkilat kimi formalaşmamışdır. Onu 

birləşdirən yeganə təməl ideyadır. İdeya isə məhvedilməzdir. Siz də ideyadan başqa heç nəyə 

arxalana bilməzsiniz. Heç vaxt yoldaşlarınız olmayacaq. Kimsə sizə ürək-dirək verməyəcək. Ələ 

keçsəniz, heç kəs sizə kömək etməyəcək. Biz üzvlərimizə heç vaxt yardım göstərmirik. Kiminsə 

danışmamasına zərurət yarananda görə biləcəyimiz ən böyük iş kameraya gizli yolla ülgüc 

keçirməkdir. Siz nəticəsiz və ümidsiz həyatla yaşamağa öyrəşməlisiniz. Bacardığınız qədər 

işləyəcəksiniz, həbs olunacaqsınız, günahlarınızı boynunuza alacaqsınız və sonda öləcəksiniz. 

Həyatda görəcəyiniz yeganə nəticələr bunlar olacaq. Yaşadığımız dövrdə hər hansı mühüm 

dəyişikliyin baş verməsi ehtimalı sıfıra bərabərdir. Bu gün biz - meyidik. Gerçək həyatımız 

gələcəkdədir. O həyata bir ovuc məzar torpağı, bir yığın sümük kimi daxil olacağıq. Uğrunda 

çarpışdığımız gələcəyin nə zaman gələcəyini heç kəs bilmir. Bu, min il sonra da ola bilər. İndi nə 

isə etmək istisna olunur. Biz sağlam ağlın hüdudlarını addım-addım genişləndirməliyik. Toplu 

halda fəaliyyət göstərə bilmərik. Yalnız biliklərimizi gizli yolla fərddən fərdə, nəsildən nəsilə 

ötürməyə gücümüz çatır. Fikir Polisinin gözü qarşısında başqa iş görmək mümkün deyil.  

O susdu, bayaqdan bəri üçüncü dəfə qol saatına baxdı.  

– Yoldaş, artıq sizin getmək vaxtınızdır, - deyə üzünü Culiyaya çevirdi.- Yox, bir dəqiqə 

dayanın. Hələ qrafindəki şərabın yarısı qalıb. 

Qədəhləri doldurdu, özününkünü yuxarı qaldırdı.  

– Yaxşı, indi hansı sağlığa içirik? - deyə bayaqkı yüngül kinayə tonu ilə soruşdu. - Fikir Polisinin 

məğlubiyyətinin şərəfinə? Böyük Qardaşın ölümünün şərəfinə? Bəşəriyyətin şərəfinə? Gələcəyin 

şərəfinə? 

– Keçmişin şərəfinə!-Uinston dilləndi. 

– Keçmiş daha mühümdür, - deyə O`Brayen onun sözlərini təsdiq etdi.  

Qədəhləri sona qədər içdilər. Bir dəqiqə sonra Culiya ayağa qalxdı. O`Brayen kabinetin yuxarı 

başındakı kiçik qutudan götürdüyü yastı, ağ həbi qıza uzatdı, dilinin altına qoymasını tapşırdı.  

– Bu çox vacibdir, - dedi. - Gərək sizdən şərab iyi gəlməsin. Lift xidmətçiləri hər şeyə fikir 

verirlər.  

Qapı Culiyanın arxasınca örtülən kimi elə bil onun mövcudluğunu tamam unutdu. Otaqda bir-iki 

dəfə var-gəl edib dayandı.  

– İndi bəzi təfərrüatları dəqiqləşdirməliyik, – dedi. - Belə başa düşdüm ki, sizin sığınacağa 

bənzər bir yeriniz var.  

Uinston mister Çarrinqtonun dükanının üstündəki otaq haqqında məlumat verdi.  

– İlk vaxtlar işə yaraya bilər. Sonra başqa yer taparıq. Gizli görüş yerlərini tez-tez dəyişdirmək 

lazımdır. Kitabın (Uinston hətta O`Brayenin də bu sözü xüsusi vurğu ilə tələffüz etdiyinə diqqət 

yetirdi) surətini sizə mümkün qədər tez çatdırmağa çalışacağam. – Aydındır ki, söhbətin 

Qoldsteynin kitabından getdiyini başa düşürsünüz. Bir neçə gündən tez əlimdə sərbəst nüsxə 

olmayacaq. Yəqin mövcud nüsxələrin sayının çox məhdud olduğunun fərqindəsiniz. Biz kitabı 

nə qədər sürətlə çap edib yayırıqsa, Fikir Polisi də eyni sürətlə aşkara çıxarıb məhv eləyir. Amma 

bununla heç nəyə nail ola bilməyəcəklər. Kitabı yox etmək mümkün deyil. Hətta sonuncu nüsxə 

ələ keçirilib yandırılsa da, biz yaddaşımıza əsaslanıb onu sözbəsöz bərpa edəcəyik. Deyin görüm, 

işə gedəndə özünüzlə portfel götürürsünüz? 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə