Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə110/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   106   107   108   109   110   111   112   113   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

222 


VIII fəsil 

Uinstonla Culiya istədiklərinə nail oldular. Nəhayət ki, nail oldular! 

Uzunsov, zəif işıqlandırılmış otaqda dayanmışdılar. Teleekranın səsi güclə eşidiləcək qədər 

alınmışdı. Tünd-mavi rəngli xalçanın yumşaqlığı adamda məxmər üstündə gəzməyin təəssüratını 

yaradırdı. Otağın uzaq küncündəki yaşıl abajurlu lampanın işıqlandırdığı geniş masanın 

arxasında O`Brayen oturmuşdu. Hər iki tərəfində sənədlər qalaqlanmışdı. Başı işə həddindən 

artıq qarışdığından, hətta xidmətçi Uinstonla Culiyanı göstərəndə də çevrilib onlara tərəf 

baxmadı. 

Uinstonun ürəyi elə şiddətlə döyünürdü ki, ağzını açıb nə isə bir söz deyə bilməyəcəyindən 

qorxurdu. Onlar bu işi bacardılar. Nəhayət, uzun müddətdən bəri üzərində fikirləşdiyi plan 

həyata keçdi. Əlbəttə, bura gəlməklə yelbeyinlik etmişdi. Culiyanı özü ilə gətirməsinin isə 

ağılsızlıqdan başqa adı yoxdu. Doğrudur, ayrı-ayrı yollarla gəlmiş, yalnız O`Brayen yaşayan 

binanın qapısı önündə görüşmüşdülər. Yol boyu hər an təhlükə ilə üzləşəcəklərini 

düşündüklərindən, əsəbləri yay kimi tarıma çəkilmişdi. Kənar şəxsin Daxili Partiya üzvünün 

mənzilinə dəvət olunması çox nadir hallarda baş verən hadisə idi. Mənzilin içi nədir, hətta 

yerləşdiyi məhəllədə görünmək də ciddi risklərlə bağlıydı. Tərtəmiz, işıqlı bloklar, hər tərəfdə 

gözə çarpan zənginlik və cah-cəlal, ləziz yeməklərin, ətirli tütünün burunlarının öyrəşmədiyi xoş 

qoxusu, səs salmadan sürətlə enib-qalxan liftlər, o yan-bu yana şütüyən ağ fraklı xidmətçilər - 

gördüklərinin hamısı insana qorxu təlqin edirdi. Bura gəlmək üçün əlində əsas olsa da, Uinston 

hər addımbaşı haradansa qara uniformalı təhlükəsizlik xidməti əməkdaşının çıxacağını, ondan 

sənəd tələb edəcəyini, sonra isə dərhal binanın həndəvərindən uzaqlaşdıracağını gözləyirdi. 

Amma O`Brayenin xidmətçisi heç bir söz demədən ikisini də içəri buraxdı. O, balaca boylu, tünd 

qara saçlı adam idi. Digər xidmətçilər kimi ağ frak geymişdi. Dördkünc çənəsi, ifadəsiz üzü çinli 

olduğunu düşünməyə əsas verirdi. Xidmətçinin ardınca getdikləri dəhlizə xovlu xalaçalar 

salınmışdı, divarlara qəhvə rəngində kağız çəkilmiş, tavan ağappaq panellərdən yığılmışdı. 

Binanın vestibülü kimi içərisi də adama qorxu təlqin edirdi. Uinston nə zamansa divarları insan 

bədənlərinin sürtünməsindən çirklənməmiş dəhliz gördüyünü yadına sala bilmirdi. 

O`Brayen barmaqlarının arasında kağız tutmuşdu. Onu necə diqqətlə gözdən keçirdiyi aydın 

sezilirdi. Ətli sifəti yana tərəf çevrilmişdi. Bəlkə də iyirmi saniyə beləcə qımıldanmadan oturdu. 

Sonra nitqyazarı özünə tərəf çəkib, Nazirlikdə istifadə olunan hibrid Yenidildə hirsli səslə 

tapşırıqlar verməyə başladı.  

– Birinci abzas vergül beşinci vergül, yeddinci tamamilə bəyənilsin nöqtə altıncı abzas üzrə 

təklif ikiqat müsbət fikri cinayətlərin hüdudlarını aşan əbləhlikdir nöqtə maşınqayırma üzrə 

planın yerinə yetirilməsi ilə əlaqədar ikiqat müsbət konstruktiv fəaliyyət davam etdirilsin nöqtə 

qeydin sonu. 

Tələsmədən kreslosundan qalxdı, xalçanın üstü ilə səssiz addımlarla onlara yaxınlaşdı. Elə bil 

Yenidil sözləri ilə birlikdə rəsmiyyətinin çoxunu da oturduğu masanın arxasında qoyub gəlmişdi. 

Lakin adi vaxtlarda olduğundan daha qaşqabaqlı görünürdü. Bəlkə işini yarımçıq buraxmalı 

olduğuna görə əsəbiləşmişdi. Uinstonu bürümüş qorxuya qəflətən özünü itirmək hissi də qarışdı. 

Bura gəlməklə axmaq səhvə yol verdiyinə şübhə ola bilməzdi. Hansı əsasla O`Brayenin gizli 

siyasi fəaliyyətlə məşğul olması fikrinə düşmüşdü? Yalnız gözlərin ani parıltısına, hər cür izah 

oluna bilən ikibaşlı sözə aldanıb gəlmişdi. Qalan nə varsa hamısı xəyallarında yaşatdığı gizli 

arzulardan başqa bir şey deyildi. Yalnız lüğəti götürməyə gəldiyini deməklə də canını qurtara 

bilməzdi. Onda Culiyanı iştirakını necə izah edəcəkdi? 

Teleekranın yanından keçəndə O`Brayen birdən nəyi isə xatırlayıb ayaq saxladı. Arxaya çevrildi, 

divardakı düyməni basdı. Çaqqıltı eşidildi. Telekranın səsi kəsildi.  




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

223 


Culiya heyrətdən içini çəkdi. Uinston da qorxudan başını itirsə də, özünü saxlaya bilməyib 

soruşdu: 

– Məgər siz onu söndürə bilərsiniz? 

– Bəli, - O`Brayen cavab verdi. - Söndürə bilərəm. Bizə belə ixtiyar verilib. 

O`Brayen düz qarşılarında dayanmışdı. İri gövdəsi ilə onlardan bir baş hündür idi. Sifətindəki 

ifadəni anlamaq mümkün deyildi. Bir qədər sərt görkəmlə dayanıb Uinstonun danışmağını 

gözləyirdi. Amma Uinston nə deyə bilərdi? Daim işi başından aşan O`Brayenin boş yerə vaxt 

itirdiyinə görə əsəbiləşdiyi açıq-aşkar hiss olunurdu. Sükutu pozan yox idi. Teleekran 

söndürüləndən sonra otağa vahiməli sakitlik çökmüşdü. Saniyələr ağır-ağır keçib gedirdi. 

Uinstona nə qədər çətin olsa da, gözlərini O`Brayenin sifətindən çəkmirdi. Qəfildən ev sahibinin 

sərt siması dəyişdi, üzündə təbəssümə bənzər ifadə göründü. Əlinin adətkərdə hərəkəti ilə 

gözlüyünü burnunun üstündə rahatladı.  

– Mən danışım, yoxsa siz başlayacaqsınız? - deyə soruşdu.  

– Mən bir neçə söz demək istəyirəm. - Uinston tələsik dilləndi. Başı ilə teleekranı göstərdi: - O, 

doğrudan söndürülüb? 

– Hər şey söndürülüb. Biz burada təkik. 

– Bura ona görə gəlmişik ki... 

Uinston sözlərinə ara verdi. Gətirmək istədiyi dəlillərin əbəs olduğunun fərqinə vardı. Əslində, 

O`Brayendən nə kömək gözlədiyini özü də bilmirdi. Bura nə üçün gəldiyini izah eləmək də asan 

deyildi. Amma geri çəkilmək olmazdı. Sözlərinin qeyri-inandırıcı və iddialı səsləndiyini başa 

düşsə də, davam etdi: 

– Bizə elə gəlir ki, gizli fəaliyyət mövcuddur. Hansısa gizli təşkilat Partiya əleyhinə işləyir. Sizin 

də bu məsələlərlə bağlılığınız var. Təşkilata üzv yazılmaq, onun işində iştirak etmək istəyirik. 

Biz Partiyaya düşmənik. İngsos prinsiplərinə inamımızı itirmişik. Üstəlik, fikir cinayətkarlayırıq. 

Nəhayət, əxlaqsız həyat tərzi keçiririk. Bütün bunları ona görə açıq deyirəm ki, həyatımızı 

tamamilə sizin mərhəmətinizə təslim etdiyimizə inanasınız. Özümüzə qarşı başqa ittihamlar irəli 

sürmək lazımdırsa, onları da deyin. 

Uinston susdu, çevrilib çiyni üzərindən arxaya baxdı. Deyəsən, qapının açılmasından 

şübhələnmişdi. Zənnində yanılmamışdı. Həqiqətən də balacaboy, qarasaç xidmətçi iznsiz içəri 

girmişdi. Uinston onun sinidə qrafin və qədəh gətirdiyini gördü. 

– Martin öz adamımızdır, - deyə O`Brayen həvəssiz izahat verdi.-Martin, içkiləri yaxına gətirin. 

Dəyirmi masanın üstünə qoyun. Hamıya stul çatır? Elə isə gəlin oturub rahat söhbət edək. 

Martin, özünüzə də stul gətirin. İşdən söhbət gedir. On dəqiqəliyə xidmətçi olduğunuzu unudun. 

Balacaboy adam tərəddüdsüz əyləşdi. Lakin bunu məhz sahibinin verdiyi imtiyazdan qürur 

duyan bir xidmətçi ədası ilə etdi. Uinston gözünün ucu ilə ona baxırdı. Bütün həyatı boyu rola 

girdiyinə şübhə ola bilməzdi. Hətta indi də sifətindəki maskanı bir anlığa çıxarıb atmaqdan 

ehtiyat edirdi. O`Brayen özü qrafinin boğazından yapışıb qədəhlərə tünd-qırmızı rəngli maye 

süzdü. Uinston lap çoxdan divarda, ya da hasarda gördüyü reklamı dumanlı şəkildə xatırladı. 

Elektrik naqillərindən düzəldilmiş böyük şüşə aramsız qalxıb-enir, qədəhlərə içki süzülməsi 

effektini yaradırdı. Yuxarıdan baxanda qarşılarındakı maye qara rəngə çalırdı. Qrafinin 

içərisində isə yaqut kimi yanırdı. Dadı meyxoş idi. Culiyanın qədəhini qaldırıb maraqla 

qoxulaması Uinstonun diqqətindən yayınmadı. 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə