Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə111/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   107   108   109   110   111   112   113   114   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

224 


– Bu şərabdır, - deyə O`Brayen sifətindən çəkilməyən xəfif təbəssümlə izahat verdi. - Yəqin 

kitablarda oxumusunuz. Qorxuram, Kənar Partiya üzvlərinin çox az hissəsinin şərabdan xəbəri 

olsun. 

Üzü yenidən təntənəli ifadə aldı. Qədəhini yuxarı qaldırıb dilləndi:  



– Düşünürəm ki, bu qədəhləri yalnız bir şəxsin şərəfinə içə bilərik. Rəhbərimizin - Emmanuel 

Qoldsteynin şərəfinə! 

Uinston qədəhini tələsmədən əlinə götürdü. Şərab haqqında çox oxumuş, dadına baxmağı çox 

arzulamışdı. Şüşə press-papye, yaxud mister Çarrinqtonun yarıunudulmuş şeirləri kimi şərab da 

onun nəzərində məhv olmuş romantik keçmişin (Uinston gizli düşüncələrində bu dövrü “qədim 

zamanlar” adlandırmağı daha üstün tuturdu) nişanəsi idi. Nədənsə, həmişə şərabın qarağat şirəsi 

kimi şirin olduğunu, içən kimi adamın başına vurduğunu düşünmüşdü. Lakin aldığı ilk qurtum 

təsəvvürlərinin yanlış olduğunu üzə çıxardı. İllər boyu cin içməyə alışdığından şərabın tamını 

başa düşməsi çətin idi. Boş qədəhi masanın üstünə qoydu.  

– Həqiqətən də Qoldsteyn mövcuddur? - deyə soruşdu. 

– Bəli. Belə şəxs var və yaşayır. Harada yaşadığını bilmirəm.  

– Bəs gizli fəaliyyət, təşkilat? Onlar da həqiqətən mövcuddur? Yoxsa Fikir Polisinin 

uydurmalarıdır? 

-Uydurma deyil. Təşkilatımız Qardaşlıq adlanır. Qardaşlıqla bağlı onun mövcudluğundan və 

özünüzün ora üzv olmağınızdan başqa heç nə öyrənə bilməyəcəksiniz. Bu məsələyə sonra 

qayıdacağm. - O qol saatına baxdı. - Hətta Daxili Partiya üzvlərinin də teleekranı yarım saatdan 

artıq söndürmələri ağılsız hərəkət sayılır. Siz gərək birlikdə gəlməyəydiniz. Amma buradan 

mütləq ayrı-ayrılıqda çıxmalısınız. - Yoldaş, - o başı ilə Culiyaya işarə etdi, - siz birinci 

getməlisiniz. Hələ iyirmi dəqiqə vaxtımız var. Yəqin əvvəlcə sizə bəzi suallar verməli olduğumu 

başa düşürsünüz. Ümumi şəkildə soruşsam, özünüzü hansı işlərə hazır sayırsınız?  

– Gücümüz çatan hər işə! - deyə Uinston dərhal cavab verdi. 

O`Brayen kreslosunu bir qədər yana çevirib Uinstonla üzbəüz oturdu. Onun həm də Culiyanın 

adından danışdığını güman etdiyindən qızı, demək olar ki, görməməzliyə vurmuşdu. Bir anlığa 

göz qapaqlarını bərk-bərk sıxdı. Suallarını asta və ifadəsiz səslə verirdi. Sanki soruşulanlar 

hamısı onun nəzərində ənənəvi ritual, cavabların çoxunu əvvəlcədən bildiyi imtahan idi.  

– Həyatınızı qurban verməyə hazırsınızmı? 

– Bəli. 

– Adam öldürməyə hazırsınızmı? 

– Bəli. 

– Yüzlərlə günahsız insanın həyatı bahasına başa gələn təxribatlar törətməyə hazırsınızmı? 

– Bəli. 

– Vətəni satmağa, xarici qüvvələrə xidmət etməyə hazırsınızmı? 

– Bəli. 

– Yalan deməyə, saxtakarlıq etməyə, böhtan atmağa, uşaqların beynini zəhərləməyə, narkotik 

vasitələrlər yaymağa, fahişəliyə təşviq etməyə, zöhrəvi xəstəliklərlə yoluxdurmağa - bir sözlə, 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

225 


Partiyanın qüdrətini sarsıtmağa, əhalinin əxlaq və mənəviyyatını pozmağa xidmət edən bütün bu 

işləri görməyə hazırsınızmı? 

– Bəli. 

– Məsələn, məqsədimizin həyata keçməsi naminə körpə uşağın üzünə sulfat turşusu atmaq tələb 

olunarsa, buna hazırsınızmı? 

– Bəli.  

– Görkəminizin tam dəyişdirilməsinə, həyatınızın qalan hissəsini xörəkpaylayan, yaxud liman 

fəhləsi kimi işləməyə hazırsınızmı? 

– Bəli. 

– Bizim göstərişimiz olarsa, intihar etməyə hazırsınızmı? 

– Bəli. 

– Bu sualı ikinizə də verirəm: bir-birinizdən ayrılmağa, bir də heç zaman görüşməməyə 

hazırsınızmı? 

– Yox! - deyə ilk olaraq Culiya dilləndi. 

Uinstona elə gəldi ki, cavab verənə qədər xeyli vaxt keçdi. Hətta bir anlığa sanki nitq 

qabiliyyətini də itirmişdi. Dili heç bir səs çıxarmadan ağzında hərlənirdi. Əvvəlcə bir, sonra 

başqa sözün ilk hecasını dilinin ucundan geri qaytarmalı olurdu. Cavab verənə qədər nə 

deyəcəyini özü də bilmirdi.  

– Yox! - deyə nəhayət, özünü toplayıb dilləndi. 

– Yaxşı oldu ki, bunu dediniz. Bizim hər şeyi bilməyimiz vacibdir.  

O`Brayen üzünü Culiyaya çevirdi. Əvvəlkinə nisbətən daha isti bir tərzdə sözlərinə davam etdi. 

– Siz başa düşürsünüz ki, o, hətta sağ qalacağı təqdirdə də tamamilə başqa adama çevrilə bilər? 

Biz ona tamam yeni görünüş vermək məcburiyyəti ilə üzləşə bilərik. Üzünü, hərəkətlərini, 

əllərinin formasını, saçının rəngini dəyişə bilərik. Hətta səsinin də tamam fərqli olması istisna 

deyil. Siz özünüz də belə dəyişikliyə məruz qala bilərsiniz. İndi bizim cərrahlar insanı tanınmaz 

dərəcədə dəyişdirməyi bacarırlar. Bəzən, buna zərurət yaranır. Bəzən, biz hətta aşağı, yaxud 

yuxarı ətrafları amputasiya etməli oluruq. 

Uinston Martinin monqoloid sifətinə altdan-altdan bir də baxmaqdan özünü saxlaya bilmədi. Heç 

bir yerdə çapıq izi gözünə dəymədi. Culiyanın rəngi bərk ağardığından üzündəki çillər daha 

aydın nəzərə çarpırdı. Amma yenə də O`Brayenə çəkinmədən baxırdı. Qız təsdiqedici ahənglə 

astadan mızıldandı.  

– Yaxşı. Bu barədə artıq danışdıq,-dedi. 

Masanın üstündə gümüş siqaret qutusu vardı. O`Brayen fikri dağınıq halda bir siqaret götürüb 

qutunu onlara tərəf itələdi. Sonra ayağa qalxıb otaqda var-gəl etməyə başladı. Deyəsən, 

gəzişəndə fikirlərini daha yaxşı cəmləyə bilirdi. Siqaretə söz ola bilməzdi. Tütün indiyə qədər 

görmədikləri ipək kimi yumşaq cığaraya bərk və sıx bükülmüşdü. O`Brayen yenidən saatına 

baxdı. 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə