Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə108/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   104   105   106   107   108   109   110   111   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

218 


Yalanın məhz özünün də iştirakı ilə həqiqətə çevrilməsi fikri onda yerin ayaqları altından 

qaçması təəssüratını yaratmırdı. Uinston bir vaxtlar əlində tutduğu sarsıdıcı maddi dəlil- köhnə 

qəzet parçası, eləcə də Con, Aronson və Rezerford barəsində danışmağa başladı. Amma bu dəfə 

də Culiyanı qətiyyən təəccübləndirə bilmədi. Qız əvvəlcə heç məsələnin mahiyyətini də başa 

düşmədi.  

– Onlar dostların idi? - deyə soruşdu.  

– Yox, bu adamlarla ümumiyyətlə heç bir tanışlığım olmayıb. Hər üçü Daxili Partiyanın üzvləri 

idi. Yaşca məndən çox böyükdülər. Köhnə dövrün, İnqilabdan əvvəlki vaxtların adamları idilər. 

Yalnız şəkillərini görmüşdüm. 

– Bəs onda niyə həyəcanlanırsan? Onsuz da adamları həmişə öldürürlər, elə deyil? 

Uinston izah etməyə çalışdı. 

– Bu müstəsna hal idi. İş kiminsə öldürülməsində deyil. Məsələn, dünənki gün də daxil olmaqla, 

keçmişin mahiyyət etibarilə ləğv edildiyindən xəbərin var? Keçmiş yalnız yalanın öz hökmü 

altına ala bilmədiyi tək-tük əşyalarda qorunub saxlanıb. Bir nümunəsi gözümüzün qabağındakı 

bu şüşə oyuncaqdır. İnqilab və İnqilabdan əvvəlki dövr haqqında, demək olar ki, heç nə bilmirik. 

Bütün sənədlər ya məhv edilib, ya da saxtalaşdırılıb. Bütün kitablar yenidən yazılıb, şəkillər 

yenidən çəkilib, hər bir heykələ, küçəyə, abidəyə yeni ad verilib, bütün tarixlər dəyişdirilib. Və 

bu proses dəqiqəbədəqiqə, günbəgün davam edir. Tarixin hərəkəti dayandırılıb. Partiyanın haqlı 

sayıldığı bitib-tükənmək bilməyən bu gündən başqa heç bir zaman məfhumu mövcud deyil. 

Əlbəttə, keçmişin saxtalaşdırıldığını bilirəm. Amma bu saxtalaşdırmanı hətta özüm etdiyim 

hallarda da, həqiqəti sübuta yetirməyim mümkün olmayacaq. İş görülüb qurtarandan sonra dəlil-

sübutlar da yoxa çıxır. Yeganə şahid beynim, yaddaşımdır. Lakin başqa birisinin də mənim 

xatirələrimi paylaşacağını əminliklə deyə bilmərəm. Həyatım boyu yalnız bir dəfə əlimə 

saxtalaşdırma hadisəsindən sonra, illər sonra meydana çıxan yazılı sənəd, dəlil-sübut düşmüşdü.  

– Yaxşı, bunun nə xeyri olacaqdı ki? 

– Heç bir xeyri yox idi. Çünki bir neçə dəqiqə sonra o sənədi məhv etdim. Amma indi əlimə eyni 

fürsət düşsəydi, yəqin saxlayardım.  

– Mən isə saxlamazdım! - Culiya dedi. - Risk eləməyə həmişə hazıram. Amma yalnız çox 

mühüm bir şey üçün riskə getməyə dəyər. Daha köhnə qəzet parçasından ötrü yox. Lap deyək ki, 

o qəzet parçasını saxladın. Sonra nə edəcəkdin? 

– Yəqin ki, heç nə! Lakin sübut idi. Əgər adamlara göstərməyə cəsarətim çatsaydı, onlarda şübhə 

oyada bilərdim. Bizim dövrümüzdə nəyinsə dəyişəcəyini düşünmürəm. Müxtəlif yerlərdə 

müqavimət nöqtələrinin yaranmasını, eyni fikri paylaşan adamların kiçik dəstələr halında 

birləşməsini, onların tədricən böyüməsini, hətta özlərindən sonra bəzi sənədlər qoyub getməsini, 

nəhayət, gələcək nəsillərin bu sənədlər əsasında yarımçıq mübarizəni davam etdirməsini isə 

təsəvvürə gətirmək mümkündür. 

– Əzizim, məni gələcək nəsillər maraqlandırmır. Məni maraqlandıran özümüzük. 

– Sən yalnız qurşaqdan aşağı üsyançısan, – deyə Uinston mübahisəyə son verdi.  

Hazırcavab zarafat Culiyanın çox xoşuna gəldi. Qollarını məhəbbətlə Uinstonun boynuna doladı. 

Partiya ehkamlarının mürəkkəb labirintləri Culiyanı qətiyyən maraqlandırmırdı. Uinston ingsos, 

ikifikirlilik, keçmişin dəyişkənliyi, obyektiv gerçəkliyin inkarı haqqında danışanda, həm də bu 

zaman Yenidil sözləri işlədəndə qız darıxmağa başlayır, qaş-qabağını tökür, belə şeylərlə heç 

vaxt maraqlanmadığını deyirdi. Aydın məsələdir ki, hamısı cəfəngiyyatdır. Elə isə niyə belə boş 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

219 


şeylərin üstündə baş sındırmalıdır? Harada “Ura!” qışqırmaq, harada fitə basmaq lazım olduğunu 

yaxşı bilir. Yaşamaq üçün bu yetərlidir. Uinston mübahisəni davam etdirmək istəyəndə Culiya 

sadəcə başını atıb yatırdı. Culiya təbiəti etibarı ilə istənilən vaxtda, istənilən vəziyyətdə yatmağı 

bacaran adamlardan idi. Onunla söhbət edəndə Uinston Partiyanın mövqeyi ilə bağlı az-çox 

biliyə yiyələnmədən özünü Partiya təəssübkeşi kimi qələmə verməyin necə əlverişli və asan 

olduğunun fərqinə varırdı. Partiya dünyagörüşü onun nəzəri müddəalarını anlamağa həvəsi, 

yaxud qabiliyyəti çatmayan adamlar arasında daha uğurla yayılırdı. Onlar gerçəkliyin ən kobud 

təhrifləri ilə sözsüz razılaşırdılar. Susmaqlarının müqabilində ödədikləri bədəlin nə qədər 

dəhşətli olduğunun fərqinə varmırdılar. Nələr baş verdiyini bilmək üçün hadisələrin mahiyyətinə 

maraq göstərmirdilər. Anlamamaq xoşbəxtliyi onları dəli olmaqdan xilas edirdi. Onlar ağına-

bozuna baxmadan hər şeyi həzm edir, udduqlarından isə bir ziyan görmürdülər. Buğda dənəsi 

həzm olunmadan quşun pətənəyindən çıxdığı kimi, udduqları da özündən sonra bu insanların 

yaddaşlarında heç bir çöküntü qoymadan unudulurdu.  

 

 



VI fəsil 

Nəhayət, gözlədiyi gün gəlib çatdı! Uzun müddət intizarında olduğu müjdəni aldı. Uinstona elə 

gəlirdi ki, bütün həyatı boyu bu hadisənin baş verməsini gözləmişdi.  

Nazirliyin uzun koridoru ilə gedirdi. Culiyanın kağız parçasını ovcuna basdığı yerə yaxınlaşanda 

arxasınca özündən daha canlı-cəsədli bir adamın addımladığını hiss etdi. Naməlum şəxs söhbətə 

başlamaq işarəsi verirmiş kimi astadan öskürdü. Uinston dayanıb geri çevrildi. Qarşısındakı 

O`Brayen idi. 

Nəhayət, üz-üzə gəldilər. Amma bu məqamda Uinstona hakim kəsilən yeganə istək 

sevinməkdənsə tez qaçıb uzaqlaşmaq idi. Ürəyi həyəcanla döyünürdü. Danışmağa heyi 

qalmamışdı. O`Brayen addımlarının sürətini azaltmadan dostcasına bir əda ilə qoluna toxundu. 

Yanaşı yeriməyə başladılar. O`Brayen Daxili Partiya üzvlərinin əksəriyyətindən fərqli səmimi, 

hörmətkar tərzdə söhbətə başladı: 

– Neçə vaxtdır sizinlə danışmağa imkan axtarırdım, - dedi. -Bu günlərdə “Tayms”da, Yenidildə 

yazılmış məqalələrinizdən birini oxudum. Yanılmıramsa, Yenidilə marağınız elmi səciyyə 

daşıyır.  

Uinston nisbətən özünə gəlmişdi. 

– “Elmi” bir az mübaliğəli çıxardı. Sadəcə, həvəskaram. Yenidil ixtisasım deyil. Yaradılmasında 

da elə bir əməli iştirakım olmayıb. 

– Lakin Yenidildə çox gözəl yazırsınız,- O`Brayen sözünə davam etdi. - Həm də belə düşünən 

təkcə mən deyiləm. Bu yaxınlarda Yenidil mütəxəssisi olan bir dostunuzla söhbət edirdim. İndi 

adını xatırlaya bilmirəm.  

Uinstonun ürəyi yenə şiddətlə döyünməyə başladı. Üstüörtülü şəkildə Sayma işarə edildiyinə 

şübhə ola bilməzdi. Amma Saym sadəcə ölməmişdi. Ləğv olunmuşdu. Mövcud deyildi. Hətta 

üstüörtülü xatırlanması da təhlükəli idi. O`Brayenin sözlərini açıq-aşkar işarə, yaxud parol kimi 

qəbul etmək lazım idi. Təhlükəli xatırlatma təsadüfi hərəkət deyildi. O`Brayen Uinstonun 

yanında kiçik fikir cinayətinə yol verməklə, əslində, müttəfiq olduqlarını göstərirdi. Hələ də 

yavaş addımlarla dəhlizlə gedirdilər. O`Brayen ayaq saxladı. Səmimiyyətə çağırış hiss olunan 

adətkərdə hərəkəti ilə burnunun üstündə eynəyinin yerini rahatladı. Sonra yenidən sözünə davam 

etdi.  



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə