Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə104/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   100   101   102   103   104   105   106   107   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

210 


mütləq gözləyir. Doxsan doqquzun ardınca yüz gəldiyi kimi, can atdığın təhlükəli macəranın 

ardınca da ölüm gəlir. Heç kəs layiq bilindiyi cəzadan canını qurtara bilməz. Sadəcə, vaxtı bir az 

uzatmaq olar. Amma hər belə hərəkətlə şüurlu şəkildə, istəyərəkdən o məşum saatı daha da 

yaxınlaşdırırsan... 

Pilləkəndə tələsik addım səsləri eşidildi. Culiya otağa qasırğa kimi girdi. Əlində alət daşıdığı boz 

rəngli kətan çanta vardı. Dəfələrlə Nazirlikdə həmin çanta ilə o baş-bu başa getdiyini görmüşdü. 

Cəld yerindən qalxıb qızı qucaqladı. Lakin Culiya sivrilib qollarının arasından çıxdı. Ağır alət 

çantasını hələ də əlində tutmuşdu. 

– Yarımca saniyə səbr et,-dedi. - Qoy aldıqlarımı göstərim. Bu zəhrimara qalmış “Qələbə” 

qəhvəsini sən gətirmisən? Elə o cür də bilirdim. Gətirdiyin yerə qaytara bilərsən. Bizə gərək 

olmayacaq. Bir bax! 

Culiya dizi üstə döşəməyə çöküb çantanı açdı. Üstdəki qayka açarlarını və digər alətləri yerə 

boşaltdı. Çantanın dibində səliqə ilə kağız bağlamalar gizlədilmişdi. Çıxardığı ilk bağlamada 

Uinstonda dərhal qəribə, amma həm də çox tanış hisslər doğurdu. Bağlama nisbətən ağır idi, 

içərisinə isə elə bil xırda daşlar doldurulmuşdu, əlini toxunduranda qulağa xoş gələn xışıltı səsi 

ətrafa yayılırdı.  

– Qənd deyil ki? - Uinston soruşdu.  

– Əsl qənddir. Saxarin yox, əsl qənd. Bu isə çörəkdir, həqiqi ağ çörək! Daha bizə verilən heyvan 

yemi deyil. Burada bir banka cem də var. Dəmir qutudakı isə həqiqi süddür. Sənin qarşında 

lovğalanmaq istədiyim əsas şey isə, bax, budur. Özüm qəsdən bərk-bərk əskiyə bükmüşəm ki, 

birdən... 

Nə üçün bərk-bərk bükdüyünü izah etməyə ehtiyac qalmadı. Artıq tünd və xoş qoxu otağı 

doldurmuşdu. Bu qoxu Uinstona uşaqlıq çağlarından yaxşı tanış idi. Amma indi də arabir, 

uzaqdan-uzağa da olsa, o xoş qoxunu acgözlüklə sinəsinə çəkmək imkanı yaranırdı. Onu gah 

qapı açılıb-örtülənə qədər döngələrin birində duyurdu, gah da adamların sıx toplaşdıqları yerdə 

anidən havaya yayılıb yox olduğunu hiss edirdi.  

– Qəhvə! - deyə Uinston gözlərinə inanmadı. - Həqiqi qəhvə! 

– Daxili Partiya üçün nəzərdə tutulan ərzaq payındandır. Özü də düz bir kilo! 

– Bunları hardan tapmısan? 

– Axı dedim: belə ərzaqlar yalnız Daxili Partiya üzvləri üçündür. Bu donuzlar dünyanın hər cür 

naz-neməti ilə bəslənirlər. Amma təbii ki, ofisiantlar, qulluqçular da əllərini dinc qoymurlar. 

Oğurlayırlar. Bax, bu kiçik bağlamadakı isə həqiqi çaydır.  

Uinston da onun yanında oturdu. Çay paketinin qırağını azacıq cırıb açdı. 

– Həqiqi çaydır. Daha bizə verilən qarağat yarpağı deyil.  

– Axır vaxtlar xeyli əla çay peyda olub. Deyəsən, ya Hindistanı tutublar, ya buna bənzər bir şey 

baş verib. Qulaq as, əzizim. İstəyirəm üç dəqiqəliyinə üzünü yana çeviəsən. Keç, çarpayının o 

biri tərəfində otur. Bu tərəfə baxma, yaxşımı? Mən deyəndə baxarsan.  

Uinston pəncərənin qabağına keçib cuna pərdənin arxasından fikirli-fikirli həyətə tamaşa etməyə 

başladı. Bürüncü rəngli qolları Normandiya sütunlarını xatırladan qadın hələ də paltar təknəsi ilə 

zivə arasında gedib gəlirdi. Axırıncı iki sıxlacı da dodaqlarının arasından çıxarıb ipdəki əskiləri 

bərkitdi, sonra əvvəlkindən də gur, hissiyyatlı səslə mahnısını davam etdirdi: 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

211 


Qoy desinlər mənə: daha az gözlə

Qoy desinlər mənə: zaman həkimdir. 

O acı göz yaşı, o həzin sözlər 

Bu gün də qəlbimi simtək inlədir. 

Deyəsən, qadın bu sarsaq mahnını son sözünə qədər əzbərləmişdi. Oxuduqca ahəngdar, xoşbəxt 

melanxoliya ilə dolu səsi ilıq yay havasına qarışaraq dalğa-dalğa ətrafa yayılırdı. Elə bil bu yay 

axşamı heç vaxt bitməsəydi, təknədəki paltarlar heç vaxt qurtarmasaydı qadın eyni əskiləri 

dayanmadan zivədən asmaqla, eyni cəfəng sözləri dayanmadan oxumaqla özünü daha da xoşbəxt 

sayacaqdı. Uinston təəccüb içərisində fikirləşdi ki, indiyə qədər təkbaşına, sadəcə özü üçün 

oxuyan Partiya üzvünə heç vaxt rast gəlməyib. Çünki kiminsə öz-özünə danışması kimi 

təkbaşına oxumaq da azadfikirliliyin təzahürü, təhlükəli qəribəlik kimi dəyərləndirilə bilərdi. 

Görünür, adamlar hər şeylərini itirəndə özlərində oxumaq üçün qüvvə tapırlar.  

– İndi üzünü çevirə bilərsən!-Culiyanın səsi eşidildi.  

Uinston geri çevrildi. İlk anda az qala onu tanımayacaqdı. Culiyanı çılpaq görəcəyini fikirləşirdi. 

Amma dəyişiklik daha gözlənilməz idi. Qız bəzənmişdi.  

Yəqin, gizlincə kasıblar məhəlləsindəki xırdavat dükanlarından birinə girmiş, kosmetika dəsti 

almışdı. Dodaqlarına al-qırmızı pomada çəkmişdi. Yanaqlarına yüngülcə ənlik-kirşan sürtmüş, 

hətta burnunu pudralamışdı. Yəqin ki, sürmə çəkdiyindən gözləri indi daha iri, daha parıltılı 

görünürdü. Bəzək-düzək işinin öhdəsindən ustalıqla gəldiyini demək olmazdı.Belə məsələlərdə 

Uinstonun da tələbləri çox yüksək deyildi. Əvvəllər heç vaxt Partiya üzvü olan qadının bəzənib-

düzəndiyini görməmişdi. Bunu heç təsəvvürünə gətirmirdi. Amma Culiyanın bir an içərisində 

necə dəyişməsi göz önündə idi. Sifətinə azacıq əl gəzdirməklə təkcə yaraşıqlı olmamışdı, həm də 

qadın kimi çox məlahətli görünürdü. Qəribədir ki, qısa kəsilmiş saçları və oğlanbəsər 

kombinezonu bu təəssüratı daha da gücləndirirdi. Culiyanı qucaqlayanda burnuna sintetik 

bənövşə ətrinin qoxusu gəldi. Uinston zirzəmi qatındakı yarımqaranlıq mətbəxi, dişsiz ağzı 

balaca kahaya bənzəyən qadını xatırladı. O qadından da eyni sintetik ətrin iyi gəlirdi. Amma indi 

bu barədə düşünməyin yeri deyildi. 

– Ətir vurmusan...-dedi. 

– Düzdür, əzizim, ətir də vurmuşam. Bilirsən, yaxın vaxtlarda daha nə eləmək istəyirəm? 

İstəyirəm əsl qadın paltarları tapım, murdar kombinezonun yerinə onları geyinim. İpək corab, 

hündürdaban ayaqqabı geymək istəyirəm. Bu otaqda Partiya yoldaşı yox, qadın olmaq istəyirəm!  

Paltarlarını çıxarıb özlərini qırmızı ağacdan düzəldilmiş nəhəng çarpayıya atdılar. Uinston ilk 

dəfə idi ki, Culiyanın yanında lüt soyunurdu. İndiyə qədər ağappaq, sısqa bədənindən, 

baldırlarının göyərmiş damarlarından, topuğunun üstündəki qaysaq bağlamış varikoz yarasından 

utanırdı. Yatağa mələfə çəkilməmişdı. Üstünə uzandıqları odeyal nimdaş olsa da, yumğaq və 

hamar idi. Çarpayının genişliyi, ahəstə yırğalanması isə ikisini də heyrətə salmışdı.  

– Yəqin bura əməlli-başlı taxtabiti yuvasıdır. Amma bizə nə dəxli var? - bunu Culiya dedi.  

İndi iki nəfərlik geniş çarpayılara yalnız prolların mənzillərində rast gəlmək olardı. Uinston uşaq 

vaxtı belə çarpayıda yatmışdı. Culiya isə yadına sala bilmirdi.  

Sonra yuxuya getdilər. Uinston oyananda saatın əqrəbləri doqquza yaxınlaşırdı. Yerindən 

tərpənməməyə çalışırdı. Culiya başını onun qolu üstə qoyub yatırdı. Ənlik-kirşanının çoxu 

Uinstonun sifətinə, bir də kiçik mütəkkəyə yaxılmışdı. Amma sifətində qalan adda-budda rəng 

də qızın almacıq sümükləri azacıq dikəlmiş üzünün gözəlliyini aydın nəzərə çarpdırırdı. 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə