Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə103/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   99   100   101   102   103   104   105   106   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

208 


Culiya onun sinəsinə sıxıldı. Kombinezonun üstündən qızın iri, bərk döşlərini hiss etdi. Elə bil 

bu yolla Culiyanın canındakı enerji və cavanlıq Uinstona da keçirdi.  

– Əlbəttə xoşdur. 

– Onda bir də ölüm haqqında danışma. İndi isə qulaq as, əzizim. Gələn görüşümüzün vaxtını 

dəqiqləşdirməliyik. Yenə həmin yerə – meşəyə gedə bilərik. Arada kifayət qədər uzun fasilə 

olub. Amma bu dəfə başqa yolla gəlməlisən. Mən hər şeyi fikirləşmişəm. Əvvəlcə qatara 

oturursan... Dayan, bu dəqiqə sxem çəkib göstərəcəyəm.  

Culiya həmişəki işgüzarlığı ilə döşəmədəki tozun üstündə göyərçin yuvasından düşmüş lələyin 

ucu ilə marşrutu çəkməyə başladı. 

 

IV fəsil 



Uinston mister Çarrinqtonun dükanının üstündəki balaca, köhnə otağa bir də göz gəzdirdi. 

Pəncərənin önündə nəhəng çarpayı vardı. Üstünə sırıqlı odeyal çəkilmiş, yastıq yerinə üzsüz 

mütəkkə qoyulmuşdu. Buxarının yuxarı tərəfindəki on iki siferblatlı qədim saatın çıqqıltısı 

eşidilirdi. Şüşə press-papye küncdəki açılıb-yığılan masanı bəzəyirdi. İlk dəfə gələndə otağın 

yarımqaranlığında onun xəfif parıltısı diqqətini çəkmişdi.  

Buxarının yerliyinə yağa bulaşmış kerosinka, qazanca və iki fincan qoyulmuşdu. Hamısını mister 

Çarrinqton vermişdi. Uinston kerosinkanı yandırdı, qazançanı su ilə doldurub qaynamaq üçün 

odun üstünə qoydu. Özü ilə bütöv bir qutu “Qələbə” qəhvəsi və saxarin həbləri gətirmişdi. Saat 

17.20-ni göstərirdi. Əslində, 19.30 olmalı idi. Culiyanın gəlməyinə az qalırdı.  

– Ağılsızlıqdır! Ağılsızlıqdır! - Ürəyi ona belə deyirdi. - Şüursuz, mənasız, intihara aparan 

axmaqlıqdır! Partiya üzvünün törətdiyi cinayətlərdən ən çətin ört-basdır ediləni Culiya ilə 

başladıqları macəradır. Bu fikir şüşə press-papyenin açılıb-yığılan masanın hamar səthindəki 

əksini gördüyü anda beyninə girmişdi. Hər şey düşündüyü kimi oldu. Mister Çarrinqton otağı 

kirayə verməyə tərəddüdsüz razılığını bildirdi. Buradan əlavə bir neçə dollar qazanacağına 

sevindiyini gizlətmirdi. Uinston otağı bir qadınla görüşmək üçün kirələdiyini deyəndə isə, mister 

Çarrinqton nə heyrətləndi, nə də özünü təhqir olunmuş saydı. Əksinə, düz qabağa baxaraq 

söhbəti ümumi mövzuların üzərinə keçirdi. Həm də bunu elə məharətlə etdi ki, sanki özü də bir 

anlığa gözəgörünməz oldu. Dedi ki, şəxsi həyat son dərəcə qiymətli şeydir. Hamı nə vaxtsa 

tamam tək qala biləcəyi bir yerin olmasını istəyir. Əgər belə yer tapılırsa, bundan xəbər tutanlar 

ən azı elementar davranış qaydalarına görə gərək heç yerdə, heç nə danışmasınlar. Sonra isə sırf 

şəxsi məzmunlu məsələyə hər hansı müdaxiləsini əvvəlcədən istisna edən tərzdə bildirdi ki, 

mənzilin iki girişi var. Biri arxa həyətdəndir, ikincisi isə küçəyə açılır.  

Pəncərənin altında kimsə oxuyurdu. Uinston gözə görünməməyə çalışaraq cuna pərdənin 

arxasından çölə baxdı. İyun günəşi hələ səmanın uca nöqtəsində idi. Gün işığına qərq olmuş 

həyətdə belinə önlük bağlamış, bürüncü rəngli, əzələli qolları Normandiya sütunlarına bənzəyən 

nəhəng bir qadın paltar ləyəni ilə zivə arasında gedib-gəlir, ağ, dördkünc parçaları ipdən asırdı. 

Uinston onların uşaq əskisi olduğunu dərhal anladı. Qadın dodaqlarının arasında tutduğu 

sonuncu sıxlacla zivədəki son əskini bərkidəndən sonra güclü kontralto səslə oxumağa başladı:  

Artıq çoxdan yoxdur o xoş arzular, 

İlk yaz günü kimi keçib getdilər. 

Ürəkdə nə qədər diləklərim var- 

Şirin röya kimi gözdən itdilər. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

209 


Neçə həftə idi ki, bütün London bu mahnını oxuyurdu. Musiqi Departamentinin hansısa 

yarımbölməsində prollar üçün quraşdırılan saysız-hesabsız şit yaradıcılıq nümunələrindən idi. 

Biri-birinə bəzəyən belə mahnıların həm sözlərini, həm də musiqisini insan beyninin müdaxiləsi 

olmadan versifakator adlı cihazda düzüb-qoşurdular. Amma qadın elə ürəkdən, elə gözəl 

oxuyurdu ki, hətta cəfəng sözlər də onun ifasında insanın zövqünü oxşayırdı. Uinston ucadan 

oxunan mahnı səsini, zərblə daş döşəməyə dəyən ayaqqabı taqqıltılarını, küçədən gələn uşaq 

qışqırtılarını, maşınların uğultusunu və aramsız fit çalmalarını eşitsə də otaqda teleekran 

olmadığından özünü qəribə sakitlik içərisində hiss edirdi.  

– Ağılsızlıqdır! Ağılsızlıqdır! Ağılsızlıqdır! - deyə aramsız pıçıldayırdı. - Həftələrlə burada 

görüşmək və ələ keçməmək inanılası iş deyil!  

İstifadə etdikləri, mərkəzdən çox da uzaq olmayan gizli mənzil ikisinə də problem yarada bilərdi. 

Zəng qülləsində axırıncı dəfə birlikdə olandan sonra yeni görüş haqda vədələşməyə heç cür 

imkan tapmırdılar. Nifrət Həftəsinə hazırlıqla bağlı iş vaxtı xeyli uzadılmışdı. Düzdür, tədbirə 

hələ bir aydan çox vaxt qalırdı. Lakin geniş miqyaslı tədbirlər çoxlu vaxt və zəhmət tələb 

edirdi.Axır ki, ikisi də eyni gündə nahardan sonra boş idilər. Meşədəki talaya getməyi qərara 

almışdılar. Yola çıxmamışdan əvvəlki axşam küçədə qısa görüşləri oldu. Kütləyə qarışıb 

addımladıqları belə vaxtlarda Uinston Culiyaya baxmamağa çalışırdı. Lakin bu dəfə nəzərləri ani 

olaraq kəsişdi. Uinston qızın rənginin qaçdığını sezdi.  

– Hər şey korlandı!-deyə danışmağa imkan yarandığını görən Culiya dodaqlarını tərpətmədən 

dilləndi. -Sabahkı görüşümüzü deyirəm. 

– Nə? 

– Sabahkı görüşümüzü deyirəm. Gələ bilməyəcəyəm. 



– Niyə? 

– Təbii səbəbə görə. Bu dəfə gözlədiyimdən tez başlandı.  

İlk anda Uinstonu səbəbini bilmədiyi qəzəb hissi bürüdü. İndi, tanışlıqlarından bir ay sonra 

Culiyaya tamam fərqli münasibət bəsləyirdi. Başlanğıcda hissləri belə səmimi deyildi. İlk 

görüşləri daha çox şəhvani istəklə bağlı idi. İkinci dəfə, zəng qülləsində bir yerdə olandan sonra 

hər şey dəyişmişdi. Qızın saçının ətri, dodaqlarının tamı, dərisinin xoş rayihəsi elə bil Uinstonun 

içinə hopmuş, həyatında xoş bir aura yaratmışdı. Culiya ilə ünsiyyət artıq fiziki zərurətə 

çevrilmişdi. Qızı sadəcə yanında görməklə kifayətlənmirdi, ona haqqı çatdığını düşünürdü. 

Sabah gələ bilməyəcəyini deyəndə Culiyanın onu aldatmaq istədiyini düşündü. Lakin həmin 

anda kütlə onları sıxıb yaxınlaşdırdı, qəflətən əlləri birləşdi. Culiya nəvazişlə Uinstonun 

barmaqlarını sığalladı. Bu hərəkəti ilə sanki şəhvət deyil, məhəbbət umduğunu yada salmaq 

istəyirdi. Uinston fikirləşdi ki, qadınla yaşayan kişi belə zəruri fasilələri mütəmadi təkrarlanan 

hal kimi anlayışla qarşılamağı bacarmalıdır. Ürəyində Culiyaya indiyə qədər sezmədiyi 

naməlum, lakin son dərəcə zərif bir hissin baş qaldırdığını duydu. On illərlə bir yerdə yaşayan ər-

arvad olmalarının bəxş edə biləcəyi xoşbəxtlik haqqında düşündü. İndiki kimi oğrun-oğrun yox, 

açıq-aşkar, qorxub-çəkinmədən Culiya ilə küçədə yanaşı addımlamağın, müxtəlif əhəmiyyətsiz 

şeylər haqqında danışmağın, ev üçün xırda-xuruş bazarlıq etməyin necə böyük səadət olduğunu 

fikirləşdi. Elə bir yer tapmaq istəyirdi ki, orada baş-başa qala bilsinlər, görüş imkanından yalnız 

şəhvətlərini söndürmək üçün istifadə etməyə can atmasınlar. Lakin mister Çarrinqtonun otağını 

kirələmək fikri həmin an yox, ertəsi gün ağlına gəldi. Fikrini Culiyaya deyəndə qız gözləmədiyi 

halda həvəslə razılaşdı. İkisi də dəlilik etdiklərini fərqində idilər. Gözləri baxa-baxa qəbirlərinə 

sarı addımlayırdılar. İndi, çarpayının kənarında oturub Culiyanı gözlədiyi anlarda Uinston Sevgi 

Nazirliyinin zirzəmiləri haqqında düşünürdü. Maraqlıdır, qarşısıalınmaz vahimənin gah şüuruna 

hakim kəsilməsi, gah da geri çəkilməsi nə ilə əlaqədardır? Axı bilirsən ki, o vahimənin xofu səni 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə