Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə100/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   96   97   98   99   100   101   102   103   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

202 


– Təmizliyə nifrət eləyirəm. Əxlaq qaydalarına nifrət eləyirəm. İstəyirəm dünyada saxta ləyaqət, 

fəzilət kimi qələmə verilən heç nə qalmasın. İstəyirəm hər şey son zərrəsinə, son damlasına 

qədər pozulsun, korlansın! 

– Onda biz bir-birimizə tam uyğun gəlirik, əzizim. Mən də iliklərimə qədər pozulmuşam. 

– Bu işdən xoşlanırsan? İndiki görüşümüzü demirəm. Ümumiyyətlə, kişilərlə olmağı 

xoşlayırsan?  

– Xoşlayırsan nədir? Ölürəm belə şeylərdən ötrü! 

Uinston ən çox bu sözləri eşitmək istəyirdi. Qoy qadınlarda tək bir kişiyə məhəbbət olmasın. 

Qoy onlara heyvani instinkt, idarəedilməz şəhvət duyğusu hakim kəsilsin. Partiyanı parçalayıb 

dağıda biləcək yeganə qüvvə budur! Culiyanı çəmənliyə, bayaq əlindən yerə dağılmış zəngçiçəyi 

güllərinin üstünə uzatdı. Bu dəfə hər şey çox asanlıqla alındı. Nəfəslərini dərib rahatlıqla dolu 

gücsüzlük içərində yan-yana uzandılar. Bir an öncə həyəcandan bərk-bərk döyünən ürəkləri 

tədricən sakitləşməyə başladı. Günəşin hərarəti daha da artmışdı. İkisinin də yuxusu gəlirdi. 

Uinston əlini uzadıb yaxınlıqdakı kombinezonu götürdü. Ehtiyatla qızın üstünü örtdü. Deyəsən, 

gözlərini yuman kimi dərhal yuxuya getdilər. Təxminən yarım saat yatdılar.  

Uinston birinci ayıldı. Qalxıb oturdu. Hələ də başını ovcunun içinə qoyub dərin yuxuya dalmış 

Culiyanın çil-çil sifətinə tamaşa etməyə başladı. Dolu, al-qırmızı dodaqlarını çıxmaq şərtilə onun 

gözəl olduğunu demək çətin idi. Diqqətlə baxanda gözlərinin kənarındakı xırda qırışları da 

görmək olurdu. Qısa, qara saçları həm sıx, həm də çox yumşaqdı. Uinston hətta o “işdən” sonra 

da qızın familiyasını, harada yaşadığını bilmədiyini təəccüblə düşündü.  

Culiyanın yuxuda tənha, köməksiz görünən cavan, hərarətli bədəni Uinstonda qıza qarşı qəribə 

himayədarlıq duyğusu oyatmışdı. Amma bununla belə, bir az əvvəl, qoz ağacının altında dayanıb 

qaratoyuğun nəğməsinə qulaq asdıqları vaxt duyduğu zərif hisslər nədənsə qayıtmırdı. 

Kombinezonu azacıq qaldırıb Culiyanın hamar, ağappaq bədəninə tamaşa etdi. Fikirləşdi ki, 

əvvəllər kişi qadına baxıb özündə istək duyanda məsələ həll olunmuş sayılırdı. İndi isə nə təmiz 

məhəbbətdən, nə də həqiqi ehtirasdan söhbət gedə bilər. Heç bir ülvi hiss qalmayıb. Hər şey 

qorxu və nifrətə bulaşıb. Onların sevişmək üçün bir-birlərini qucaqlamaları döyüş, işi uğurla 

qurtarmaları qələbə sayıla bilərdi. Bu, Partiyaya endirilmiş zərbə idi. Siyasi etiraz idi.  

 

 

III fəsil 



– Bura bir dəfə də gələ bilərik, - Culiya dilləndi. - Bir yerə iki dəfə gəlmək o qədər də qorxulu 

deyil. Amma aydın məsələdir ki, yalnız aradan bir, bəlkə də iki ay keçəndən sonra burada 

görüşmək olar.  

Yuxudan oyanandan sonra qızın davranışı tamam dəyişmişdi. Yenə əvvəlki kimi qətiyyətli və 

işgüzar görkəm almışdı. Dərhal paltarlarını geyindi, qırmızı qurşağını belinə bağladı. Qayıtmaq 

planının təfərrüatlarını izah eləməyə başladı. Təşkilatçılığı əlinə alması çox təbii görünürdü. 

Uinstonla müqayisədə gündəlik həyat məsələlərində böyük təcrübəsinin olduğu hər addımda hiss 

edilirdi. Üstəlik də, çoxsaylı ictimai turist səfərləri zamanı London ətrafını incəliklərinə qədər 

öyrənmişdi. Uinstonun qayıtması üçün tamam fərqli marşrut seçmişdi. Şəhərə dönüşü başqa 

vağzalda sona çatmalı idi. Qız “Heç vaxt gəldiyin yolla qayıtma!”-deyə hansısa mühüm prinsipi 

elan edirmiş kimi, sözlərinə təntənəli ahənglə yekun vurdu. Birinci o getməli idi. Uinston yarım 

saat gözləyəndən sonra yola çıxa bilərdi.  




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

203 


Culiya dörd gün sonra, iş qurtarandan sonra harada görüşə biləcəklərini də izah etdi. Bu şəhərin 

kasıblar yaşayan məhəlləsindəki küçələrdən biri idi. Qarşı tərəfdə bazar yerləşdiyindən həmişə 

səs-küy və basabas olurdu. Culiya xırda dükanların arasında gəzib özünü ayaqqabı bağı, yaxud 

tikiş sapı axtaran kimi göstərəcəkdi. Əgər təhlükə hiss olunmasa, Uinston yaxınlaşanda bərkdən 

asqıracaqdı. Əks təqdirdə isə o, özünü görməməzliyə vurub yoluna davam etməli idi. Bəxtləri 

gətirsə, kütləyə qarışıb on-on beş dəqiqə danışa biləcəkdilər. Növbəti görüşlə bağlı vədələşmək 

imkanları da olacaqdı. 

– Tez getməliyəm, - deyə Culiya təlimatlarının dəqiq anlaşıldığına inanandan sonra vidalaşmağa 

başladı. - Gərək düz saat on doqquz otuzda şəhərdə olum. Hələ bundan sonra vaxtımın iki saatını 

da Gənclərin Antiseks Liqasına sərf etməli olacağam. Deyəsən nə isə intibahnamə paylamaq 

lazımdır. Özün de, buna rəzalətdən başqa nə ad vermək olar? Zəhmət olmazsa, üst-başımı çırp. 

Saçlarımda yarpaq, ya ot qalmayıb ki? Əminsən? Elə isə sağ ol, əzizim. Hələlik! 

Culiya özünü Uinstonun qolları arasına atdı. Onu dəlicəsinə öpməyə başladı. Bir neçə saniyədən 

sonra isə pöhrəliyə girib meşədə yox oldu. Uinston yalnız indi xatırladı ki, yenə də qızın soyadını 

və ünvanını öyrənə bilməyib. Amma bunun elə bir əhəmiyyəti yox idi. Nə zamansa bir dam 

altında görüşəcəklərini, yaxud bir-birlərinə məktub göndərəcəklərini hətta təsəvvürə gətirmək də 

mümkün deyildi.  

Amma işin tərsliyindən, meşədəki talaya qayıda bilmədilər. Bütün may ayı ərzində yalnız bir 

dəfə görüşə bildilər. Yenə də Culiyanın tapdığı başqa gizli yer idi. Otuz il əvvəl, müharibə vaxtı 

atom bombası düşən, sonralar heç kəsin yaşamadığı ərazidəki yarıuçuq kilsənin zəng qülləsində 

görüşmüşdülər. Yolu çox təhlükəli olsa da, sığınacağın etibarlılığına söz ola bilməzdi. Qalan 

vaxtlar hər axşam küçədə görüşürdülər. Hər dəfə yeni ünvan tapır, heç vaxt yarım saatdan çox 

birlikdə olmurdular. Küçədə qırıq-qırıq da olsa danışmağa imkan yaranırdı. Heç vaxt yanaşı 

getməmək, bir-birlərinə baxmamaq şərtilə səkiləri doldurmuş insan kütləsinə qarışıb qəribə 

tərzdə-qısa, kəsik-kəsik ifadələrlə söhbət edirdilər. Belə söhbət əslində mayak işığının yanıb-

sönməsinə bənzəyirdi. Yaxınlıqda teleekran olduğunu təxmin edəndə, yaxud qarşıdan 

kombinezonlu Partiya üzvünün gəldiyini görəndə dərhal susurdular. Sonra söhbəti qaldıqları 

yerdən, elə cümlənin, ya da ifadənin ortasından davam etdirirdilər. Ayrılmağı şərtləşdikləri 

nöqtəyə çatanda Uinston, yaxud Culiya sözünü ağzında yarımçıq qoyub uzaqlaşırdı. Növbəti gün 

isə, müqəddiməsiz-filansız, danışığa ara verdikləri yerdən başlayırdılar. Culiya belə söhbət 

üsuluna çox tezliklə alışmışdı. Onu “möhlətli danışıq” adlandırırdı. Həm də, demək olar ki, 

dodaqlarını tərpətmədən danışmaq kimi qəribə vərdişə yiyələnmişdi. Bir aylıq axşam görüşləri 

ərzində yalnız bir dəfə öpüşə bilmişdilər. Sakitcə dalda küçələrin biri ilə addımlayırdılar. 

(Adamların gur olduğu yerlərdən uzaqlaşanda Culiya danışmamağı daha üstün tuturdu). Birdən 

qulaqbatırıcı gurultu qopdu, ayaqlarının altında torpaq titrədi, hava qaraldı. Səki elə bil ikisini də 

göyə qaldırıb təzədən yerə çırpdı. Uinston özünə gələndə böyrü üstdə yıxıldığını, sir-sifətinin 

cızıldığını gördü. Bərk qorxmuşdu. Deyəsən, yaxınlıqda mərmi partlamışdı. Culiyanın təbaşir 

kimi ağarmış sifəti bir qarışlığında idi. Qızın hətta dodaqları təbaşir rəngində idi. “Öldürülüb!”-

Uinstonun beynindən keçən ilk fikir bu oldu. Culiyanın başını əlləri arasına alıb özünə tərəf 

çəkdi. Bir an sonra sevinc içərisində öpdüyü sifətin istiliyini hiss etdi. Əhəng tozu pudra kimi 

dodaqlarına yapışmışdı. İkisinin də rəngi həm qorxudan, həm də tozdan ağappaq ağarmışdı.  

Elə axşamlar da olurdu ki, şərtləşdikləri yerə gəlir, amma bir-birlərinə baxmadan, kəlmə 

kəsmədən ayrılırdılar. Çünki gah döngədən patrul çıxır, gah başlarının üstündə helikopter asılıb 

qalırdı. Hətta təhlükə yaranmasa belə, görüş üçün vaxt tapmaq müşkülə çevrilmişdi. Uinston 

həftədə altmış saat işləyirdi. Culiyanın iş günü daha uzun idi. Müxtəlif sahələrdə 

çalışdıqlarından, asudə saatları çox vaxt üst-üstə düşmürdü. Culiyanın tamam boş qaldığı 

axşamlar isə nadir hallarda olurdu. O, günün çoxunu mühazirə və nümayişlərdə keçirir, 

Gənclərin Antiseks Liqası xətti ilə ədəbiyyat paylanmasında, Nifrət Həftəsi üçün şüarlar 

hazırlanmasında, könüllü ianə toplanmasında və başqa oxşar tədbirlərdə iştirak edirdi. Belə 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə