Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə97/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   93   94   95   96   97   98   99   100   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

196 


Qız Uinstonu heyrətə salan hərbi dəqiqliklə bütün marşrutu izah etdi. Yarım saat qatarla getməli, 

stansiyadan sola dönməli idi. Sonra torpaq yolla iki kilometr məsafə qət etmək lazım gələcəkdi. 

Qarşısına üst dirəyi olmayan darvaza çıxacaqdı. Orada taladan keçən cığıra düşməli idi. Bir 

azdan sonra yanı üstə yıxılmış çürük ağac görəcəkdi. Təsvir olunan yerlərin xəritəsi elə bil qızın 

beyninə həkk edilmişdi.  

– Hər şey yadınızda qaldı?- o, sözünü qurtarıb pıçıldadı. 

– Aha. 

– Əvvəlcə sola dönürsünüz, sonra sağa, sonra yenə sola. Diqqətli olun - darvazanın üst dirəyi 



yoxdur. 

– Yadımdan çıxmaz. Saat neçədə? 

– Təxminən 15-də. Bəlkə bir az gözləməli oldunuz. Mən başqa yolla gələcəyəm. Hər şeyi dəqiq 

xatırladığınıza əminsiniz? 

– Əlbəttə. 

– Onda mümkün qədər tez məndən aralanın. 

Əslində, bu sözləri deməyə ehtiyac yox idi. Amma kütlənin əhatəsindən çıxmaq asan deyildi. 

Avtomobillər aramsız keçib gedirdilər. Adamlar gözləri önündə açılan mənzərəyə acgözlüklə 

baxırdılar. Bir neçə yerdən fit səsləri və qışqırtılar eşidildi. Canlanma yaratmaq istəyənlər Partiya 

üzvləri idilər. Lakin tezliklə onlar da sakitləşdilər. Kütləyə hakim kəsilən hiss adi maraq idi. 

Avrasiyadan, yoxsa İstasiyadan olduqlarını bilmədikləri əcnəbilər onların nəzərində əcaib 

heyvandan o qədər də fərqlənmirdilər. Əsirləri çıxmaq şərtilə, heç kəs ömründə əcnəbi 

görməmişdi. Əsirlərə isə yalnız bir anlıq baxmaq mümkün olurdu. Hərbi cinayətkar kimi dar 

ağacından asılan bir neçə nəfərdən başqa, qalanların başına nə gəldiyindən heç kimin xəbəri 

olmurdu; izsiz-soraqsız yoxa çıxırdılar. Yəqin, icbari əmək düşərgələrində qul kimi işlədirdilər. 

Dəyirmi monqol üzləri tədricən öz yerini Avropa tipli sifətlərə verirdi. Onların da üzləri tüklü, 

üst-başları çirk içərisində idi. Gözlərindən qorxu və həyəcan yağırdı. İri almacıq sümükləri 

arxasından güclə görünən bu gözlərdən biri hərdən Uinstona zillənir, bir neçə saniyə inadla 

baxır, sonra başqa səmtə yönəlirdi. Avtomobil karvanının sonu yaxınlaşmaqda idi. Axırıncı yük 

maşınında Uinston bütün sifətini bomboz tük basmış yaşlı adamı gördü. O, dik dayanmış, 

qollarını qarnının üstündə çarpazlamışdı. Sanki bu pozada donub qalmışdı. Sonuncu maşın 

keçəndə bir-birlərindən aralandılar. Kütlə hərəsini bir tərəfə atmamışdan əvvəl, Uinston son anda 

fürsət tapıb qızın əlini yavaşca sıxa bildi. 

Bu cəmisi bir neçə saniyə çəkmişdi. Lakin onlara elə gəldi ki, çoxdan əl-ələ tutublar. Bir neçə 

saniyənin içərisində Uinston qızın əlinin hər cizgisini öyrənməyə macal tapmışdı. Uzun 

barmaqlarına, dırnaqlarının hamar, dəyirmi səthinə, ağır işdən qabar bağlayıb düyünlənmiş 

ovcuna, biləyinin yumşaq dərisinə toxuna bilmişdi. Barmaqlarını təması ilə hiss etdiyi bu əli indi 

görünüşündən də tanıya bilərdi. Qızın gözlərinin rəngini öyrənməyə imkan tapmadığını düşündü. 

Yəqin qonura çalır. Amma qara saçlı adamların gözləri bəzən mavi rəngdə də olur. Yenidən 

başını çevirib qıza baxmaq ağılsızlıq olardı. Onlar hər iki tərəfdən kütlənin arasında sıxılaraq 

kimsənin diqqətini çəkmədən əl-ələ tutmuşdular. Düz qabaqlarına baxırdılar. Pırtlaşıq saçlı 

başlar üzərindən Uinstona avtomibildəki yaşlı əsirin kədər dolu gözləri zillənmişdi. 

 

 

II fəsil 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

197 


Uinston kölgəli cığırla gedirdi. Budaqların bir-birinə çatılıb tağ əmələ gətirmədiyi yerlərdə arabir 

qızılı rəngə çalan parlaq gün işığına çıxırdı. Sol tərəfdə ağacların altı başdan-başa zəngçiçəyi ilə 

örtülmüşdü. Hava elə bil insanın dərisini tumarlayırdı. Mayın ikinci günü idi. Meşənin 

dərinliklərindən alabaxtaların çığırtısı eşidilirdi.  

Vaxtından bir az tez gəlmişdi. Yolda heç bir çətinliklə üzləşməmişdi. Görünür, qız belə 

məsələlərdə o qədər təcrübəli idi ki, Uinston hətta normal vəziyyətdə də içini yeyən qorxunu hiss 

etməmişdi. Kifayət qədər təhlükəsiz yer seçildiyinə şübhə ola bilməzdi. Şəhər kənarında hər 

yerin Londonla müqayisədə daha təhlükəsiz olduğunu düşünmək sadəlövhlük idi. Əlbəttə, 

burada telekekran quraşdırılmamışdı. Lakin gizli mikrofon qorxusu həmişə vardı. Mikrofona səsi 

yazıb sonra sahibini tapmaq olurdu. İkinci tərəfdən, diqqəti çəkmədən təkbaşına səyahətə çıxmaq 

da asan məsələ deyildi. Doğrudur, yüz kilometrdən az məsafəyə gediş üçün pasportda müvafiq 

qeydiyyat aparılması tələb olunmurdu. Lakin bəzən dəmiryol stansiyalarının yaxınlığında 

patrullar dolaşırdılar. Onlar rastlarına çıxan bütün Partiya üzvlərinin sənədlərini yoxlayır, cəncəl 

suallar verirdilər. Bəxtindən, patrula rast gəlməmişdi. Stansiyadan çıxandan sonra bir neçə dəfə 

çevrilib ehtiyatla arxasına baxmış, izlənmədiyinə tam əmin olmuşdu. Qatar təkcə elə xoş yaz 

havasına görə özlərini bəxtəvər sayan bayram əhvali-ruhiyyəli prollarla dolu idi. Bütün yolu 

taxta oturacaqlı vaqonda gəlmişdi. Oturacaqların hamısını dişləri tökülmüş ulu nənədən tutmuş 

bir aylıq südəmər körpəyə qədər çoxsaylı prol ailəsi zəbt etmişdi. Onlar bir günlüyə kəndə, 

“qudalarına” qonaq gedirdilər. Həm də çəkinmədən Uinstona dedikləri kimi, qara bazardan bir 

az yağ tapmaq ümidində idilər.  

Cığır tədricən genişləndi. Uinston qızın təsvir elədiyi kolluqlar arasında mal-qaranın tapdaladığı 

talaya çıxdı. Saatı yox idi, amma vaxtından tez gəldiyini hiss edirdi. Zəngçiçəyi elə sıx bitmişdi 

ki, tapdamamaq mümkün deyildi. Uinston dizi üstə çöküb çiçək dərməyə başladı. Həm vaxtı 

öldürmək lazım idi, həm də qız gələndə sürpriz eləmək - ona çiçək dəstəsi vermək fikrinə 

düşmüşdü. Az qala bir qucaq zəngçiçəyi yığmışdı. Onları burnuna yaxınlaşdırıb başgicəlləndirici 

tünd ətrini sinəsinə çəkmək istəyirdi ki, arxadan eşidilən səsdən bütün bədənini soyuq tər basdı. 

Kiminsə ayağı altında qalıb sınan budağın şaqqıltısı eşidildi. Uinston heç nə olmamış kimi yenə 

gül dərməyə davam etdi. Bu ən düzgün qərar idi. Arxadakı qız da ola bilərdi. Amma bəlkə kimsə 

onu izləyib bura qədər gətirmişdi? Ətrafa boylanırsansa, deməli, nə isə şübhəli işin var. Odur ki, 

başını qaldırmadan zəncirçiçəyi dərirdi. Çiyininə yüngülcə bir əl toxundu.  

Gözlərini qaldırıb baxdı. Qız idi. Əlini dodağına qoyub susmaq işarəsi verdi. Sonra kolları 

aralayıb dar cığırla sürətlə meşənin içərisinə tərəf addımladı. İnamlı hərəkətlərindən əvvəllər 

dəfələrlə burada olduğu aydın sezilirdi. Əraziyə bələdliyi bataqlıq yerlərin yanından çox 

asanlıqla keçib getməsindən də bilinirdi. Uinston gül dəstəsini sinəsinə sıxıb onun dalınca 

addımlayırdı. Qızı görəndə əvvəlcə içərisində bir rahatlıq hiss etmişdi. İndi isə belindəki qırmızı 

qurşağın daha aydın nəzərə çarpdırdığı güclü və gözəl bədənini, yaraşıqlı ayaqlarını gözdən 

keçirəndə birdən-birə bu qıza layiq olmadığı fikri düşüncəsinə hakim kəsilmişdi. Hətta qızın 

arxaya çevrilib diqqətlə ona baxacağı təqdirdə, qərarını dəyişib geri qayıdacağı ehtimalı 

fikrindən keçdi. Havanın xoş rayihəsi, ağacların göz oxşayan yaşıllığı da Uinstonun qorxusunu 

artırırdı. Hələ stansiyadan gələndə gözəl may günəşinin şüaları altında özü öz gözündə çox çirkli, 

kif basmış, Londonun toz və qurumu az qala dərisinin hər santimetrinə işləmiş adam kimi 

görünmüşdü. Qızın indiyə qədər onu bir dəfə də günəş işığında, yaxud açıq yerdə görməməsi 

fikri qənaətini daha da möhkəmləndirirdi. Dünən nişan verilən ağacın yanına gəlib çatdılar. Qız 

qurumuş ağacın üstündən keçib divar kimi üzü yuxarı boy çəkmiş kolların arxasında görünməz 

oldu. Uinston da onun ardınca kolluğa girdi. Cavan ağacların dörd tərəfdən əhatə elədiyi seyrək 

otlu, təbii otağa bənzəyən kiçik talaya gəlib çıxdıqlarını gördü. Nəhayət, qız dayanıb üzünü 

Uinstona tərəf çevirdi. 

– Gəldik! - dedi. 

Uinston onun iki-üç addımlığında durub baxırdı. Elə bil yaxın gəlməyə cürəti çatmırdı.  



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə