Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə95/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   91   92   93   94   95   96   97   98   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

192 


Üzərində işini başa çatdırdığı vərəqləri lülə şəklində burub pnevmatik boruya qoydu. Aradan 

səkkiz dəqiqə keçmişdi. Eynəyini yenidən gözünə taxdı. Dərindən nəfəs alıb ən üstdə qızın 

ötürdüyü kağız parçası qoyulmuş sənədləri qarşısına çəkdi. Kağızı hamarlayıb düzəltdi. Orada 

hələ tam bişməmiş iri xətlə üç söz yazılmışdı: 

Mən sizi sevirəm. 

Bir neçə saniyəliyinə özünü elə itirdi ki, hər an cinayət sənədinə çevrilə biləcək kağızı dərhal 

yaddaş yuvasına atmağı da yadından çıxardı. Bir şeyə çox maraq göstərməyin təhlükəli olduğunu 

anlasa da, üç sözü dönə-dönə oxumaqdan özünü saxlaya bilmir, yazılanın sadəcə gözünə 

görünmədiyinə bir daha inanmaq istəyirdi.  

Fasiləyə qədər iş ona çox ağır göründü. Diqqətini cansıxan rəqəmlərin üzərində heç cür cəmləyə 

bilmirdi. Digər tərəfdən, həyəcanını hər vasitə ilə teleekrandan gizlətməli idi. Ona elə gəlirdi ki, 

sanki qarnında tonqal qalanıb. Boğanaq havalı, basırıq və səs-küylü yeməkxanada nahar isə əsl 

cəhənnəm əzabına çevrildi. Heç olmazsa, nahar vaxtı bir az tək qalacağına ümid edirdi. 

Tərslikdən, kütbeyin Parsons gəlib özünü üzbəüzdəki stula basdı. Dərhal da bədəninin kəskin tər 

iyi ilə nahar masasındakı şorbanın qalay tamını üstələyərək, xüsusi canfəşanlıqla bu günlərdə 

keçiriləcək Nifrət Həftəsinə hazırlıq işlərindən danışmağa başladı. Tədbir münasibəti ilə 

aralarında qızının da olduğu Kəşfiyyatçılar dərnəyi üzvlərinin karton üzərində Böyük Qardaşın 

başının iki metrlik təsvirini hazırlamaları onu yamanca riqqətə gətirmişdi. Ən qanqaraldıcı şey 

yeməkxanadakı səs-küydən Parsonsun dediklərini çətinliklə eşitməsi, hər dəfə onun əbləh 

sözlərini təkrar-təkrar soruşmağa məcbur qalması idi. Anidən qara saçlı qızın zalın uzaq 

küncündə iki başqa qızla oturduğunu gördü. O, özünü görməməzliyə vurdu. Uinston bir də 

həmin səmtə baxmadı.  

Günün ikinci yarısı nisbətən asan keçdi. Nahardan dərhal sonra bir neçə saat vaxtını alan, 

başındakı kənar fikirləri bir tərəfə qoymağı, diqqətini cəmləşdirməyi tələb edən çox məsul və 

mürəkkəb tapşırığın icrası üzərində işləməli oldu. Daxili Partiyanın indi soyuq münasibət 

bəslənilən görkəmli üzvlərindən birini gözdən salmaq üçün iki il əvvəlki istehsalat göstəricilərini 

saxtalaşdırmaq tələb olunurdu. Uinston belə işlərin öhdəsindən məharətlə gəlirdi. İki saat ərzində 

başı işə elə qarışmışdı ki, qız bir dəfə də yadına düşməmişdi. Sonra adamın ağlını başından 

çıxaran dəlicəsinə tənhalıq arzusu ilə birlikdə qızın sifəti də təzədən gözlərinin qabağına gəldi. 

Tamam tək qalmayana qədər həyatının yeni, gözlənilməz hadisəsini özü üçün heç cür 

aydınlaşdıra bilməyəcəyini başa düşürdü. Üstəlik, axşamı mütləq İctimai Mərkəzdə keçirməli idi.  

Yeməkxanada dadsız-tamsız şam yeməyini tələsik içəri ötürdü. Sonra Mərkəzə qaçıb bayağı 

təntənə ilə təşkil olunmuş “qrup müzakirəsində” iştirak etdi. İki set stolüstü tennis oynadı. Bir 

neçə qədəh cin içdi. “İngsosun şahmata münasibəti” mövzusunda saat yarımlıq cəfəng 

mühazirəyə qulaq asdı. Darıxdığından az qala ürəyi partlayırdı. Lakin bu axşam ilk dəfə idi ki, 

Mərkəzdən tez qaçıb canını qurtarmaq istəmirdi. “Mən sizi sevirəm” sözləri ürəyində həyatını 

bacardıqca uzatmaq istəyi yaratmışdı. Belə bir vaxtda hətta kiçicik ehtiyatsızlıq da Uinstona 

ağılsız hərəkət kimi görünürdü. Yalnız gecə saat on birdə mənzilinə qayıdıb yatağına girəndən və 

qaranlıqda özünü təhlükəsiz hiss edəndən sonra (əgər bərkdən bir şey danışmırdınsa, teleekran da 

qorxulu deyildi) hər şeyi götür-qoy etməyə imkan yarandı.  

İndi məsələnin, necə deyərlər, texniki tərəfini həll etmək, qızla hansı yollasa əlaqə yaratmaq və 

görüş haqda vədələşmək lazım idi. Özünə qarşı tələ qurulması fikrini artıq başından çıxarmışdı. 

Bu mümkün olan şey deyildi. Qızın kağızı ötürərkən keçirdiyi həyəcan niyyətinin 

səmimiliyindən xəbər verirdi. Qorxudan özünü tamam itirmişdi. Bu hissləri yamsılamaq isə o 

qədər də azan deyildi. Uinston əlinə düşən imkandan imtina etməyi ağlına da gətirmirdi. Vur-tut 

beş gün əvvəl qızın başını çaylaq daşı ilə əzmək istədiyini xatırladı. İndi keçmişi qurdalamağın 

heç bir əhəmiyyəti yox idi. Onun bir neçə gün əvvəl yuxuda gördüyü lüt, ehtiraslı bədənini 

gözləri önünə gətirməyə çalışdı. O zaman, digər cavan qadınlar kimi, bu qızın da yelbeyin 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

193 


olduğunu, beynini yalan və nifrətlə doldurduğunu, bədəninin isə buzdan fərqlənmədiyini 

fikirləşmişdi. İndi onu itirə biləcəyini, süd kimi ağappaq cavan qız bədəninin əlindən çıxacağını 

düşünəndə içindən bir titrətmə keçdiyini hiss etdi. Çox qorxduğu başqa təhlükə də vardı: tezliklə 

bir yol tapıb əlaqə yaratmasa, qız fikrini dəyişə bilərdi. Amma intim görüşün təşkili ağlagəlməz 

dərəcədə çətin idi. Bu rəqibin mat elanı qarşısında yeni, uğurlu gediş etməyə bənzəyirdi. 

Addımını atdığın hər yerdə teleekranın nəzarəti altındasan. Qızın ötürdüyü kağızı oxuyandan beş 

dəqiqə sonra bütün mümkün görüş imkanları ildırım sürəti ilə beynindən keçmişdi. İndi isə 

arxayın fikirləşmək fürsəti yaranandan sonra şahmat taxtası üzərindəki fiqurlar kimi variantları 

biri-birinin ardınca diqqətlə nəzərdn keçirirdi.  

Aydın məsələdir ki, bu gün səhərki təsadüf bir də təkrarlana bilməz. Əgər qız Sənədləşdirmə 

Departamentində işləsəydi, görüş məsələsini bəlkə də nisbətən asan yoluna qoymaq olardı. 

Ədəbiyyat Departamentinin binanın hansı hissəsində yerləşməsi haqqında Uinstonun yalnız 

dumanlı təsəvvürü vardı. Üstəlik, ora getmək üçün mütləq tutarlı bəhanə lazım idi. Qızın harada 

yaşadığını, işdən saat neçədə çıxdığını bilsəydi, evə qayıdanda birtəhər görüşmək olardı. Lakin 

kiminsə arxasınca düşüb evinə qədər təqib etmək də təhlükəli idi. Həm də gərək Nazirliyin 

qarşısında dayanıb gözləyəydi. Bunu isə mütləq görəcəkdilər. Poçtla məktub göndərməyi, 

ümumiyyətlə düşünməyə dəyməzdi. Məktubların açılıb oxunduğu çoxdan heç kimə sirr deyildi. 

İndi tək-tük adamlar biri-birləri ilə yazışırdılar. İsmarıc zərurəti yarananda üzərində hazır 

ifadələrin uzun siyahısı çap olunmuş poçt açıqcalarını almaq, işinə yaramayan ifadələrin 

üstündən xətt çəkərək göndərmək kifayət edirdi. Ünvanı bir yana qalsın, Uinston heç qızın adını 

bilmirdi. Çox fikirləşəndən sonra ən etibarlı görüş yerinin yeməkxana olduğu qənaətinə gəldi. 

Teleekranın görmə bucağından nisbətən aralıda, otağın ortasında qızla eyni masa arxasında 

oturmağa fürsət yaransa, ətrafdan həmişəki kimi səs-küy və uğultu eşidilsə, ikilikdə heç olmazsa 

otuz saniyə qalmaq imkanı olsa, yəqin ki, bir neçə kəlmə danışa bilərdilər.  

Sonrakı bütün həftəni Uinstonun həyatı səksəkəli yuxu kimi keçdi. Ertəsi gün yalnız nahar 

fasiləsinin bitdiyini bildirən fit çalınanda qız yeməkxanaya girdi. Görünür, onu nisbətən gec 

başlayan iş növbəsinə keçirmişdilər. Bir-birlərinə baxmadan ötüb keçdilər. Növbəti gün nahara 

həmişəki vaxtda gəlmişdi. Lakin üç başqa qadın tanışı ilə, özü də düz teleekranın qarşısında 

oturmuşdu. Uzun və dəhşətli görünən sonrakı üç gündə o, yeməkxanaya gəlmədi. Uinstonun 

bütün əsəbləri və bədəni gərilmiş simə çevrilmişdi. Vəziyyəti elə idi ki, hər hərəkət, hər səs, hər 

ünsiyyət, eşitdiyi və dediyi hər söz sonsuz iztirab mənbəyinə çevrilirdi. Hətta yuxuda da qızın 

surəti gözləri önündən çəkilmirdi. Bu müddətdə bir dəfə də olsun gündəliyinə əl vurmamışdı. 

Əzablarını yüngülləşdirən yeganə təsəlli iş idi. Başı işə qarışanda Uinston bəzən on-on beş 

dəqiqə hər şeyi yadından çıxara bilirdi. Qızın başına nə iş gəldiyi barədə təsəvvürü yox idi. Üz 

tuta biləcəyi yol da görünmürdü. Onu buxara çevirə bilərdilər. İntihar edə bilərdi. Okeaniyanın 

ən ucqar yerinə göndərilə bilərdi. Ən pisi, ən arzuolunmazı isə, fikrini dəyişər və ondan uzaq 

qaçmağa çalışardı.  

Nəhayət, növbəti gün qız üzə çıxdı. Qolu daha sarıqlı deyildi. Yalnız biləyinə plastır 

yapışdırılmışdı. Uinston içində elə yüngüllük hiss etdi ki, hər şeyi unudaraq bir neçə saniyə 

gözlərini onun sifətindən çəkmədi. Səhəri gün az qala danışmaq imkanı yaranacaqdı. Uinston 

yeməkxanaya girəndə qız divardan xeyli aralıdakı masada tək oturmuşdu. Hahar fasiləsi təzə 

başlandığından yerlərin çoxu boş idi. Növbə irəliləyirdi. Uinston yeməyini götürüb adamların 

arasından çıxmaq istəyirdi ki, qabaqdakılar ayaq saxladılar. Kimsə saxarin həbi almadığına görə 

etirazını bildirirdi. O, salonun ortasına tərəf gedəndə qız hələ də tək oturmuşdu. Uinston özünü 

boş masa axtarırmış kimi göstərərək düz onun oturduğu səmtə üz tutmuşdu. Artıq qızın lap 

yaxınlığında idi. Bir neçə saniyədən sonra ikilikdə qala bilərdilər. Lakin elə bu zaman arxadan 

kimsə “Smit!”-deyə onu səslədi. Uinston özünü eşitməməzliyə vurdu. “Smit!” - deyə səs bu dəfə 

daha ucadan eşidildi. Yox, oyun oynamağın faydası yox idi. Uinston geri çevrildi. Nə vaxtsa 

atüstü tanış olduğu, görkəmindən səfehlik yağan Uilşer soyadlı sarışın gənc təbəssümlə onu 

masasının arxasındakı boş yerə dəvət edirdi. Boyun qaçırmaq açıq-aşkar ehtiyatsızlıq olardı. 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə