Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə91/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   87   88   89   90   91   92   93   94   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

184 


adamdır, əla kostyum, qara palto geyib, başına silindr qoyub. Səki ilə gedir, amma küçəyə 

sığmır. Təsadüfən ona toxundum. "Korsan, - dedi,- yolu görmürsən?" "Olmaya səkini satın 

almısan?" - deyə soruşuram. "Qudurmusan? - mənə deyir. - Bu dəqiqə sənin boş başını yerindən 

qopararam". "Görürəm, sərxoşsan,-deyirəm. - Polis çağıraram, nəfəsini də çəkə bilməzsən". 

Bəlkə də inanmayacaqsınız, yaxamdan yapışıb elə zərblə itələdi ki, az qaldım avtobusun təkərləri 

altına düşüm. Onda mən də cavan idim. Cavabını verə bilərdim. Amma nə edəsən, olmurdu. 

Uinstona köməksizlik hissi hakim kəsilmişdi. Qocanın yaddaşı ancaq xırda, vecsiz detalların 

qorunub saxlandığı anbarı xatırladırdı. Heç bir əhəmiyyətli məlumat almadan onu bütün günü 

sorğu-suala tutmaq olardı. Yəqin Partiyanın tarixi müəyyən mənada həqiqidir, hətta tam həqiqət 

ola bilər. Uinston sonuncu cəhdə əl atdı.  

- Bəlkə fikirlərimi aydın ifadə edə bilmirəm, - dedi. -Diqqətlə qulaq asın, görün nə demək 

istəyirəm. Siz uzun ömür yaşamısınız, həyatınızın yarısı Inqilabdan əvvəlki dövrə təsadüf edib. 

Məsələn, 1925-ci ildə artıq ağlı kəsən adam idiniz. Yadınızda qalanlara əsasən deyə bilərsinizmi 

ki, həyat 1925-ci ildə yaxşı idi, yoxsa indi yaxşı, yaxud pisdir? Əgər seçim imkanınız olsaydı o 

dövrdə, yoxsa indi yaşamağı daha üstün tutardınız?  

Qoca diqqətlə oyunçuların ox atdıqları hədəfə baxırdı. Pivəsini bayaqkından fərqli olaraq asta-

asta içib qurtardı. Içki onu xumarlandırdığından söhbətləri daha barışdırıcı və fəlsəfi ahəng 

almışdı.  

- Məndən hansı cavabı gözlədiyinizi bilirəm. Yəqin fikirləşirsiniz ki, təzədən cavan olmaq 

istədiyimi deyəcəyəm. Adamların çoxu təzədən cavanlıq illərinə qayıtmaq arzusundan danışırlar. 

Cavan olanda həm güclü, həm də sağlamsan. Mən yaşa çatanda isə xəstəliklər yaxandan əl 

çəkmir. Ayaqlarımın ağrısı çox əziyyət verir. Sidik kisəm isə dəhşətli vəziyyətdədir. Hər gecə 

altı-yeddi dəfə yerimdən durub tualetə qaçmalı oluram. Amma qocalığın da öz üstünlükləri var. 

Bəzi məsələlərdən canın qurtarır. Qadınlardan birdəfəlik əlini üzürsən. Bunun özü böyük işdir. 

Inanırsan ki, son otuz ildə qadınla olmamışam? Hec vecimə də deyil. Əsas budur.  

Uinston kürəyini pəncərənin çərçivəsinə söykədi. Söhbəti davam etdirməyin mənası yox idi. 

Yenə pivə götürmək istəyirdi. Amma qoca qəfil ayağa qalxıb cəld özünü yan tərəfdəki 

ayaqyoluna saldı. Normasından artıq içdiyi yarım litr öz təsirini göstərmişdi. Uinston bir-iki 

dəqiqə oturub qarşısındakı boş pivə parçına baxdı, sonra ayaqlarının onu küçəyə necə çəkib 

aparmağından heç özünün də xəbəri olmadı. Fikirləşirdi ki, ən çoxu iyirmi ildən sonra böyük və 

sadə bir suala - "Həyat Inqilabdan əvvəl yaxşı idi, yoxsa indi daha yaxşıdır?"sualına cavab 

tapmaq, ümumiyyətlə, mümkün olmayacaq. Əslində, indi də bu sualın cavabı yoxdur, çünki 

köhnə dövrün tək-tük şahidləri iki epoxa arasında müqayisə aparmaq qabiliyyətindən 

məhrumdurlar. Onlar iş yoldaşları ilə boş mübahisə, itmiş velosiped nasosunun axtarılması, 

çoxdan ölmüş bacısının sifətindəki ifadə, yetmiş il bundan əvvəl səhər çağı qopan dəhşətli 

tozanaq və s. kimi minlərlə mənasız təfərrüatı xatırlayırlar, amma həyati əhəmiyyətli məsələlər 

diqqətlərindən kənarda qalır. Onlar kiçiyi görən, böyüyün isə fərqinə vara bilməyən qarışqalara 

bənzəyirlər. Əgər yaddaş pozulubsa, yazılı mənbələr saxtalaşdırılıbsa, o zaman Partiyanın 

insanların həyatını yaxşılaşdırması ilə bağlı irəli sürdüyü iddiaları qəbul etmək lazımdır. Çünki 

ilkin vəziyyəti yoxlamaq, müqayisə aparmaq üçün əldə heç bir qaynaq yoxdur və bundan sonra 

heç zaman olmayacaq.  

Burada fikirlərinin ardıcıllığı qəflətən pozuldu. Ayaq saxlayıb ətrafına baxdı. Yaşayış evlərinin 

arasına girmiş bir neçə balaca, qaranlıq dükanın yerləşdiyi dar küçədə dayanmışdı. Düz başının 

üstündə artıq bozarmış, amma bir zamanlar, yəqin ki, qızılı rəngə çalan üç metal şar asılmışdı. 

Buralar ona tanış gəlirdi. Əlbəttə! Qeyd kitabçası aldığı xırdavat dükanının bir neçə addımlığında 

dayanmışdı.  




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

185 


Canından bir qorxu keçdi. Hər şeydən əvvəl, qeyd kitabçasını almağın özü ağılsız hərəkət idi. 

Uinston and içmişdi ki, bir də buralara hərlənməsin. Amma bir az fikrə dalan kimi ayaqları onu 

yenə çəkib yerə gətirmişdi. Əslində gündəlik yazmağa başlamaqla özünü intihara bərabər olan 

belə addımlardan çəkindirmək istəyirdi. Axşam saat doqquza az qalmasına baxmayaraq dükanın 

hələ də açıq olması gözündən yayınmadı. Küçədə boş-boş avaralanmaqdansa, dükanda diqqəti 

daha az cəlb edəcəyini düşünüb içəri girdi. Soruşan olsa, ülgüc almaq istədiyini deyə bilərdi.  

Dükan sahibi divardan asılmış kerosin lampasını təzəcə yandırmışdı. Lampadan tutqun, amma 

insana rahatlıq gətirən xəfif işıq yayılırdı. Dükan sahibi təxminən altmış yaşlarında, arıq, beli 

azacıq bükülmüş, uzun burunlu adam idi. Qalın şüşəli eynək arxasındakı gözlərinin xeyirxah 

ifadəsi vardı. Saçları demək olar ki, tamam ağarmışdı, qaşları isə sıx və qara idi. Eynəyi, yumşaq 

və nəcib davranışı, qara məxmərdən olan nimdaş pencəyi ona ziyalı, ədəbiyyat, yaxud musiqi 

sahəsində çalışan adam görkəmi verirdi. Səsi bir az batıq çıxsa da, məlahətli idi. Prolların 

əksəriyyətindən fərqli olaraq, danışığında ləhcə hiss edilmirdi. 

- Sizi səkidə dayananda tanıdım. Keçən dəfə buradan cavan qızlar üçün hədiyyəlik albom 

almışdınız. Çox gözəl kağızı vardı. O kağız "süd rəngli verje" adlanır. Indi beləsini tapmaq 

qeyri-mümkündür. Istehsalı bəlkə də əlli il bundan dayandırılıb.  

Qoca eynəyinin üstündən Uinstona baxdı. 

- Nə isə yenə bir şey lazımdır? Yoxsa sadəcə baxmaq istəyirsiniz? - deyə soruşdu.  

- Yoldan keçirdim,- Uinston ağızucu cavab verdi. -Fikirləşdim ki, içəri girib baxım. Elə bir şey 

almaq fikrində deyiləm. 

- Lap yaxşı. Onsuz da sizə təklif olunası bir şey də yoxdur,-deyə dükan sahibi üzr istəyirmiş kimi 

əllərini zərif hərəkətlə yuxarı qaldırdı.-Görürsünüz, əslində mağaza bom-boşdur. Öz aramızdır, 

indi antikvariat satmağın quruca adı qalıb. Tələb ölüb, təklif etməyə də bir şey tapılmır. Mebel, 

büllur, farfor tədricən zədələnib-qırıldı. Bürünc və metal əşyaları da əridib axırına çıxdılar. Mən 

neçə ildir ki, latun şamdan görmürəm.  

Doğrudan da, balaca dükan köhnə-kürüş mallarla dolu olsa da, diqqəti çəkən bir şey yox idi. 

Döşəmədə ayaq qoymağa yer qalmamışdı. Divar boyu toz basmış şəkil çərçivələri qalaqlanmışdı. 

Vitrindəki podnoslara sınıq cib bıçaqları, boltlar və qaykalar, qapağı qopmuş, təmirinə heç bir 

ümid yeri qalmayan saatlar və digər gərəksiz əşyalar yığılmışdı. Yalnız küncə qoyulmuş masanın 

üstündəki laklı tütün qabları, əqiq sırğalar və digər xırdavat şeyləri kiməsə maraqlı görünə 

bilərdi. Uinston masaya yaxınlaşdı. Lampanın işığını solğun şəkildə əks etdirən yumru, hamar 

əşya diqqətini çəkmişdi. Onu əlinə götürdü.  

Ağır şüşə parçasına bənzəyirdi. Bir tərəfi hamar, o biri tərəfi yarımdairəvi şəkildə qabarıq idi. 

Rəngində də, quruluşunda da iri yağış damlasını xatırladan anlaşılmaz bir yumşaqlıq vardı. 

Qabarıq tərəfindən baxanda düz mərkəzdə qızıl gülü, yaxud dəniz yosununu xatırladan qəribə 

naxışlar gözə dəyirdi.  

- Bu nədir? - deyə əlində tutduğu şüşəyə hələ də heyranlıqla baxan Uinston soruşdu.  

- Bu? Mərcandır, - qoca cavab verdi. - Həm də güman ki, Hind okeanından çıxarılan mərcandır. 

Bəzən onları şüşə ilə haşiyələyirlər. Ən azı yüz yaşı var. Görünüşünə baxsan bəlkə daha çox yaş 

vermək olar.  

- Gözəl şeydir! - Uinston dedi.  

- Gözəldir! Amma ind bunlara qiymət verən kimdir? - Dükan sahibi yavaşca öskürdü. - Almaq 

istəsəniz, qiyməti dörd dollardır.Vaxt vardı, belə şeyi azı səkkiz funta satırdılar. Səkkiz funt isə, - 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə