Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə94/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   90   91   92   93   94   95   96   97   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

190 


qurtara bilməyib. Sən artıq fikrən cinayət işlədiyin anda özünə ölüm hökmü çıxarmısan. Elə isə 

heç nəyi dəyişə bilməyən, sadəcə, gələcək pərdəsinə bürünmüş yalanlardan ibarət dəhşətləri nə 

üçün gözləyirsən? 

Yenidən O`Brayenin simasını göz önündə canlandırmağa çalışdı. Istəyinə bir az nail oldu. "Biz 

qaranlıq olmayan yerdə görüşəcəyik!"- bu O`Brayenin sözləri idi. Onların mənasını anlamışdı. 

Hər halda, anladığını düşünürdü. Qaranlıq olmayan yer - xəyallarda yaşayan gələcəkdir. Bəziləri 

o gələcəyi heç zaman görməyəcək, bəziləri isə qabaqcadan əldə etdikləri biliklərlə onu sirli 

surətdə bölüşəcəklər. Teleekrandan beyninə dolan səs fikirlərini tamamlamağa imkan vermirdi. 

Uinston damağına bir siqaret qoydu. Tütünün yarısı dərhal süzülüb dilinin üstünə töküldü. Indi 

nə qədər tüpürsən də ağzını bu acı tozdan təmizləyə bilməyəcəksən. Fikrində O`Brayeni bir 

tərəfə sıxışdıran Böyük Qardaşın siması canlandı. Bir neçə gün əvvəlki kimi cibindən xırda pul 

çıxarıb üstündəki şəklə baxmağa başladı. Şəkildəki sifət ona ağır, sakit və himayədar nəzərlərlə 

süzürdü. Amma bu qara bığların arxasında gizlənən sirli təbəssüm nə deyirdi? Kəlmələr özləri 

ölüm mələkləri kimi bir-birinin ardınca düzülürdü: 

MÜHARİBƏ - SÜLHDÜR. 

AZADLIQ - KÖLƏLİKDİR. 

CƏHALƏT - QÜVVƏDİR. 

 

I hissənin sonu 



 

 

 



 

İKİNCİ HİSSƏ 

I fəsil 

Günortaya az qalırdı. Uinston ayaqyoluna getmək üçün kabinəsindən çıxdı. 

Gur işıqlandırılmış uzun koridorun o biri başından bir nəfər ona tərəf gəlirdi. Qara saçlı qız idi. 

Xırdavat dükanının yaxınlığında rastlaşdıqları axşamdan dörd gün keçmişdi. Yaxınlaşanda qızın 

sağ əlinin sarıqlı olduğunu gördü. Sarıqla kombinezon eyni rəngə çaldığından uzaqdan ayırd 

etmək mümkün deyildi. Yəqin, roman süjetlərinin “qaralamasını” hazırlayan kaleydoskopun 

çarxını fırladarkən qolunu zədələmişdi. Ədəbiyyat Departamentində belə zədələnmə halları tez-

tez baş verirdi.  

Aralarında təxminən üç-dörd metrlik məsafə qalanda qızın ayağı nəyəsə ilişdi, müvazinətini 

itirib üzü üstə döşəməyə sərildi. Özünü saxlaya bilməyib ağrıdan qışqırdı. Deyəsən, zədəli 

qolunun üstünə yıxılmışdı. Uinston dərhal ayaq saxladı. Qız birtəhər qalxıb dizi üstə oturdu. 

Sifəti sarımtıl-süd rəngində idi, dodaqları isə həmişəki kimi qırmızı görünürdü. Gözlərini 

Uinstona zilləmişdi. Yəqin ki, ağrıdan çox qorxu hissinin təsiri ilə ondan kömək umurdu. 

Uinstonun ürəyinə qəribə hisslər hakim kəsilmişdi. Qarşısındakı həyatına qəsd etmək istəyən 

düşmən idi. Eyni zamanda, ağrıdan əzab çəkən, bəlkə də əl, yaxud ayaq sümüklərindən biri sınan 

insan idi. Qızın sarıqlı qolunun üstə yıxıldığını görəndə Uinston onun yaşadığı iztirabı sanki öz 

bədənində hiss etmişdi.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

191 


– Əzilmisiniz? - deyə qızdan soruşdu. 

– Elə bir şey deyil. Sadəcə, qolum.... Bir saniyəyə keçib gedər.  

Qız elə danışırdı ki, sanki ürəyi bu dəqiqə sinəsindən çıxacaq. Rəngi get-gedə daha da ağarırdı.  

– Bir yeriniz zədələnməyib ki?  

– Yox, yox. Hər şey qaydasındadır. Yalnız bir az ağrı hiss etdim. O da keçib getdi.  

Qız salamat qolunu uzatdı. Uinston qalxmasına kömək etdi. Rəngi bir az üstünə gəlmişdi. 

Bayaqkından xeyli yaxşı görünürdü.  

– Hər şey qaydasındadır, - qız eyni sözləri təkrar etdi. - Sadəcə, biləyim bir az sərpdi. Sağ olun, 

yoldaş! 

Qız bu sözləri deyib gəldiyi istiqamətdə yoluna davam etdi. Cəld, inamlı addımlarından 

həqiqətən də ciddi bir şey baş vermədiyi sezilirdi. Bütün hadisə yəqin ki, yarım dəqiqədən çox 

çəkməmişdi. Hissləri heç vəchlə sifətdə büruzə verməmək artıq instinktə çevrilmiş, vərdiş halını 

almışdı. Həm də qız yıxılanda ikisi də teleekranın görmə bucağı altında olmuşdular. Amma arada 

elə bir hadisə baş vermişdi ki, Uinston teleekranı aldadaraq heyrət hissini çox böyük çətinliklə 

gizlədə bilmişdi. Qolundan yapışıb ayağa qalxmağa kömək elədiyi iki-üç saniyə ərzində qız onun 

ovcuna nə isə qoymağa imkan tapmışdı. Bunun düşünülmüş şəkildə edildiyinə şübhə ola 

bilməzdi. Ovcundakı kiçik və hamar bir şey idi. Ayaqyolunun qapısından içəri girərkən Uinston 

onu yavaşca cibinə sürüşdürüb barmaqlarının ucu ilə yoxlamağa başladı. Dörd bükülmüş kiçik 

kağız parçasına oxşayırdı.  

Pissuarın qarşısında dayandığı müddətdə cibində kağız parçasını açmağa müvəffəq oldu. Yəqin, 

nə isə bir şey yazılmışdı. Uinston əvvəlcə ayaqyolundakı kabinələrdən birinə keçib kağızı 

oradaca oxumağı düşündü. Amma tez də bunun dəhşətli ağılsızlıq olacağının fərqinə vardı. 

Teleekranın aramsız nəzarəti altında insanın özünü əminlikdə hiss edəcəyi heç bir yer yox idi.  

Kabinəsinə qayıdıb oturdu. Kağız parçasını etinasızlıqla masadakı digər sənədlərin üstünə atdı. 

Eynəyini taxıb nitqyazarı özünə tərəf çəkdi. “Beş dəqiqə!-deyə yavaşcadan pıçıldadı. - Ən azı 

beş dəqiqə gözləmək lazımdır!”. Ürəyi sinəsində qorxunc guppultu ilə döyünürdü. 

Xoşbəxtlikdən, qarşısındakı böyük diqqət tələb etməyən adi iş idi. Uzun sütunlar şəklində 

yazılmış rəqəmləri dəqiqləşdirmək tələb olunurdu.  

Kağız parçasındakı yazının mütləq siyasi xarakter daşıdığını fikirləşirdi. Nə qədər baş sındırsa 

da, təsəvvürünə yalnız iki variant gətirə bilirdi. Biri, həqiqətə daha uyğun gələni və Uinstonu 

daha çox qorxudanı qızın Fikir Polisinin agenti olması idi. Doğrudur, Fikir Polisinin hansısa 

niyyətini həyata keçirməkdən ötrü bu cür qəribə vasitəyə əl atmasının səbəbi qaranlıq qalırdı. 

Lakin belə etmişdilərsə, deməli, buna əsas vardı. Kağızdakı sözlər hədə, təhdid, həyatına 

intiharla son qoymaq əmri, yaxud ustalıqla qurulmuş başqa tələ də ola bilərdi. Hər vasitə ilə 

fikrindən çıxarmağa çalışdığı, lakin heç cür nail ola bilmədiyi başqa, daha ağlasığmaz ehtimal da 

vardı. Kağız qətiyyən Fikir Polisindən deyil, hansısa gizli təşkilatdan göndərilmişdi. Bəlkə 

həqiqətən də Qardaşlıq cəmiyyəti mövcuddur! Bəlkə qız da onun üzvlərindən biridir! Gəldiyi 

qənaətin cəfəngliyinə şübhə ola bilməzdi. Amma barmaqlarının ucu cibindəki dörd bükülmüş 

kağız parçasına toxunan anda ağlına ilk gələn fikir bu olmuşdu. Yalnız aradan iki dəqiqə 

keçəndən sonra həqiqətə daha çox uyğun görünən variantı tapa bilmişdi. Hətta indi, ağlı və 

düşüncəsi ona aldığı sifarişin, çox ehtimal ki, intihar tələbi olduğunu inadla diqtə eləyəndən 

sonra da əsassız ümidlərə qapılaraq hec vəchlə gümanının doğruluğuna inanmaq istəmirdi. 

Mənasız nikbinlik onu hələ də tərk etməmişdi. Ürəyi şiddətlə döyünürdü. Nitqyazara rəqəmləri 

mızıldadığı bu anlarda səsinin titrəməsini çox böyük çətinliklə gizlədə bilirdi.  




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə