“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
182
Möhkəm gülüşmə düşdü. Uinstonun gəlməsi ilə yaranan naqolaylıq öz-özünə aradan götürüldü.
Qocanın tükləri ağarmış sifəti indi də qızarıb pörtmüşdü. Əsəbiliklə geri dönəndə Uinstonla
toqquşdu. Uinston hörmətlə onun qoluna girdi.
- İcazə verin, sizi pivəyə qonaq eləyim, - dedi.
- Siz çox nəcib adamsınız, - deyə qoca yenə bayaqkı kimi sinəsini qabağa verdi. Deyəsən, heç
Uinstonun əynindəki göy rəngli kombinezonu da görməmişdi. Hikkəli əda ilə barmenə tərəf
çevrildi. - Bir pint pivə süz. Bir pint deyirəm, başa düşdün?
Barmen iki yarım litrlik parçı piştaxtanın altındakı çəlləkdə yaxaladı, qara-qəhvəyi rəngə çalan
pivə ilə doldurub onlara tərəf itələdi. Prolların pablarında pivədən başqa heç nə vermirdilər.
Amma onlara cin satılmasa da, tünd içki tapmaq elə də çətin deyildi. Ox atanlar təzədən
qızışmışdlar. Piştaxtanın qabağına toplaşan adamlar isə yenə Lotereya biletlərindən danışırdılar.
Uinstonun burada olması deyəsən hamının yadından çıxmışdı. Qoca ilə pəncərənin qarşısındakı
masada üzbəüz oturmuşdular. Heç kəsin söhbətlərini eşidəcəyindən qorxmadan arxayın danışa
bilərdilər. Bura gəlməklə özünü böyük təhlükə qarşısında qoymuşdu. Amma xoşbəxtlikdən,
pivəxanada teleekran yox idi. Buna içəri girən kimi diqqət yetirmişdi.
- Mənə bir pint də süzə bilərdi, - deyə parçın arxasından sifəti güclə görünən qoca yenə
deyinirdi. - Yarım litr azdır. Heç pivənin dadını əməlli-başlı hiss etmirsən. Bir litr isə çoxdur.
Sonra tualetin yolunda qalırsan. Hələ qiymətini demirəm.
- Siz cavanlıq illərindən bəri yəqin çoxlu dəyişikliklərin şahidi olmusunuz, - deyə Uinston
ehtiyatla söhbətə başladı.
Qoca nurunu itirmiş göy gözləri ilə əvvəlcə oxatanların hədəfinə, sonra piştaxtaya, sonda isə
ayaqyolunun qapısına baxdı. Sanki Uinstonun soruşduğu dəyişiklikləri bu pivəxanada axtarırdı.
- Əla pivə olurdu, - deyə, nəhayət, dilləndi. - Qiyməti də ucuz idi. Mən cavan olanda yaxşı aşağı
dərəcəli pivələr vardı. Pintini dörd pensə satırdılar. Söhbət, əlbəttə, müharibədən əvvəlki vaxtdan
gedir.
- Hansı müharibədən? - Uinston dəqiqləşdirmək istədi.
- Müharibə elə həmişə müharibədir,-qoca öz aləmində suala aydınlıq gətirdi. Parçı götürüb
sinəsini qabağa verdi, çiyinlərini düzəltdi.
- Sizin sağlığınıza içirəm, - dedi.
Nazik boğazındakı hülqumu bir neçə dəfə sürətlə qalxıb endi. Parçdakı pivə son damlasına qədər
içilmişdi. Uinston piştaxtaya yaxınlaşıb iki yarımlitrlik parçla geri qayıtdı. Deyəsən qoca özünün
bir litrə qarşı bayaqkı etirazını yaddan çıxarmışdı.
- Siz yaşda məndən çox böyük olarsınız, - Uinston söhbəti təzələdi. -Yəqin mən doğulanda artıq
yaşa dolmuş insan idiniz. Ona görə də köhnə dövrü, Inqilabdan əvvəlki illəri yaxşı
xarıtlamalısınız. Mən yaşda olan adamların o dövr haqqında, əslində, heç bir təsəvvürü yoxdur.
Bu barədə biz yalnız kitablardan oxuya bilərik. Kitablarda yazılanlar isə doğru olmaya da bilər.
Ona görə sizin fikirlərinizi eşitmək istərdim. Tarix kitablarında Inqilabdan əvvəlki həyatın
indikindən tamamilə fərqli olduğu göstərilir. Təsəvvürümüzə gətirmədiyimiz dəhşətli zülm,
haqsızlıq, dilənçilik hökm sürürmüş. Elə burada, Londonda adamların çoxu doğulandan ölənə
qədər qarın dolusu yeməyə möhtac qalırmışlar. Camaatın yarısı ayaqyalın gəzirmiş. Gündə on iki
saat işləyirmişlər. Doqquz yaşında məktəbi atırmışlar. On adam bir otaqda yatırmış. Kiçik bir
azlıq-adlarına kapitalist deyilən bir neçə min adam isə bütün sərvət və hakimiyyəti öz əllərinə
keçiribmişlər. Gözə dəyən hər şey onların imiş. Zəngin evlərdə yaşayır, qapılarında otuz
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
183
qulluqçu saxlayır, avtomobillərdə, yaxud dörd at qoşulmuş güzgülü karetalarda gəzirmişlər,
şampan şərabları içir, başlarına silindr qoyurmuşlar.
Qoca birdən-birə dirçəldi.
- Silindir? - deyə soruşdu. -Yaxşı oldu ki, bu sözü yada saldınız. Elə mən də dünən silindr
barəsində fikirləşirdim. Səbəbini özüm də bilmirəm. Fikirləşirdim ki, gör, neçə ildir ki, silindr
görmürəm. Haqlısınız, silindr vardı. Mən özüm axırıncı dəfə gəlinimin dəfnində başıma silindr
qoymuşdum. Hələ o vaxtlar... Ilini deyə bilməyəcəyəm. Azı əlli il bundan qabaq olardı. Əlbəttə,
yəqin başa düşürsünüz ki, həmin silindri dəfn mərasimi üçün birovuz götürmüşdüm.
- Silindrin heç bir əhəmiyyəti yoxdur, bunu elə-belə dedim,-Uinston tələsik söhbətin yönünü
dəyişməyə çalışdı. -Əsas məsələ kapitalistlərdir. Deyilənə görə kapitalistlər, ruhanilər,
hüquqşünaslar, vəkillər, onların böyür-başında fırlanan adamlar dünyaya ağalıq edirmişlər. Hər
şey onların xeyrinə işləyirmiş. Siz, sadə fəhlələr isə bu adamların qulu, köləsi imişsiniz. Sizinlə
istədikləri kimi rəftar edirmişlər. Məsələn, istəsələr qaramal kimi gəmiyə yükləyib Kanadaya
göndərə bilərmişlər. Istəsələr, arvadlarınızla, qızlarınızla yata bilərmişlər. Sizi doqquz dilli
qırmancla döydürə bilərmişlər. Siz onlarla üzbəüz gələndə mütləq papağınızı çıxarıb təzim
etməli idiniz. Hər kapitalistin əhatəsində bir dəstə lakey olurmuş.
Qoca yenidən canlandı.
- Lakey! Gör bu sözü neçə illərdir eşitməmişəm. Lakey! Adam doğrudan da cavanlıq çağlarını
xatırlayır. Bazar günləri günortadan sonra bəzən natiqlərə qulaq asmaq üçün Hayd-Parka
gedirdim. O vaxtlar bu parkda kimlər olmurdu -Xilas Ordusu, Roma katolikləri, yəhudilər,
induslar...Orada bir nəfər də vardı. Indi adını yadıma sala bilmirəm. Çox güclü natiq idi. Oh, nə
sözlər deyirdi! Lakeylər deyirdi, burjuaziyanın lakeyləri! Hakim təbəqənin əlaltıları! Tüfeylilər...
bir gör sözü hara gətirib çıxarırdı. Hə, bir də goreşənlər. Dəqiq yadımdadır, onlara goreşən
deyirdi. Əlbəttə, yəqin başa düşürsünüz ki, bütün bunlar leyboristlərə aid idi.
Uinston qoca ilə söhbətin alınmadığını hiss etdi.
- Bilirsiniz, mən nəyi öyrənmək istəyirdim? - deyə bir də maraqlandığı mövzuya qayıtmağa
çalışdı. -Necə fikirləşirsiniz, o zaman özünüzü daha azad sayırdınız, yoxsa indi? O zaman bir
insan kimi sizə bəslənilən münasibət necə idi? Keçmiş vaxtlarda, hakimiyyətdə varlı adamların
olduqları dövrdə...
- Lordlar Palatasının, - qoca nəyi isə xatırlayıbmış kimi əlavə etdi.
- Lap elə Lordlar Palatası olsun. Bilmək istərdim ki, siz kasıb, onlar isə varlı olduqlarına görə
sizinlə aşağı təbəqənin adamları kimi rəftar edirdilər? Doğrudurmu ki, siz onlara "ser" deməli və
qarşılaşanda papağınızı çıxarmalı idiniz?
Qoca dərin fikrə getdi. Yalnız parçdakı pivənin dörddə birini içəndən sonra suala cavab verdi.
-Elədir, -dedi. -Onları görən kimi əlimizi papağımıza atmağımız xoşlarına gəlirdi. Belə hərəkətlə
öz ehtiramını bildirirdin. Əslinə baxsan, bu mənim çox da ürəyimdən deyildi. Amma tez-tez
papağımı çıxarmalı olurdum. Başqa yol yox idi.
- Sizdən soruşduqlarımın hamısını tarix kitablarından oxumuşam. Ona görə də maraqlıdır: elə
olurdumu ki, bu zəngin adamlar, yaxud onların nökərləri sizi itələyib səkinin kənarındakı su
arxına yıxsınlar?
- Bir dəfə məni itələmişdilər,-deyə qoca cavab verdi. - Lap dünənin hadisəsi kimi yadımdadır.
Avarçəkmə yarışmalarından sonra... Bu yarışmalardan sonra yamanca şuluqluq salırdılar. Mən
Şaftsberi-avenyuda təsadüfən cavan bir oğlanla qarşılaşdım. Görkəminə baxırsan, çox nəcib