Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə92/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   88   89   90   91   92   93   94   95   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

186 


indi heç dəqiq bilmirəm nə qədər eləyir, amma çox böyük pul idi. Nadir ələ düşsə də daha qədim 

əşyalar heç kimi maraqlandırmır. 

Uinston dərhal dörd dollar ödəyib bəzəkli şüşəni cibinə qoydu. Onu əşyanın gözəlliyindən daha 

çox indiki dövrlə heç bir müqayisəyə gəlməyən qədimlik ruhu cəlb etmişdi. Yağış damlasına 

bənzəyən şüşə indiyə qədər gördüyü oxşar bəzək əşyalarından tamam fərqli idi. Diqqətini çəkən 

başqa özəlliyi isə əslində heç bir işə yaramaması idi. Vaxtı ilə ondan kağızların dağılmaması 

üçün press-papye kimi istifadə edildiyini də düşünmək olardı. Ağır şüşə cibini aşağı dartsa da 

çox qabarıq göstərmirdi. Partiya üzvü üçün bu qəribə, hətta lazımi məqamda əleyhinə istifadə 

oluna bilən predmet idi. Gözəl və qədim olan hər şey mütləq şübhə doğururdu. Qoca isə dörd 

dollarını alandan sonra daha iltifatlı olmuşdu. Uinston fikirləşdi ki, gərək onun dediyi məbləği 

dərhal verməyəydi. Bazarlığa başlayıb üç, hətta iki dollar da təklif etmək mümkün idi.  

- Baxmaq istəsəniz, yuxarıda da bir otağım var, - deyə dükan sahibi ona müraciət etdi. - Orada 

elə bir şey yoxdur. Sadəcə, bəzi-para əşyalar qalıb. Yuxarı qalxacaqsınızsa, gərək özümüzlə 

lampa götürək.  

O, başqa lampa yandırdı, belini azca əyərək qabağa düşdü, sürtülüb-yeyilmiş pilləkənlərlə ikinci 

mərtəbəyə qalxdı, Uinstonu dar koridordan keçirib kiçik otağa gətirdi. Otağın pəncərəsi kücəyə 

deyil, daş döşənmiş həyətə açılırdı. Yuxarıda isə tüstü bacalarının bütöv bir meşəsi görünürdü. 

Mebellərin düzülüşündən burada sanki indi də kiminsə yaşadığı təəssüratı yaranırdı. Döşəmədə 

nimdaş xalça, divarda bir-iki şəkil, buxarının qabağında isə köhnə, ortası çökmüş kreslo vardı. 

Buxarının üstündən on iki sferblatlı qədim divar saatı asılmışdı. Pəncərənin qabağına az qala 

otağın dörddə birini tutan və üstündə döşəyi də olan nəhəng çarpayı qoyulmuşdu.  

- Arvadım ölənə qədər bu otaqda yaşayırdıq, - deyə qoca üzr istəyirmiş kimi izahat verdi. - İndi 

yavaş-yavaş mebelləri satıram. Məsələn, qırmızı ağacdan düzəldilmiş əla çarpayı. Əlbəttə, bit-

birəsi təmizlənsə, öz adına daha çox uyğun gələr. Təbii ki, ilk baxışdan sizə bir qədər böyük 

görünəcək.  

Dükan sahibi ətrafı işıqlandırmaq üçün lampanı yuxarı qaldırdı. Tutqun işıqda otaq daha baxımlı 

görünür, adamı özünə çəkirdi. Uinston düşündü ki, cəsarəti çatsaydı, buranı həftəsi bir neçə 

dollara kirayəyə də götürmək olardı. Bu cəfəng və ağlasığmaz fikir idi, gərək ağlına gəldiyi kimi 

dərhal da yaddaşından çıxarıb ataydın. Lakin otaq Uinstonda bir nostalgiya, nə isə bir ailə 

yaddaşı hissi oyatmışdı. Ona elə gəldi ki, belə yerdə yaşamağın yaratdığı duyğulara yaxşı 

bələddir: yanan buxarının qarşısında oturursan, ayaqlarını məhəccərə söykəyirsən, közün üstündə 

çaydan çızıldayır, tamam təksən, tamam təhlükəsizsən, heç kim səni güdmür, çaydanın 

cızıltısından və divar saatının taqqıltısından başqa heç bir səs rahatlığını pozmur.  

- Burada teleekran yoxdur, - deyə pıçıldamaqdan özünü saxlaya bilmədi.  

- Ah, onu deyirsiniz? - qoca cavab verdi. - Burada heç vaxt elə şey olmayıb. Əvvəla, çox 

bahadır. Ikincisi də, ehtiyac yoxdur. Baxın, küncdə açılıb-yığılan əla masa da var. Amma 

siyirtmələrdən istifadə etmək üçün gərək tutacaqlarını dəyişəsən.  

Otağın digər küncündə Uinstonu maqnit kimi özünə çəkən kitab rəfi vardı. Burada gözünə 

maraqlı bir şey dəymədi. Kitabların axtarışı və məhv edilməsi hər yerdə olduğu kimi prollar 

yaşayan məhəllələrdə də diqqətlə həyata keçirilirdi. Indi yəqin ki, bütün Okeaniyada 1960-cı 

ildən əvvəl çap olunmuş bir kitab da tapmaq mümkün deyildi. Hələ də lampanı əlindən yerə 

qoymayan qoca indi də buxarı ilə üzbəüz divarda, çarpayının üstündə asılmış palisandr çərçivəli 

şəklin önündə dayanmışdı. 

-Əgər köhnə qravürlərlə maraqlanırsınızsa, - deyə dükan sahibi nəzakətli bir tərzdə sözə başladı.  




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

187 


Uinston şəkli daha yaxşı görmək üçün yaxına gəldi. Qravüra metal üzərində işlənmişdi. Löbhədə 

dairəvi frontonu, dördkünc pəncərələri və ön tərəfdə qülləsi olan bina təsvir edilmişdi. Binanın 

dövrəsinə hasar çəkilmişdi, həyətin uzaq küncündə isə deyəsən, heykəl gözə dəyirdi. Uinston bir 

müddət gözünü şəkildən çəkmədi. Həyətdəki heykəli heç cür xatırlaya bilməsə də, bina ona tanış 

gəlmişdi. 

- Çərçivə divara bərkidilib, - deyə qoca izahat verdi. - Amma istəsəniz aça bilərəm.  

- Bina mənə tanış gəlir,-Uinston nəhayət dilləndi. - Indi deyəsən dağılıb. Ədalət Sarayının qarşı 

tərəfindəki küçənin düz mərkəzində yerləşirdi. 

- Doğrudur. Bilmirəm, hansı ildəsə bombardman nəticəsində dağıdılıb. Bir vaxtlar 

danimarkalıların Sent-Klement kilsəsi olub. - Qoca nə isə gülünc söz dediyinin fərqində olan 

adam kimi üzrxahlıqla gülümsədi, sonra əlavə etdi: "Mandarinlər, limonlar. Sent-Klement zəng 

çalar". 


- Bu nə deməkdir? 

-Aha. "Mandarinlər, limonlar. Sent-Klement zəng çalar" - uşaq olanda belə bir şeir oxuyurduq. 

Sonrası yadımdan çıxıb. Axırı isə bu cür qurtarırdı: "Iki şam yandıracam, Səni dayandıracam, 

Qılınc çalsam bir kərə, Başın düşəcək yerə!". Bu şeri oyun vaxtı oxuyurdular. Uşaqlar əllərini 

tağ kimi yuxarıda tuturdular. Onların altından keçməli idin. "Qılınc çalsam bir kərə, Başın 

düşəcək yerə!"- sözləri oxunanda hamının əli qəfildən aşağı enir və səni tuturdular. Şeirdə yalnız 

kilsələrin adı çəkilirdi. Təbii ki, Londonun ən mühüm kilsələrinin... 

Uinston hədər yerə Sent-Klement kilsəsinin inşa tarixini yadına salmaq istəyirdi. London 

binalarının yaşını təyin etmək həmişə çətin olmuşdu. Görünüşcə yeni təsiri bağışlayan bütün 

böyük və əzəmətli binaların Inqilab dövründə tikildiyi iddia edilirdi. Qədim tarixə malik nə varsa 

hamısını mücərrəd, dumanlı Orta Əsrlərə bağlayırdılar. Belə çıxırdı ki, kapitalizm dövrü heç bir 

diqqətəlayiq abidə yaratmayıb. Tarixin təkcə kitablar deyil, memarlıq vasitəsi ilə öyrənilməsinin 

qarşısı da bu yolla alınmışdı. Heykəllər, abidələr, xatirə lövhələri, küçə adları – bir sözlə, 

keçmişə işıq salmağa imkan verən nə varsa hamısı sistemli şəkildə dəyişdirilmişdi. 

- Buranın kilsə olduğunu heç vaxt bilməmişəm,-Uinston dedi. 

- Kilsələrin çoxu qalıb-deyə qoca dilləndi.- Amma onlardan başqa məqsədlərlə istifadə olunur. 

Hə, bayaqkı şeirdə necə idi? Iki misrasını da xatırladım.  

Mandarinlər, limonlar 

Sent-Klement zəng çalar. 

Hey zəng çalar San-Martin, 

Qaytar mənə üç fartinq! 

- Sonrasını bilmirəm. Fatrinq isə xırda mis pul idi. İndiki sent kimi.  

- Bəs San Martin haradadır? - Uinston soruşdu.  

- San-Martin? Bu kilsə indi də durur. Qələbə meydanında, şəkil qalareyasının yanındadır. Böyük 

frontonu, üç laylı tağı və geniş pilləkənləri olan binadır.  

Uinston qocanın dediyi yeri yaxşı tanıyırdı. Orada tez-tez müxtəlif təbliğati sərgilərin təşkil 

olunduğu, raketlərin və Üzən Qala modellərinin, düşmənin vəhşilik səhnələrini göstərən mum 

fiqurların nümayiş etdirildiyi muzey yerləşirdi.  




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə