Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə93/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   89   90   91   92   93   94   95   96   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

188 


- Kilsə "Müqəddəs Martin səhrada" adlanırdı, - qoca sözünə davam etdi. - Amma gözümü 

açandan o həndəvərdə heç vaxt səhra görməmişəm. 

Uinston qravürü almadı. Bu, şüşə press-papyedən də gərəksiz bir şey olardı. Həm də çərçivəsini 

sökməsən evə aparmaq mümkün deyildi. Uinston qoca ilə söhbət etmək üçün daha bir neçə 

dəqiqə ayaq saxladı. Məlum oldu ki, soyadı dükanın girişində yazıldığı kimi Uiks yox, 

Çarrinqtondur. Mister Çarrinqtonun altmış üç yaşı var, duldur, otuz ilə yaxındır ki, bu dükanı 

işlədir. Bütün bu illər ərzində dükanın adını dəyişmək haqqında dəfələrlə fikirləşsə də, nədənsə 

qərarını yerinə yetirməyib. Söhbət elədikləri müddət ərzində Uinston özü də fərqinə varmadan 

bayaqkı yarımçıq şeiri ürəyində təkrarlayırdı: "Mandarinlər, limonlar. Sent-Klement zəng çalar, 

Hey zəng çalar San Martin, Qaytar mənə üç fartinq!" Maraqlıdır, hər dəfə şeiri deyəndə elə bil 

London kilsələrinin, hələ də orada-burada qorunub saxlanan, amma gözdən düşən, unudulan 

kilsələrin cingiltili zəng səslərini eşidirdi. Bu xəyali zənglərin biri-birinin səsinə səs verərək 

ətrafa yaydıqları həyəcan sədaları qulaqlarına çatırdı. Əslində isə, Uinston ağlı kəsəndən bəri 

gerçək həyatda bir dəfə də olsun kilsə zənglərinin səsini eşitməmişdi.  

Mister Çarrinqtonla otaqda sağollaşıb pilləkənləri təkbaşına endi. Istəmirdi ki, qoca küçəyə 

çıxmamışdan əvvəl ətrafı ehtiyatla gözdən keçirdiyini görsün. Müəyyən müddət, məsələn, heç 

olmazsa, bir ay gözləyəndən sonra risk edib bir də dükana gəlməklə bağlı qərarını artıq vermişdi. 

Təbii ki, bu, Ictimai Mərkəzdəki məşğələləri buraxmaqdan çox da təhlükəli addım sayıla 

bilməzdi. Onsuz da ən böyük səfehliyi eləmişdi – qeyd kitabçasını alandan sonra qocanın nə 

dərəcədə etibarlı adam olduğunu bilmədən bir də bura gəlməsinin özü düşünülməmiş addım idi. 

Daha olan olmuşdu... 

"Bəli, - deyə öz-özünə fikirləşdi, - bura bir də qayıtmalı olacağam". Xoşuna gələn bəzi xırım-

xırda şeyləri də almaq istəyirdi. Eləcə də üzərində Sent-Klement kilsəsinin təsviri olan qravürü 

almağa, çərçivədən çıxarıb kombinezonunun altında evə aparmağa qərar vermişdi. Bir də, mister 

Çarrinqtondan xahiş edəcəkdi ki, mümkünsə, şeirin qalan misralarını da yadına salsın. Hətta 

yuxarıdakı otağı kirayəyə götürmək kimi dəli fikir də ani olaraq beynindən keçmişdi. Uinston 

planlarına o qədər aludə olmuşdu ki, beş saniyəliyə hər şeyi unutdu, əvvəlcə qapının şüşəsindən 

baxıb ətrafı yoxlamadan küçəyə çıxdı. Qocadan eşitdiyi şeir parçasını mahnı kimi ahənglə 

mızıldanırdı: 

Mandarinlər, limonlar, 

Sent-Klement zəng çalar. 

Hey zəng çalar San Martin, 

Qaytar mənə... 

Birdən elə bil ürəyi buza döndü, bütün içərisi isə əriyib axdı. Qarnından dəhşətli sancı keçdi. 

Təxminən on addımlıq məsafədə göy kombinezonlu bir nəfər səki ilə ona tərəf gəlirdi. Ədəbiyyat 

Departamentindəki həmin o qara saçlı qız idi. Küçə işıqları yanmırdı, amma Uinston çətinlik 

çəkmədən onu tanıdı. Qız da düz Uinstonun üzünə baxdı, amma özünü görməməzliyə vuraraq 

sürətli addımlarla tez aralanıb getdi.  

Uinston iflic vurmuş kimi bir neçə saniyə yerindən tərpənə bilmədi. Sonra sağa dönüb ağır-ağır 

yoluna davam etdi. Tamam əks tərəfə getdiyinin fərqində də deyildi. Artıq məsələ aydın idi. 

Qızın onu güddüyünə heç bir şübhə ola bilməzdi. Bura da məhz Uinstonu izləmək məqsədi ilə 

gəlibmiş; yoxsa ikisinin də eyni vaxtda Partiya üzvlərinin yaşadıqları rayondan bir neçə kilometr 

aralıda yerləşən bu daldabucaq küçələrə gəlib çıxmaları təsadüf sayıla bilməzdi. Ümumiyyətlə, 

bu qədər təsadüf mümkün olan şey deyildi. Qızın Fikir Polisinin rəsmi əməkdaşı olmasının, 

yaxud sadəcə həvəskar casus kimi fəaliyyət göstərməsinin isə artıq elə bir əhəmiyyəti yox idi. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

189 


Təkcə elə onu güdməsi çox şey deyirdi. Yəqin pivəxanaya girməyini də görmüşdü. 

 

Güclə yeriyirdi. Addımını atdıqca, şalvarının cibindəki şüşə parçası budunu sürtürdü. Bir ara 



hətta onu tullamaq haqqında fikirləşdi. Ən dəhşətlisi isə, qarnını doğrayan sancı idi. Uinstona elə 

gəldi ki, iki-üç dəqiqəyə özünü ayaqyoluna çatdıra bilməsə yerindəcə öləcək. Lakin belə 

məhəllərdə ictimai tualetin olması ağlagələn şey deyildi. Xoşbəxtlikdən, sancı öz-özünə keçdi, 

yerini küt ağrı tutdu. 

Küçə dalana dirəndi. Uinston dayandı, tərəddüd içərisində bir neçə saniyə yerində durub nə 

edəcəyini fikirləşdi. Sonra geri dönüb addımlarını yeyinlətdi. Birdən ağlına gəldi ki, qız vur-tut 

üç dəqiqə əvvəl yanından keçib, qaçsa, özünü ona çatdıra bilər. Qaranlıq bir yerə çatana qədər 

ehmalca təqib edər, orada isə daş parçası ilə vurub başını əzər. Cibindəki şüşə də işə yarayacaq 

qədər ağır idi. Amma bu fikri dərhal başından çıxardı. Hətta fiziki güc haqqında fikirləşmək özü 

də həmin an Uinstonun qüvvəsi fövqündə idi. Nə qaçmağa, nə də zərbə vurmağa taqəti qalmışdı. 

Üstəlik, qız da cavan və sağlamdır. Təbii ki, özünü müdafiə edəcək. Sonra dərhal İctimai 

Mərkəzə getmək, bağlanana qədər orada oturmaq haqda fikirləşdi. Bəlkə bu yolla özünə 

müəyyən alibi təmin edə bilərdi. Amma buna da qüvvəsi yox idi. Uinstonu öldürücü ətalət 

basmışdı. Yeganə istəyi tezliklə evə çatmaq, bir az dincəlib özünə gəlmək idi. 

Evə ancaq axşam saat onda qayıda bildi. 23.30-da işıqları söndürəcəkdilər. Uinston mətbəxə 

keçib bir dolu fincan "Qələbə" cini içdi. Sonra divarın girintisindəki masasına yaxınlaşıb oturdu, 

siyirtmədən gündəliyini çıxardı. Dəftərin arasını dərhal aça bilmədi. Telekrandan cingiltili qadın 

səsi ilə oxunan vətənpərvərlik mahnısı eşidilirdi. Uinston qeyd kitabçasının mərmər kimi hamar 

cildinə baxır, hələlik hec cür bacarmasa da, fikrini mahnıdan yayındırmağa çalışırdı.  

Adamları aparmağa həmişə gecə gəlirdilər. Ən düzgün qərar ələ düşməmiş özünü öldürməkdir. 

Yəqin çoxları elə belə də eləyirlər. Yoxa çıxanların əksəriyyəti, əslində, həyatlarına intiharla son 

qoyanlardır. Amma odlu silahın və tez təsir göstərən etibarlı zəhərin tapılmadığı ölkədə intihar 

da adamdan qeyri-adi cəsarət tələb edirdi. O, təəccüb içərisində ağrı və qorxunun bioloji 

gərəksizliyi, xüsusi qüvvə tələb edildiyi anlarda isə, həmişə donmuş, ətalətli vəziyyətdə olan 

insan bədəninin qəfil xəyanəti haqqında düşündü. Anında hərəkət etsəydi, qara saçlı qızın səsini 

birdəfəlik kəsmək olardı. Lakin məhz təhlükənin fövqəladəliyi nəticəsində nə isə bir iş görmək 

qabiliyyətini itirmişdi. Ağlına gəldi ki, böhran anlarında insan heç vaxt düşmənə deyil, öz 

bədəninə qarşı mübarizə aparmalı olur. Hətta indi, bir fincan cin içəndən sonra da qarnındakı küt 

ağrı ona fikirlərini cəmləməyə imkan vermirdi. Düşünürdü ki, istər qəhrəmanlıq, istərsə də 

faciəvi situasiyalarda, əslində, hər şey bir-birinin təkrarıdır. Döyüş meydanında, işgəncə 

kamerasında, batan gəmidə-hər yerdə uğrunda mübarizə apardığın amallar bir an içində yaddan 

çıxır. Əvəzində isə bədənin böyüyüb bütün kainatı tutur. Hətta qorxudan iflic olmadığın, ağrıdan 

qışqırmadığın anlarda da həyat aclıq, soyuq və yuxusuzluqla, diş ağrısı və mədə rahatsızlığı ilə 

arası kəsilməyən mübarizədən ibarətdir.  

Uinston gündəliyini açdı. Mütləq bir şey yazmalı idi. Teleekrandakı qadın yeni mahnı oxumağa 

başlamışdı. Səs sivri uclu şüşə parçası kimi beyninə sancılırdı. Gündəliyin ünvanlandığı, yaxud 

məxsusi olaraq yazıldığı O`Brayen haqqında düşünməyə çalışırdı. Əvəzində isə Fikir Polisinin 

əlinə düşəndən sonra başına nə oyunlar açılacağı haqqında fikirləşdiyinin fərqinə vardı. Əgər 

səni dərhal öldürürlərsə, deməli, yaxşı qurtarmısan! Öldürüləcəyinə isə şübhə yox idi. Lakin 

ölümdən əvvəl (heç kəs bu barədə danışmasa da, hamı bilirdi) hər şeyi etiraf etməli idin. Bunun 

isə öz qaydaları vardı: əvvəlcə döşəmədə sürünməli, yalvarıb aman diləməli, sındırılan 

sümüklərinin, vurulub qarnına tökülən dişlərinin xırçıltısını eşitməli, saçından qoparılan qanlı 

tük çəngələrinə baxmalı olacaqdın.  

Əgər nəticə həmişə eynidirsə, onda nə üçün bu əzablardan keçməlisən? Həyatını bir neçə gün, 

yaxud bir neçə həftə qısaltmaq öz əlində deyilmi? Hələ heç kim ifşadan, yaxud etirafdan canını 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə