Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə96/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   92   93   94   95   96   97   98   99   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

194 


Tanıdığı adamın dəvətindən sonra gedib təkbaşına nahar edən qızın masasında otura bilməzdi. 

Bu hərəkət mütləq diqqəti çəkəcəkdi. Üzünə dostcasına təbəssüm ifadəsi verib Uilşerin 

göstərdiyi yerdə əyləşdi. Sarışın, səfeh sifət sanki işıqlandı. Uinston ani qarabasma hiss etdi. Ona 

elə gəldi ki, kimsə əlindəki baltanı düz sifətinin ortasına çırpır. Bir neçə dəqiqə sonra qızın 

yanındakı yerlər tutuldu. 

Amma, şübhə yox idi ki, qız Uinstonun ona tərəf gəldiyini görmüş, niyyətini anlamışdı. Ertəsi 

gün yeməkxanaya vaxtından tez gəldi. Zənnində yanılmamışdı. Qız təxminən dünənki yerində, 

yenə də tək oturmuşdu. Növbədə Uinstondan qabaqda balaca boylu, yastı sifətli, şübhə dolu 

gözləri daim qaynaşan böcəyə bənzər adam dayanmışdı. Podnosunu götürüb piştaxtadan 

aralananda onun düz qızın oturduğu masaya tərəf yönəldiyini gördü. Ümidləri yenə puça çıxırdı. 

Nisbətən aralıdakı masanın arxasında da boş yer vardı. Lakin böcəyəbənzər adamın qırımından 

özünü qətiyyən əziyyətə salmaq niyyətində olmadığı, ən yaxın masada, qızla birlikdə oturmaq 

istədiyi sezilirdi. Ürəyindən qara qanlar axan Uinston onun dalınca addımlayırdı. Qızla təkbətək 

qalmayana qədər heç nə alınmayacağını yaxşı başa düşürdü. Birdən gurultu qopdu. Balacaboy 

üzü qoylu döşəmədə uzanmışdı. Podnosu bir kənara sıçramışdı. Qarşısında döşəmənin üstü ilə 

iki nazik şırnaq-şorba və qəhvə axırdı. Balacaboy sıçrayıb yerindən qalxdı, hirsli-hirsli Uinstona 

baxdı. Yəqin qəfil yıxılmağında onu suçlu sayırdı. Daha nə düşünməyinin əhəmiyyəti yox idi. 

Beş saniyə sonra ürəyi az qala sinəsindən çıxan Uinston qızla üzbəüz oturmuşdu.  

Ona tərəf baxmırdı. Podnosdakı yeməkləri masanın üstünə düzüb tələsə-tələsə yeməyə başladı. 

Kimsə yaxınlaşıb boş yerləri tutana qədər mütləq söhbəti qurtarmaq lazım idi. Amma canını 

dəhşətli qorxu bürümüşdü. Qızla koridorda ilk qəribə təmaslarının üstündən bir həftə keçmişdi. 

Bu müddətdə o, fikrini dəyişə də bilərdi. Bəlkə də dəyişmişdi. Girişdiyi oyunun uğurla sona 

çatacağı mümkün olan şey deyildi. Gerçək həyatda belə hadisələrə təsadüf olunmur. Əlində 

podnos, ətrafa boylanıb boş yer axtaran Amplfort onların masasına yaxınlaşsaydı, yəqin qızla 

danışmaq fikrindən vaz keçəcəkdi. Amplfort nədənsə özünü Uinstona məhrəm sayırdı. İndi də 

onu görsəydi, mütləq gəlib yanında oturacaqdı. Sözünü demək üçün bəlkə bir dəqiqədən də az 

vaxt qalırdı. Amma qız da, Uinston da başlarını qaldırmadan yeyirdilər. Xörəkləri menyuda raqu 

kimi göstərilsə də, əslində, lobya şorbası idi. Nəhayət, Uinston asta səslə sanki dodağının altında 

mızıldanırmış kimi danışmağa başladı. Gözlərini qaldırıb bir-birlərinə baxmırdılar. İkisi də 

tələsik hərəkətlə şorbanı qaşıqlayıb ağızlarına qoyur, arada yaranan qısa fasilələrdə isə yavaş və 

ifadəsiz səslə fikirlərini bölüşürdülər: 

– İşdən nə zaman çıxırsınız?  

– On səkkiz otuzda. 

– Harada görüşə bilərik? 

– Qələbə Meydanında. Heykəlin yanında. 

– Ora teleekranla doludur. 

– Adam çox olanda qorxusu yoxdur. 

– Nə isə bir işarə lazımdır? 

– Yox. Məni adamların ən gur yerində görməyənə qədər yaxınlaşmayın. Həm də mənə tərəf 

baxmayın. Sadəcə yaxınlığımda olmağa çalışın. 

– Saat neçədə? 

– On doqquzda. 

– Oldu.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

195 


Amplfort Uinstonu görmədi. Başqa yer tapıb oturdu. Daha heç nə danışmadılar. Eyni masa 

arxasında üzbəüz əyləşən iki adamın bir-birinə baxmaması qeyri-mümkün olsa da, nəzərlərini 

hər vasitə ilə yayındırırdlar. Qız tələsik naharını qurtarıb masadan qalxdı. Uinston siqaret 

çəkmək üçün bir az ləngidi.  

Qələbə Meydanına danışdıqları vaxtdan tez gəlmişdi. Yuxarısında Böyük Qardaşın heykəli 

ucalan nəhəng fleytaya bənzər sütunun yanında dayanıb tamaşa edirdi. Heykəlin nəzərləri Birinci 

Uçuş Zolağı uğrunda savaşda Avrasiya aviasiyasının (bir neçə il əvvəl söhbət İstasiya 

aviasiyasından gedirdi) darmadağın edildiyi cənub səmasına zillənmişdi. Qarşı tərəfdəki küçədə 

hamının nədənsə Oliver Kromvel zənn etdiyi atlı heykəli ucalırdı. Danışdıqları vaxtdan beş 

dəqiqə keçmişdi. Qız hələ də görünmürdü. Uinston yenə qorxuya düşmüşdü. Düşünürdü ki, 

gəlməyibsə, deməli, fikrini dəyişib. Yavaş-yavaş meydanın şimal səmtinə tərəf addımladı. 

Zəngləri çalındığı zamanlar “Qaytar mənə üç fartinq!”-deyə səs-küy salan San Martin kilsəsini 

dərhal tanımasından az da olsa məmnunluq duydu. Eyni anda heykəlin postamenti qarşısında 

dayanıb ora yapışdırılmış plakata baxan, bəlkə də özünü baxırmış kimi göstərən qızı gördü. 

Postamentin dörd yanında teleekranlar quraşdırılmışdı. Qəflətən sol tərəfi bürümüş insan 

kütləsinin arasından uğultu keçdi, ardınca da yük maşınlarının boğuq səsi eşidildi. Hamı 

meydandan çıxıb səs gələn tərəfə qaçmağa başladı. Qız da tələsik postamenti dövrəyə almış şir 

heykəllərinin yanından keçib kütləyə qoşuldu. Uinston onu gözdən itirməməyə çalışaraq 

arxasınca yüyürdü. Ətrafda eşidilən qırıq-kəsik kəlmələrdən əsir avrasiyalıların harasa 

aparıldıqlarını anladı.  

Adamlar sıx cərgələrlə meydanın cənub tərəfini tamam tutmuşdular. Adi vaxtlarda kütlədən uzaq 

durmağı üstün tutan Uinston indi, nəyin bahasına olursa-olsun, özünü adamların ən sıx yerinə 

vurmağa çalışırdı. Qız artıq lap yaxında idi. İstəsə əli ilə toxuna bilərdi. Lakin son anda 

vücudunun ağlagəlməz ölçüləri ilə heyrət doğuran nəhəng bir prol və özü kimi yekəpər qadın 

(görünür, arvadı idi) qızla Uinston arasında ətdən çəpər çəkdilər. Çox fikirləşmədən var gücü ilə 

özünü onların arasına vurdu. Bir anlığa ortasına düşdüyü ət məngənəsində sıxılıb xəşilə 

dönəcəyini düşündü. Amma yüngülcə tərləsə də, prolların əhatəsindən çıxa bildi. İndi qızla 

yanbayan dayanmışdı. İkisi də hərəkətsiz nəzərlərlə düz qarşılarına baxırdılar.  

Yük maşınları küçədən az qala sürünə-sürünə keçirdilər. Avtomobillərin banlarının hər küncündə 

sifətləri daş kimi ifadəsiz avtomatlı əsgərlər dayanmışdı. Onların arasında isə köhnə, yaşıl 

uniformalı sarı və balacaboy adamlar cərgə ilə diz çöküb oturmuşdular. Ensiz cizgini xatırladan 

monqol gözləri ilə heç nəyə maraq göstərmədən avtomobillərin alçaq banından ətrafa kədərli 

nəzərlərlə baxırdılar. Yük maşını atıb-tutanda metal cingiltisi eşidilirdi. Hamısının ayaqlarına 

qandal vurulmuşdu. Əsirlərlə dolu maşınlar biri-birinin ardınca keçib gedirdilər. Uinston sadəcə 

onların uğultusunu eşidirdi. Adamların başı üzərindən əsirləri çətinliklə görmək olurdu. Qızın 

çiyni və əlləri ona sıxılmışdı. Sifəti o qədər yaxında idi ki, istiliyini hiss edirdi. Nahar vaxtı 

yeməkxanada olduğu kimi yenə təşəbbüsü ələ aldı. Az qala dodaqlarını tərpətmədən o günkü 

kimi ifadəsiz səslə danışırdı. Onun pıçıltısı ətrafdakı gurultuya və avtomobillərin uğultusuna 

qarışıb yox olurdu.  

– Məni eşidirsiniz? 

– Eşidirəm. 

– Bazar günü günorta boş vaxtınız var? 

– Aha. 

– Onda diqqətlə qulaq asın. Dediklərimi yadınızda saxlayın. Əvvəlcə Paddinqton Vağzalına 



getməlisiniz... 


Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə