Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə98/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   94   95   96   97   98   99   100   101   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

198 


– Cığırda özüm qəsdən danışmırdım. - Qız sükutu pozdu. - Çünki ətrafdakı kolların arasında 

mikrofon gizlədə bilərlər. Doğrusu, düşünmürəm ki, belə şey olsun. Amma istənilən halda 

işimizi ehtiyatlı tutmalıyıq. O donuzlardan birinin səsimizi yazıb tanıyacağını heç vaxt yaddan 

çıxarmamalıyıq. Bura isə tam təhlükəsiz yerdir.  

Uinston hələ də qıza yaxınlaşmağa cəsarət etmirdi.  

– Deyirsiniz bura təhlükəsiz yerdir? - deyə səfehcəsinə bir də soruşdu.  

– Əlbəttə! Siz bir ağaclara baxın. - Ətrafda əvvəllər kəsilmiş göyrüş ağacının kötüyündən qalxan 

pöhrələr dimdik ucalırdı. Gövdələri hələ adam biləyindən yoğun olmazdı. - Mikrofon gizlətməyə 

hündür, qalın yarpaqlı ağaclar yoxdur. Həm də bura birinci dəfə gəlmirəm. 

Yalnız bundan sonra arxayın danışmağa başladılar. Uinston çəkingənliyini üstələyib yaxın gəldi. 

Qız qarşısında dayanmışdı. Sifətində elə bil cavan kişinin belə yerdə bu qədər ləng 

tərpənməsindən təəccübləndiyini bildirən qınaq ifadəsi vardı. Uinstonun qucağındakı zəngçiçəyi 

dəstəsi dağıldı. Sanki gülləri kimsə əlindən alıb yerə səpələdi. Yaxınlaşıb qızın əllərindən 

yapışdı.  

– İnanmazsınız, - dedi, - indiyə qədər gözlərinizin nə rəngdə olduğunu bilmirdim.  

Qızın gözləri qonur, daha doğrusu, açıq qonur rəngdə idi. Uzun, qara kirpikləri vardı.  

– İndi gözlərimin rəngini görəndən sonra baxmağa yenə ehtiyat edirsiniz?  

– Bir az ehtiyatlanıram. Qoy özümü sizə bir az tanıdım. Otuz doqquz yaşım var. Evliyəm. 

Arvadımla heç cür üzülüşə bilmirəm. Ayaqlarımda varikoz damarlarının genişlənməsindən 

əziyyət çəkirəm. Dişlərimin beşi protezdir.  

– Mənim üçün bunların elə bir əhəmiyyəti yoxdur.  

Təşəbbüsün kimdən gəldiyini söyləmək çətin olsa da, bir an sonra qız artıq onun qolları arasında 

idi. Əvvəlcə Uinston ilk təmasdan heç bir şey hiss etmədi. Şüuruna yalnız bir fikir hakim 

kəsilmişdi: baş verənlər mümkün olan şey deyil! Cavan qadın bədəni ona sarılmışdı. Sifəti gur, 

qara saçların içərisində görünməz olmuşdu. Nəhayət, qız başını yuxarı qaldırdı. İndi Uinston 

onun dolğun, qırmızı dodaqlarını öpürdü. Qız qollarını Uinstonun boynuna dolamışdı, nəvazişlə 

“əzizim”, “həyatım”, “sevimlim” deyirdi. Heç bir tərəddüd, yaxud müqavimətlə üzləşmədən onu 

ehtiyatla otların üstünə uzatdı. Demək, istədiyini edə bilərdi. Lakin bədənlərinin təmasından 

başqa heç bir fiziki istəyinin olmadığını çox tezliklə anladı. Hələ də düşüncəsinə hakim kəsilən 

yeganə hiss baş verənlərin mümkünlüyünə inamsızlıq olsa da, qızın məhz onu seçməsindən də 

qürur duyurdu. Münasibətlərin belə asanlıqla yoluna düşməsinə sevinir di gəl, fiziki yaxınlıq 

istəyi duymurdu. Hər şey gözlədiyindən daha sürətlə baş vermişdi. Qızın gəncliyi və gözəlliyi 

onu qorxutmuşdu. Bəlkə uzun müddət qadınsız yaşamağın törətdiyi fəsadlar rol oynamışdı. 

Uinston həyəcanının səbəbini bilmirdi. Qız yerindən qalxdı. Saçlarına ilişmiş zəngçiçəyini 

qoparıb atdı. Sonra Uinstonun qarşısında oturdu, əlləri ilə onun belini qucaqladı.  

– Narahat olma, əzizim. Tələsən yerimiz yoxdur. Hələ nə qədər vaxtımız var! Görürsən, nə əla 

gizli görüş yeridir? İctimai turist gəzintisi zamanı, dəstədən geri qalanda buranı bələdləmişdim. 

Əgər işdir, təsadüfən kimsə yaxınlaşsa, lap yüz metrlikdən də eşitmək olur.  

– Adın nədir?-deyə Uinston soruşdu.  

– Culiya. Səninkini bilirəm. Uinstondur. Uinston Smit.  

– Haradan öyrənmisən? 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

199 


– Görünür, məlumat toplamaqda səndən daha bacarıqlıyam, əzizim. Düzünü de, kağızı sənə 

verməmişdən əvvəl haqqımda nə fikirləşirdin?  

Uinstonun qıza yalan danışmaq istəmirdi. Bəlkə ən xoşagəlməz şeylərdən başlamaq məhəbbət 

izharının qəribə üsullarından biri sayıla bilərdi. 

– Sənə nifrət edirdim,-dedi.-Səni zorlamaq, sonra da öldürmək istəyirdim. İki həftə əvvəl başını 

çaylaq daşı ilə əzməyi qətiləşdirmişdim. Düzünü bilmək istəsən, Fikir Polisi ilə əlaqəli olduğunu 

düşünürdüm.  

Qız qəhqəhə ilə güldü. Eşitdiyi sözləri rolunu əla oynamasının təsdiqi kimi qəbul eləmişdi.  

– Bircə Fikir Polisi çatışmırdı! Doğrudan belə fikirləşirdin? 

– Bəlkə də tam belə deyildi. Amma zahiri görünüşündən, belə cavan, sağlam, təzə-tər 

olmağından... Başa düşürsən... Fikirləşirdim ki, yəqin...  

– Fikirləşirdin ki,yəqin nümunəvi Partiya üzvüyəm. Əməllərimdə və fikirlərimdə büllur 

kimiyəm. Bayraqlar, yürüşlər, şüarlar, gəzintilər, idman oyunları, ictimai turist səfərləri və başqa 

buna bənzər şeylər. Fikirləşirdin ki, əlimə imkan düşsə, səni fikir cinayətində ittiham edəcəyəm, 

o biri dünyaya göndərilməyinə qərar verəcəyəm? . 

– Aha! Təxminən oxşar şeylər düşünürdüm. Bilirsən, indiki qızların çoxu məhz belə olur.  

– Yəqin hamısı bu andıra qalmışın ucbatındandır!-deyə Culiya Anti-Seks Liqasının qırmızı 

qurşağını açıb kolların üstünə atdı.  

Əlini belinə toxunduranda yadına nə isə düşdü. Kombinezonunun ciblərini axtarıb balaca, yastı 

şokolad çıxardı. İki yerə bölüb bir parçasını Uinstona uzatdı. Uinston hələ şokoladı əlinə 

almamış ətrafa yayılan xoş qoxudan onun qeyri-adiliyini hiss etdi. Şokolad qaramtıl və parıltılı 

idi, gümüşü rəngli kağıza bükülmüşdü. Gördüyü şokoladlar, adətən, solğun-qəhvəyi rəngə çalır, 

adamın əlində ovxalanır və yandırılan zibil iyi verirdi. Uinston nə vaxtsa indicə qızın verdiyi 

həqiqi şokoladın dadına baxmışdı. Ətrafa yayılan xoş qoxu onda güclü, həyəcanlandırıcı hiss 

oyatmışdı. Çalışsa da gözlənilməz hissin təsirindən çıxa bilmirdi.  

– Bunu haradan tapmısan?-deyə soruşdu. 

– Qara bazardan- qız laqeyd halda cavab verdi. - Düzünü bilmək istəsən, elə düşündüyün kimi 

qızam. Yaxşı idmançıyam. Kəşfiyyatçılar dərnəyində dəstə başçısı olmuşam. Həftədə üç axşam 

Gənclərin Antiseks Liqasında könüllü çalışıram. Saatlarla onların cındır plakatlarını London 

küçələrində yapışdırıram. Nümayişlər zamanı mütləq transparantın bir tərəfindən tuturam. 

Sifətimdə həmişə məmnun ifadə olur. Heç bir işdən boyun qaçırmıram. Şüarım daim kütləyə 

qoşulub bağırmaqdır. Başı salamat saxlamağın yeganə yolu budur.  

Şokoladın ilk tikəsi Uinstonun ağzında əridi. Çox nəfis idi. Damağında hiss etdiyi dad şüurunun 

dərin qatlarındakı xatirəni yenidən oyatdı. Gözün ucu ilə görünən əşya kimi düşüncəsinə qəfildən 

hakim kəsilən anılarına hec cür dəqiq şəkil verə bilmirdi. Uinston bu mübhəm xatirəni özündən 

uzaqlaşdırmağa çalışıdı. Yaddaşını çözələyən hissin nə vaxtsa məmnuniyyətlə görmək istədiyi, 

amma bacarmadığı bir işlə bağlı olduğuna əmin idi. Üzünü qıza tutub: 

– Çox gəncsən, - dedi. - Yəqin, məndən on, bəlkə on beş yaş cavan olarsan. Qəribədir, mənim 

kimi adamda diqqətini nə cəlb edə bilərdi? 

– Sifətində nə isə fərqli ifadə gördüm. Bəxtimi sınamaq qərarına gəldim. Məndə daxilən ora 

bağlı olmayanları iyləyib tapmaq qabiliyyəti var. Səni görən kimi onlardan olmadığını başa 

düşdüm. 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə