Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə106/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   102   103   104   105   106   107   108   109   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

214 


– Bu şeir deyəsən iki tərəfin bir-biri ilə deyişməsi idi. “Old Baley” - dən sonra da hansısa 

misralar vardı. Mister Çarrinqtonun əhvalının yaxşı vaxtına düşsə, onun yaddaşından çatışmayan 

bəndləri də tapıb çıxarmaq olar.  

– Bəs sənə şeiri kim öyrədib? - Uinston soruşdu. 

– Babam tez-tez onu oxuyurdu. Səkkiz yaşım olanda babamı buxara çevirdilər - bir sözlə

həmişəlik yoxa çıxdı. Maraqlıdır, görəsən, limon necə olur? - qız gözlənilmədən mövzunu 

dəyişdi. - Mandarin görmüşəm. Nazik qabıqlı, narıncı rəngdə sarımtıl meyvədir.  

– Limon yadıma gəlir, - Uinston dedi. - Əllinci illərdə hər yerdə olurdu. Elə turş idi ki, adam 

hətta aralıdan baxanda dişləri qamaşırdı. 

– Yəqin, bu şəklin arxası da bitlə doludur, - Culiya yenə mövzunu dəyişdi. - Gərək bir dəfə onu 

çıxarıb yaxşıca təmizləyim. Deyəsən, getmək vaxtıdır. Hələ gərək bu pudra-boyanı da 

təmizləyim. Ah, həyat necə də darıxdırıcıdır! Qoy ayrılmamışdan əvvəl dodaqlarımın izini sənin 

sifətində qoyum.  

Qız gedəndən sonra Uinston bir müddət də yerindən tərpənmədi. Otaq get-gedə qaranlıqlaşırdı. 

Uzanılı halda üzünü işığa çevirib şüşə press-papyeyə baxmağa başladı. İçərisindəki mərcan 

parçasından daha çox şüşənin özünün görünüşü ona maraqlı gəlirdi. Baxdıqca, sanki adamın 

gözləri dibi görünməyən dərinliyə işləyirdi. Şüşənin səthi rəngbərəng göy qurşağı kimi daxilində 

öz ab-havası, öz atmosferi olan kiçik bir dünya gizlətmişdi. Uinstona elə gəldi ki, o, özü də 

qırmızı ağacdan düzəldilmiş çarpayı, açılıb-yığılan masa, divar saatı, metal çərçivəli qravürlə 

birlikdə həmin dünyanın içərisinə düşüb.Şüşə press-papye daldalandıqları sığınacaq idi. 

İçərisindəki mərcan isə Culiya ilə özünün həyatı idi. Büllura həkk olunmuş əbədiyyət idi...  

 

V fəsil 



Saym yoxa çıxmışdı. İş günü başlansa da heç yerdə gözə dəymirdi. Bəzi ağılsız adamlar 

gecikməsinin səbəbləri ilə bağlı mübahisə açmışdılar. Ertəsi gün onu yada salan yox idi. 

Hadisənin üçüncü günü Uinston elanlar lövhəsinə baxmaq üçün Sənədləşdirmə Departamentinin 

vestibülünə qalxmışdı. Orada Saymın da daxil olduğu Şahmat Komissiyası üzvlərinin siyahısı 

asılmışdı. İlk baxışdan sanki heç bir şey dəyişilməmişdi. Lakin siyahıda bir soyad çatışmırdı. 

Başqa izahata ehtiyac yox idi. Saym daha mövcud deyildi. Heç vaxt mövcud olmamışdı.  

Nazirliyin pəncərəsiz labirintlərində, kondisioner işləyən otaqlarda hələ temperatur normal idi. 

Küçədə isə səkilərdən od qalxırdı. Hamının işdən çıxdığı saatlarda metroda üfunət iyindən nəfəs 

almaq olmurdu. Nifrət Həftəsinə hazırlıq tam gücü ilə davam edirdi. Bütün Nazirliklərin 

əməkdaşları işdən sonra da yerlərində qalırdılar. Yürüşlər, mitinqlər, hərbi paradlar, mühazirələr, 

mum fiqurların sərgisi, telefilmlərin nümayişi, teleekran proqramlarının hazırlanması-bunların 

hamısını hazırlayıb çatdırmaq lazım idi. Tribunaların qurulması, portretlərin çəkilməsi, şüarların 

dəqiqləşdirilməsi, mahnıların yazılması, şayiələrin yayılması, foto-şəkillərin saxtalaşdırılması - 

hamısı vaxt və qüvvə tələb edirdi. Ədəbiyyat Departamentində Culiyanın işlədiyi şöbə roman 

istehsalını müvəqqəti dayandırmışdı. Onlara düşmənin vəhşilikləri haqqında silsilə broşüralar 

tərtib etmək tapşırılmışdı. Uinston daimi işindən əlavə, günün çoxunu saatlarla “Tayms”ın köhnə 

saylarını vərəqləməyə, mühazirələrdə sitat gətiriləcək məlumatların dəyişdirməyə, dil və üsluba 

daha təntənəli ahəng verməyə sərf edirdi. Axşamın gec saatlarında beyinləri qızmış prollar 

küçələrə töküləndə isə, demək olar ki, şəhərin altı üstünə çevrilirdi. Əvvəlki vaxtlarla 

müqayisədə, indi Londona mərmilər daha tez-tez düşürdü. Bəzən uzaq məsafədən dəhşətli 

partlayış səsləri eşidilirdi. Heç kəs partlayışların səbəbini izah etmirdi. Qorxunc şayiələr baş alıb 

gedirdi.  




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

215 


Nifrət Həftəsinin əsas musiqi bəzəyi sayılan Nifrət Şərqisi artıq hazır idi. Onu arasıkəsilmədən 

teleekranla verirdilər. İt mırıltısını xatırladan vəhşi ritm üzərində köklənmiş mahnı musiqidən 

daha çox çubuqların zərblə təbilə vurulması təsiri bağışlayırdı. Yüzlərlə boğazın qışqırdığı, gücü 

gəldikcə asfalta çırpılan yüzlərlə ayağın müşayiət etdiyi ifa dəhşətli ab-hava yaradırdı. Nifrət 

Şərqisi prolların xoşuna gəlmişdi. Küçələrdə gecə yarısına qədər hələ də dəbdə olan “Artıq 

çoxdan yoxdur o xoş arzular” mahnısı ilə rəqabət aparırdı. Parsonsun uşaqları gecə-gündüz 

demədən günün istənilən vaxtı daraq və kağız parçasının köməyi ilə Nifrət Şərqisini yorulub-

usanmadan, zəhlətökən ardıcıllıqla yamsılamağa çalışırdılar. İndi Uinston axşamlar 

həmişəkindən daha çox məşğul olurdu. Parsonsun təşkilatçılığı altındakı könüllülər dəstəsi 

yaşadıqları küçəni Nifrət Həftəsinə hazırlayırdı. Dəstə üzvləri şüarlar yazır, plakatlar çəkir, 

bayraq dirəkləri quraşdırır, həyatlarını təhlükəyə qoyaraq küçənin üzbəüz səmtindəki evlərin 

damı arasında vımpellər asmaqdan ötrü məftil çəkirdilər. Parsons hər yerdə “Qələbə” binasının 

təkbaşına dörd yüz kvadratmetr bayraq hazırlayıb asacağını deyib lovğalanırdı. Həmişəki kimi 

başı sevimli məşğuliyyətinə qarışdığından özünü çox xoşbəxt sayırdı. Havanın istiliyi, o biri 

tərəfdən isə fasiləsiz fiziki iş axşamlar ona ənənəvi şortunu və açıq yaxalı köynəyini geyməyə 

imkanı yaratmışdı. Parsons eyni vaxtda hər yerdə olmağı bacarırdı: çəkir, itələyir, mişarlayır, 

mismarlayır, səmərələşdirici təklif verir, yorulanları dostcasına zarafatla, xoş sözlə ruhlandırır və 

paltarına sığmayan bədəni ilə hər tərəfə kəskin tər iyi yayırdı.  

Gözlənilmədən bütün Londonu yeni plakatla bəzəməyə başladılar. Üzərində heç bir yazı yox idi. 

Plakatda boyu üç-dörd metrə çatan Avrasiya əsgərinin nəhəng fiquru təsvir edilmişdi. Əsgərin 

ifadəsiz monqol sifəti vardı. Ayağına iri çəkmələr geymiş, çiynindən avtomat asmışdı. Şəklə 

hansı bucaq altında baxsan, avtomatın böyüdülmüş lüləsinin düz adamın üstünə tuşlandığı 

görünürdü. Plakatı bütün hasarlara, divarlara, bir sözlə, boş gördükləri hər yerə yapışdırmışdılar. 

Say baxımından hətta Böyük Qardaşın portretlərini də üstələmişdi. Adi vaxtlarda müharibə ilə o 

qədər də maraqlanmayan prollar belə vaxtlarda yuxarıdan gələn göstərişlə həmişə atəşin 

vətənpərvərlərə çevrilirdilər. Sanki ümumi əhvali-ruhiyyə ilə ayaqlaşmaq üçün mərmilər də 

əvvəlki vaxtlarla müqayisədə daha çox adam öldürürdü. Mərmilərdən biri izdihamın qaynaşdığı 

Stepney kino-teatrına düşmüş, bir neçə yüz nəfəri binanın xarabalıqları altında dəfn etmişdi. 

Ətraf məhəllələrin bütün sakinləri bir neçə saat çəkən dəfn mərasimində iştirak etmək üçün ucu-

bucağı görünməyən izdihama qoşulmuşdular. Nəticədə dəfn özünəməxsus etiraz mitinqinə 

çevrilmişdi. Başqa bir mərmi isə çox vaxt uşaqların oyun meydançası kimi istifadə etdikləri boş 

əraziyə düşmüş, onlarla yeniyetmənin parça-tikə olması ilə nəticələnmişdi. Yenə də qəzəbli 

etiraz nümayişləri keçirilmişdi, Qoldsteynin müqəvvaları yandırılmışdı, üzərində Avrasiya 

əsgərinin təsviri olan yüzlərlə plakat divardan qoparılıb tonqala atılmışdı. Qarışıqlıq vaxtı bir 

neçə mağaza talan edilmişdi. Sonra şayiə yayılmışdı ki, mərmiləri casusların radio vasitəsilə 

ötürdükləri koordinatlar əsasında hədəfə tuşlayıb atırlar. Bu şayiə nəticəsində prol 

məhəllələrindən birinin sakinlərinin əcnəbi olduqlarından şübhələndikləri qarı-qocanın evinə od 

vurub yandırmışdılar. İkisi də içəridə tüstüdən boğulub ölmüşdü.  

Culiya ilə Uinston mister Çarrinqtonun dükanının üstündəki otağa gəlməyə imkan tapan kimi 

sərinləmək üçün paltarlarını soyunub açıq pəncərənin önündə, mələfəsiz çarpayıda yanaşı 

uzanırdılar. İlk dəfə deşikdən başını çıxarandan sonra siçovul bir də gözə dəyməmişdi. Amma 

havaların isti keçməsi taxtabitilərin sayını daha da artırmışdı. Uinstonla Culiya bundan o qədər 

də qorxmurdular. Təmiz, yaxud çirkliliyindən asılı olmayaraq, otaq onlar üçün cənnət idi. 

Kandardan içəri girən kimi qara bazardan aldıqları istiotu hər tərəfə səpir, kombinezonlarını 

çıxarıb elə tərli-tərli sevişməyə başlayırdılar. Sonra da dərhal yuxuya gedirdilər. Ayılanda isə 

taxtabitilərin özlərinə gəldiklərini, əks-hücuma keçmək üçün mövqe tutduqlarını görürdülər.  

Dörd, beş, altı... Yox, yeddi! İyunda yeddi dəfə görüşə bilmişdilər. Uinston daha bütün günü cin 

içmək vərdişini tərgitmişdi. Deyəsən, içkiyə ümumiyyətlə ehtiyac hiss etmirdi. Ətə-cana 

gəlmişdi, ayağındakı varikoz yarası balacalaşıb bərkimiş, yalnız topuğunun üstündə qəhvəyi ləkə 

kimi qalmışdı. Səhərlər bəzən boğulma həddinə çatan öskürəyi dayanmışdı. Həyat əvvəlki kimi 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə